111
VI BÖLÜM
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: XƏBƏR
QAYNAGIYLA MADDİ MÜNASİBƏTLƏR
Xəbərçinin pul, ya da hər hansı
hədiyyə qarşısında bilgi satın
alması, yaxud xəbər hazırlaması
doğru sayılarmı? Reportyor
peşəsini gerçəkləşdirərkən ayrı-
ayrı
şəxs və ya qurumlarla quru-
lan maddi münasibətlərin hansı
hüdudu olmalıdır? Bu hüdud qa-
nunla müəyyənləşdirilməlidir, yox-
sa öz qərarın yetərlidir?
Bənzər suallar, əslində, ictimai sonucları baxımından
bir-birinə bağlı, amma xəbərçilik peşəsinə xas proseslər
baxımından haçalanan iki ayrı durumun dartışılmasını
gərəkdirir. Birinci durumda xəbərçi xəbərə mövzu və
ya tərəf olan adamların maddi qarşılıqlı bir mənafe
güdməsinə yol açırsa, ikinci durumda hazırlanan
xəbərin qarşılığında xəbərçinin özünün bir çıxar
güdməsindən söhbət gedir.
Xəbərçilərin xəbər hazırlamaq üçün tərəf və ya
şahidlərə pul təklif etmələri xəbərçilik peşəsi
baxımından problem yaratmasının təməl səbəbi buna
“xəbərin doğruluğu” prinsipinə zərər verəcək bir
fəaliyyət kimi baxılmasıdır. Sözügedən olayın şahid
və ya tərəfləri öz hekayətlərini
mediaya daha yüksək
qiymətə “satmaq” üçün olub-bitən barədə yanlış
məlumat verə, yaxud olayı şişirdə bilərlər. Bənzər hal-
lar olayla bağlı başladılacaq və ya davam etməkdə olan
məhkəmə çəkişməsinə mənfi təsir göstərəcək.
TELEXƏBƏRÇİLİKDƏ ETİKA
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: XƏBƏR QAYNAGIYLA MADDİ MÜNASİBƏTLƏR
112
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: BÖHRAN XƏBƏRÇİLİYİ
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
BÖHRAN XƏBƏRÇİLİYİ
“Böhran” anlayışı gözlənilməz və ani bir biçimdə
inkişaf edən, müxtəlif şəkildə həyatın gündəlik axarını
kəsintiyə uğratma və mövcud cəmiyyət düzənini
pozma potensialı daşıyan bir olay, ya da olaylar silsiləsi
mənasına gəlir. Savaş, terror, basqın, xəstəlik, iqti-
sadi darboğaz,
siyasi çaxnaşma, təbii fəlakət və qəza
kimi böhran durumları fərqli ictimai, iqtisadi, siyasi
və mənəvi faktlar çeşidli biçimlərdə iç-içə keçərkən
görünür.
Məsələyə xəbərçilik təcrübəsi və hakim xəbər
dəyərləri çərçivəsindən baxanda böhran durumlarının
hər zaman güclü bir ticari potensial daşıdığı gözə
çarpacaq. Milli və beynəlxalq siyasətdəki savaş, terror,
basqın, girovgötürmə kimi böhran durumları tamaşaçı
marağını körükləmək, şiddət və
aksiya görüntüləriylə
bəzənmiş baxınaqlı bir hekayət yaratmağa uyğun
bir xəbər materialıdır. Bənzər şəkildə sel, zəlzələ,
qasırğa kimi təbii fəlakətlər xəbərçilərə fərdi dramlar
hazırlamaqla izləyicini yönləndirməyə, səfalət, itki
və zavallılıq dolu diqqətçəkici əhvalatlar hazırlamağa
imkan verir. Panikanı - özünüitirmə duyğusunu
körükləyən xəbərlər yoluxucu xəstəliklərin törətdiyi
təlaş və qorxunu artırır. Dünya, ya da milli iqtisadi
böhranlarından elə yazmaq olar ki, maliyyə bazarında
qiymətlər bir anda yüksəlsin.
Bundan ötrü, sadəcə,
iqtisadiyyatda insan amilini gözardı etmək yetər. Bu
baxımdan böhran xəbərçiliyi sanki medianın toplum
qarşısında məsuliyyətinə bağlanan gərilmiş sapdır. Sapı
gərildən bir tərəfdə böhran durumunu açıqlamaq və
gələcəklə bağlı qeyri-müəyyənlik duyğusunu ortadan
qaldırmaq üçün gərəkli bilgi, yorum-yozum və analizə
duyulan ictimai ehtiyac, digər tərəfdənsə böhranı kom-
mersiya xəbəri hazırlamaqdan ötrü fürsət bilənlərdir.
Medianın öz ictimai borcunu yerinə yetirməsinə, bəlkə
də, daha çox ehtiyac duyulan bu şərait, bu ortam
xəbərin ictimai funksiyalarını iflic durumuna sala bilər.
Böhran xəbərçiliyi ilə bağlı
problemlərin xəbər
mediasının kommersiya marağı və gözləntilərindən
qaynaqlandığını söyləmək olar. Amma bu, xəbərçilik
etikasının imkan və hüdudlarını dartışmaq baxımından
yetərli deyil. Böhran (1) ictimai fayda və insani dəyərlər
baxımından ictimai qurumlardan da hissolunacaq
təşəbbüslər, (2) xəbərçilərə gərəkli bilgi axınının doğru
biçimdə yönəldilməsini, (3) ictimaiyyətlə mümkün
qədər kəsintisiz ünsiyyət üçün prosesə qatılanların
qarşılıqlı təsirini tələb edir. Belə yanaşma özəlliklə
terror və basqın kimi birbaşa məqsədi ictimai qarışıqlıq
yaratmaq olan durumlarda daha böyük önəm daşıyır.
Bir nəticə olaraq, böhran durumlarında xəbərçilərin
necə davranmaları gərəkdiyinə dair bəzi məqamların
üzərində dayanmağa dəyər. Özəlliklə terror,
basqın və girovgötürmə kimi durumlarda güvənlik
güclərinin əməliyyatlarını təhlükəyə atacaq detalların
verilməməsinə
xüsusi diqqət yetirilməli, xəbər üçün
bilgi toplarkən güvənlik güclərinin və təcili yardım
heyətlərinin işinə maneçilik törədilməməlidir. Olay
yerindən gələn hər bilgi bəlli bir dəyərləndirmə
süzgəcindən keçirilməli, gizli məlumatların müm-
kün təsir və nəticələri gözdən qaçırılmamalıdır.
Məsələn, əməliyyatlar sırasında güvənlik güclərinin
simsiz xəbərləşməsindən əldə edilən bilgilərdən
yararlanmaq və ya simsiz danışıqları yayına vermək,
şahidlərin anlatdıqlarını təsdiqlətmədən yaymaq,
olay qurbanlarına dair təsdiqlənməmiş bilgi və
gizli məlumata dayanaraq xəbər hazırlamaq, olayı
törədənlərin kimlik, məqsəd və tələbləri barədə gü-
manlar da nəticə etibarilə təhlükə doğura bilər. Canlı
yayımda xəbərə diqqət
çəkmək üçün terrorçularla
canlı telefon bağlantısı qurub, olayın parçası halına
gəlməkdən də qaçmaq lazımdır. Belə böhranlı durum-
larda, gərəkərsə, yayımı dayandırmaq səlahiyyətindən
yararlanacaq yetkili şəxslərin vəzifə başında olması
vacibdir. Arxiv materiallarından istifadə edərkən bunun
bilinməsinə və anlaşılmasına nail olmaq, tamaşaçı
diqqətindən sui-istifadə etməmək, arxiv materiallarının
aşırı şiddət və fəlakət görüntülərindən arınmasına
ayrıca diqqət yetirmək lazımdır.
Olay yerində çalışan xəbərçilər böhran qurbanları,
zərərçəkənlər və onların yaxınlarıyla söhbətlərinə də
ayrıca diqqət yetirməlidirlər, çünki bu da problemli
məqamlardan biridir. Faciəli olayı yaşamış,
şahidlik
etmiş, ya da yaxınları belə durumla üz-üzə qalmış
adamlara sual verərkən dərdlərinə sayğı duymaq və
yaşadıqları olay ucbatından onların çox tez inciyə
biləcəkləri gerçəyini unutmamaq lazımdır. Eyni şəkildə
münasibət bildirmək istəməyənlərin də fikrinə sayğı
duyulmalı, belələri danışmağa məcbur edilməməlidir.
Xəbərçilər olaya baxışlarını bildirməyə razılaşanlara öz
məqsəd və kimliklərini açıq bir şəkildə anlatmalıdır.
Böhran
durumlarında fikri
öyrənilən öncəlikli
qaynaqlardan biri
də mütəxəssislərdir.
Ancaq bəzən
mütəxəssis fikri
də sensasiyalı bir
tərzdə diqqətə
yetirilir. Bu zaman
xəbərdə böhranla
bağlı informasiya
ehtiyacını
ödəmək
əvəzinə qorxu,
sarsıntı və təlaşı
artıran bir üslub
hakim olur.
Sıx rastlaşılan
problemlərdən
biri də mövzuya
fərqli yanaşan
mütəxəssislərin
canlı yayımda
qarşı-qarşıya
gətirilməsi və bu
zaman mübahisə və
baxış haçalanmasına
dayanan bir
dartışma
ortamına zəmin
hazırlanmasıdır.
Buradakı ziyanlı
məqam heç də
mütəxəssislərin
fərqli baxışları
deyil. Onlar, əlbəttə,
müxtəlif baxış,
fikir və təklifləri
dəstəkləyə və
bunları qarşılıqlı
dartışa bilər.
Ancaq xəbərçilər
unutmasınlar ki,
mütəxəssis sözü
ictimai rəydə
çaşqınlıq yaratmağı
deyil, əksinə,
fakt və olayları
aydınlaşdırmağı
hədəfləyir.