yayılmışdır; kişilərin mövqeyi isə kompensator - aqressiv xarakter daşıyır
və mahiyyətcə
passivdir.
XX əsrin əvvəlində artıq neft Klondaykına çevrilmiş Azərbaycanda Şərq və Qərb
mədəniyyəti qovşağında formalaşmış ictimai şüurda mühüm dəyişikliklər baş verdi.
Asan hasil olunan neft qısa müddət ərzində xarici və yerli vətəndaşlara varlanmaq
imkanı yaratdı. Neft hasilatından yığılan kapitalın yerli neft maqnatları tərəfindən maarifə
sərf olunma prosesi geniş yayıldı və bunun səbəbi bir tərəfdən maarifin və biliklərin
azərbaycanlıların etnik şüurunda yüksək qiymətləndirilməsi idi. Qadınların təhsilinə
verilən xüsusi diqqət isə yeni hadisə idi. Məhz bu dövrdə qadınlar Azərbaycan üçün
səciyyəvi olmayan kartezian təhsili sistemində tədris almaq imkanını alır. Qızlar üçün
məktəblər və gimnaziyalar, qadın kursları, universitetdə fakültə açılır. Bununla yanaşı
hüquqi şüurda inqilabi dəyişiklik müşahidə olunur. 1907-ci ildə Rusiya Dumasının
müsəlman fraksiyasında (Azərbaycan o vaxt Rusiya imperiyasının bir hissəsi idi)
Azərbaycandan olan deputat N.Xasməmmədov müsəlman qadınlara seçki hüququ
vermək məsələsini qaldırır və gərgin mübahisələrdən sonra bu hüququn onlara
verilməsinə razılıq verilir.
Fərdi şüurda dəyişikliklərin parlaq təzahürü olan bu fakt Azərbaycan
mentalitetində əsaslı dəyişikliklərdən xəbər verməkdədir; musiqidə kontrapunkt hadisə
olduğu kimi ictimai şüura Avropa variantında hüquq bərabərliyi ideyalarının, o cümlədən
qadınların hüquq bərabərliyinin daxil olması da hadisə oldu. Azərbaycanda bu andan
başlayaraq həmin ideyalar Şərq demokratiyası və müsəlman həyat tərzi kontekstində
həyata keçirilmişdir.
Sovet dövrünü hüquqi baxımından qender balansı, habelə qadınların pozitiv
diskriminasiyası dövrü adlandırmaq olar. Qadınlar bütün sahələrə hətta, bəzən məcburi
cəlb edilir, onların hüquq bərabərliyi qanunvericilikdə öz əksini tapır, onlar dövlət və
partiya orqanları tərəfindən dəstək alırlar. Lakin bu işə ənənəvi kişi-qadın
münasibətlərini tənzimləyən patriarxal cəmiyyət müqavimət göstərmiş və buna görə
qadına güzəştlər və kvota sistemini - Parlamentdən (Ali Sovetdən) kommunal
kantorlarınadək tətbiq etmək qərara alınmışdı. Cinslərin hüquq bərabərliyi problemi
"qadın məsələsi" kimi təsbit edilmiş və onun həllinə sovet sisteminin ideoloji
sxemlərində böyük yer verilmişdir. O dövrün ən böyük nailiyyətlərindən biri olaraq
savadsızlığın ölkədə ləğvini və qadınların 100% savadlanmasını qeyd etmək olar.
Totalitarizmin və volyuntarizmin güclənməsi əsas qadın probleminin özəyini -
hüquq bərabərliyi ideyasını, yəni qərar qəbul etməkdə və sərbəst özünüifadədə
qadınların kişilərlə bərabər iştirakı ideyasını saxtalaşdırmışdır. Qadınlar üçün kvota və
güzəştlər qender bərabərliyini əks etdirən qanunlar tam qender uyğunluğu və rifahı
illüziyasını yaradırdı. Əslində isə bütün məsələlərdə hakim rol kişilərə məxsus idi.
Kvotaya görə ali hakimiyyət orqanlarında 40% təşkil edən sovet qadını qərarların qəbul
edildiyi yüksək səviyyədə təmsil olunmurdu. Məsələn, Sov. İKP MK Siyasi Bürosunda
bir qayda olaraq bir nəfərdən artıq qadın heç vaxt olmayıb. Bu ən yüksək partiya
strukturuna və həqiqi qərar qəbul etmə səviyyəsində sovet cəmiyyətində qadın
emansipasiyasını realizə etməkdən daha çox rəmzi baxımdan seçilirdi. Qadınlara
partiya və sovet inzibati sistemində müəyyən qədər yüksək, lakin həlledici vəzifələri
verməməklə onların ölkənin siyasi həyatında iştirakı, bərabər hüquqluluğu haqqında
təsəvvür yaradılırdı. Hüquqi və real vəziyyət, tam hüquqi statusla ya qismən, ya da
verilmiş hüquqların təhrif olunmuş realizəsi arasında uyğunsuzluq yaranmışdı. İkili
standart və qadınların istehsalatda və ailədə ikili istismarı ictimai şüurda nəinki yayılmış,
həmçinin "normal" bir hadisəyə çevrilmişdir. Qadının təkidlə vurğulanan ana rolu ona
gətirib çıxardır ki, qadınlar üçün təhsil və fəaliyyət sahəsinin seçilməsində hər hansı
hüquqi məhdudiyyətin olmamasına baxmayaraq ailə və ödənilməyən əmək sferası
təmamilə qadınların öhdəsinə verildi; kişilər isə bu zaman ailə proseslərinin
müşahidəçisinə çevrilərək ailədən getdikcə uzaqlaşdı. İctimai təkrar istehsal və haqqı
ödənilən əmək sahələrini kişilərin daha qətiyyətlə ixtiyarına keçdi. Qadınların saxta
hüquq bərabərliyi məhz ailədə faş olur. Bundan başqa vaxtının çoxunu ləyaqəti alçaldan
və avtoritarizmin şəxsiyyəti təhrif etdiyi bir mühitdə keçirən kişi məhz ailədə özünü
şəxsiyyət kimi təsdiqləyir və dolğunlaşdırır.
Ailə ənənələrinə malik Azərbaycanda saxta hüquq bərabərliyi qərarların qəbul
edilməsində qadın mövqeyinin pərdələnməsinə, eyni zamanda onun hədsiz
məşğulluğuna və ikiqat məsuliyyətinə gətirib çıxardır. Nəticədə qadınların kişilərə qızıl
təzyiq üsulları formalaşdı.
Müşahidələr və qısa sosioloji sorğu kişi və qadınların müdafiə reaksiyalarının
qender tiplərini və onların hər cins üçün faizlə nisbətini ilkin şəkildə müəyyənləşdirməyə
imkan vermişdir. Hər bir tip davranışda möhkəmlənmiş qender rolundan asılı olaraq
təzahür edir və özünün müəyyən dəlil-sübutuna malikdir.
Bunlardan biri olan passiv tip qadınlar üçün kütləviliyi tələb edən fəaliyyətdən
uzaqlaşmaq meylləri kimi səciyyələnir və qadınları ailəyə qapayır (astenik qadın tipi);
bundan fərqli olaraq ictimai təkrar istehsal sahəsi sosial normalarla müəyyənləşdirilmiş
kişilərdə isə bir məqamda lider keyfiyyətlərinin məhvində, acizlikdə (astenik kiş tipi), lider
məqamında isə ümumiləşdirilmiş müdafiə aqressivliyində ifadə olunur.
Fəal tip həm kişilərdə, həm qadınlarda bir məqamda pozitiv törəmələrin, ictimai
faydalı fəaliyyətdə və ailədə konstruktiv davranışın (stenik tip) formalaşmasına kömək
göstərir, digər məqamda qadınlarda, analıq dominantı ilə gücləndirilmiş, təbii (spontan)
aqressivlikdə təzahür edir. (Sxemə bax):
Şəxsiyyətin müdafiə reaksiyalarına məxsus qender tiplərinin
SXEMİ
Postsovet dövründə qadınların sosial hüquq bərabərliyi haqqında illuziyalar
dağıldı və həqiqi qender uyğunsuzluqları aşkara çıxdı. Bu dövr də qender təhlili
baxımından iki yarım dövrə bölünür: I dövr -Keçid dövrünün ilk illərində qadınların
istehsal sahəsindən getməsi və müqavimət göstərmədən ev və ailə ilə məşğul olduqları
dövr; II dövr -Ailənin maddi vəziyyətinin durmadan ağırlaşması və həllini tapmayan
məişət məsələləri onları haqqı ödənilən əmək sahəsinə qayıtmağa məcbur etdi. Öz
imkanlarının adekvat müvafiq qiyməti və bununla yanaşı sosial normaların tələb etdiyi
kimi kişiyə tabelik zərurəti ona gətirib çıxardır ki, ailə problemləri yeni xarakter aldı.
Qadının xidmət işində ictimai aləmdə kişilərlə rəqabəti sərtləşdi.
Keçid dövründə qadınlar arasında işsizliyin artmasına baxmayaraq hazırda
işsizliyin kişilər üçün daha faciəli nəticələri vardır. İşsiz qalaraq ailəyə tapınan kişilər
inersiya üzrə özlərini ictimai təkrar istehsalın əsas subyektləri, ailənin pənahı, beləliklə
onun başçısı kimi dərk etməkdə davam edirlər. İkiqat özgələşmək, miflərin və uyğun