iqtisadiyyatını investorlar üçün cəlbediciyə çevirə bilər.
Adalarda yerləşən 29 inkişaf etməkdə olan kiçik ölkə də XBİ cəlb etməyə
səy göstərir. Birbaşa investisiya yatıranlar onların daxili bazarının, təbii və insan
resursları bazasının məhdud olmasından və yüksək tranzaksiya məsrəflərindən, o
cümlədən nəqliyyat xərclərindən ehtiyat edir. Amma 2009-cu ildə 35% yaxud 5
milyard dollar məbləğinə düşməsinə baxmayaraq, daxili kapital qoyuluşlarının
kəskin azaldığına görə, onların ümumi həcmində XBİ- nin payı əvvəlki kimi
30%-dən yüksək qalırdı. Ölkələrin bu qrupuna daxil olan ümumi XBİ-nin yarısı
investisiyaların əsas alıcıları olan 3 ölkədə (Yamayka, Trinidad və Tabaqo,
Baham adaları - göstərilən ardıcıllıqla) cəmləşmişdi.
2009-
cu ildə XBİ axınlarının ‘A hissəsi vergi sığınacaqları olan bu ölkələrin
payına düşsə də, beynəlxalq qaydaların sərtləşdirilməsi nəticəsində bura XBİ
daxilolmaları azalır. Ehtimal ki, coğrafi yerləşməsi əlverişsiz olduğuna görə,
həmin ölkələr gələcəkdə turizm kimi ənənəvi sahədə mövcud olan potensiala
istinad etməlidir. Ölkələrin bu qrupu üçün adekvat informasiya-
telekommunikasiya infrastrukturunun yaradıldığı və onlar tərəfindən özlərinin
insan potensialı inkişaf etdirildiyi halda, biliklərə əsaslanan sahələr seqmentində
də perspektivlər açılır.
XBİ-nin ixtisarının struktur xüsusiyyətbri. 2008-2009-cu illərdə və
2010-
cu ilin birinci yarısında XBİ-nin hər üç tərkib hissəsi: paylı investisiyalar,
başqa kapital axınları (əsasən korporasiyadaxili borclar) və şirkətlərin
investisiyaya yönəldilmiş mənfəəti üzrə əhəmiyyətli ixtisar qeydə alınmışdır.
Paylı investisiyalar transsərhəd QƏ ilə birgə azalmışdı. TMK-nm xarici
filiallarının mənfəətinin azalması yenidən investisiyaya yönəldilən gəlirlərin
ixtisarına gətirib çıxardı və nəticədə 2009-cu ildə inkişaf etmiş ölkələrdən XBİ
çıxarılması 47% aşağı düşdü. Bəzi hallarda TMK-nm baş şirkətinin və mənzil-
qərargahlarının strukturunun yenidən qurulması xarici filialların onlardan aldığı
borcların geri qaytarılmasına və TMK ilə onların xarici filialları arasında xalis
korporasiyadaxili kapital axınlarının zəifləməsinə səbəb oldu. Mütləq qeyd
edilməlidir ki, 2008-2009-cu illərdə paylı investisiyaların ixtisarı, dünya
iqtisadİ3^atmda baş vermiş əvvəlki tənəzzüllə (2001-2002-ci illər) müqayisədə,
daha əhəmiyyətli olmuşdu. 2008-ci ilin ortasından bir sıra ölkələrdə
investisiyaların geri götürülməsi, o cümlədən investisiyaların reparasiyası,
kreditlərin qaytarılması və filiallar tərəfindən öz baş şirkətlərinə olan borclarının
ödənilməsi XBİ-nin ümumi axınlarından çox olmuşdur. Məsələn,
360
2008-ci ildə Almaniyadan investisiyaların geri götürülməsi şəklində XBİ axınları
110 milyard dollar yaxud onun ümumi XBİ axınlarının 40%-i həcmində
olmuşdur. 2009-cu ildə QƏ üzrə bütün transsərhəd əqdlərinin
'/3
hissəsindən çoxu
xarici firmaların başqa finnalara yenidən satışı (qəbul edən ölkədə, yerləşdiyi
ölkədə və «üçüncü ölkələrdə») ilə əlaqədar idi. Bu, 2009- 2010-cu illərdə XBİ
axınlarını daha da azaltdı. İnvestisiyaların geri götürülməsi nadir hal olmasa da
(adətən XBİ sahəsində bütün layihələrin 'A hissəsindən 4/5 hissəsinədək), böhran
dövründə daha da aydın nəzərə çarpmağa başladı’.
14.2.
Beynəlxalq istehsalın formalaşması, kapitalın,
malların və xidmətlərin ölkədən çıxarılması
Dünya iqtisadiyyatmdakı mövqeləri möhkəmləndikcə, TMK-lar
beynəlxalq istehsalın çox güclü sektorunu fonnalaşdırır. Təhlil göstərir ki, bu
sektor, birincisi, ümumdünya iqtisadiyyatının artımım üstələyən artım indeksinə
malikdir; ikincisi, dövri tərəddüdlərə məruz qalsa da, +1,5 bənddən aşağı düşmür
(1982-2007-ci illər dövründə). Yalnız ümumdünya böhranı onun artım tempini
2006-cı ildəki 47,2%-dən 2007-ci ildəki 29,9%-dək aşağı sala bilmişdir; görürük
ki, templər zəifiəsə də, qlobal böhran şəraitində belə, artım saxlanılmışdır.
İstehsal amillərinin beynəlmiləlləşməsi prosesinin sürətlənməsinin,
onların beynəlxalq xarakterinin formalaşmasının ən güclü vasitələrindən biri
beynəlxalq istehsaldır. İzah edək: «beynəlxalq istehsal» termini başqa ölkələrdə
yerləşən şirkətlər (TMK) tərəfindən buraxılan və nəzarət olunan mallara və
xidmətlərə aiddir. Bu ölkələrdə (qəbul edən ölkələr) istehsala nəzarət, bilavasitə
məhsul buraxan müəssisələrin əsas vasitələrinin minimum hissəsinə sahiblik
hüququ verən sadə səhmlərin minimum zərfinin əldə olunması yaxud bu
nəzarətin həyata keçirilməsini nəzərdə tutan müqavilələr (səhmləri satın
almadan) əsasında yerinə yetirilə bilər. İstehsala nəzarət, habelə xaricdə yerləşən
müəssisənin (xarici filialın) idarə olunmasında kapital qoyuluşları vasitəsilə
yaxud bağlanmış müqavilələr əsasında iştirak beynəlxalq istehsalı xarakterizə
edir.
^Доклад
о
мировых
инвестициях,
2009
год;
транснациональные
корпорации,
сельскохозяйственное производство и развитие. ЮНКТАД, Нью-Йорк; Женева, 2009. С. 9; World
Investment Report, 2010. Р. 17.
361