Siyasətdə son dəyişikliklər. İnvestisiya siyasətində mövcud olan meyillər
ümumilikdə liberallaşma və xarici investisiyaların qoyulması prosedurlarının
daha da sadələşdirilməsi ilə xarakterizə edilir. Eyni zamanda dövlət siyasətinin
məqsədlərinə (məsələn, ətraf mühitin mühafizəsi, yoxsulluqla mübarizə və/və ya
milli təhlükəsizlik mülahizələri) nail olunması üçün xarici investisiyaların
tənzimlənməsi üzrə səylər də güclənmişdir. Siyasətdə bu cür parçalanma,
dövlətlə investorların hüquqları və öhdəlikləri arasında balansı pozmaq cəhdləri
həm milli, həm də beynəlxalq siyasət səviyyələrində müşahidə olunur və belə
halda dövlətin roluna üstünlük verildiyi nəzərə çarpır. Beynəlxalq investisiya
sazişləri (BİS) sistemi get-gedə daha çox yayılır, BİS rejiminin
balanslaşdırılmasına və daxili uzlaşdırılmasına cəhdlər göstərilir. Bundan başqa,
investisiya siyasətinin işlənib hazırlanması prosesində onun başqa, o cümlədən
nisbətən ümumi olan iqtisadi, sosial və ekoloji məsələlərlə daha güclü
əlaqələndirilməsinə xüsusi diqqət yetirilir.
Liberallaşmanın dövlət tənzimlənməsi ilə uzlaşdırılması. Ölkələrin
investisiya rejimlərinin xarici investisiyalar üçün əlverişliliyi getdikcə güclənsə
də, hökumətlər tənzimləmənin rolunu daha çox qabartmağa çalışır. Bir tərəfdən,
ölkələr XBİ-yə möhtacdır, digər tərəfdən isə, böhran onları istər- istəməz
«Dövlətin heç bir müdaxiləsi olmamalıdır!» şüarı altında keçən əvvəlki
libertarian siyasətdən əl çəkməyə vadar edir. UNCTAD-2010 Hesabatının
müəllifləri belə hesab edirlər ki, 2009-cu ildə xarici investisiyalar sahəsində milli
siyasətin aşkar olunmuş 102 yeni tədbirindən əksəriyyəti (71-i) daha çox
liberallaşmaya və xarici investisiyaların həvəsləndirilməsinə səmtləşmişdi. Bu,
qlobal iqtisadi və maliyyə sarsıntılarının hələ investisiya sahəsində
proteksionizmin güclənməsi ilə nəticələnməməsi faktını təsdiqləyir. Əvvəlki
vaxtda xaricilər üçün qapalı olan sektorlara girişin, torpaq sahələrinin satın
alınması rejiminin liberallaşdırılması, inhisarların ləğvi və dövlət müəssisələrinin
özəlləşdirilməsi görülən tədbirlər sırasına daxil idi. Həvəsləndirmə və
prosedurların sadələşdirilməsi tədbirləri, ilk növbədə, konkret sahələrdə və
regionlarda, o cümlədən xüsusi iqtisadi zonalarda XBİ üçün əlverişli vergi-
büdcə və maliyyə stimullarının yaradılmasını; yoxlama prosedurlarının
sadələşdirilməsini; təsdiq prosedurlarının sadələşdirilməsini; layihələrin həyata
keçirilməsinə icazə verilməsi prosedurlarının tezləşdirilməsini nəzərdə tuturdu.
İşgüzar mühitin yaxşılaşdırılması üçün bəzi, məsələn, inkişaf etmiş, Asiya və
Afrikanın inkişaf etməkdə olan ölkələrində korporasiyalardan tutulan vergilərin
362
dərəcələri aşağı salınmışdı. Bütövlükdə isə dövlətlər əvvəlki illərdə işlənib
hazırlanmış və ölkəyə XBİ axınlarının artmasına imkan verən ümumi şərtlərə
riayət edir.
14.3.
XBI-nin ölkəyə axınına şərait yaradan
investisiya iqlimi, işgüzar mühit
Dünya təcrübəsində konkret ölkələrə xarici investisiya axınlarının cəlb
olunmasına imkan yaradan müəyyən meyarlar işlənib hazırlanmışdır. Bunun
əsasında UNCTAD tərəfindən öz ölkəsinə xarici investisiyalar cəlb etmək istəyən
ölkələr üçün bu şərtlərin və meyarların mütləq nəzərə alınmalı olan minimum, bir
növ universal siyahısı tərtib edilmişdir (cədvəl 14.3 və 14.4).
İnvestisiya rejimləri barədə göstərilən məlumatlar hazırda bir növ
universal indikatorlar qismində çıxış edir və ölkəyə XBİ cəlb olunması üzrə
müxtəlif əməliyyatlar aparılarkən onları bilmək və nəzərə almaq lazımdır.
Əslində, onlar ölkələrin müxtəlif qrupları üzrə müvafiq investisiya rejimlərini
formalaşdırır. Onlar həm xarici investisiyaların cəlb olunmasında mühüm rol
oynadığına, həm də xaricdən daxilolmaların minimuma düşdÜ34i şəraitdə milli
kapitalın ölkədən qaçmasına həlledici təsir göstərdiyinə görə, diqqətlə
öyrənilməlidir.
Ölkələrdə investisiya qərarlarının qəbuluna təsir göstərən başqa amillər
qismində regional inteqrasiya, habelə ölkənin siyasətində milli investisiya
rejimində sistemli dəyişikliklər doğura bilən ümumi mülahizələrin
əlaqələndirilməsi dərəcəsinin yüksəldilməsi və nəzərə alınmasının zəruriliyi çıxış
edir. Eyni zamanda bu amillər daha yaxşı uzlaşdırılmış, balanslaşdırılmış,
münasib inkişaf, səmərəli beynəlxalq investisiya rejimi üçün imkanlar yaradır.
Ehtimal edirik ki, beynəlxalq investisiya rejiminin möhkəmlənməsinin amilləri
aşağıdakılardır:
1)
iştirakçılar dairəsi məhdud olan, investisiya məsələlərinə dair
müddəalar nəzərdə tutulan, mövzusuna görə geniş iqtisadi sazişlərin sayının
artması;
2)
regional (əsasən Cənub - Cənub xətti üzrə) investisiya zonalarının
yaradılınası üzrə səylər;
363
Cədvəl 14.3
Ölkəyə XBİ axınına şərait yaradan resipiyent ölkələrin xarakteristikaları*
XBİ qəbul edən ölkələrin ümumi
şəraiti
TMK-nm
məqsədlərinə
əsasən
təsnifləşdirilmiş
XBİ-nin tipi
Resipiyent ölkələrin əsas
iqtisadi xarakteristikaları
1. XBİ üçün siyasi mühit
A.
Satış bazarının
genişləndirilməsi
B.
Təbii resursları
(aktivləri) əldə
etmək
imkanları
İqtisadi, siyasi və sosial sabitlik;
İnvestorun gəlməsini və fəaliyyətini
tənzimləyən qaydalar;
Xarici şirkətlərin filiallarına münasibət;
Bazarların fəaliyyəti və strukturu
(xüsusilə, rəqabət, qovuşmalar və
birləşmələr siyasəti);
XBİ-yə şərait yaradılması üzrə
beynəlxalq müqavilələr; Özəlləşdirmə
siyasəti;
Ticarət siyasəti (tarif və qeyri-tarif
maneələri;
Bazarın həcmi və əhalinin hər
nəfərinə düşən gəlir;
Regional və qlobal bazarlara
çıxış:
İstehlakçıların ölkə üçün
səciyyəvi olan verdiyi
üstünlüklər;
Bazarların strukturu;
Xammal;
Ixtisassız, aşağı ödənişli işçi
qüvvəsi;
İxtisaslı kadrlar;
Texnoloji, innovasiya və
yaradılmış başqa aktivlər
(məsələn, ticarət markaları), o
cümlədən insanlarda, firmalarda
yaxud onların qruplarında
təcəssüm olunmuş aktivlər;
Maddi infrastruktur (limanlar,
yollar, elektrik təchizatı, rabitə)
2. İqtisadi xarakteristikalar
Konkret mexanizmlər;
Bazar infrastrukturu;
iqtisadi azadlıq ______
3. Biznesə yardım göstərilməsi
İnvestisiyaların irəli hərəkəti (o
cümlədən imicin yaradılması,
investisiyaların dəstəklənməsi üçün
vasitələrin axtarılması və xidmətlərin
inkişaf etdirilməsinə yönəlmiş
tədbirlərin həyata keçirilməsi);
investisiyaların stimullaşdınlması;
Korrupsiya, idarəçiliyin səmərəliliyi
, XBİ, ticarət və
vergi
siyasətlərinin
qarşılıqlı əlaqəsi .
İstehsalın
səmərəliliyinin
yüksəldilməsi
Əmək məhsuldarlığı ilə
birlikdə, resursların və
aktivlərin dəyəri amili
Digər məsrəflər, məsələn,
resipiyent ölkə daxilində /
xaricə nəqliyyat və rabitə
xərcləri,
aralıq məhsulların əldə
olunması məsrəfləri
364