Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə145/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   141   142   143   144   145   146   147   148   ...   306

Siyasətdə son dəyişikliklər. İnvestisiya siyasətində mövcud olan meyillər 

ümumilikdə  liberallaşma  və  xarici  investisiyaların  qoyulması  prosedurlarının 

daha da sadələşdirilməsi ilə xarakterizə edilir. Eyni zamanda dövlət siyasətinin 

məqsədlərinə (məsələn, ətraf mühitin mühafizəsi, yoxsulluqla mübarizə və/və ya 

milli  təhlükəsizlik  mülahizələri)  nail  olunması  üçün  xarici  investisiyaların 

tənzimlənməsi  üzrə  səylər  də  güclənmişdir.  Siyasətdə  bu  cür  parçalanma, 

dövlətlə investorların hüquqları və öhdəlikləri arasında balansı pozmaq cəhdləri 

həm  milli,  həm  də  beynəlxalq  siyasət  səviyyələrində  müşahidə  olunur  və  belə 

halda  dövlətin  roluna  üstünlük  verildiyi  nəzərə  çarpır.  Beynəlxalq  investisiya 

sazişləri  (BİS)  sistemi  get-gedə  daha  çox  yayılır,  BİS  rejiminin 

balanslaşdırılmasına və daxili uzlaşdırılmasına cəhdlər göstərilir. Bundan başqa, 

investisiya siyasətinin işlənib hazırlanması prosesində onun başqa, o cümlədən 

nisbətən  ümumi  olan  iqtisadi,  sosial  və  ekoloji  məsələlərlə  daha  güclü 

əlaqələndirilməsinə xüsusi diqqət yetirilir. 



Liberallaşmanın  dövlət  tənzimlənməsi  ilə  uzlaşdırılması.  Ölkələrin 

investisiya rejimlərinin xarici investisiyalar üçün əlverişliliyi getdikcə güclənsə 

də, hökumətlər tənzimləmənin rolunu daha çox qabartmağa çalışır. Bir tərəfdən, 

ölkələr  XBİ-yə  möhtacdır,  digər  tərəfdən  isə,  böhran  onları  istər-  istəməz 

«Dövlətin  heç  bir  müdaxiləsi  olmamalıdır!»  şüarı  altında  keçən  əvvəlki 

libertarian  siyasətdən  əl  çəkməyə  vadar  edir.  UNCTAD-2010  Hesabatının 

müəllifləri belə hesab edirlər ki, 2009-cu ildə xarici investisiyalar sahəsində milli 

siyasətin  aşkar  olunmuş  102  yeni  tədbirindən  əksəriyyəti  (71-i)  daha  çox 

liberallaşmaya və xarici  investisiyaların  həvəsləndirilməsinə səmtləşmişdi. Bu, 

qlobal  iqtisadi  və  maliyyə  sarsıntılarının  hələ  investisiya  sahəsində 

proteksionizmin  güclənməsi  ilə  nəticələnməməsi  faktını  təsdiqləyir.  Əvvəlki 

vaxtda  xaricilər  üçün  qapalı  olan  sektorlara  girişin,  torpaq  sahələrinin  satın 

alınması rejiminin liberallaşdırılması, inhisarların ləğvi və dövlət müəssisələrinin 

özəlləşdirilməsi  görülən  tədbirlər  sırasına  daxil  idi.  Həvəsləndirmə  və 

prosedurların  sadələşdirilməsi  tədbirləri,  ilk  növbədə,  konkret  sahələrdə  və 

regionlarda,  o  cümlədən  xüsusi  iqtisadi  zonalarda  XBİ  üçün  əlverişli  vergi- 

büdcə  və  maliyyə  stimullarının  yaradılmasını;  yoxlama  prosedurlarının 

sadələşdirilməsini;  təsdiq prosedurlarının sadələşdirilməsini;  layihələrin həyata 

keçirilməsinə icazə verilməsi prosedurlarının tezləşdirilməsini nəzərdə tuturdu. 

İşgüzar  mühitin  yaxşılaşdırılması  üçün  bəzi,  məsələn,  inkişaf  etmiş,  Asiya  və 

Afrikanın inkişaf etməkdə olan ölkələrində korporasiyalardan tutulan vergilərin 

362 



dərəcələri  aşağı  salınmışdı.  Bütövlükdə  isə  dövlətlər  əvvəlki  illərdə  işlənib 

hazırlanmış  və  ölkəyə  XBİ  axınlarının  artmasına  imkan  verən  ümumi  şərtlərə 

riayət edir. 

14.3.

 

XBI-nin ölkəyə axınına şərait yaradan 

investisiya iqlimi, işgüzar mühit 

Dünya  təcrübəsində  konkret  ölkələrə  xarici  investisiya  axınlarının  cəlb 

olunmasına  imkan  yaradan  müəyyən  meyarlar  işlənib  hazırlanmışdır.  Bunun 

əsasında UNCTAD tərəfindən öz ölkəsinə xarici investisiyalar cəlb etmək istəyən 

ölkələr üçün bu şərtlərin və meyarların mütləq nəzərə alınmalı olan minimum, bir 

növ universal siyahısı tərtib edilmişdir (cədvəl 14.3 və 14.4). 

İnvestisiya  rejimləri  barədə  göstərilən  məlumatlar  hazırda  bir  növ 

universal  indikatorlar  qismində  çıxış  edir  və  ölkəyə  XBİ  cəlb  olunması  üzrə 

müxtəlif  əməliyyatlar  aparılarkən  onları  bilmək  və  nəzərə  almaq  lazımdır. 

Əslində,  onlar  ölkələrin  müxtəlif  qrupları  üzrə  müvafiq  investisiya  rejimlərini 

formalaşdırır.  Onlar  həm  xarici  investisiyaların  cəlb  olunmasında  mühüm  rol 

oynadığına, həm də xaricdən daxilolmaların minimuma düşdÜ34i şəraitdə milli 

kapitalın  ölkədən  qaçmasına  həlledici  təsir  göstərdiyinə  görə,  diqqətlə 

öyrənilməlidir. 

Ölkələrdə  investisiya  qərarlarının  qəbuluna  təsir  göstərən  başqa  amillər 

qismində  regional  inteqrasiya,  habelə  ölkənin  siyasətində  milli  investisiya 

rejimində  sistemli  dəyişikliklər  doğura  bilən  ümumi  mülahizələrin 

əlaqələndirilməsi dərəcəsinin yüksəldilməsi və nəzərə alınmasının zəruriliyi çıxış 

edir.  Eyni  zamanda  bu  amillər  daha  yaxşı  uzlaşdırılmış,  balanslaşdırılmış, 

münasib inkişaf, səmərəli  beynəlxalq  investisiya  rejimi üçün imkanlar  yaradır. 

Ehtimal edirik ki, beynəlxalq investisiya rejiminin möhkəmlənməsinin amilləri 

aşağıdakılardır: 

1)

 

iştirakçılar  dairəsi  məhdud  olan,  investisiya  məsələlərinə  dair 



müddəalar  nəzərdə  tutulan,  mövzusuna  görə  geniş  iqtisadi  sazişlərin  sayının 

artması; 

2)

 

regional  (əsasən  Cənub  -  Cənub  xətti  üzrə)  investisiya  zonalarının 



yaradılınası üzrə səylər; 

363 


Cədvəl 14.3 

Ölkəyə XBİ axınına şərait yaradan resipiyent ölkələrin xarakteristikaları* 

XBİ qəbul edən ölkələrin ümumi 

şəraiti 

TMK-nm 

məqsədlərinə 

əsasən 

təsnifləşdirilmiş 

XBİ-nin tipi 

Resipiyent  ölkələrin  əsas 

iqtisadi xarakteristikaları 

1. XBİ üçün siyasi mühit 

A.

 

Satış bazarının 



genişləndirilməsi 

B.

 



Təbii  resursları 

(aktivləri)  əldə 

etmək 

imkanları 



İqtisadi, siyasi və sosial sabitlik; 

İnvestorun gəlməsini və fəaliyyətini 

tənzimləyən qaydalar; 

Xarici şirkətlərin filiallarına münasibət; 

Bazarların fəaliyyəti və strukturu 

(xüsusilə, rəqabət, qovuşmalar və 

birləşmələr siyasəti); 

XBİ-yə şərait yaradılması üzrə 

beynəlxalq müqavilələr; Özəlləşdirmə 

siyasəti; 

Ticarət siyasəti (tarif və qeyri-tarif 

maneələri; 

Bazarın həcmi və əhalinin hər 

nəfərinə düşən gəlir; 

Regional və qlobal bazarlara 

çıxış: 


İstehlakçıların ölkə üçün 

səciyyəvi olan verdiyi 

üstünlüklər; 

Bazarların strukturu; 

Xammal; 

Ixtisassız, aşağı ödənişli işçi 

qüvvəsi; 

İxtisaslı kadrlar; 

Texnoloji, innovasiya və 

yaradılmış başqa aktivlər 

(məsələn, ticarət markaları), o 

cümlədən insanlarda, firmalarda 

yaxud onların qruplarında 

təcəssüm olunmuş aktivlər

Maddi infrastruktur (limanlar, 

yollar, elektrik təchizatı, rabitə)   

2. İqtisadi xarakteristikalar 

Konkret mexanizmlər; 

Bazar infrastrukturu; 

iqtisadi azadlıq ______   

3. Biznesə yardım göstərilməsi 

İnvestisiyaların irəli hərəkəti (o 

cümlədən imicin yaradılması, 

investisiyaların dəstəklənməsi üçün 

vasitələrin axtarılması və xidmətlərin 

inkişaf etdirilməsinə yönəlmiş 

tədbirlərin həyata keçirilməsi); 

investisiyaların stimullaşdınlması; 

Korrupsiya, idarəçiliyin səmərəliliyi 

, XBİ, ticarət və 

vergi 

siyasətlərinin 



qarşılıqlı əlaqəsi . 

İstehsalın 

səmərəliliyinin 

yüksəldilməsi 

Əmək  məhsuldarlığı  ilə 

birlikdə,  resursların  və 

aktivlərin dəyəri amili 

Digər  məsrəflər,  məsələn, 

resipiyent  ölkə  daxilində  / 

xaricə  nəqliyyat  və  rabitə 

xərcləri, 

aralıq məhsulların əldə 

olunması məsrəfləri 

364 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə