edir. BİA-ya 170 ölkə daxildir, üzvlük BYİB-ə qəbul olunan bütün ölkələr üçün
açıqdır. Yalnız ən yoxsul ölkələr BİA-dan kredit almaq hüququna malikdir.
Rəsmi meyarlara görə, bunlar əhalisinin hər nəfərə düşən gəliri 1465 ABŞ dolları
və az olan ölkələrdir. Amma təcrübədə BİA-nm kreditləri yalnız əhalisinin hər
nəfərinə düşən gəliri 905 dollar və az olan ölkələrə verilir. Hər nəfərə düşən gəliri
1465 dollardan az olan ölkələr bir hissəsi BYİB-in borcundan, digəri isə BİA-nm
kreditindən ibarət olan yardım ala bilər. BYİB-in borcları hər nəfərə düşən gəliri
5295 dollardan az olan ölkələrə verilir. Hər nəfərə düşən gəlir 5295 dolları
keçdikdə, ölkə BYİB-dən borc götünnək hüququnu itirir və Dünya Bankının
tenninologiyasma görə, «kamal attestatı alır».
Məlumatlara əsasən, 1990-cı illərdə BİA-nm kreditlərinin 44%-i Afrika,
25%-i Cənubi Asiya, 14%-i Şərqi Asiya, 5%-i Latın Amerikası və Karib dənizi
hövzəsi ölkələrinin, 2%-i Yaxın Şərq və Şimali Afrika dövlətlərinin payına
düşmüşdür.
Sponsorlar üzvlük haqlarını BİA-nm sərəncamına illik 3 tranşla verirlər.
Maliyyələşmənin xüsusiyyətlərinə görə BİA üzvləri 2 qrupa bölünür. Rusiyanın
daxil olduğu birinci qrup ABŞ, Kanada, Qərbi Avropa dövlətləri, Yaponiya,
Avstraliya, Yeni Zelandiya, CAR və Küveytdən ibarətdir və üzvlük haqlarını
BİA-nm əməliyyatlarında məhdudiyyətsiz istifadə oluna bilən sərbəst dönərli
valyutalarla ödəyir. İnkişaf etməkdə olan ölkələrdən ibarət ikinci qrup üzvlük
haqlarının 10%-ni sərbəst dönərli valyuta ilə, qalan 90%-i isə öz valyutasında
ödəyir. İkinci qrupa daxil olan ölkələrin üzvlük haqlan BİA-nm layihələrinin
maliyyələşdirilməsində yalnız onların hökumətləri ilə bağlanılan xüsusi
müqavilə əsasında istifadə edilə bilər.
20.5.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
Bu koıporasiya 1956-cı ildə inkişaf etməkdə olan ölkələrin özəl sektoruna
yardım göstərilməsi məqsədilə yaradılmışdır. Rokfeller Komitəsinin Hesabatına
izahatda xüsusi qeyd olunurdu ki, «BMK-nm əsas funksiyası özəl kapitalla
rəqabət aparmaq deyil, onun investisiyalarını tamamlamaq və dəstəkləməkdir»’.
^ Matecki B. The Establishment of the International Finance Corporation and United States Policy. A
Case Study in International Organization. L., 1957. P. 42.
593
BMK-nın ali orqanı
BYİB-in İdarəedicilər Şurasının üzvlərindən ibarət
olan İdarəedicilər Şurasıdır, BYİB-in prezidenti BMK-nın prezidentidir. Cari
əməliyyatları İcraçı Direktorlar Şurası həyata keçirir. Lakin BİA-dan fərqli
olaraq, korporasiya maliyyə və hüquqi baxımdan BYİB-dən tam ayrılmaqla
bərabər, özünün işçi heyətinə də malikdir.
BMK-nın məqsədi
inkişaf etməkdə olan ölkələrə özəl sektorun
möhkəmləndirilməsini və özəl biznesin yaradılmasını dəstəkləmək yolu ilə
onların iqtisadi artımına yardım etməkdir. Korporasiyanın əsas vəzifəsi özəl
investorlara və maliyyə qurumlarına inkişaf etməkdə olan ölkələrə səmərəli
kapital qoyuluşlarında kömək göstənnəklə, katalizator rolunda çıxış etməkdir.
BMK kreditləri 12 illik güzəşt müddəti olmaqla 3-15 ilə, bazara yaxın şərtlərlə
verir. Passivlərinin 80%-ə yaxınını maliyyə bazarlarından cəlb edir, 20%-ni isə
BYİB-dən borc alır. Bir qayda kimi, korporasiya öz layihələrində başqa
investorların iştirakını tələb edir, özünün payı isə 25-35% olur. Onun
fəaliyyətinin mühüm cəhəti borc vennəklə yanaşı, bilavasitə özəl müəssisələrin
kapitalına vəsait qoymasıdır.
İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentlik
(MIGA) 1988-ci ilin
aprelində üzv-dövlətlərin iqtisadi inkişafına xarici investisiyaların stimullaş-
dırılması vasitəsilə yardım göstərmək məqsədilə yaradılmışdır. MIGA-nm
təşkilatı strukturu Dünya Bankı qrupuna daxil olan digər təşkilatlarda olduğu
kimidir. BYİB-in prezidenti eyni zamanda MIGA-nm da prezidentidir.
Agentlik onun üzvü olan dövlətlərin milli iqtisadiyyatına xarici investorların
qoyduğu kapitalların siyasi xarakterli qeyri-kommersiya risklərindən, o
cümlədən mülkiyyətdən məhrum olunmadan, müharibədən və vətəndaş
iğtişaşlarından qorunacağına maliyyə zəmanəti verir. Bu cür zəmanətlər
iqtisadi islahatlarla yanaşı, siyasi dəyişikliklərin də baş verdiyi ölkələrə
investisiya axınlarının qarşısını alan maneələri aradan qaldırmağa imkan verir.
Bununla bərabər. Agentlik inkişaf etməkdə olan ölkələrin hökumətlərinə xarici
investisiyaların cəlb olunmasının mali}^ə, iqtisadi və hüquqi məsələləri üzrə
məsləhətvermə xidmətləri göstərir.
2010-
cu ilin əvvəlinə MIGA risklərin örtülməsi üçün ümumi
məbləği 11 milyard dollar olan 500-ə yaxın zəmanət (o cümlədən Rusiya,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqalarına iqtisadiyyatın maliyyə,
infrastruktur, faydalı qazıntıların hasilatı, telekommunikasiya, energetika və
turizm kimi sahələrində) vermişdir. Zəmanətlər əsasən xarici və ya müştərək
şirkətlərin
594
həyata keçirdiyi layihələrə investisiyalar üçün verilir.
DB-nin fəaliyyətinin yekunları. Fəaliyyət göstərdiyi 65 il ərzində Dünya
Bankı təqribən 140 ölkədə həyata keçirilən 8 mindən artıq layihəni dəstəkləmək
məqsədlərinə 500 milyard ABŞ dolları ayınnışdır. Bank iqtisadi, siyasi və
mədəniyyət şəraiti fərqlənən ölkələrdə layihələrin hazırlanması və həyata
keçirilməsi sahəsində unikal təcrübə toplayaraq, nəinki mühüm maliyyə
qurumuna, həmçinin, biliklər və təcrübənin dünya miqyaslı xəzinəsinə
çevrilmişdir. Bank öz fəaliyyətində bütün beynəlxalq iqtisadi təşkilatlarla sıx
əməkdaşlıq edir.
20.6.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Bu bank 1990-cı ildə Fransa Prezidenti Jiskar d’Estenin təşəbbüsü ilə
yaradılmış və 1991-ci ildən fəaliyyətə başlamışdır. Onun təsisçisi 40 dövlət
olmuş, sonradan üzvlərinin sayı 56-dək çoxalmışdır (RF 1992-ci ildən üzvdür və
bankın kapitalında kvotası 4%-dir).
Bankın vəzifələri:
•
əməliyyatları müstəsna olaraq Mərkəzi və Şərqi Avropa dövlətlərində
aparmaq;
•
bu dövlətlərdə demokratiya qurumlarının inkişafını və insan
hüquqlarına hömıətlə yanaşılmasını dəstəkləmək;
•
kommersiya bankı ilə inkişaf bankı funksiyalarını əlaqələndinnək;
•
Avropada ümumi vəzij^ətin yaxşılaşmasına yardım etmək.
AYİB-in təsis olunması haqqında Sazişin 1-ci maddəsində göstərilir ki,
bank üçün ən başlıcası, siyasi və iqtisadi qurum elementlərini əlaqələndinnək.
Mərkəzi və Şərqi Avropa ölkələrində iqtisadi islahatların həyata keçirilməsini,
özəl sahibkarlıq fəaliyyətini dəstəklənmək, orada demokratik islahatların
aparılmasını sürətləndinnəkdir.
Bankın fəaliyyətinin əsas istiqamətlən:
•
özəl yaxud özəlləşdirilən müəssisələrin malİ3^ələşdirilməsi;
•
infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsi;
•
konkret layihələr üzrə məsləhət-texniki yardımın göstərilməsi.
Özəl yaxud özəlləşdirilən müəssisələr, kommersiya müəssisələrindən
və ya onların vasitəçilərindən ərizələri qəbul edən Kommersiya Departamenti
tərəfindən maliyyələşdirilir. Müvafiq ərizəyə baxılarkən, layihənin kommersiya
595
Dostları ilə paylaş: |