Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə232/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   228   229   230   231   232   233   234   235   ...   306

edir. BİA-ya 170 ölkə daxildir, üzvlük BYİB-ə qəbul olunan bütün ölkələr üçün 

açıqdır.  Yalnız  ən  yoxsul  ölkələr  BİA-dan  kredit  almaq  hüququna  malikdir. 

Rəsmi meyarlara görə, bunlar əhalisinin hər nəfərə düşən gəliri 1465 ABŞ dolları 

və az olan ölkələrdir. Amma təcrübədə BİA-nm kreditləri yalnız əhalisinin hər 

nəfərinə düşən gəliri 905 dollar və az olan ölkələrə verilir. Hər nəfərə düşən gəliri 

1465 dollardan az olan ölkələr bir hissəsi BYİB-in borcundan, digəri isə BİA-nm 

kreditindən ibarət olan yardım ala bilər. BYİB-in borcları hər nəfərə düşən gəliri 

5295  dollardan  az  olan  ölkələrə  verilir.  Hər  nəfərə  düşən  gəlir  5295  dolları 

keçdikdə,  ölkə  BYİB-dən  borc  götünnək  hüququnu  itirir  və  Dünya  Bankının 

tenninologiyasma görə, «kamal attestatı alır». 

Məlumatlara əsasən, 1990-cı illərdə BİA-nm kreditlərinin 44%-i Afrika, 

25%-i Cənubi Asiya, 14%-i Şərqi Asiya, 5%-i Latın Amerikası və Karib dənizi 

hövzəsi  ölkələrinin,  2%-i  Yaxın  Şərq  və  Şimali  Afrika  dövlətlərinin  payına 

düşmüşdür. 

Sponsorlar üzvlük haqlarını BİA-nm sərəncamına illik 3 tranşla verirlər. 

Maliyyələşmənin xüsusiyyətlərinə görə BİA üzvləri 2 qrupa bölünür. Rusiyanın 

daxil  olduğu  birinci  qrup  ABŞ,  Kanada,  Qərbi  Avropa  dövlətləri,  Yaponiya, 

Avstraliya,  Yeni  Zelandiya,  CAR  və  Küveytdən  ibarətdir  və  üzvlük  haqlarını 

BİA-nm  əməliyyatlarında  məhdudiyyətsiz  istifadə  oluna  bilən  sərbəst  dönərli 

valyutalarla  ödəyir.  İnkişaf  etməkdə  olan  ölkələrdən  ibarət  ikinci  qrup  üzvlük 

haqlarının 10%-ni  sərbəst  dönərli valyuta ilə, qalan 90%-i  isə öz valyutasında 

ödəyir.  İkinci  qrupa  daxil  olan  ölkələrin  üzvlük  haqlan  BİA-nm  layihələrinin 

maliyyələşdirilməsində  yalnız  onların  hökumətləri  ilə  bağlanılan  xüsusi 

müqavilə əsasında istifadə edilə bilər. 



20.5.

 

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) 

Bu koıporasiya 1956-cı ildə inkişaf etməkdə olan ölkələrin özəl sektoruna 

yardım göstərilməsi məqsədilə yaradılmışdır. Rokfeller Komitəsinin Hesabatına 

izahatda  xüsusi  qeyd  olunurdu  ki,  «BMK-nm  əsas  funksiyası  özəl  kapitalla 

rəqabət aparmaq deyil, onun investisiyalarını tamamlamaq və dəstəkləməkdir»’. 

Matecki B. The Establishment of the International Finance Corporation and United States Policy. A 

Case Study in International Organization. L., 1957. P. 42. 

593 



BMK-nın ali orqanı

 

BYİB-in İdarəedicilər Şurasının üzvlərindən ibarət 

olan İdarəedicilər Şurasıdır, BYİB-in prezidenti BMK-nın prezidentidir. Cari 

əməliyyatları  İcraçı  Direktorlar  Şurası  həyata  keçirir.  Lakin  BİA-dan  fərqli 

olaraq,  korporasiya  maliyyə  və  hüquqi  baxımdan  BYİB-dən  tam  ayrılmaqla 

bərabər, özünün işçi heyətinə də malikdir. 



BMK-nın  məqsədi

 

inkişaf  etməkdə  olan  ölkələrə  özəl  sektorun 

möhkəmləndirilməsini  və  özəl  biznesin  yaradılmasını  dəstəkləmək  yolu  ilə 

onların  iqtisadi  artımına  yardım  etməkdir.  Korporasiyanın  əsas  vəzifəsi  özəl 

investorlara  və  maliyyə  qurumlarına  inkişaf  etməkdə  olan  ölkələrə  səmərəli 

kapital qoyuluşlarında kömək göstənnəklə, katalizator rolunda çıxış etməkdir. 

BMK kreditləri 12 illik güzəşt müddəti olmaqla 3-15 ilə, bazara yaxın şərtlərlə 

verir. Passivlərinin 80%-ə yaxınını maliyyə bazarlarından cəlb edir, 20%-ni isə 

BYİB-dən  borc  alır.  Bir  qayda  kimi,  korporasiya  öz  layihələrində  başqa 

investorların  iştirakını  tələb  edir,  özünün  payı  isə  25-35%  olur.  Onun 

fəaliyyətinin mühüm cəhəti borc vennəklə yanaşı, bilavasitə özəl müəssisələrin 

kapitalına vəsait qoymasıdır. 



İnvestisiyalara  Zəmanət  üzrə  Çoxtərəfli  Agentlik

 

(MIGA)  1988-ci  ilin 

aprelində  üzv-dövlətlərin  iqtisadi  inkişafına  xarici  investisiyaların  stimullaş- 

dırılması  vasitəsilə  yardım  göstərmək  məqsədilə  yaradılmışdır.  MIGA-nm 

təşkilatı strukturu Dünya Bankı qrupuna daxil olan digər təşkilatlarda olduğu 

kimidir.  BYİB-in  prezidenti  eyni  zamanda  MIGA-nm  da  prezidentidir. 

Agentlik  onun üzvü olan dövlətlərin  milli  iqtisadiyyatına xarici  investorların 

qoyduğu  kapitalların  siyasi  xarakterli  qeyri-kommersiya  risklərindən,  o 

cümlədən  mülkiyyətdən  məhrum  olunmadan,  müharibədən  və  vətəndaş 

iğtişaşlarından  qorunacağına  maliyyə  zəmanəti  verir.  Bu  cür  zəmanətlər 

iqtisadi  islahatlarla  yanaşı,  siyasi  dəyişikliklərin  də  baş  verdiyi  ölkələrə 

investisiya axınlarının qarşısını alan maneələri aradan qaldırmağa imkan verir. 

Bununla bərabər. Agentlik inkişaf etməkdə olan ölkələrin hökumətlərinə xarici 

investisiyaların  cəlb  olunmasının mali}^ə, iqtisadi  və hüquqi  məsələləri  üzrə 

məsləhətvermə xidmətləri göstərir. 

2010-


 

cu  ilin  əvvəlinə  MIGA  risklərin  örtülməsi  üçün  ümumi 

məbləği  11  milyard  dollar  olan  500-ə  yaxın  zəmanət  (o  cümlədən  Rusiya, 

Qazaxıstan,  Qırğızıstan,  Özbəkistan  və  başqalarına  iqtisadiyyatın  maliyyə, 

infrastruktur,  faydalı  qazıntıların  hasilatı,  telekommunikasiya,  energetika  və 

turizm kimi sahələrində) vermişdir. Zəmanətlər əsasən xarici və ya müştərək 

şirkətlərin 

594 



həyata keçirdiyi layihələrə investisiyalar üçün verilir. 

DB-nin fəaliyyətinin yekunları. Fəaliyyət göstərdiyi 65 il ərzində Dünya 

Bankı təqribən 140 ölkədə həyata keçirilən 8 mindən artıq layihəni dəstəkləmək 

məqsədlərinə  500  milyard  ABŞ  dolları  ayınnışdır.  Bank  iqtisadi,  siyasi  və 

mədəniyyət  şəraiti  fərqlənən  ölkələrdə  layihələrin  hazırlanması  və  həyata 

keçirilməsi  sahəsində  unikal  təcrübə  toplayaraq,  nəinki  mühüm  maliyyə 

qurumuna,  həmçinin,  biliklər  və  təcrübənin  dünya  miqyaslı  xəzinəsinə 

çevrilmişdir.  Bank  öz  fəaliyyətində  bütün  beynəlxalq  iqtisadi  təşkilatlarla  sıx 

əməkdaşlıq edir. 



20.6.

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 

Bu bank 1990-cı  ildə  Fransa Prezidenti  Jiskar d’Estenin təşəbbüsü  ilə 

yaradılmış  və  1991-ci  ildən  fəaliyyətə  başlamışdır.  Onun  təsisçisi  40  dövlət 

olmuş, sonradan üzvlərinin sayı 56-dək çoxalmışdır (RF 1992-ci ildən üzvdür və 

bankın kapitalında kvotası 4%-dir). 

Bankın vəzifələri: 

 



əməliyyatları müstəsna olaraq Mərkəzi və Şərqi Avropa dövlətlərində 

aparmaq; 

 

bu  dövlətlərdə  demokratiya  qurumlarının  inkişafını  və  insan 



hüquqlarına hömıətlə yanaşılmasını dəstəkləmək; 

 



kommersiya bankı ilə inkişaf bankı funksiyalarını əlaqələndinnək; 

 



Avropada ümumi vəzij^ətin yaxşılaşmasına yardım etmək. 

AYİB-in təsis olunması haqqında Sazişin 1-ci maddəsində göstərilir ki

bank üçün ən başlıcası,  siyasi və iqtisadi qurum elementlərini əlaqələndinnək. 

Mərkəzi və Şərqi Avropa ölkələrində iqtisadi islahatların həyata keçirilməsini, 

özəl  sahibkarlıq  fəaliyyətini  dəstəklənmək,  orada  demokratik  islahatların 

aparılmasını sürətləndinnəkdir. 



Bankın fəaliyyətinin əsas istiqamətlən: 

 



özəl yaxud özəlləşdirilən müəssisələrin malİ3^ələşdirilməsi; 

 



infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsi

 



konkret layihələr üzrə məsləhət-texniki yardımın göstərilməsi. 

Özəl  yaxud  özəlləşdirilən  müəssisələr,  kommersiya  müəssisələrindən 

və  ya  onların  vasitəçilərindən  ərizələri  qəbul  edən  Kommersiya  Departamenti 

tərəfindən maliyyələşdirilir. Müvafiq ərizəyə baxılarkən, layihənin kommersiya 



595 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə