Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə235/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   231   232   233   234   235   236   237   238   ...   306

Bununla  belə,  İslam  bankının  fəaliyyətinin  məğzi  komissiya  agenti 

rolunu  oynamaqla  (əqdin  yalnız  uğurla  nəticələndiyi  halda  mənfəət  əldə 

etməklə) maliyyə vasitəçisi funksiyasını axıradək yerinə yetinnəkdir. Bu halda 

bank maliyyələşmədə öz vəsaitləri ilə hər hansı tərzdə iştirak etmirsə, kapitalı 

risk  zonasından  kənarda  qalır.  Buna  müvafiq  olaraq,  əmanətçilər  qarşısında 

öhdəliklər yaranmır. 

Mudaraba və muşarakada müəyyən olunanlardan başqa, İslam bankının 

bir özəlliyi də var: adi bank pulu borca götürür və borca verir (başqa sözlə, pulu 

alır və satır), İslam bankı isə malları satın almaqla və satmaqla məşğul olur, pul 

isə  bu  əməliyyatlarda  yalnız  xidmət  funksiyasını  (dəyər  ölçüsü  funksiyası) 

yerinə yetirir. Bu isə, dünya ölkələrinin əsrlər boyu təşəkkül tapan, bankların 

ticarət və istehsalat funksiyalarını yerinə yetirməyərək, səylərini əmanət qəbul 

edib,  onu  müəyyən  faiz  müqabilində  ssuda  verilməsi  üzərində  cəmləşməsini 

nəzərdə tutan qanunvericiliyi və bank təcrübəsi ilə ziddiyyət təşkil edir. Buna 

görə  də  İslam  bankları  bu  ziddiyyəti  aradan  qaldırmağa  cəhd  göstərib,  öz 

əməliyyatlarına pul  buraxmaqla  yanaşı,  biznes dünyasında  yaranan vəziyyəti 

nəzərə almaqla, filiallarının və bölmələrinin açılması ilə razılaşır. 

Bununla  belə  nəzərə  alınmalıdır  ki,  ümumilikdə  İslam  bankları  şəriət 

normalarına  və  ənənəvi  İslam  etikasına  uyğun  olmayan  əməliyyatlar  və 

fəaliyyət  sahələri  hesabına  mənfəət  əldə  etməyə  meyilli  deyil.  Bu  səbəbdən 

bank  öz  müştərisini  onun  maliyyə  vəziyyətindən  daha  çox,  şəxsiyyəti 

baxımından qiymətləndirir. Məhz bu, müasir sahibkarlıq üçün zəruri olan etik 

prioritetdir. 

İslam  banklarının  fəaliyyətini  təhlil  edən  mütəxəssislər  dünya  bank 

sistemində müəyyən yer tapmasına baxmayaraq, İslam banklarının əhəmiyyətli 

dərəcədə inkişaf etməsinə ümid bəslənməsinin düzgün olmadığını qeyd edirlər. 

Güman  ki,  İslam  bank  modelinin  təsiri  banklar  və  müştərilər  arasındakı 

münasibətlərdə  etik,  mənəvi  cəhətdən  daha  əhəmiyyətli  olacaq.  Hamının 

varlanmağa çalışdığı və bunun üçün bütün vasitələrdən və üsullardan istifadə 

etdiyi dövrdə bu «materiya», demək olar ki, itirilmişdir. Şübhəsiz ki, gələcəkdə 

sahibkarlığın məhz mənəvi-etik cəhətlərinə daha çox diqqət yetiriləcək. Burada 

bəzi  alimlər  tərəfindən  keçmişdə  iqtisadi  tərəqqinin  çox  güclü  amillərindən 

olan,  amma  Ən  Yeni  Dövrdə  liberallıq  dəyərlərində  «əridilmiş»  protestant 

etikası ilə əlaqə təsəvvürə gətirilir. «Protestant etikasının» xüsusi rolu barədə 

tezisin mübahisəli olmasına baxmayaraq, məsələnin özünün qoyu-luşu İslam 

602 



banklarının  iş  prinsiplərinin  izah  olunması  qədər  pozitiv  xarakterə  malik-dir. 

Ehtimal  ki,  yoxsul  müsəlman  ölkələrində  «aşağıların»  çox  zaman  şüurlu 

olmadan  «qızılın»  qüdrətinin  artması  və  qloballaşma  şəraitində  şəxsiyyətə, 

ailəyə  və  cəmiyyə-tin  ənənəvi  dayaqlarına  dağıdıcı  təsir  göstənnəsi  əleyhinə 

etirazının dayanmadan genişlənməsi, İslam iqtisadi modelinin ilkin həlqəsi olan 

İslam bankları sisteminin meydana çıxmasının və getdikcə daha çox təşəkkül 

tapmasının əsas amilidir. 

İslam  İnkişaf  Bankı  (IDB  -  İslamic  Development  Bank)

 

-  1974-cü  ildə 

İslam  Konfransı  Təşkilatı  tərəfindən  müsəlman  ölkələrinin  və  regionlarının 

iqtisadi inkişafını dəstəkləmək məqsədilə  yaradılan regional inkişaf bankıdır. 

Quran prinsiplərini əldə rəhbər tutan, sələmçiliyi inkar edən bank faizlə ssuda 

və  kredit  vermir.  Bank  səhmləri  almaqla  yaxud  nominal  komissiya  haqqı 

müqabilində  sənayenin  inkişafı  layihələrini  maliyyələşdirir.  Bundan  əlavə, 

bank üzv-dövlətlərə lazım olan idxalı maliyyələşdinnəkdə kömək edən kreditlər 

verir.  Son  illərdə  bu  bank  fəalİ3^ətini  ABŞ-da  və  Aİ  ölkələrində 

genişləndirmişdir. 



20.9.

 

Beynəlxalq maliyyə mərkəzləri: 

Nyu-York, London və Tokio 

Beynəlxalq  mərkəzlərin  yaradılmasının  ilkin  şərtləri.  Son  onilliklərdə 

kapitalın  beynəlxalq  hərəkətində  və  dünya  maliyyə  sistemində  baş  verən 

mühüm  hadisələrdən  biri,  kapitalın  transmilliləşməsi,  onun  ölkələr  arasında 

axınının  sürətlənməsi  nəticəsində  maliyyə  bazarlarının  qloballaşmasıdır.  Öz 

növbəsində,  ABŞ,  Böyük  Britaniya  və  Yaponiyada  beynəlxalq  malİ3^ə 

mərkəzlərinin yaradılması bu qloballaşmanın birbaşa nəticələrindən olmuşdur. 

İqtisadçılar  analoji  maliyyə  mərkəzlərinin  Frankfurt-Mayn,  Paris,  Sürix  və 

Şanxayın pul bazarları ətrafında fonnalaşması prosesinin getdiyini qeyd etsələr 

də,  onların  beynəlxalq  mərkəz  səviyyəsinə  «çatmadığını»,  aşağıda 

sadaladığımız əsas meyarlara hələ uyğun gəlmədiyini göstərirdilər: 

 

bazar  agentlərinin  fəaliyyəti,  istehlak,  yığım  və  istehlak  sahəsində 



yüksək dərəcədə iqtisadi sərbəstliyin olması; 

 



maliyyə  mərkəzinin  yerləşdiyi  ölkənin  valyutasının  sabitliyi  və  milli 

maliyyə sisteminin dayanıqlı olması; 

 

yerləşdiyi ölkədə maliyyə qurumlarının və alətlərinin səmərəliliyi



603 


 

yüksək  iqtisadi  inkişafının  ümumi  nəticəsi  kimi,  fəal  və  çevik 



bazarların  (uzunmüddətli  və  qısamüddətli  bazarlar,  əqdlər  üzrə  bazarlar, 

fyuçers  əqdləri  üzrə  bazarlar,  əmtəə  bazarları,  qiymətli  kağızlar  bazarları) 

mövcudluğu; 

 



yerləşdiyi ölkədə əqdlərin istənilən növlərinin yerinə yetirilməsini və 

maliyyə, iqtisadiyyat barədə infonnasiyanm alınmasını və ötürülməsini təmin 

edən universal rabitənin olması; 

 



yerləşdiyi  ölkədə  müvafiq  hüquqi  məkanın  və  sosial  iqlimin 

mövcudluğu*. 

Dünyanın  Nyu-York,  London,  Tokio,  Sürix,  Lüksemburq,  Frankfurt- 

Mayn,  Sinqapur,  Şanxay  və  digər  maliyyə  mərkəzləri  pul  axınlarının 

tənzimlənməsinin  alətləri  qismində  çıxış  edən  mexanizmlər  əsasında  nəhəng 

maliyyə  vəsaitlərinin  mərkəzləşdirildiyi  məntəqələrdir.  Bu  mərkəzlərdə 

beynəlxalq valyuta, kredit və maliyyə əməliyyatları aparan, qiymətli kağızlarla, 

qızılla  əqdləri  yerinə  yetirən  banklar  və  ixtisaslaşdırılmış  maliyyə-kredit 

qurumları cəmləşmişdir. 

Birinci Dünya müharibəsinədək hökmran mövqe tutan maliyyə mərkəzi 

London  olmuşdur.  Bu,  Böyük  Britaniyada  kapitalizmin  yüksək  dərəcədə 

inkişaf etməsinin, onun başqa ölkələrlə geniş ticarət əlaqələrinin, funt sterlinqin 

nisbətən  dayanıqlılığının,  ölkənin  kredit  sisteminin  inkişafının  nəticəsi  idi. 

Birinci Dünya müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-a 

keçdi.  1960-cı  illərdə Qərbi Avropa və Yaponiyada, sonradan isə Çində  yeni 

mərkəzlərin peyda olması səbəbindən, ABŞ-ın dünyanın maliyyə mərkəzi kimi 

inhisarçı  mövqeyi  sarsıldı.  Aİ  ölkələri  öz  maliyyə  mərkəzlərini  yaratmağa 

çoxdan çalışırdı. 1999-cu ildə avronun tətbiqi nəticəsində Aİ miqyasına görə 

ABŞ-dan sonra ikinci fond bazarına çevrildi. Qiymətli kağızlar və derivativlər 

(törəmə qiymətli kağızları) bir valyutada - avroda nominasiya olunduğu üçün 

valyuta  riski  aradan  qaldırılır.  London  ənənəvi  olaraq,  bu  sahədə  Nyu-York 

maliyyə mərkəzi ilə rəqabət aparır. Avropada dünya maliyyə mərkəzləri qızılla 

əməliyyatların  aparılması  sahəsində  birincilik  uğrunda  Londonla  mübarizə 

aparan  Sürix,  habelə  Lüksemburqdur.  Yaponiyanın  dünya  təsərrüfatında 

mövqelərinin  möhkəmlənməsi  sayəsində  Tokio,  son  illərdə  isə  Honkonqdan 

əlavə Şanxay (Çin) dünya mərkəzlərinə çevrilmişdir. 

Kredit idarələrinin əsasən qeyri-rezidentlərlə, bu dövlət üçün xarici olan 

Энг M. Мировые финансы / М.Энг, Ф.А.Лис., Л.Дж.Маурер. М.: Дека, 1998. С. 230. 

604 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə