Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə243/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   239   240   241   242   243   244   245   246   ...   306

mövcud olan ən qədim birja sayılır. 1913-cü ilədək Amsterdam birjası müxtəlif 

mallarla  ticarət  edən  universal  birja  idi.  Bu  birja  sonradan  ixtisaslaşmış  fond 

birjasına  çevrildi  və  burada  yalnız  qiymətli  kağızlarla  ticarət  aparılır.  Böyük 

Britaniyada  fond  birjası  yüz  il  gec,  1773-cü  ildə,  bundan  bir  qədər  əvvəl 

Fransada,  sonra  isə  ABŞ-da,  1900-cü  ildə  Rusiyada  fəal  fonualaşmağa 

başlamışdır.  Yaponiyanın  fond  birjası  Avropadan  xeyli  gec  inkişaf  etməyə 

başlamışdır,  müasir  mənada  başa  düşülən  fond  birjası  isə  yalnız  İkinci  Dünya 

müharibəsindən sonra yaradılmışdır. Amma XX əsrin sonuna yaxın yapon birja 

bazarı  ABŞ  və  Böyük  Britaniyanmkı  ilə  yanaşı,  ən  irilər  sırasındadır.  2001- 

2007-ci  illərdə  iqtisadiyyatı  artan  müxtəlif  ölkələrdə  birjalar  (Şanxay  birjası, 

Latın Amerikası, Qərbi Asiya ölkələrinin birjaları) sürətlə inkişaf edirdi. 

Valyuta  birjalarının  özəllikləri.  Başqa  birjalarla  müqayisədə,  valyuta 

birjalarının  inkişafının  fərqli  xüsusiyyətləri  olmuşdur.  Bu  xüsusiyyətlər,  ilk 

növbədə, 1922-ci ildə Genuya valyuta sisteminə keçməzdən əvvəl dünya ölkələri 

arasında dayanıqlı və rəsmiləşmiş valyuta münasibətlərinin mövcud olmaması ilə 

əlaqədardır.  İngilis  funtunun  hələ  1816-cı  ildən,  ABŞ  dollarının  1837-ci  ildən, 

alman  markasının  1875-ci  ildən  qızıl  məzmununun  olmasına  baxmayaraq, 

1922-ci  ilədək  qızıl  hamı  tərəfindən  qəbul  olunan  (nadir  istisnalarla)  yeganə 

ödəniş  vasitəsi  idi.  Valyutalar  arasındakı  mübadilə  məzənnələri  hesablanmır, 

onların qızıl məzmununa müvafiq olaraq paritetlər müəyyənləşdirilirdi. Beləliklə, 

birja əmtəəsi qismində valyutalar deyil, daha çox əmtəə birjasının əlamətləri xas 

olan birjalarda satılan qızıl çıxış edirdi (hesablaşmalar aparılarkən, qızıl tərəzidə 

çəkilirdi). 1922-ci ildən başlayaraq, qızılın demonetizasiyasmm hüquqi, əslində 

isə  faktiki  prosesi  -  qızıl-deviz  standartına  keçid,  1971-ci  ildən,  xüsusilə  də 

1976-cı  ildə  Yamayka  valyuta  sisteminin  qəbulundan  sonra  isə  qızılın  rəsmi 

demonetizasiyası başlandı. 

Qızılın  demonetizasiyası  prosesi  genişləndikcə,  valyuta  birjalarının  rolu 

güclənirdi.  Ancaq  1980-ci  illərin  əvvəlində  üzən  valyuta  məzənnələri  fonunda 

fərdi  EHM-lər  sahəsində  həlledici  texnoloji  sıçrayışın  baş  verməsi  valyuta 

birjalarının  inkişafının  dayanması  və  onun  birjadankənar  elektron  sistemlərlə 

əvəz olunması ilə nəticələndi. İndi də birja fəaliyyətində əhəmiyyətli dəyişikliklər 

baş  verir.  Artıq  bir  neçə  onillikdir  ki,  inkişaf  etmiş  ölkələrin  milli  birjaları 

beynəlxalq  iqtisadi  münasibətlərin  fonualaşmasınm  beynəlmiləlləşmə, 

inteqrasiya  və  buna  müvafiq  olaraq,  kapitalın  hərəkətinin  sürətlənməsi  kimi 

amillərinin güclü təsiri altındadır. Bundan başqa, son 20 ildə inkişaf etmiş 



623 


ölkələrdə kapitalın yerdəyişməsi qarşısında maneələrin, demək olar ki, tamamilə 

aradan  qaldırılması,  habelə  üzən  valyuta  məzənnələri  rejiminə  keçid  və  milli 

valyutaların (ABŞ dolları, yapon iyenası) sərbəst istifadə olunan yaxud sərbəst 

dönərli statusunun  alması  ən böyük milli  birjaların  beynəlxalq  birjalar sırasına 

keçməsi üçün obyektiv ilkin şərait yaratdı. 

Birjada  aparılan  əməliyyatlar.

 

Birja  əməliyyatları  ticarət  prosesində 

satıcılar və alıcılar arasında əqdlərin bağlanmasından ibarətdir. 

Birja  əqdi  -  birja  dövriyyəsinə  buraxılan  mallara  dair  hüquqların  və 

öhdəliklərin  qarşılıqlı  surətdə  verilməsi  barədə  birja  müzaidələri  zamanı 

bağlanılan müqavilədə (kontraktda) əks olunan razılaşmadır. 

Birja  fəaliyyəti  anlayışı.

 

İstənilən  birja  fəaliyyətinin  əsasım  ticarət 

prosesini  asanlaşdıraıaq,  satıcıların  və  alıcıların  maraqlarını  qiymətlərin 

əlverişsiz dəyişməsindən qoruya bilən səmərəli mexanizmlər işləyib hazırlamaq 

məqsədilə onun üzvləri tərəfindən təşkil olunan birja ticarəti təşkil edir. Beləliklə, 

iştirakçılarının  nöqteyi-nəzərindən  birja  ticarəti,  mənfəət  əldə  olunması 

məqsədilə təşkil olunan kommersiya fəaliyyətinin müstəqil növüdür. 

Birja  fəaliyyətinin  xüsusiyyətləri.  Birja  fəaliyyətinin  əsas  cəhətləri  və 

xüsusiyyətləri  onun  təzahürünün  xarakteri  ilə  əlaqədardır.  Birja  fəalij^əti  ilk 

növbədə: 

 



 malların  istehsalı  və  istehlakı  yerlərində,  habelə  iri  maliyyə 

mərkəzlərində cəmləşir; 

 

bazis  aktivlərinin  xüsusi  növləri  üzrə,  iri  partiyalarla  yaxud  böyük 



həcmdə aparılır; 

 



müntəzəm olaraq keçirilir

 



müzaidələrin aşkarlığı və şəffaflığı ilə fərqlənir

 



qiymətlərin əmələ gəlməsinin sərbəstliyi ilə səciyyələnir

 



birja vasitəçiləri tərəfindən aparılır. 

Birjanın funksiyaları. Birja aşağıdakı əsas funksiyaları yerinə yetirir: 

 



bazar qiymətlərinin aşkar olunması və tənzimlənməsi

 



əqdlərin yerinə yetirilməsinə zəmanət verilməsi

 



birja ticarətinin hərtərəfli təşkili

 



birja kontraktlarının işlənib hazırlanması və standartlaşdırılması; 

 



informasiya fəaliyyəti. 

Birja  əməliyyatlarının  aparılmasının  reqlamenti  və  əqdlərin  bağlanması 

qaydaları hər bir birja tərəfindən müstəqil müəyyən olunur. Bundan başqa. 

624 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə