Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə234/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   230   231   232   233   234   235   236   237   ...   306

beynəlxalq maliyyə kapitalları bazarlarında yüksək riskli əməliyyatlar aparması 

məhdudlaşdırılır.  Məsələn,  əvvəl  onlar  sərbəst  şəkildə  səhmlərə  yaxud  neftə 

investisiya qoya bilirdisə, indi bu təcrübə faktiki olaraq başa çatmışdır. Bankın 

bu cür əməliyyatlarla məşğul olan müvafiq strukturları (proprietary trades) ləğv 

olunur. 

İkincisi,  beynəlxalq  bankların  hecinq  fondlarına  malik  olması  qadağan 

edilmişdir.  2008-2010-cu  illərdə  maliyyə-iqtisadi  böhranının  qloballaşmasına 

məhz onların möhtəkirlik fəaliyyəti mühüm təsir göstərmişdir. 

Üçüncüsü,  beynəlxalq  bankların  ehtiyat  fondları  artır.  Əlbəttə,  bu 

tədbirlərin  böyük  əhəmiyyətinə  baxmayaraq,  onlar,  çətin  ki,  qısa  müddətdə 

dünya bank sisteminin tamamilə «təmiz» əməliyyatlar aparan səmərəli sistemə 

çevrilməsi ilə nəticələnəcəkdir. Əgər onların fəaliyyətinin təməlində «mənfəət, 

mənfəət  və  nəyin  bahasına  olursa-olsun,  yenə  də  mənfəət»  prinsipi  durursa, 

cüzi  dəyişiklik  baş  verəcək,  banklar  dünya  mali)^ə  sisteminin  sabitliyinin 

pozulması  hesabına  olsa  belə,  yüksək  gəlir  qoparmağın  yollarını  axtarıb 

tapacaq. Buna görə də əhəmiyyəti az olmayan başqa, o cümlədən mənəvi-etik 

prinsiplər və məqsədlər ön plana çəkilməli, mənfəətin «ədalətli» həddi, ictimai 

inkişafın məqsədləri, direktorların əmək haqqının kəskin azaldılması və s. kimi 

müddəalar daxil olmaqla, tənzimləmə doktrinasının özü dəyişdirilməlidir. 

20.8.

 

İslam bankları 

Hələ 1970-ci illərdə İslam dininin yayıldığı bir sıra dövlətlərdə səciyyəvi 

xüsusiyyətləri olan bank qurumları fonnalaşmağa başlamışdır. Onların təməlini 

Qurandan irəli gələn konseptual müddəalar təşkil edirdi: 

 

insan  əmlakın  (pul  vəsaitlərinin,  malların,  daşınmaz  əmlakın)  sahibi 



deyil; insana ömür müddətində resurslara (əmlaka, maliyyə vəsaitlərinə və s.) 

sərəncam vermək hüququ Allahın buyruğu ilə verilmişdir

 

bu vəsaitlər passiv (sərvət kimi) deyil, fəal yaradıcı rol oynamalı, ancaq 



ehtikarçılıq  məqsədləri  üçün  istifadə  edilməməlidir  (məsələn,  kazinoda 

oynamaq,  törəmə  maliyyə  alətlərindən  -  derivativlərdən  istifadə  etmək 

qadağandır); 

 



müsəlmanın  vəsaitlərinin  və  əmlakının  başlıca  təyinatı,  bütün 

cəmiyyətin xeyri üçün fəal tərzdə, səmərə ilə istifadədir; bu halda əmlakı idarə 

edən  şəxsin  (əslində,  ona  xüsusi  mülkiyyətçi  rolu  ayrılır)  özünün  maddi 

mükafatlandırılması  elementinə  böyük  diqqət  yetirilir.  Əsas  məqsəd 

mülkiyyətçinin pul 

599 



kütləsinin artırılması deyil, real əlavə dəyərin yaradılması, mallar və xidmətlər 

kütləsinin çoxaldılmasıdır; 

 

insanın  istismarı  (əməyin  məeburi  formalarından  istifadə  heç  ağıla 



gətirilmir),  şantaj,  təhdid  və  sair  yollarla  hərəkətlərə  məeburiyyət  qəti 

qadağandır; 

 

müsəlmanın  ixtiyarında  olan  resursların  xərclənməsi  yaxud 



dəyişdirilməsi istismar hərəkəti hesab edilməsə də, onlardan iqtisadi baxımdan 

səmərə  ilə  istifadə  və  buna  müvafiq  olaraq,  əmlakdan  (vəsaitlər,  maşınlar, 

texnologiyalar  və  s.)  istifadəyə  görə  mükafat  alınmasına  zəmanət  verilməsi 

nəzərdə tutulur; 

 

əvvəlki  şərtdən,  adətən  kredit  əməli}o^atlan  zamanı  baş  verən,  eyni 



məbləğdə  pulun  dəyişdirilməsinə  yol  verilmədiyi  barədə  nəticə  çıxarılır; 

əmlakdan  istifadə  olunması  mexanizmi  onun  sahiblərinin  işgüzar  tədbirdən 

əldə olunan mənfəətdə yaxud zərərdə pay iştirakına istinad edir. 

Yuxarıda  göstərilən  prinsipal  müddəalar  müsəlman  ölkələrindəki 

banklara  və  bank  funksiyalarını  yerinə  yetirən  digər  təşkilatlara  da  şamil 

olunur. Müsəlman banklarını bütün başqa banklardan fərqləndirən cəhət ssuda 



üzrə  faizlərdən  imtina  olunmasıdır.  Bu  məqam  onlara  ənənəvi,  çoxsaylı,  o 

cümlədən möhtəkirliyin  təsirinə məruz qalan  «pulun qiyməti» meyarını daha 

adekvat olan «kapitalın səmərəliliyi» kateqoriyası ilə əvəz etmək imkanı verir. 

Bununla  da,  mənfəət  norması  ilə  cəlb  edilən  maliyyə  vəsaitləri  bilavasitə 

iqtisadiyyatın 

müvafiq 


sektorlarına 

yönəldildiyinə 

görə, 

borcla 


maliyyələşdirmə aradan qaldırılır. Mütəxəssislər bu cür yanaşmanı vəsaitlərin 

kapitalda birbaşa iştirak {equity fınancing) yolu ilə səfərbər olunduğu səhmlər 

bazarının fəaliyyəti ilə eyniləşdirilməsini düzgün hesab edirlər. 

Belə fikir yayılmaqdadır ki, səhmdar kapitalı hesabına maliyyələşdirmə 

korporativ  maliyyənin  gələcəyidir  və  İslam  üçün  yad  olan  borcla 

maliyyələşdirmə yaxud ənənəvi kredit onun tam əksi kimi çıxış edir. 

Beləliklə,  hələ  VII  əsrdə  Quranda  əsası  qoyulan  iqtisadi  nəzəriyyənin 

yeni inkişaf mərhələsi başlayır. Müsəlman etikasının əsas şərtlərinə az sayda 

ölkədə - İran, Pakistan və Sudanda, qismən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt 

və başqa ölkələrdə əməl olunur. Amma yuxarıda göstərdiyimiz prinsiplərdən 

başqa  bankların,  ilk  növbədə  isə,  digər  ölkələrdə  (sadalamadığımız) 

yaradılanların  fəaliyyətində  kifayət  qədər  uğurla  istifadə  edilir.  1975-ci  ildə 

Hökumətlərarası İslam İnkişaf Bankı və ilk kommersiya bankı - «Dubay İslam 

600 



Bankı» (Dubai Islamic Bank) yaradılmış və hər ikisi müvəffəqiyyətlə fəaliyyət 

göstərir.  Bu  banklar  uğurla  inkişaf  edir,  müxtəlif  müsəlman  dövlətlərində 

inkişaf proqramlarının həyata keçirilməsinə yardım göstərir. 

Hazırda  İslam prinsiplərini  rəhbər tutan banklar  dünyanın  40 ölkəsində 

fəaliyyət  göstərir  və  bu,  onların  yüksək  rəqabət  qabiliyyətinə  (adi  banklarla 

müqayisədə) malik olmasının sübutudur. «IBM», «General Motors», «Alcatel» 

kimi məşhur korporasiyalar onların xidmətlərindən getdikcə daha çox istifadə 

edir.  «Chase  Manhattan»,  «Goldman  Sachs»,  «JP  Morgan  Chase»  və  başqa 

banklar  öz  strukturlarında  İslam  bölmələri  açır.  1997-ci  ildə  «Citibank» 

Bəhreyndə özünün  «Citi  Islamic  Investment  Bank» törəmə bankını açmışdır. 

Dünyada  bu  tipli,  ümumi  kapitalı  30  milyard  dollar  və  məcmu  aktivləri 

təxminən 380 milyard dollar olan 200 maliyyə idarəsi fəali}^ət göstərir. Onların 

xalis mənfəəti 5,2 milyard dollar, aktivlərinin rentabelliyi 1%, bank tərəfindən 

nəzarət olunan aktivlərinin rentabelliyi isə 15% olmuşdur. 



İslam banklarının fəaliyyət prinsipləri. İslam bankları öz fəaliyyətində 

şəriət  prinsiplərinə  və  alətlərinə:  müdaraba,  muşaraka,  icara,  bey  əs-səlam, 

murabaha və s. (göstərilənlər əsasdır) istinad edir. 

Müdaraba - bankın növbə ilə gah trast idarəedicisi (əmanətçiləri vəsaitləri 

ilə  işlədikdə),  gah  da  müştəri  (layihənin  maliyyələşdirilməsindən  əldə  edilən 

gəlirin  bir  hissəsi  bankın  və  onun  müştərilərinin  mənfəətini  təşkil  edir) 

qismində çıxış etməsini nəzərdə tutan inam əsasında maliyyələşdirmədir. 



Muşaraka - layihənin  yaxud əməliyyatın bank və sahibkarın  birgə səyi 

nəticəsində həyata keçirilməsi üzrə tərəfdaşlıq növüdür. Bu halda bank özünün 

mənfəət payını işin nəticələrindən asılı olaraq, ümumi paydan divident şəklində 

alır. 


İcara - lizinqin klassik növüdür. 

Bey  əs-səlam  -  əməliyyatın  avans  maliyyələşdiriməsi.  Adətən  kənd 

təsərrüfatında istifadə edilir və kontraktasiya müqaviləsinə bənzəyir. 



Murabaha  -  adətən  ticarət  əməliyyatlarında,  «xərclər  üstəgəl  əlavə 

məbləğ» prinsipi əsasında maliyyələşdirmə formasıdır. 

Bütün  bunlar  göstərir  ki,  sırf  ərəb  adları  altında  pul  tədavülünün  ən 

müxtəlif  formaları,  maliyyə  resurslarından  maddi  sərvətlərin  artırılması  və 

mənfəət  əldə  olunması  məqsədilə  istifadəsinin  xüsusi  mülkiyyət  prinsipinə 

(amma  müsəlman  yalnız  Allah  tərəfindən  ona  verilənə  malik  olduğundan,



 

bu 


prinsip təsdiqlənmir) əsaslanan, çoxdan məlum olan mexanizmləri pərdələnir. 

601 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə