olmaq istəyini bəyan etmişdir. OPEC-in mənzil-qərargahı əvvəlcə Cenevrədə
(İsveçrə) olmuş, 1 sentyabr 1965-ci ildən Vyanada yerləşir.
OPEC-in məqsədi üzv-dövlətlərin neft hasilatı sahəsində fəaliyyətini
əlaqələndirmək və ümumi siyasətini işləyib hazırlamaq, neftin qiymətini sabit
səviyyədə saxlamaq, istehlakçılara neftin vaxtında göndərilməsini təmin etmək,
neft sahəsinə qoyulan investisiyalardan gəlir əldə etməkdir. OPEC üzvü olan
dövlətlərin energetika və neft nazirləri beynəlxalq neft bazarını
qiymətləndirmək və onun gələcək inkişafını proqnozlaşdırmaq üçün hər il 2
dəfə görüş keçirirlər. Bu görüşlərdə bazarın sabitləşdirilməsi üçün lazım olan
hərəkətlər barədə qərar qəbul olunur. Bazar tələbindan asılı olaraq neft
hasilatının həcminin dəyişdirilməsi barədə qərarlar OPEC-in konfranslarında
qəbul edilir. OPEC-in üzv-dövlətləri dünyanın neft ehtiyatlarının % hissəsinə
nəzarət edir. Dünyada hasil olunan neftin 40%-i və onun ixracının yarısından
çoxu bu dövlətlərin payına düşür. Neft hasilatını artırmaqla yaxud azaltmaqla,
OPEC onun qiymətlərinə kifayət dərəcədə güclü təsir göstərir. Bu təsir 2008-
2010-cu illərin qlobal böhran dövründə özünü əyani surətdə göstərmişdir.
2008-ci il iyulun sonundan oktyabradək olan dövrdə neftin barrelinin qiymətinin
35-40 dollara düşdüyü nəzərə alınmazsa, dünya sənayesində depressiyaya
baxmayaraq, ümumilikdə, neftin qiymətində kəskin dəyişiklik baş vemıəmişdi.
22.13.
Beynəlxalq valyuta-kredit
və maliyyə-iqtisad təşkilatları
Beynəlxalq valyuta-kredit və malİ3^ə-iqtisadi təşkilatları şərti olaraq
beynəlxalq maliyyə qurumları adlandınnaq olar. Onları ümumi məqsəd -
əməkdaşlığın inkişafı, mürəkkəb və təzadlı dünya təsərrüfatının bütövlüyünün
və dayanıqlığının təmin olunması, beynəlxalq val}aıta-kredit və maliyyə
münasibətlərinin
tənzimlənməsi,
qurumların
iştirakçıları
arasında
anlaşılmazlıqların aradan qaldırılması birləşdirir.
Bu qurumlara aşağıdakılar daxildir:
•
Beynəlxalq Hesablaşmalar Bankı - BHB;
•
Beynəlxalq Valyuta Fondu (BVF);
•
Dünya Bankı (DB);
706
•
Beynəlxalq İnkişaf Assosiasiyası (BİA);
•
İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA);
•
Regional inkişaf bankları;
•
Aİ-nin valyuta-kredit və maliyyə təşkilatları.
Xülasə
•
Müxtəlif ölkələrin, təşkilatların əməkdaşlığının, şəxslərarası ünsiy
yətin çoxsaylı fonnalarmdan və sahələrindən ibarət olan müasir beynəlxalq
iqtisadi əlaqə-lər sisteminin özəl cəhətləri və xüsusiyyətləri beynəlxalq
təşkilatların dünya ictimaiy-yətinin həyatında iştirakının getdikcə genişlənməsi
ilə səciyyələnir. Dövlətlərin beynəlxalq fəaliyyəti, onların siyasi və iqtisadi
əməkdaşlığı, yaratdıqları
beynəlxalq təşkilatların
nizamnamə üzrə işi
çərçivəsində beynəlxalq iqtisadi hüquq normaları formalaşmış və onun
əsasında beynalxalq iqtisadi əməkdaşlığın tənzimlənməsi həyata keçirilir.
Beynəlxalq təşkilatlar bu əlamətlər (prinsiplər) əsasında təsnifləşdirilir:
universallıq səviyyəsinə görə - BMT sisteminə daxil olub-olmaması;
regionallığma görə - regional iqtisadi təşkilatlar, sənaye-iqtisadi əməkdaşlığı
ümumilikdə və onların ayrı-ayrı sahələrini (nüvə energetikası, maliyyə)
tənzimləyən təşkilatlar; humanitar sahəni (təhsil, elm, səhiyyə, əqli mülkiyyət
münasibətləri və s.) tənzimləyən təşkilatlar, beynəlxalq ticarəti tənzimləyən
təşkilatlar; ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq və regional
təşkilatlar; sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləyən təşkilatlar;
beynəlxalq qeyri-hökumət təşkilatları. Qeyd edək
ki, beynəlxalq iqtisadi
təşkilatların bütün bu qrupları («qeyri-hökumət təşkilatları» kimi göstərilən
qrup istisna olunmaqla) hökumətlərarası təşkilatlardır. Müxtəlifliyinə
baxmayaraq, onları; birincisi, bir ölkə çərçivəsindən kənara çıxan iqtisadi
münasibətləri tənzimləmələri, ikincisi, millətüstü statusa (hərçənd, müxtəlif
dərəcədə) malik olmaları birləşdirir. Bu təşkilatlar beynəlxalq hüquqi normalar,
o cümlədən iqtisadi hüququn normaları əsasında fəaliyyət göstərir.
•
Sürətli inteqrasiya və qloballaşma şəraitində beynəlxalq iqtisadi
təşkilatlar sisteminin dünya iqtisadiyyatına və BİM-ə pozitiv tənzimləyici təsir
göstərməsi, dünya kapitalist təsərrüfatının inkişafının tsiklik xarakterindən,
habelə ölkələrin iqtisadi siyasətdə yol verdiyi səhvlərdən yaranan neqativ
təzahürləri müəyyən qədər neytrallaşmağa adekvat imkan yaratması xüsusi
707
qeyd edilməlidir. Ölkələr vahid dünya və regional təsərrüfat kompleksində bir-
birindən güclü asılı olduğundan, hökumətin (yaxud hökumətlərin) səhv qərarı
nəticəsində meydana çıxan təlatümlər qaçılmaz surətdə başqa iqtisadiyyatlara
da sirayət edir. Həmin ölkənin (ölkələrin) beynəlmiləlləşmə dərəcəsi
yüksəldikcə, onun problemləri regional və dünya iqtisadiyyatı sistemi üzərində
daha intensiv keçir. Bu təzahürlər 1990-cı illərdə iqtisadiyyatı transformasiya
olunan dövlətlərdə, o cümlədən Rusiyada müşahidə edilmiş və çox vaxt bəzi
nüfuzlu beynəlxalq təşkilatların səhv qərarlarının (hökumətlərə verdikləri
tövsiyələrin) nəticəsində baş vermişdir.
•
Beynəlxalq iqtisadi təşkilatların həm qlobal, həm də regional
səviyyədə əsas funksional vəzifələri bunlardır:
■
dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin ən
mühüm problemlərinin öyrənilməsi və onların həllinə yönəlmiş tədbirlərin
həyata keçirilməsi;
■
valyutaların sabitliyinin təmin olunması;
■
ticarətdə maneələrin aradan qaldırılmasının dəstəklənməsi və dövlətlər
arasında əmtəə mübadiləsinin genişlənməsinin təmin edilməsi;
■
texniki və iqtisadi inkişafa yardım üçün maliyyə vəsaitlərinin
ayrılması;
■
əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaşdırılmasının stimul-
laşdırılması;
■
ticari-iqtisadi əlaqələrin tənzimlənməsi və maliyyə sistemlərinin
sağlamlaşdırılması sahəsində qətnamələrin və tövsiyələrin qəbul olunması.
•
Be3məlxalq hökumətlərarası təşkilatlar çoxtərəfli əməkdaşlığın
təşkilati formaları kimi, dövlətlər tərəfindən obyektiv zərurət meydana
çıxdıqda yaradılır və beynəlxalq iqtisadi münasibətlərin inkişafı ehtiyacları ilə
şərtləndirilir. Bu təşkilatlar ölkələrin əməkdaşlığını inkişaf etdirməklə yanaşı,
dünya iqtisadiyyatında baş verən iqtisadi prosesləri tənzimləyir. Həmin
beynəlxalq tənzimləmənin əsas istiqamətləri iqtisadiyyat və sənaye, nəqliyyat,
valyuta-maliyyə,
dünya
ticarəti,
əqli
mülkiyyət,
məhsulların
standartlaşdırılması və sertifikatlaşdırılması, elm və texnika, beynəlxalq
kommersiya və işgüzarlıq təcrübəsi sahələrində əməkdaşlıqdır.
•
Əməkdaşlığın göstərilən növlərinin və formalarının həyata keçirilməsi
ilə müvafiq profili və səlahiyyəti olan beynəlxalq iqtisadi təşkilatlar məşğul
olur. BMT-nin təşkilatlan, habelə regional təşkilatlar beynəlxalq iqtisadi
708
Dostları ilə paylaş: |