Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə273/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   269   270   271   272   273   274   275   276   ...   306

olmaq  istəyini  bəyan  etmişdir.  OPEC-in  mənzil-qərargahı  əvvəlcə  Cenevrədə 

(İsveçrə) olmuş, 1 sentyabr 1965-ci ildən Vyanada yerləşir. 

OPEC-in  məqsədi  üzv-dövlətlərin  neft  hasilatı  sahəsində  fəaliyyətini 

əlaqələndirmək və ümumi siyasətini işləyib hazırlamaq, neftin  qiymətini sabit 

səviyyədə saxlamaq, istehlakçılara neftin vaxtında göndərilməsini təmin etmək, 

neft  sahəsinə  qoyulan  investisiyalardan  gəlir  əldə  etməkdir.  OPEC  üzvü  olan 

dövlətlərin  energetika  və  neft  nazirləri  beynəlxalq  neft  bazarını 

qiymətləndirmək  və  onun  gələcək  inkişafını  proqnozlaşdırmaq  üçün  hər  il  2 

dəfə görüş keçirirlər. Bu görüşlərdə bazarın sabitləşdirilməsi üçün lazım olan 

hərəkətlər  barədə  qərar  qəbul  olunur.  Bazar  tələbindan  asılı  olaraq  neft 

hasilatının  həcminin  dəyişdirilməsi  barədə  qərarlar  OPEC-in  konfranslarında 

qəbul  edilir. OPEC-in  üzv-dövlətləri  dünyanın  neft ehtiyatlarının  % hissəsinə 

nəzarət edir. Dünyada hasil olunan neftin 40%-i və onun ixracının yarısından 

çoxu bu dövlətlərin payına düşür. Neft hasilatını artırmaqla yaxud azaltmaqla, 

OPEC onun qiymətlərinə kifayət dərəcədə güclü təsir göstərir. Bu təsir 2008- 

2010-cu  illərin  qlobal  böhran  dövründə  özünü  əyani  surətdə  göstərmişdir. 

2008-ci il iyulun sonundan oktyabradək olan dövrdə neftin barrelinin qiymətinin 

35-40  dollara  düşdüyü  nəzərə  alınmazsa,  dünya  sənayesində  depressiyaya 

baxmayaraq, ümumilikdə, neftin qiymətində kəskin dəyişiklik baş vemıəmişdi. 

22.13.

 

Beynəlxalq valyuta-kredit 

və maliyyə-iqtisad təşkilatları 

Beynəlxalq  valyuta-kredit  və  malİ3^ə-iqtisadi  təşkilatları  şərti  olaraq 



beynəlxalq  maliyyə  qurumları  adlandınnaq  olar.  Onları  ümumi  məqsəd  - 

əməkdaşlığın inkişafı, mürəkkəb və təzadlı dünya təsərrüfatının bütövlüyünün 

və  dayanıqlığının  təmin  olunması,  beynəlxalq  val}aıta-kredit  və  maliyyə 

münasibətlərinin 

tənzimlənməsi, 

qurumların 

iştirakçıları 

arasında 

anlaşılmazlıqların aradan qaldırılması birləşdirir. 

Bu qurumlara aşağıdakılar daxildir: 

 

Beynəlxalq Hesablaşmalar Bankı - BHB; 



 

Beynəlxalq Valyuta Fondu (BVF); 



 

Dünya Bankı (DB); 



706 


 

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); 



 

İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA); 



 

Regional inkişaf bankları; 



 

Aİ-nin valyuta-kredit və maliyyə təşkilatları. 



Xülasə 

 



Müxtəlif ölkələrin, təşkilatların əməkdaşlığının, şəxslərarası ünsiy 

yətin  çoxsaylı  fonnalarmdan  və  sahələrindən  ibarət  olan  müasir  beynəlxalq 

iqtisadi  əlaqə-lər  sisteminin  özəl  cəhətləri  və  xüsusiyyətləri  beynəlxalq 

təşkilatların dünya ictimaiy-yətinin həyatında iştirakının getdikcə genişlənməsi 

ilə  səciyyələnir.  Dövlətlərin  beynəlxalq  fəaliyyəti,  onların  siyasi  və  iqtisadi 

əməkdaşlığı, yaratdıqları 

beynəlxalq  təşkilatların 

nizamnamə üzrə işi 

çərçivəsində  beynəlxalq  iqtisadi  hüquq  normaları  formalaşmış  və  onun 

əsasında  beynalxalq  iqtisadi  əməkdaşlığın  tənzimlənməsi  həyata  keçirilir. 

Beynəlxalq  təşkilatlar  bu  əlamətlər  (prinsiplər)  əsasında  təsnifləşdirilir: 

universallıq  səviyyəsinə  görə  -  BMT  sisteminə  daxil  olub-olmaması; 

regionallığma  görə  -  regional  iqtisadi  təşkilatlar,  sənaye-iqtisadi  əməkdaşlığı 

ümumilikdə  və  onların  ayrı-ayrı  sahələrini  (nüvə  energetikası,  maliyyə) 

tənzimləyən təşkilatlar; humanitar sahəni (təhsil, elm, səhiyyə, əqli mülkiyyət 

münasibətləri  və  s.)  tənzimləyən  təşkilatlar,  beynəlxalq  ticarəti  tənzimləyən 

təşkilatlar;  ətraf mühitin  mühafizəsi  sahəsində beynəlxalq və regional 

təşkilatlar;  sahibkarlıq subyektlərinin  fəaliyyətini  dəstəkləyən təşkilatlar; 

beynəlxalq  qeyri-hökumət  təşkilatları.  Qeyd edək 

ki, beynəlxalq iqtisadi 

təşkilatların  bütün  bu  qrupları  («qeyri-hökumət  təşkilatları»  kimi  göstərilən 

qrup  istisna  olunmaqla)  hökumətlərarası  təşkilatlardır.  Müxtəlifliyinə 

baxmayaraq,  onları;  birincisi,  bir  ölkə  çərçivəsindən  kənara  çıxan  iqtisadi 

münasibətləri  tənzimləmələri,  ikincisi,  millətüstü  statusa  (hərçənd,  müxtəlif 

dərəcədə) malik olmaları birləşdirir. Bu təşkilatlar beynəlxalq hüquqi normalar, 

o cümlədən iqtisadi hüququn normaları əsasında fəaliyyət göstərir. 

 

Sürətli  inteqrasiya  və  qloballaşma  şəraitində  beynəlxalq  iqtisadi 



təşkilatlar sisteminin dünya iqtisadiyyatına və BİM-ə pozitiv tənzimləyici təsir 

göstərməsi,  dünya  kapitalist  təsərrüfatının  inkişafının  tsiklik  xarakterindən, 

habelə  ölkələrin  iqtisadi  siyasətdə  yol  verdiyi  səhvlərdən  yaranan  neqativ 

təzahürləri müəyyən qədər neytrallaşmağa adekvat imkan yaratması xüsusi 

707 



qeyd edilməlidir. Ölkələr vahid dünya və regional təsərrüfat kompleksində bir- 

birindən güclü asılı olduğundan, hökumətin (yaxud hökumətlərin) səhv qərarı 

nəticəsində meydana çıxan təlatümlər qaçılmaz surətdə başqa iqtisadiyyatlara 

da  sirayət  edir.  Həmin  ölkənin  (ölkələrin)  beynəlmiləlləşmə  dərəcəsi 

yüksəldikcə, onun problemləri regional və dünya iqtisadiyyatı sistemi üzərində 

daha intensiv keçir. Bu təzahürlər 1990-cı illərdə iqtisadiyyatı transformasiya 

olunan dövlətlərdə, o cümlədən Rusiyada müşahidə edilmiş və çox vaxt bəzi 

nüfuzlu  beynəlxalq  təşkilatların  səhv  qərarlarının  (hökumətlərə  verdikləri 

tövsiyələrin) nəticəsində baş vermişdir. 

 



Beynəlxalq  iqtisadi  təşkilatların  həm  qlobal,  həm  də  regional 

səviyyədə əsas funksional vəzifələri bunlardır: 

 

dünya  iqtisadiyyatının  və  beynəlxalq  iqtisadi  münasibətlərin  ən 



mühüm  problemlərinin  öyrənilməsi  və  onların  həllinə  yönəlmiş  tədbirlərin 

həyata keçirilməsi

 

valyutaların sabitliyinin təmin olunması; 



 

ticarətdə maneələrin aradan qaldırılmasının dəstəklənməsi və dövlətlər 



arasında əmtəə mübadiləsinin genişlənməsinin təmin edilməsi; 

 



texniki  və  iqtisadi  inkişafa  yardım  üçün  maliyyə  vəsaitlərinin 

ayrılması; 

 

əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaşdırılmasının stimul- 



laşdırılması; 

 



ticari-iqtisadi  əlaqələrin  tənzimlənməsi  və  maliyyə  sistemlərinin 

sağlamlaşdırılması sahəsində qətnamələrin və tövsiyələrin qəbul olunması. 

 

Be3məlxalq  hökumətlərarası  təşkilatlar  çoxtərəfli  əməkdaşlığın 



təşkilati  formaları  kimi,  dövlətlər  tərəfindən  obyektiv  zərurət  meydana 

çıxdıqda yaradılır və beynəlxalq iqtisadi münasibətlərin inkişafı ehtiyacları ilə 

şərtləndirilir. Bu təşkilatlar ölkələrin əməkdaşlığını inkişaf etdirməklə yanaşı, 

dünya  iqtisadiyyatında  baş  verən  iqtisadi  prosesləri  tənzimləyir.  Həmin 

beynəlxalq tənzimləmənin əsas istiqamətləri iqtisadiyyat və sənaye, nəqliyyat, 

valyuta-maliyyə, 

dünya 

ticarəti, 



əqli 

mülkiyyət, 

məhsulların 

standartlaşdırılması  və  sertifikatlaşdırılması,  elm  və  texnika,  beynəlxalq 

kommersiya və işgüzarlıq təcrübəsi sahələrində əməkdaşlıqdır. 

 



Əməkdaşlığın göstərilən növlərinin və formalarının həyata keçirilməsi 

ilə  müvafiq  profili  və  səlahiyyəti  olan  beynəlxalq  iqtisadi  təşkilatlar  məşğul 

olur. BMT-nin təşkilatlan, habelə regional təşkilatlar beynəlxalq iqtisadi 

708 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə