Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə276/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   272   273   274   275   276   277   278   279   ...   306

Fəsil 23 

ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI (ÜTT) 

VƏ ƏLAQƏDAR TƏŞKİLATLAR 

23.1.

 

Tariflər və Ticarət üzrə Baş Saziş Təşkilatı (GATT) 

Beynəlxalq  ticarətin  tənzimlənməsində  1947-ci  ildən  1994-cü  ilədək 

qüvvədə  olmuş  Tariflər  və  Ticarət  üzrə  Baş  Saziş

 

(GATT  -  The  General 

Agreement  on  Tariffs  and  Trade)  mühüm  rol  oynamış  və  sonradan  onu 

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) (WTO - World Trade Organization) əvəz 

etmişdir.  Dünya  ölkələrinin  əksəriyyəti  GATT  üzvü  olmuşdu:  2005-ci  ildə 

burada  160  ölkə  müxtəlif  səviyyədə  iştirak  edirdi.  Dünya  ticarətinin  4/5 

hissəsindən çoxu bu beynəlxalq təşkilatın fəaliyyət dairəsinə daxildir. 

GATT  İkinci  Dünya  müharibəsindən  sonra,  beynəlxalq  iqtisadi 

əməkdaşlıq sahəsində müxtəlif çoxtərəfli təşkilatların, o cümlədən DB və BVF 

kimi  Bretton-Vuds  idarələrinin  meydana  çıxdığı  dövrdə  müvəqqəti  əsasda 

yaradılmışdı. Əvvəlcə, GATT-ın iştirakçısı olan 23 dövlət Birləşmiş Millətlər 

Təşkilatının  ixtisaslaşmış  idarəsi  kimi  düşünülmüş  Beynəlxalq  Ticarət 

Təşkilatının nizamnaməsinin tərtib olunmasında iştirak edən 50 dövlət sırasına 

daxil  idi.  Nizamnamədə  dünya  ticarətini  tənzimləyən  müddəalarla  yanaşı 

məşğulluğa, 

xammal 


haqqında 

sazişlərə, 

işgüzar 

fəaliyyətin 

məhdudlaşdırılması,  beynəlxalq  investisiyalar  və  xidmətlər  və  s.  aid  olan 

qaydaların toplusundan ibarət olmalı idi. 



GATT çərçivəsində keçirilən danışıqların birinci raundunun nəticəsində 

beynəlxalq statuslu, dünya ticarətinin 'A hissəsini (1940-cı illərin sonunda 10 

milyard  dollar)  əhatə  edən  45  000  tarif  qaydası  nizama  salındı.  Bu  ticarət 

qaydaları  Tariflər  və  Ticarət  haqqında  Baş  Saziş



 

adını  aldı  və  1948-ci  ilin 

yanvarından qüvvəyə mindi. 

1960-cı illərin ortasınadək GATT üzvlərinin ys hissəsi iqtisadi inkişafın 

müxtəlif mərhələlərində idi və inkişaf etməkdə olan ölkələrin bu təşkilata tam 

hüquqlu  üzv  qismində  birləşmək  səyləri  aydın  görünürdü.  Çətin  keçən 

danışıqlardan sonra 1965-ci ildə Baş Sazişə inkişaf etmiş dövlətlər tərəfindən 

inkişaf  etməkdə  olan  ölkələrə  göstərilən  yardımı  GATT-ın  sessiyasının 

Qətnaməsində «şüurlu və məqsədyönlü səylər» kimi qiymətləndirən yeni 

714 



müddəalar  əlavə  olunmuşdu.  1979-cu  ildə  «Ümumi  preferensiyalar  sistemi 

haqqında  rejim  haqqında»  qəbul  edilən  qərara  əsasən  inkişaf  etməkdə  olan 

ölkələr  GATT-da  hökmran  mövqe  tutan  keçmiş  metropoliyalarına  müəyyən 

dərəcədə  «bağlanılmaqla»,  dünya  ticarət  sisteminin  daimi  hüquqi  amili  kimi 

tanınmışdır. 

GATT  çərçivəsində  təşkil  olunan  beynəlxalq  ticarət  danışıqlarının 

raundları.  GATT-ÜTT-in  əsas  fəaliyyəti  beynəlxalq  ticarət  danışıqlarının 

hazırlanması  və  keçirilməsi  üçün  şərait  yaratmaq;  tariflərin  azaldılması  və 

qeyri-tarif  maneələrinin  mülayimləşdirilməsi  üzrə  çoxtərəfli  müqavilələrin 

bağlanması  üçün  raundların  yaxud  turların,  danışıqların  (aparıldığı  yerin 

adma  görə)  keçirmək.  Müqavilələrin  şərtlərinə  əsasən,  ölkələr  konkret  dövr 

ərzində  tarif  dərəcələrinin  aşağı  salınması  barədə  razılaşma  əldə  edə  bilər. 

Amma endirilmə dərəcəsinin müqavilənin bütün iştirakçıları üçün eyni olması 

vacib deyil. Danışıqlar aparılan malların çeşidi böyük olduğundan, onların hər 

biri üzrə ayrılıqda danışıq aparılması çox çətin, ayrılıqda götürülən mal üzrə hər 

bir ölkə ilə razılaşma əldə edilməsi isə, qeyri-mümkündür. Buna görə də ölkələr 

danışıqlara  xarici  ticarətlərində  güzəşt  tətbiq  oluna  bilinəcək  malları  təqdim 

edir. Danışıqlar nəticəsində gömrük tariflərinin azaldılması təcrübəsi ölkələrin 

öz aralarında mal mübadiləsini  sərbəstləşdirməyə meyil  göstərməsini, maneə 

olan  gömrük  tariflərinin  isə  çox  çətin  və  qarşılıqlı  güzəştlər  tələb  edən 

danışıqlar yolu ilə aradan qaldırıldığını göstərir. 

GATT-m  fəaliyyətinin  əsas  mərhələləri,  adətən  danışıqların  və 

razılaşmaların  ticarət  raundları  adlanan  iri  mərhələləri  ilə  əlaqələndirilir. 

GATT-ın birinci, Cenevrə raundu 1947-ci ildə keçirilmişdir. Növbəti raundlar 

bunlardır: 

 



Anessi (Annecy), Yuxarı Savoya, Fransa raundu (1947); 

 



Torki (Torquay), Böyük Britaniya raundu (1950-1951); 

 



Dillon raundu (Dillon Round) (1961); 

 



Kennedi raundu (1964); 

 



Tokio raundu (1976-1979) 

 



Uruqvay raundu (1991-1996); 

 



Doha, Qətər raundu (2001-ci ildən indiyədək). 

Danışıqların hər bir raundu və GATT, 1995-ci ildən isə ÜTT çərçivəsində 

qəbul olunan qərarlar dünya ticarəti üçün mühüm əhəmiyyət kəsb etmiş, qlobal 

ticarət siyasətinin formalaşmasına güclü təsir göstərmiş və burada 



715 


GATT-ÜTT mər-kəzi həlqə olmuşdur.' Danışıqların yeni raundu 2001-ci ildə 

ÜTT  üzvü  olan  ölkələrin  ticarət  nazirlərinin  Dohada  (Qətər)  keçirilən 

Beynəlxalq konfransından başlandı. 

Əvvəl keçirilən ticarət raundlarının əksəriyyətində tariflərin aşağı 

salınması məsələsi müzakirə olunurdusa, sonuncu raundlarda Ticarət və 

Tariflər haqqında Baş Sazişin özünün maddələrinə yenidən baxılması yaxud 

genişləndirilməsi prosesi başlandı. Kennedi raundu GATT-da yeni anti- 

dempinq müqaviləsi barədə razılaşma əldə olunması ilə bitdi. 1979-cu ilin 

noyabrında Tokio raundundakı danışıqlar başa çatdıqdan sonra tarif güzəştləri 

zərfi, habelə qeyri-tarif tədbirləri və GATT-m hüquqi çərçivəsinin 

təkmilləşdirilməsi barədə bir sıra yeni müqavilələr bağlandı. Tariflərin ixtisarı 

nəticəsində, dünyanın ən böyük 9 sənaye bazarında hazır məhsullar üzrə orta 

çəkili tarif (orta tarifin faktiki ticarət axınlarına nisbətdə dəyişməsi) 7%-dən 

4,7%-dək, başqa sözlə, 34% aşağı düşdü. Müqayisə üçün: 1940-cı illərin 

• 

2

 



sonunda GATT yaradılarkən gömrük rüsumlarının orta səviyyəsi 40% ıdı. 

Tokio  raundunun  danışıqlarında  GATT  çərçivəsində  mürəkkəb  qeyri- 

tarif  maneələrinin,  xüsusilə  də  göstərilən  5  konkret  sahədə  aradan 

qaldırılmasına xüsusi diqqət yetirilmişdi: 

 

sənaye standartları; 



 

dövlət satınalmaları; 



 

subsidiyalar və kompensasiya rüsumları; 



 

lisenziyalaşdımıa; 



 

gömrük qiymətləndirilməsi. 



Tokio raundunun iştirakçıları bu sahələrin hər birində GATT üzvü olan 

ölkələrin Davranış Məcəlləsini qəbul etməyə razılıq vennişdir. 

Subsidiyalara  və  kompensasiya  rüsumlarına  aid  olan  Saziş  yaxud 

«Davranış  Məcəlləsi»  daxili  subsidiyaları  başqa  ölkələrə  mənfi  təsir 

göstənnəməsi  şərti  ilə,  siyasətin  yolverilən  aləti  qismində  qəbul  edir.  Kənd 

təsərrüfatı məhsulları istisna edilməklə, ixracın subsidiyalaşdırılması qadağan 

olunur.  Bu  Saziş  müəyyən  ölkənin  subsidiyaları  nəticəsində  öz  firmalarının 

əsassız zərər çəkdiyini hesab edən dövlətin həmin ölkəyə qarşı kompensasiya 

rüsumunu tətbiq etməsinə yol verir. 

^  United  Nations  Conference  on  Trade  and  Development.  Trade  and  Development  Report.  2003. 

UN.N.Y., Geneva, 2003. P. 47. 

^ ГАТТ: структура и деятельность. Женева, 1992; Wall Street Journal, 1989. July 21. P. A12. 



716 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə