Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə272/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   268   269   270   271   272   273   274   275   ...   306

 

ödənişli məzuniyyətlər; 



 

muzd xidmətləri və s. 



BƏT-in  Konvensiyasını  ratifikasiya  edən  dövlət,  üzərinə  onun 

müddəalarını  reallaşdırmaq  və  bunun  yerinə  yetirilməsi  barədə  Beynəlxalq 

Əmək Bürosuna mütəmadi qaydada hesabatlar vermək öhdəliyini qəbul edir. 

Ratifikasiya  olunan  konvensiyalara  münasibətdə  BƏT  milli  qanunvericiliyin 

mövcud  normalara  uyğunluğu  barədə  informasiya  verilməsi  xahişi  ilə 

müraciətlə  kifayətlənir.  Konvensiyaların  müddəaları  müvafiq  tövsiyələr 

əsasında inkişaf etdirilir. 

Texniki  əməkdaşlıq  proqramları  üzv-dövlətlərə  əməyin  təşkili  və 

müəssisələrin  idarə  edilməsində,  əmək  qanunvericiliyinin,  sosial  təminat 

sistemi  üçün  ixtisaslı  işçilərin  hazırlanmasında  və  s.  yardım  göstərilməsini 

nəzərdə tutur. 

BƏT-in rəhbər orqanları Beynəlxalq Əmək Konfransı və İnzibati Şuradır. 

BƏT-də  məşvərət  funksiyalarını  yerinə  yetirən  üçtərəfli  komitələr  və 

şuralar var. BƏT-in regional və xüsusi konfransları regional yaxud sahə marağı 

doğuran məsələlərə baxır. 

BƏT, həmçinin sosial-əmək sahəsində elmi-tədqiqatlar aparır və nəşrlər 

edir,  Turindəki  (İtaliya)  Beynəlxalq  Tədris  Mərkəzində  mütəxəssislərin  peşə 

hazırlığını həyata keçirir. 

2009-cu  ilin  yanvarında  BƏT  «Dünyada  əmək  haqqı:  2008-2009-cu 

illər»  mövzusunda  geniş  hesabat  dərc  etmişdi.  Burada  göstərilir  ki,  qlobal 

iqtisadi böhran nəticəsində milyonlarla muzdlu işçinin əmək haqqı aşağı düşür. 

BƏT-in  Baş  direktoru  Somavia  qeyd  edirdi  ki,  «dünyanın  müxtəlif 

regionlarında 1,5 milyard muzdlu işçi üçün çətin zaman başlayır». Hesabatda 

həmçinin, qeyd olunur ki, hazırda muzdlu işçilər məşğulların təqribən yarısını 

təşkil  edir  və  onların  payı  getdikcə  artır.  İqtisadi  artım  templərinin  aşağı 

düşməsi  və digər neqativ təzahürlər milyonlarla  zəhmətkeşin  (xüsusilə də az 

ödəniş alanların) real əmək haqqının aşağı düşməsi ilə nəticələnəcək, bir sıra 

ölkələrdə isə orta təbəqənin də vəziyyətini pisləşdirəcəkdir. 

1995-2007-ci  illərdə  dünyanın  əksər  ölkələrində  əmək  haqqının  zəif 

sürətlə  artması  səciyyəvi  idi.  Həmin  dövrdə  ölkələrin  yarısında  real  əmək 

haqqının artımı ildə 1,9%-dən çox olmamışdı. Bu halda da regionlar arasında 

əhəmiyyətli fərqlər müşahidə olunurdu. İnkişaf etmiş ölkələrdə əmək haqqı ildə 

orta hesabla 0,9%, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrində 0,3%, 

703 



Asiya ölkələrində 1,7%, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Aİ üzvü 

olmayan)  və  MDB-də  14,4%  artmışdı.  BƏT-in  icmalında  qlobal  və  regional 

qiymətləndirmələr  payına  dünya  əhalisinin  təqribən  70%-i  düşən  83  ölkədə 

əmək  haqqına  dair  məlumatlara  (Afrika  və  Yaxın  Şərq  üzrə  rəqəmlər  dürüst 

deyildi) əsaslanırdı. 

Əmək  haqqındakı  qeyri-bərabərlik  artmaqda  davam  edir.  1995-2000-ci 

illərdə  əmək  haqqının  maksimum  və  minimum  məbləği  arasındakı  fərq, 

məlumatlar  olan  ölkələrin  %  hissəsində  çoxalmışdı.  İnkişaf  etmiş  ölkələrdə 

əmək haqqının maksimum və minimum səviyyələri arasındakı fərqin artımının 

ən yüksək templəri ABŞ, Almaniya və Polşada müşahidə olunurdu. Ölkələrin 

bəzi qruplarında da bu fərq artmışdır (xüsusilə Argentina, Çin və Tailandda). 

Fransa,  İspaniya,  Braziliya  və  İndoneziyada  əmək  haqqındakı  bərabərsizlik 

müəyyən  qədər  azalsa  da,  son  2  ölkədə  hələ  də  əhəmiyyətli  dərəcədədir. 

Kişilərin  və  qadınların  əməyinin  ödənişindəki  fərqlər  zəif  templərlə  azalır. 

Məlumatlar  olan  ölkələrin  80%-də  qadınların  və  kişilərin  orta  əmək  haqqı 

arasındakı  nisbət  təqribən  80%  artsa  da,  dəyişikliklərin  kəmiyyəti  cüzidir. 

Ölkələrin  əksəriyyətində  qadınların  əmək  haqqı  kişilərin  əmək  haqqının  70- 

90%-nə bərabərdir, Asiya ölkələrində isə bundan da azdır. Son illərdə dünyada 

əmək  haqqının  səviyyəsi  və  bölgüsü  barədə  əsas  meyillərin  təhlilinə  istinad 

edərək.  Hesabatın  müəllifləri  əmək  haqqının  artımının  iqtisadi  artım 

templərindən geri qaldığını, iqtisadi tənəzzül dövrlərində isə zəiflədiyini qeyd 

edirlər. 1995-2007-ci illərdə ÜDM-in əhalinin hər nəfərə düşən həcminin 1% 

azalması əmək haqqının 1,55% aşağı düşməsi ilə nəticələnirdi. ABŞ, Yaponiya 

və İspaniyada real əmək haqqının artımı sıfra yaxın, Çin, Rusiya və Ukraynada 

ildə 10%-ə çatırdı. Hindistan, Meksika, Polşada və CAR-da əmək haqqının illik 

artımı  orta  göstəriciyə  yaxınlaşaraq,  2%  təşkil  edirdi.  1995-2010-cu  illərdə 

ÜDM-in  əhalinin  hər  nəfərinə  düşən  həcmi  1%  artdıqda,  əmək  haqqı  0,76% 

çoxalırdı.  Əmək  haqqının  elastikliyi,  onun  artımının  ÜDM-in  əhalinin  hər 

nəfərinə  düşən  həcminin  çoxalmasından  geri  qaldığını  göstərir.  Elastiklik 

1995-2000-ci  ildəki  0,8%-dən  2001-2010-cu  ildəki  0,72%-dək  azalmışdır. 

Ölkələrin,  demək  olar  ki,  Y4  hissəsində  ÜDM-in  əmək  haqqına  yönəldilən 

hissəsinin azalması (mənfəətdən və gəlirlərin başqa növlərindən ibarət paydan 

fərqli  olaraq)  meyli  müşahidə  olunurdu.  İqtisadi  artım  zamanı  dəyişikliklərə 

zəif reaksiya verən əmək haqqı, iqtisadi tənəzzül dövründə həddən artıq kəskin 

dəyişir və bu meyil müasir dünyadakı vəzi}^ət üçün səci)q/əvi haldır. 

704 



22.12.

 

Bazarın ayrı-ayrı seqmentlərində fəaliyyət 

göstərən beynəlxalq dövlətlərarası təşkilatlar 

Dünya bazarının ayrı-ayrı seqmentlərində fəaliyyət göstərən beynəlxalq 

təşkilatlar çox vaxt ölkələrin geniş yaxud dar çərçivəsindən ibarət olan əmtəə 

təşkilatları (müqavilələri) fonuasmda çıxış edir. Bu səbəbdən onların tərkibinə 

çox zaman aşağıdakılar daxil edilir: 

 



Neft ixrac edən ölkələr Birliyi, 1960-cı il (OPEC - Organization of the 

Petroleum Exporting Countries); 

 

Qalay üzrə beynəlxalq müqavilələr (1956-cı il); 



 

Kakao  üzrə  beynəlxalq  Müqavilələr  (mütəmadi  olaraq  1960-cı  ildən 



bağlanır); 

 



Toxuculuq malları üzrə beynəlxalq müqavilələr (1974-cü il). 

«Beynəlxalq təşkilat» və «Beynəlxalq müqavilə» anlayışları arasındakı 

fərq çox vaxt o qədər də aydın görünmür (burada ikitərəfli müqavilələr nəzərə 

alınmır).  Bəzi  faktiki  beynəlxalq  təşkilatlar  rəsmi  baxımdan  müqavilədir  və 

əksinə: beynəlxalq müqavilə əsasında daimi əsasda təşkilati funksiyaları yerinə 

yetirən, vaxtaşırı olaraq üzv-dövlətlərin görüşünü təşkil edən, statistik və başqa 

infonuasiyanı toplayan və ümumiləşdirən, nəşrlər edən katiblik yaradılır. 

OPEC.  Neftin  qiymətinin  sabitləşdirilməsi  məqsədilə  neft  hasil  edən 

dövlətlər  tərəfindən  yaradılmış  hökumətlərarası  təşkilatdır.  İqtisadiyyatı  neft 

ixracından əhəmiyyətli dərəcədə asılı olan ölkələr bu təşkilatın üzvüdür. Daimi 

fəaliyyət göstərən təşkilat kimi, OPEC 10-14 sentyabr 1960-cı ildə Bağdadda 

keçirilmiş  konfransda  yaradılmışdır.  Əvvəlcə  təşkilatın  tərkibinə  İran,  İraq, 

Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (yaradılmanın təşəbbüskarı) daxil 

olmuşdu. Təşkilatı təsis edən 5 dövlətə sonradan daha 9 dövlət qoşulmuşdur: 

Qətər  (1961),  İndoneziya  (1962-2008-ci  illər.  1  noyabr  2008-ci  ildə  OPEC 

tərkibindən  çıxmışdır),  Liviya  (1962),  Birləşmiş  Ərəb  Əmirlikləri  (1967), 

Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992, 2007), Qabon (1974- 

1994), Anqola (2007). 

2007-ci ildə tərkibində baş verən dəyişikliklər: Anqolanın yeni üzv kimi 

qəbul  olunması  və  Ekvadorun  yenidən  qayıtması  nəzərə  alınmaqla,  hazırda 

OPEC-ə 12 dövlət daxildir. 2008-ci ildə Rusiya karteldə daimi müşahidəçi 



705 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə