Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə268/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   264   265   266   267   268   269   270   271   ...   306

Amerikalılar  bütün  bu  təkliflərlə  razılaşsa  da,  tətbiq  olunmasının  iri 

korporasiyalar,  onların  hökumətdəki  və  parlamentdəki  lobbiçiləri  tərəfindən 

müqavimətlə qarşılanması ehtimalı var. 

Beynəlxalq Dəniz Təşkilatı {IMO

  - 

International Maritime Organization,

 

1982-ci  ilədək  Hökumətlərarası  Dəniz  Məşvərət  Təşkilatı)  -  BMT  tərəfindən 

özünün  ixtisaslaşmış  idarələri  siyahısına  daxil  edilmiş  beynəlxalq 

hökumətlərarası  təşkilatdır.  1958-ci  ildə  Dəniz  konfransının  BMT-  nin 

rəhbərliyi  altında  1948-ci  ildə  keçirilmiş  konfransının  qərarına  uyğun  olaraq 

yaradılmışdır. Təşkilata 140 dövlət (o cümlədən Rusiya və assosiasiya olunmuş 

üzv - Syanqan, Honkonq) daxildir. 

IMO-nun  məqsədləri  dəniz  gəmiçiliyinin  texniki  məsələləri,  dəniz 

üzgüçülüyünün  təhlükəsizlik  nonrıalarma  riayətin  təmin  olunması,  bir  sıra 

dövlətlər  tərəfindən  ticarət  gəmiçiliyində  tətbiq  edilən  ayrı-seçkilik  hallarının 

aradan qaldırılmasıdır. 

IMO beynəlxalq dəniz konvensiyalarının layihələrini işləyib hazırlayır və 

onlara  riayət  olunmasına  nəzarət  edir,  gəmiçilik  məsələləri  üzrə  konfranslar 

çağırır.  IMO  çərçivəsində  dənizdə  təhlükəsizlik,  hüquqi  məsələlər,  dəniz 



mühitinin mühafizəsi və texniki əməkdaşlıq üzrə

 

komitələr fəaliyyət göstərir. 

IMO-nun  fəaliyyəti  əsasən  tövsiyə  və  məşvərət  xarakteri  daşıyır.  Ali 

orqanı  2  ildə  bir  dəfə  çağırılan  Assambleyadır,



 

onun  sessiyaları  arasında 

təşkilata assambleya tərəfindən seçilən, 32 nəfərdən ibarət Şura

 

rəhbərlik edir. 

IMO-nun inzibati işçi orqanı Katiblikdir.

 

Mənzil-qərargahı Londonda yerləşir. 



Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO - International Civil Aviation 

Organization)

 

BMT-nin hökumətlərarası ixtisaslaşmış idarəsidir, I944-CÜ ildə 

təsis  olunmuş,  1947-ci  ildə  fəaliyyətə  başlamışdır.  Dövlətlər  arasında 

əməkdaşlıq  və  mülki  aviasiya  sahəsində  be}məlxalq  standartların  işlənib 

hazırlanması məsələləri ilə məşğul olur, üzv-dövlətlərin kadr hazırlığı və ixtisas 

dərəcəsinin  yüksəldilməsi  sahəsində  təcrübəsini  ümumiləşdirir.  SSRİ  1970-ci 

ildən ICAO-nun üzvü idi. Ali orqanı Assambleyadır (3 ildə bir dəfə toplaşır). 

Monrealda (Kanada) yerləşir. 



Ümumdünya  Həmkarlar  İttifaqları  Federasiyası  {WFTU  -  World 

Federation  of  Trade  Unions)  -  demokratik  həmkarlar  ittifaqlarının  ən  böyük 

beynəlxalq  birliyidir.  Həmkarlar  ittifaqlarının  1945-ci  ildə  Parisdə  keçirilən  I 

Ümumdünya  konqresində  təsis  olunmuşdur.  Nizamnaməsinə  uyğun  olaraq, 

WFTU-nun əsas vəzifələri: müharibələrə və onları doğuran səbəblərə qarşı 



692 


mübarizə  aparmaq,  dünya  zəhmətkeşlərinin  mənafelərini  qorumaq,  dünyanın 

bütün  ölkələrində  həmkarlar  ittifaqlarının  zəhmətkeşlərin  iqtisadi  və  sosial 

hüquqlarına  və  iqtisadi  azadlıqlarına  təcavüzə  qarşı  mübarizəsinin  təşkili, 

zəhmətkeşlərin  beynəlxalq  həmrəyliyi  məsələləri  üzrə  həmkarlar  ittifaqı 

üzvləri arasında maarifçilik işinin təşkili və s. ibarətdir. WFTU-yə 100-dən çox 

ölkənin həmkarlar ittifaqları (200 milyondan artıq üzv) daxildir. 

WFTU  nəzdində  həmkarlar  ittifaqlarının  sahələr  üzrə  beynəlxalq 

birlikləri  yaradılmışdır.  Fəhlələrə  tətillər  keçirərkən,  təbii  fəlakətlər,  qəzalar 

baş verdikdə yardım göstərilməsi, habelə müstəmləkədən azad olmuş ölkələrdə 

həmkarlar ittifaqı hərəkatının maddi dəstəklənməsi məqsədilə Zəhmətkeşlərin 

Beynəlxalq Həmrəylik Fondu fəaliyyət göstərir. 

WFTU BMT-də və onun ixtisaslaşmış təşkilatlarında - BƏT, ECOSOC, 

UNESCO, FAO, UNIDO və UNCTAD-da məşvərətçi statusdan istifadə edir. 

Beynəlxalq  Azad  Həmkarlar  İttifaqları  Konfederasiyası  (ICFTU

  - 

International  Confederation  of  Free  Trade  Unions)  -  həmkarlar  ittifaqlarının 

üzvlərinin sayına görə ikinci beynəlxalq birliyidir. 1949-cu ildə Ümumdünya 

Həmkarlar  İttifaqları  Federasiyasının parçalanması  nəticəsində  yaradılmışdır. 

100-dən  çox  ölkənin  həmkarlar  ittifaqlarını  birləşdirir.  ICFTU-nun  özəyini 

Qərbi Avropanın və Şimali Amerikanın həmkarlar ittifaqları təşkil edir. 

Avropa  Həmkarlar  İttifaqları  Konfederasiyası  {ETUC  -  Enropean 

Trade Union Confederation)   36 ölkənin  (27  Aİ-nin  üzv-dövləti,  Andorra, 

İslandiya,  Xorvatiya,  Lixtenşteyn,  Monako,  Norveç,  San-Marino,  İsveçrə  və 

Türkiyə).  Onun  əsas  məqsədi  «Avropa  sosial  modelini»,  yəni  iqtisadi 

tərəqqinin sosial müdafiə, sosial bazar iqtisadİ3^atı ilə ahəngdar olan cəmiyyət 

yaratmaqdır. 

Panavropa  Regional  Həmkarlar  İttifaqları  Şurası  (PERC

  - 

Pan- 

European 

Regional 

Council).

 

Həmkarlar 

İttifaqları 

Beynəlxalq 

Konfederasiyasının  (ITUC)  4  regional  bölməsindən  biridir.  Avropanın  55 

ölkəsinin 87 milli həmkarlar ittifaqını birləşdirir. 



Parlamentlərarası İttifaq (JPU - İnter-Parliamentary Union)  100-dən 

çox ölkənin parlament üzvlərindən (milli parlament qruplanndan) ibarət olan 

bejməlxalq qeyri-hökumət təşkilatıdır. 1889-cu ildə Parisdə təsis olunmuşdur. 

SSRİ  1955-ci  ildə  ittifaqın  üzvü  olmuşdur.  IPU-nun  nizamnaməsi  təşkilata 

daxil  olan  parlamentlərin  üzvləri  arasında  əlaqələrin,  demokratik  qurumların 

möhkəmləndirilməsi və inkişafı üzrə fəaliyyətin, habelə sülhün qorunması və 



693 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə