Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə277/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   273   274   275   276   277   278   279   280   ...   306

Məsələn, 

«Lisenziyalaşdımıa 

Məcəlləsi» 

ÜTT 


iştirakçılarını 

lisenziyalaşdırma  qaydalarını  xeyli  sadələşdirməyə,  həm  xarici,  həm  də  ölkə 

firmalarının  diskriminasiyasına  yol  verməməyə  məcbur  edir.  Eyni  zamanda 

«Gömrük  Qiymətləndirilməsi  Məcəlləsi»  müvafiq  qiymətləndirmənin  SIF 

yaxud  FOB  qiymətləri  əsasında  aparılmasına  yol  verir;  lakin  bu  halda  bəzi 

metodlar,  məsələn,  malın  idxalçı  ölkədə  satış  qiyməti  əsasında 

qiymətləndirilməsi qadağan olunur. 

GATT-ın Uruqvay raundu

 

1980-1990-cı illərdə keçirilən ən böyük ticarət 

danışıqlarıdır.  Uruqvay  raundunun  mühümlüyü  haqqında  onun  iclaslarında 

müzakirə  olunan'  əsas  məsələlərin  siyahısını  nəzərdən  keçirməklə  rəy 

söyləmək olar: 

 



tariflərin getdikcə aşağı salınması; 

 



qeyri-tarif tədbirləri

 



tropik məhsulların tənzimlənməsi (həmin dövrdə onların dəyər ifadəsi 

təqribən 20 milyard dollara bərabər idi); 

 

təbii resurslar əsasında istehsal edilən məhsullar; 



 

toxuculuq malları və geyim



 

kənd təsərrüfatı - GATT-ın konkret maddələri; 



 

müdafiə qeyd-şərtləri



 

subsidiyalar və kompensasiya tədbirləri; 



 

mübahisələrin həlli; 



 

əqli mülkiyyət üzərində hüquqlar; 



 

investisiya tədbirləri; 



 

GATT sisteminin fəaliyyəti



 

xidmətlərlə ticarət. 



Qeyd  olunmalıdır  ki,  Uruqvay  raundu  ümumi  beynəlxalq  ticarət 

siyasətində  böyük  əhəmiyyət  kəsb  etmiş,  dünya  ticarətinin  liberallaşması 

istiqamətində irəliləyişlərə səbəb olmuş, ölkələr və regionlar arasında iqtisadi 

əməkdaşlığın həcminin artması ilə nəticələnmişdir. 



23.2.

 

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 

1995-ci  ilin  yanvarında  GATT  qəti  surətdə  ÜTT-yə  çevrildi.  Ticarətin 

tənzimlənməsi  sahəsində  ümumdünya  universal  təşkilat  kimi,  ÜTT-nin 

dünyadakı nüfuzu getdikcə artır. Dünyanın aparıcı ölkələri onun mühüm 

717 



vəzifələrini və funksiyalarını əsasən dəstəkləyir. ÜTT-nin xidmətlər sahəsinin 

ən mühüm sektorları; maliyyə axınları, telekommunikasiya xidmətləri, xidmət 

göstərmək məqsədilə fiziki şəxslərin  sərhədi  keçməsi və s. üzrə danışıqlarda 

fəallığı güclənir. 



ÜTT-nin funksiyaları-. ÜTT-nin funksiyaları təşkilatın Nizamnaməsinin 

2-ci maddəsində göstərilmişdir. ÜTT-nin fəaliyyəti onun yaradılması haqqında 

Müqavilənin,  mallar  və  xidmətlərlə  ticarət  üzrə  çoxtərəfli  sazişlərin,  habelə 

könüllü  iştirak  əsasında  çoxtərəfli  ticarət  sazişlərinin  (Plurilateral) 

məqsədlərinə nail olunması, tətbiqi, buna nəzarət edilməsi, reallaşdırılması ilə 

əlaqədardır. 

Qlobal iqtisadi siyasətin həyata keçirilməsində daha yüksək anlaşmanın 

əldə  edilməsi  üçün  ÜTT  lazımi  hallarda  BVF,  BYİB  və  onun  filialları  ilə 

əməkdaşlıq  edir.  ÜTT  öz  üzvləri  arasında  onların  Sazişə  aid  olan  çoxtərəfli 

ticarət münasibətləri barədə danışıqların keçirilməsi imkanını təmin edir. ÜTT 

öz üzvləri arasında çoxtərəfli danışıqların keçirilməsi üzrə forum, nəzərdə tuta, 

ÜTT  üzvü  olan  ölkələrin  ticarət  nazirləri  Konfransının  qərarlarına  uyğun 

olaraq, bu cür tədbirlərin keçirilməsi üçün strukturlar yarada bilər. 

ÜTT-nin  təşkilati  strukturu.  Nizamnamənin  4-cü  maddəsinə  uyğun 

olaraq,  ÜTT-nin  ali  orqanı  onun  bütün  üzvlərinin  nümayəndələrinin  daxil 

olduğu  Nazirlər  Konfransıdır  {Ministerial  Conference).

 

Konfrans  2  ildə  bir 

dəfədən az olmayaraq çağırılır. ÜTT üzvü tərəfindən müvafiq müraciət daxil 

olduqda. Konfrans çoxtərəfli ticarət sazişlərinə aid olan bütün məsələlər üzrə 

qərarlar  qəbul  etməyə  səlahiyyətlidir.  Bu  halda  Konfrans  qərarların  qəbul 

olunmasının  ÜTT-nin  yaradılması  haqqında  Sazişdə  və  çoxtərəfli  ticarət 

müqavilələrində müəyyən olunmuş prosedurlarına riayət etməlidir. 

Nazirlər Konfransının iclasları arasındakı dövrdə onun funksiyalarını Baş 

Şura  {General  Coımcil)

 

yerinə 


yetirir.  Şura  ÜTT  üzvlərinin 

nümayəndələrindən  formalaşdırılır  və  lazım  olduqda  toplanır.  Baş  Şuranın 

funksiyalarına mütəmadi əsasda Sazişin fəaliyyətinə və nazirlərin qərarlarının 

yerinə  yetirilməsinə  nəzarət,  mübahisələrin  həlli  {Despute  Settlement  Body),



 

ticarət  siyasətinin  vaxtaşırı  icmalı  {Trade  Polisy  Review  Mechanism)



 

aiddir. 


ÜTT strukturunun sxemi 23.1-ci şəkildə göstərilmişdir. 

Göründüyü  kimi,  ÜTT  bir-birindən  fərqlənən,  ticarət  tənzimlənməsi 

qaydalarını işləyib hazırlayan, onların dünya təcrübəsində tətbiqini təhlil etmək 

vəzifələrini yerinə yetirən çoxsaylı orqanlardan ibarətdir. ÜTT çoxtərəfli ticarət 



718 


danışıqlarının  Uruqvay  raundunun  Razılaşmalar  zərfi  (1986-1994)  onun 

üzvlərinin  ticari-siyasi  münasibətlərini  tənzimləyir.  Bu  sənədlər  müasir 

beynəlxalq  ticarətin  hüquqi  bazisini  təşkil  edir.  ÜTT-nin  təsis  edilməsi 

haqqında Saziş üzv-dövlətlərin çoxtərəfli ticari münasibətlərinə təsir göstərən 

problemlərin  tənzimlənməsi,  Uruqvay  raundunun  razılaşmalarının  yerinə 

yetirilməsi üzərində nəzarət üçün daimi fəaliyyət göstərən forumun yaradılması 

nəzərdə tutulur. ÜTT bir çox cəhətdən GATT kimi fəaliyyət göstərsə də, ticarət 

razılaşmalarının  daha  geniş  spektrinə  nəzarət  edir  (o  cümlədən  xidmətlərlə 

ticarət və əqli mülkiyyət hüquqlarının ticarəti üzrə məsələlər), qərarların qəbulu 

və  təşkilatın  üzvləri  tərəfindən  onlara  riayət  olunması  prosedurlarının 

təkmilləşdirilməsi  sahəsində  daha  böyük  səlahiyyətlərə  malikdir.  Ticarət 

mübahisələrinin həllinin unikal mexanizmi ÜTT-nin ayrılmaz tərkib hissəsidir. 

1947-ci  ildən  ümumdünya  ticarətinin  liberallaşdırılması  və  inkişaf 

perspektivlərinin  qlobal  problemlərinin  müzakirəsi  GATT/ÜTT  başçılığı 

altında keçirilən çoxtərəfli ticarət danışıqları çərçivəsində keçirilir. İndiyədək 

Uruqvay raundu daxil olmaqla, 9 çoxtərəfli ticarət danışığı keçirilmişdir. ÜTT- 

nin  başlıca  məqsədi  dünya  ticarətini  daha  da  liberallaşdırmaq  və  ədalətli 

rəqabət şəraitini təmin etməkdən ibarətdir. 



GATT-ÜTT-ninprinsipləri və qaydaları: 

 



ticarətdə qarşılıqlı surətdə daha əlverişli şərait rejiminin yaradılması; 

 



xarici mənşəli mallara və xidmətlərə milli rejimin qarşılıqlı surətdə tətbiqi; 

 



ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi

 



kəmiyyət və başqa məhdudiyyətlərdən istifadədən imtina olunması; 

 



ticarət siyasətinin aşkarlığı; 

 



ticarət mübahisələrinin məsləhətləşmələr və danışıqlar yolu ilə həll 

edilməsi. 



ÜTT-nin vəzifələri və məqsədləri: 

 



Uruqvay raundunun sənədlər zərfmdəki sazişlərin və razılaşmaların yerinə 

yetirilməsinə nəzarət; 

 

ticarət mübahisələrinin həlli; 



 

üzv-dövlətlərin milli ticarət siyasətinin monitorinqi



 

inkişaf etməkdə olan ölkələrə ÜTT-nin səlahiyyətləri çərçivəsində texniki 



yardım göstərilməsi; 

 



ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq. 

719 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə