Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə281/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   277   278   279   280   281   282   283   284   ...   306

 

regional ticarət; 



 

dünya  ticarətinin  qaydalarını  müəyyənləşdirən  yaxud  buna  dair 



tövsiyələr  verən  beynəlxalq  təşkilatlar  (ÜTT,  BVF,  UNCTAD  və  BMT-nin 

digər qurumları); 

 

ticarət  və  onunla  əlaqədar  olan  məsələlər  üzrə  beynəlxalq  üçtərəfli, 



ikitərəfli, regional müqavilələr və sazişlər. 

Müasir  beynəlxalq  ticarət  statistikasında  ticarət  sisteminin  2  tip  uçotu 

aparılır: ümumi ticarət sistemi və xüsusi ticarət sistemi. 

Ümumi  ticarət  sistemi  ölkənin  statistik  ərazisi  (xarici  ticarət  üzrə  dərc 

olunan  statistik  məlumatların  aid  olunduğu)  onun  iqtisadi  ərazisi  ilə  üst-üstə 

düşdükdə  və  ölkənin  iqtisadi  ərazisindən  çıxarılan  bütün  mallar  ixraca  aid 

olunduqda tətbiq olunur. 



Xüsusi  ticarət  sistemi  inteqrasiya  qruplarının  iştirakçısı  olan  ölkələr 

tərəfindən  və  dövlətlərin  başqa  müqavilə  münasibətləri  əsasında  yaradılır  və 

tənzimlənir. 

23.6.

 

Beynəlxalq Ticarət Palatası (BTP) 

Beynəlxalq Ticarət Palatası (ICC - International Chamber of Commerce) 

beynəlxalq  qeyri-hökumət  təşkilatı,  işgüzar  dairələrin  və  birliklərin 

federasiyasıdır.  Təşkilat  1919-cu  ildə  Atlantik-Sitidə  (ABŞ)  keçirilən 

beynəlxalq  ticarət  konfransında  təsis  olunmuşdur;  1920-ci  ilin  iyunundan 

fəaliyyət göstərir. Parisdə yerləşir. Nyu-York, Cenevrə və Honkonqda şöbələri 

var. 

BTP-nin 

rəsmi  məqsədi  beynəlxalq  iqtisadi  münasibətlərin 

yaxşılaşmasının  dəstəklənməsi  əsasında  açıq  dünya  iqtisa-diyyatmı,  işgüzar 

adamların  və  onların  təşkilatlarının  qarşılıqlı  faydalı  əməkdaşlığını  daha  da 

inkişaf etdirmək, xalqlar arasında dostluq münasibətlərini möhkəmlətməkdir. 

Palatanın fəali}^əti azad və ədalətli rəqabət prinsiplərinə əsaslanan bazar 

iqtisadiyyatı  sisteminin  qurulmasına,  istənilən  formada  proteksionizmə  qarşı 

mübarizəyə, bütün ölkələrin dünya iqtisadiyyatına tam inteqrasiya olunmasına, 

dövlətlərin sərhədləri üzərindən kommersiya mübadiləsinin asanlaşdırılmasına, 

işgüzar fəallığın yüksək standartlarına, mülkiyyətə hönnətin və uzunmüddətli 

beynəlxalq 

kommersiya 

əlaqələrinə 

inamın 

möhkəmləndirilməsinə 



yönəlmişdir. 

Palatada üzvlük 2 səviyyədədir: 

 

üzvlərinin işgüzar və peşə maraqlarını təmsil edən və siyasi məqsədlər 



729 


güdməyən milli komitələr və onlara bərabər təşkilatlar səviyyəsində

•  «bilavasitə üzvlər»,  yəni  ölkədə BTP-nin  milli komitələri olmadıqda, 

Palata üzvlüyünə qəbul olunan hüquqi və fiziki şəxslər. 

Palatanın rəhbər orqanları Konqres, Şura və İcra Komitəsidir. Konqres 3 

ildən  bir.  Palatanın  fəaliyyətini  yekunlaşdırmaq,  beynəlxalq  iqtisadi 

münasibətlərin  aktual  problemləri  üzrə  tövsiyələrin  qəbul  olunması  üçün 

çağırılır. Ayrı-ayrı mövzuların müzakirəsi üçün konfranslar çağırılır. Qərarlar 

Ys səs çoxluğu ilə qəbul edilir. Konqresin işində hökumətlərin, beynəlxalq və 

milli təşkilatların nümayəndələri məşvərətçi səs hüququ ilə iştirak edir. 

Prezidentin  başçılıq  etdiyi  Şura  Konqresin  çağırılmasını  hazırlayır, 

konqreslər arasındakı dövrdə Palatanın işinə rəhbərliyi həyata keçirir, təşkilata 

yeni  üzvləri  qəbul  edir.  Şura  milli  komitələrin  nümayəndələrindən  ibarətdir. 

Onların səsinin sayı  (3 səsədək) milli  komitə tərəfindən Palatanın büdcəsinə 

ödənilən  üzvlük  haqqının  məbləğindən  asılıdır.  Şuranın  tərkibinə  bir  səs 

hüququ olan «bilavasitə üzv» daxildir. Şuranın sessiyalan 2 ildən bir keçirilir. 

İcra  Komitəsinin  tövsiyəsi  ilə  Şura  tərəfindən  prezident.  Beynəlxalq 

Arbitraj  Məhkəməsinin  sədri.  Palatanın  coğrafi  strukturu  nəzərə  alınmaqla, 

tərkibinin 

‘/3 

hissəsi hər il dəyişən İcra Komitəsinin üzvlərini seçilir. 



Katibliyin  tərkibinə  milli  komitələrin  səlahiyyətli  nümayəndələrindən 

ibarət  olan  İnzibati  komissiya  daxildir.  BTP  ticarət-sənaye  palatalarının 

fəaliyyəti haqqında sorğu kitabları nəşr edir və aylıq informasiya bülletenləri 

buraxır. 



Baş  Katib Şuranın  və  İcra Komitəsinin tapşırığı  ilə təşkilati-texniki və 

inzibati  funksiyaları  yerinə  yetirir,  BTP-nin  məşvərətçi  statusa  malik  olan 

BMT  təşkilatları  ilə  əlaqələr  saxlayır.  Katibliyin  tərkibinə  milli  komitələrin 

səlahiyyətli nümayəndələrindən ibarət olan İnzibati Komissiya daxildir. 



Xülasə 

•  BTP  -  ticarət  qaydalarını,  gömrük  tariflərini  və  dünya  ticarəti  ilə 

əlaqədar olan digər məsələləri tənzimləyən, daimi fəaliyyət göstərən universal 

beynəlxalq  təşkilatdır.  Sələfi  GATT-dan  fərqli  olaraq,  BMT  sisteminin 

ixtisaslaşmış  təşkilatıdır.  GATT  Sazişi  BMT-nin  ixtisaslaşmış  təşkilatı 

statusuna malik deyildi və BMT sistemi ilə bağlı olan hökumətlərarası idarəyə 

aid olunurdu. ÜTT öz normativ statusunu jmksəltmişdir: məsələn, GATT-dan 

730 



fərqli olaraq, ÜTT Komitənin qərarı ilə uduzmuş hesab olunan tərəfə, həmin 

qərarın  qəbul  olunmasını  dayandırmağı  qadağan  etmək  hüququna  malikdir. 

Mübahisələrin həlli üzrə orqan və ÜTT-nin apelyasiya orqanı hökumətlərdən 

ÜTT  qarşısında  öhdəliklərinin  yerinə  yetirilməsini  tələb  edə,  şikayətçi 

hökumətə  eavab  ticarət  tədbirləri  həyata  keçinnək  səlahiyyəti  (ticarət 

qaydasının pozulması faktı təsdiqləndikdə) verə bilər. 

 

Hüquqi  baxımdan  ÜTT  səciyyəvi  cəhətləri  olan,  norma  və  qaydaları 



dünya  üzrə  mallar  və  xidmətlərlə  ticarətin  təqribən  97%-nə  şamil  olunan 

çoxtərəfli  müqavilədir.  Təkcə  Uruqvay  raundunun  razılaşmalar  zərfinə 

ümumilikdə 50-dən çox beynəlxalq ticarət sazişi və digər hüquqi sənəd daxildir 

və onlardan ən vacibi ÜTT-nin təsis olunması haqqında Sazişdir. 

 

Beynəlxalq  ticarəti  tənzimləyən  universal  ticarət  nonnaları  ticarət 



raundlarında,  çox  dar  çərçivəyə  daxil  olan  bəzi  sənədlər  isə  ÜTT  üzvü  olan 

ölkələrin  səlahiyyətli  nümayəndələrinin  iştirak  etdiyi  konfranslarda  qəbul 

olunur.  Ticarət  danışıqlarının  sonuncu  raundu  2001-ci  ildə  Qətərin  paj^axtı 

Dohada  başlamışdır.  İnkişaf  etməkdə  olan  ölkələrin  bəzisi  (Çin,  Braziliya, 

Argentina,  CAR  və  s.)  ilə  ABŞ  və  Aİ  arasında  çox  güclü  ziddİ3^ətlər 

nəticəsində raund faktiki olaraq baş tutmamışdır. Ziddiyyətlər əsasən ölkələrin 

2  qrupunun  aqrar  siyasətə  fərqli  yanaşmasından  yaranmışdır.  İnkişaf  etmiş 

ölkələr  onilliklər  ərzində  inkişaf  etməkdə  olan  ölkələrdə  kənd  təsərrüfatının 

dövlət  tərəfindən  dəstəklənməsinin  ixtisar  olunmasını  tələb  etsələr  də,  öz 

fermer  təsərrüfatlarına  hərtərəfli  yardım  göstərir.  Bunun  nəticəsində  inkişaf 

etməkdə  olan  ölkələrin  aqrar  məhsulları  dünya  bazarlarında  rəqabətə  davam 

gətirmir. Bu dəfə inkişaf etməkdə olan ölkələr həmin ölkələrdə dövlətin kənd 

təsərrüfatından  «getməsi»  barədə  sərt  tələblər  irəli  sürmüş  və  nəticədə 

danışıqlardakı maneələr keçilməz olmuşdur. 

ÜTT çərçivəsində qəbul olunan sazişlərin böyük bir qismi, o cümlədən 

Ticarətlə  Əlaqədar  Olan  İnvestisiya  Tədbirləri  üzrə  Saziş  (TRIMs),  Əqli 

Mülkiyyət  Hüquqlarının  Ticari  Məsələləri  üzrə  Saziş  (TRIPS),  Xidmətlər 

Sahəsində Ticarət üzrə Baş Saziş (OATS) mühüm rol oynayır. 



Yoxlama sualları 

1.

 



Tariflər və Ticarət üzrə Baş Saziş (GATT) nə vaxt, kim tərəfindən və 

hansı  məqsədlə  təşkil  edilmişdir?  GATT  danışıqlarının  birinci  raundunun 

nəticələri necə olmuşdur? 

731 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə