qüvvəsinin, kapitalın və xidmətlərin hərəkəti bu ölkələri iqtisadi tellərlə vahid
təsərrüfat mexanizmi halında o qədər güclü birləşdirmişdir ki, onların arasındakı
ticarət artıq beynəlxalq deyil, daxili ticarət (intratrade) kimi nəzərdən keçirilir.
Yoxlama sualları
1.
Aİ ölkələrinin beynəlxalq və qarşılıqlı ticarətinin hansı əsas
xüsusiyyətləri var?
2.
Aİ ixracının xüsusiyyətləri nədir?
3.
Aİ idxalının xüsusiyyətləri nədir?
4.
Avropanın daxili və beynəlxalq ticarətində Aİ ölkələrinin xüsusi çəkisi
nə qədərdir?
5.
Aİ-nin beynəlxalq ticarətinin coğrafiyası necədir?
6.
Aİ-nin əsas tərəfdaşlarla beynəlxalq ticarətinin təhlilini verin.
7.
Aİ-nin əsas ölkələrinin ABŞ, Çin və Yaponiya ilə beynəlxalq ticarətinin
təhlilini verin.
8.
Avropa İttifaqının ticarət siyasətinin əsas istiqamətləri hansılardır?
9.
Avropa İttifaqının Asiya, Afrika və Latın Amerikası ölkələri ilə ticarət
əlaqələrini təhlil edin.
Referatların mövzuları
1.
Aİ-nin Asiya ölkələri ilə ticari-iqtisadi
əlaqələri
2.
Aİ-nin Latın Amerikası ölkələri ilə ticari-iqtisadi əlaqələri
3.
Aİ-nin ABŞ ilə ticari-iqtisadi əlaqələri
4.
Aİ-nin Rusiya ilə ticari-iqtisadi əlaqələri: mövcud vəziyyət və
perspektivlər
247
Fəsil 11
BEYNƏLXALQ TİCARƏTDƏ BİZNES
VƏ TURİZM SEKTORLARI
11.1.
Biznes xidmətləri. Mahiyyəti və məzmunu
Anlayış. Beynəlxalq ticarət sahəsində biznes xidmətləri (xarici turizm
daxil olmaqla) mənşə etibarilə mallarla ticarət ilə birbaşa bağlı deyil. Bu
xidmətlərin inkişafı beynəlxalq mübadilə mexanizmlərinin mürəkkəbləşməsi, bu
sahəyə elm və texnikanın son nailij^ətlərinin, ilk növbədə, təminat strukturlarına
həm müxtəlif biliklərin, həm də müvafiq mütəxəssislərin cəlb olunmasını tələb
edən müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədardır. Digər amil
getdikcə çox sayda adamın istirahət və ola bilsin ki, eyni vaxtda tərəfdaşlarla
işgüzar danışıqlar aparmaq məqsədi ilə öz ölkəsindən kənara çıxmağa səy
göstərməsidir.
Burada müxtəsər nəzəri izahat verilməlidir. Makroiqtisadiyyatda müxtəlif
problemlər üzrə alimlərin və mütəxəssislərin qarşısına qoyulan əsas məsələlərdən
biri ölkənin məcmu xarici ticarət dövriyyəsini, yəni müəyyən ölkənin dünyanın
başqa ölkələri ilə mübadilə edəcəyi malların və xidmətlərin ümumi həcmini
proqnozlaşdırmaqdır. Bu zaman yerli istehsal mallarının əcnəbi rezidentlər,
xaricdə buraxılan malların isə yerli rezidentlər tərəfindən satınalmalarının ümumi
həcmi mühüm əhəmiyyət daşıyır. Bu, həmin ticarət əməliyyatları məcmusunun
iqtisadi)^at daxilində xərclərin ümumi məbləğinə və bununla da, istehsalın
həcminə və məşğulluq səviyyəsinə təsir göstərməsi ilə əlaqədardır. Beynəlxalq
yük daşımaları, beynəlxalq turizm, xaricdə inşaat sahəsində həyata keçirilən
müxtəlif layihələr istisna olunmaqla, xidmətlərin əksər qismi əvvəllər
«beynəlxalq ticarətin predmeti» sayılmırdı, milli gəlir və tədiyyə balansı təhlil
edildikdə isə ticarətə yalnız fiziki malların alqı-satqısı aid edilirdi. Ancaq son
illər, beynəlxalq ticarət dövriyyəsində həcmi sürətlə artan beynəlxalq xidmətlərin
müxtəlif növləri «ticarəti predmeti» hesab edilməyə başlamışdır.
Beynəlxalq
biznes
xidmətləri.
Beynəlxalq
biznes
xidmətləri
kateqoriyasına aşağıdakılar
daxil edilir;
1)
rabitə sahəsində xidmətlərin də daxil edildiyi beynəlxalq fəaliyyətin
müxtəlif növləri;
248
2)
xarici ticarətin proqram təminatının işlənib hazırlanması, məlumatlar
bazasının idarə olunması;
3)
xarici kompüter
xidmətləri;
4)
əcnəbi tərəf-müqabillərinə patentləşdirilmiş informasiyanın yaxud
təkmilləşdirilmə işlərinin müqavilə əsasında verilməsi;
5)
mühasibat uçotunun aparılması üzrə beynəlxalq xidmətlər;
6)
mühəndis-inşaat xidmətləri;
7)
xarici bazarlarda beynəlxalq hüquq xidmətləri;
8)
idarəçilik və texniki məsələlər üzrə məsləhətvermə, beynəlxalq işgüzar
konsaltinq.
Rabitə texnikasının sürətli inkişafı və beynəlxalq ticarət siyasətində fəal
iştirak edən ölkələr dairəsinin genişlənməsi nəticəsində müxtəlif növ xidmətlərin
bazarları əslində milli sərhədlərin hüdudlarından çıxmış, bəzi hallarda isə
qloballaşmışdır. Belə ki, informasiya əsrinin nisbətən yeni fəaliyyət növləri
biznes xidmətləri ilə beynəlxalq ticarətin artmasına, demək olar ki, sənaye malları
ilə ticarətin çoxalması qədər nəzərəçarpan təsir göstərir.
Biznes xidmətlərinə tələbatın artması. Malların inkişaf etmiş dünya
bazarının təşəkkül tapması və onun zənginləşməsi xidmətlərə olan tələbatı
artırmış, bu isə, öz növbəsində, beynəlxalq xidmətlər bazarının intensiv inkişafına
təkan vennişdir. Xidmət - müəyyən istehlak dəyərinə malik fəaliyyət (hərəkət)
olub, onun həyata keçirildiyi an insan ehtiyaclarının ödənilməsində ifadə olunan
faydadır. Xidmət maddi (mal) yaxud qeyri-maddi formada göstərilir. Xidmətlərin
istehsalının bu iki üsuluna müvafiq olaraq, onların özünün iki növü vardır:
1)
istehlak malları vasitəsilə ifadə edilən və onlarla bağlı olan xidmətlər.
Məzmun baxımından bu cür xidmətlərin göstərilməsi əmək prosesindən, demək
olar ki, fərqlənmir; belə ki, burada əməyin bütün beş elementi: əmək vasitələri,
əmək predmeti, texnologiya, əməyin təşkili və insanın məqsədyönlü fəaliyyəti
kimi əməyin özü iştirak edir. Nəticədə bu növ xidmətləri maddi
kimi ifadə etmək
olar;
2)
təsiri insana yaxud onun olduğu şəraitə birbaşa yönəlmiş xidmətlər; bu
xidmətlərin maddi məhsullarla əlaqəsi yoxdur,
onların istehsalı isə istehlakı ilə
üzvi surətdə bağlıdır, ondan ayrılmazdır. Bura insanın şəxsi müşahidəsi, onun
mədəni ehtiyaclarının ödənilməsi məqsədilə beynəlxalq səyahətləri aid olunur.
249