KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
91
NİKOLAY RUBAKİNİN YARADICILIĞINDA
BİBLİOPSİXOLOGİYA NƏZƏRİYYƏSİ VƏ KİTABXANAŞÜNASLIQ
E.L.ƏJDƏROV
Bakı Dövlət Universiteti
Nikolay Aleksandroviç Rubakinin bibliopsixoloji elmi irsi dünya kitab-
xanaşünaslığın inkişafına böyük metodolojı təsir göstərmişdir. Məqalədə
N.A.Rubakinin bibliopsixolojı nəzəriyyəsi geniş şərh edilir.
Beynəlxalq Bibliopsixoloqiya İnstitutunun yaradıcılarından biri olan Ni-
kolay Aleksandroviç Rubakinin (1862-1946) elmi irisində ifadə olunan “bib-
liopsixologiya” anlayışı iki sözdən ibarətdir - “biblio” və “psixologiya”.
Əlbəttə, burada ilk növbədə kitabxanaşünaslıq kimi dərin bir elm sahəsi diqqət
mərkəzinə gəlir. Azərbaycanda kitabxanaşünaslıq elminin banisi prof. A.Xələ-
fov kitabxanaya belə bir tərif vermişdir: “Kitabxana - elm, informasiya, mədə-
niyyət, təhsil-tərbiyyə müəssisəsi kimi çap əsərlərinin və digər informasiya
daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli-ictimai istifadəsini təş-
kil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət
göstərən sosial institutdur” [1, 245].
Məntiqlə yanaşdıqda prof. A.Xələfov kitabxanaya verdiyi tərifdə ilkin
olaraq “elm” sözünü təsadüfi qeyd etmir. Məhz elmin gücü ilə bütün sahələr-
də uğurlar əldə olunur. Kitabxana elmlər sisteminin ilkin mənbəyidir. Daima
artan informasiya axını, sistemli olaraq məhz kitabxanalarda yerləşir və kitab-
xana işi fəaliyyəti vasitəsi ilə cəmiyyətin istifadəsinə verilir.
Cəmiyyətin inkişaf tarixinə nəzər saldıqda kitabxana işinin, kitabxana-
şünaslığın inkişaf xəttini və səviyyəsini aydın görmək olar. Zaman-zaman
daima yeniliklər və bununla əlaqəli müxtəlif yeni sahələr yaranır. Daha dəqiq
desək, elmlər inteqrasiya və differensasiya etdikcə bu yeniliklər cilalanaraq
daha yeni bir forma və məzmun alır. Kitabxanaşünaslıq elmi də bu inkişaf
tarixində fəlsəfə, tarix, sosiologiya, riyaziyyat, iqtisadiyyat pedaqogika, psixo-
logiya və s. elm sahələri ilə sıx əlaqədə inkişaf etməkdədir. Bu elm sahələrin-
dən biri də psixologiyadır. Bu barədə prof.A.Xələfov yazır: “Kitabxanaşünas-
lıq insan şüurunun formalaşmasında kitabın və mütaliənin rolunu öyrənərkən
psixologiyanın elmi metodlarına əsaslanır, onun elmi nəticələrindən,
tövsiyələrindən geniş surətdə istifadə edir” [2, 256].
Yaşadığımız cəmiyyətdə istənilən bir fəaliyyət sahəsində daima insanlar
arasında ünsiyyət əsas əlaqə, rabitə vasitəsidir. Bu ünsiyyət prosesində bir çox
incə və mürəkkəb məqamlar üzə çıxır. İnsan və onun daxili aləmi, ətrafla mü-
nasibətləri və bu münasibətlərin xüsusiyyətləri psixologiya elminin tədqiqat
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
92
sahələrində üzə çıxır. Kitabxanaçı və oxucu, müəliflə oxucu, kitabxana və cə-
miyyət arasında əlaqə ünsiyyət vasitəsi ilə yaranır. Bu mənada kitabxanaçı
kadrların hazırlanmasında, kitabxana işi fəaliyyətində mövcud kollektivin təş-
kili və idarə olunmasında sözsüz ki, kitabxanaşünaslıq elmi psixologiya elmi-
nin metodlarından istifadə etməyə bilməz. Psixologiya və kitabxanaşünaslıq
elminin bir-birinə olan inteqrasiyası da bu səbəbdən irəli gəlir. Prof.A.Xələfov
isə bu prosesin qədim dövrlərdən başlandığını qeyd edir: “Psixologiya ilə
kitabxana işi və kitabxanaşüanaslıq arasında əlaqə lap qədim dövrlərdən möv-
cud olmuş, getdigcə inkişaf edib təkmilləşmiş, xüsusi elmi fənn olan “Biblio-
psixologiya və ya “Kitabxana psixologiyası” kimi yeni fənnlər meydana gəlib
formalaşmışdır” [2, 256].
“Bibliopsixologiya” terminin ikinci əhəmiyyətli tərəfi “psixologiya” sö-
züdür. Psixologiya klassik mənbələrdə aşağıdakı kimi ifadə olunur: “Psixo-
logiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın
faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir” [4,19].
İlk baxışdan elə görünə bilər ki, bibliopsixologiya oxucu və müəllif psi-
xologiyasını araşdırır. Əslində məsələyə bu cür dar çərçivədə yanaşma səhv
olardı, çünki oxucu və müəllif psixologiyası özü də cəmiyyətdə baş verən
məsələlərlə dialektik vəhdətdə əlaqəlidir. Aydındır ki, tarixin gedişində oxucu
zövqləri, tələbatları, maraqları, sorğuları, dünyagörüşü prinsipləri dəyişirsə,
bu da öz növbəsində, müəlliflik və bütün kitabxana işinin mexanizmini dəyi-
şir. Kitabxana işi öz fəaliyyətində təkcə oxucu və müəlliflə bağlı məsələləri
əhatə etmir, onun təhsil, tərbiyyə, elmi informasiya təminatı və s. kimi funksi-
yaları da yerinə yetirir. Ona görə də bu və ya digər tərəflərin psixoloigyasını
öyrənmək üçün bir başa kitabxana işi anlayışı ilə əlaqədar məsələlərin psixo-
logiyası öyrənilməlidir. Əgər bibliopsixologiyanın mahiyyətini oxucu marağı
ilə eyniləşdirsək, bu bibliopsixologiyanın mahiyyətini dar çərçivəyə sala bilər.
Fəlsəfi məntiqlə qoyulan məsələyə yanaşdıqda isə maraqlı bir tərəf üzə çıxır.
İstər təbiətdə, istər cəmiyyətdə bütün proseslər daima nisbi olaraq hərəkətdə-
dir. Qeyd etdiyimiz fikrə istinad olaraq filosof Zeynəddin Hacıyevin fikrinə
nəzər salaq: “Bizi əhatə edən dünyada hər şey daima hərəkətdədir” [5,169].
Məsələyə psixoloji aspektdən yanaşdıqda isə görmək olar ki, ümumi
olaraq cəmiyyətdə baş verən bütün proseslərdə olduğu kimi, həmçinin kitab-
xana işi fəaliyyətində də psixi proseslər hər an, hər dəqiqə insanları müşahidə
edir. Bu mənada bibliopsixologiya elminin tədqiqatçısı Nikolay Rubakin bib-
liopsixologiyanı iki istiqamətdə: daxili və vizual mənalarda izah edir: “Biblio-
psixologiyanın daxili mənası: Bu mənada bibliopsixologiya psixoloqiyanın bir
qolu kimi çıxış edir. Bibliopsixologiya sərbəst mövcud olmaq hüququna ma-
likdir. Belə ki, pedaqoji psixologiya, hansı ki, onun obyektini uşağın psixolo-
giyası və tərbiyyəsi təşkil edir. Bu mənada psixologiyanın bir qolu kimi bib-
liopsixologiya müstəqil sahədir [6,41].
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
93
Vizual məna barədə fikir bildirməzdən əvvəl qeyd edək ki, XIX-XX
əsrlərdə yaşamış N.Rubakin bibliopsixoloji tədqiqatında “книжное дело” ifa-
dəsini işlətmişdir. Azərbyacan dilinə tərcümə olunarkən bu ifadə “kitab işi”
kimi səslənir. “Kitab işi” anlayışı ilə “kitabxana işi” anlayışını eyniləşdirmək
səhv olardı. Kitab işi kitabın nəşri, yayılması, satışı, poliqrafiyası, nəşriyyat
məsələlərini və s. əhatə edir. Əlbəttə, bu proseslər kitabxana işi fəaliyyətinin
fonunda üzə çıxır. Lakin N.Rubakin bu fikirləri ilə kitab və kitabxana işi
anlayışlarına aydınlıq gətirir: “Bəs kitab işi nədir? Bu iş heç də sakitçilikdə
gedən bir proses deyil, bu heç də kitab tozunun, kitab kütləsinin udulması da
demək deyil, bunu kitablar yığını kimi də başa düşmək olmaz. Bu iş coşqun,
yəni bu proses ictimai-sosial, mübariz atmosfera ilə yaranır. Axı bizim
məqsədimiz cəmiyyətimizi bilikli, dərrakəli, şüurlu etməkdir. Məgər kitab
işini adi, ölü olan kitab yığını ilə eyniləşdirmək olarını? Ona görə də mən
deyirəm: Bu iş həyatın özü və mübarizədir” [6, 608].
Kitab işini yüksək mənəvi dəyərlər çərçivəsində ortaya qoyan N.Ruba-
kin “kitabxana” ifadəsini geniş və rasional analiz etmişdir: “Kitabxana - cə-
miyyətin gözəl bir gələcəklə təminatı üçün güclü bir silahıdır, bu təkcə elmi
bilikləri yayan müəssisə deyil, həm də cəmiyyətin sosial əhval-ruhiyyəsini tə-
yin edən vasitədir. Əgər bu işi kitab yerinə yetirirsə, onda nəyə görə
ümumilikdə kitabxana-kitabların assossiyası bu işdə rol oynamasın?” [6, 608].
Aydın oldu ki, N.Rubakinin düşüncəsində “Kitabxana” sosial-ictimai
şüurun formalaşmasında böyük rol oynayan vasitə kimi qiymətləndirilmişdir.
O, bir kitabı müəyyən biliyi, elmi özündə əks etdirən kitabxananın kiçik
modeli kimi ortalığa qoyur və “nəyə görə də ümumilikdə kitabxana-kitabların
asossiyası bu işdə rol oynamasın?” deyərək kitabxana işini diqqət mərkəzinə
gətirmiş olur. Belə bir qənaətə gəlmək olar ki, “kitab işi” ifadəsini səsləndirər-
kən N.Rubakin kitabxana işinin fonunda tərkib hissə kimi rol oynayan prosesi
nəzərdə tutur. Bu prosesdə fərdin psixologiyası ön plana keçirsə, kitabxana
işində isə cəmiyyətin psixologiyası diqqət mərkəzinə gəlmiş olur.
N.Rubakinin dili ilə desək, vizual mənada bibliopsixologiya kitabxana
işi və onunla bağlı məsələlərin psixologiyasını araşdıran elm kimi çıxış edir.
Bu mənada N.Rubakin xüsusi olaraq qeyd edir ki: “Bibliopsixologiyanın
vizual mənada xüsusi obyekti məhz kitab işi nəzərdə tutulur” [6, 41].
Cəmiyyətdə baş verən bütün psixi proseslərin tərkib hissəsi kimi “kitab”
anlayışı bibliopsixoloji yanaşmada psixi prosesin son nəticəsi kimi qiymətlən-
dirilir. N.Rubakin isə qeyd edir: “Söz, ifadə, kitab, kitablar yığını, bütün
ədəbiyyat, bu mənada reaksiyanı yaradan amil kimi çıxış edir. Elə bil ki,
öyrənilən kollektivə və şəxsiyyətə təsir edəcək amil, qıcıqlandırıcı-reaktiv
rolunda çıxış edir” [6, 42].
Burada isə maraqlı və vacib olan bir cəhət ondadır ki, kitab da özündə
cəm etdiyi məzmunla bərabər obyektiv aləmin tərkib hissəsi kimi çıxış edir.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
94
Bir halda ki, fərd subyektdir, onu əhatə edən aləm isə həm obyekt, həm də qı-
cıqlandırıcı reaktivdir. İstənilən qıcıq mahiyyət etibarı ilə obyektiv aləmdən
gəlir. Obyektiv aləmə cavab olaraq yaranan reaksiyaların kəmiyyət və keyfiy-
yət göstəricilərini reaksiya verənin xarakteristikası kimi ifadə edən N.Rubakin
yazır: “Bibliopsixologiya elə məhz kitab işinin psixologiyası barədə elmdir,
tədqiq edilən reaksiyalar, xarici əlamətlər əsasında öyrənən elmdir” [6, 42].
Yəni daha dəqiq desək, bibliopsixologiya kitabxana işi fəaliyyətində baş
verən bütün prosesləri reaksiyalar, xarici əlamətlər əsasında tədqiq edir. Digər
tərəfdən istərdim qeyd edim ki, kitabın yaranması N.Rubakinin yanaşmasında
belə ifadə olunur: “Hamıya aydındır ki, kitabın yaranması ilk öncə danışıq
(şifahi nitq) vasitəsi ilə başlanır, hansı ki, sistemli olaraq yazılır və bu şəkildə
kristallaşır-maddiləşir” [6, 46].
Aydındır ki, bu cür yanaşmada N.Rubakinin kitabın yaranma prosesini
sadədən mürəkkəbə doğru inkişaf prinsipini əsas meyar tutaraq analiz etmiş-
dir. Burada ilkin səbəb kimi şifahi nitq əsas götürülür, həmçinin şifahi nitq
özlüyündə reaksiya yaradan-qıcıqlandırıcı rolunda çıxış edir. Bu reaksiya isə
əslində psixi prosesdir. İnsan nitqi psixoloji cəhətdən psixi prosesdir. Deyilən-
lə əlaqədar olaraq aşağıdakı cümləyə bir daha nəzər salaq: “Psixika obyektiv
aləmin subyektiv inkasıdır” [4, 15].
İnsanın daxili “mən” dünyasında əks olunan obyektiv aləmin inkası
kimi psixika özlüyündə zahiri-vizual tərəfdən nitqdə ifadə olunaraq özünü
göstərir. Daha lakonik desək, bu cür səslənir, nitq psixikanın zahiri tərəfidir.
Prof.Ə.Bayramovun fikirləri isə qeyd olunan mülahizəni daha da aydınlaşdı-
rır: “Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, hafizə, təfəkkür,
nitq, təxəyyül və s. kimi idrak proseslərini nəzərdə tutacağıq” [4, 9].
Başqa bir tərəfdən şifahi nitq formasını dəyişərək yazıya, əlyazma for-
masına keçid alır. Əlyazma isə çap məsulu-nəşr formasına keçid alır. Psixoloji
yanaşmada bu formalar qıcıqlandırıcı rolunu daşıyır. Kitabxanaşünaslıq istiqa-
mətində isə bu maddi daşıyıcı və mənəvi dəyərləri özündə əks etdirəcək infor-
masiya daşıyıcısı və s. funksiyalarını yerinə yetirmiş olur. N.Rubakin isə ma-
raqlı bir sualı ortaya qoyur: “Bu üç forma(nəşr, əlyazma, şifahi söz) arasında
sərhəd varmı, birini digər ikisini öyrənmədən öyrənmək olarını?” [6, 47].
Şifahi nitq artıq yazı və nəşr formalarına keçdikcə psixi proses olan nit-
qin bir çox elementləri (intonasiya, deyiliş, vurğu, jestlər) öz mahiyyətini itir-
miş olur. Bütün bu prinsipləri nəzərə alaraq N.Rubakin yazır: “Nəşr və əlyaz-
ma əsərlərini psixoloji nöqteyi nəzərdən öyrənmək üçün yalnız bunu şifahi da-
nışıqdan ayırmadan öyrənmək lazımdır. Ona görə də bibliopsixologiyanın ob-
yekti-nəşr, əlyazma və şifahi danışıqlar sayılır.”[6, 47].
Hər hanısı bir nəşrin, kitabın yaranması, onun satışı, dövriyyəsi və s. ki-
tabxana işi fəaliyyətində cəm olunan bütün proseslər özlüyündə bir əmək pro-
sesidir. Nümunə olaraq özlüyündə əmək prosesi kimi mahiyyət daşıyan kitab
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
95
işi elə bir əmək prosesidir ki, burada insan əməyinin müxtəlif formaları ortaya
çıxır. Bu proses zamanı isə istənilən kollektiv birləşərək vahid bir tam kimi
fəaliyyət göstərir. Bu proses zamanı həm fərd, həm də kollektiv müxtəlif mə-
sələləri həll edir. Yəni bu əmək prosesi zamanı başlanğıcdan sona qədər hər
bir fərddə müxtəlif psixi hallar müşahidə olunmaqdadır. Digər tərəfdən, bu
əmək prosesi zamanı hər bir işçinin psixoloji vəziyyəti və ümumilikdə kollek-
tivin psixoloji halı mümkün deyil ki, məhsulda bir iz buraxmasın. Psixoloji tə-
rəfin işin gedişində əsas göstərici kimi qiymətləndirən N.Rubakin qeyd olu-
nanları bu fikri ilə təsdiq edir: “İşçinin psixologiyası və onun əməyinin psixo-
logiyası bu əməyin nəticəsində və məhsulda konkret bir iz qoyur” [6, 48].
Əmək prosesi zamanı bütün işçilərin psixi vəziyyəti, bir-birinə olan psi-
xoloji münasibətləri, rəhbərliyin kollektivə münasibətləri psixoloji baxımdan
əmək məhsuldarlığının ilkin göstəricilərindən biridir. Bütün bu məsələlərin
fonunda N.Rubakin yazır: “Kitab işi beləliklə əmək və əmək prosesidir. Kitab
işinin psixologiyası isə bü cür əmək və prosesin psixologiyasıdır” [6, 49].
Tarixilik prinsipi baxımından diqqət etdikdə aydın olur ki, XIX-XX əsr-
lərdə elmin inkişaf səviyyəsi ilə bugünkü yeniliklər arasında böyük fərq var.
Bu gün artıq şifahi, əlyazma, nəşr tipi kimi klassik sayılan qıcıqlandırıcılardan
fərqli olaraq elektron nəşr tipi yaranmışdır. Bu elektron daşıyıcıların oxucuda,
istifadəçidə yaratdığı təsir də özünəməxsus xüsusiyyətə malikdir.
Unutmaq olmaz ki, yaşadığımız həyat məkan, zaman, mühit kimi anla-
yışlarla daima hesablaşır. Həmçinin qoyulan məsələdə bu üç aspekti görmək
olar. N.Rubakin bir əmək prosesi hesab etdiyi kitabxana işi prosesində hər bir
işçini ayrılıqda, yəni daha dəqiq desək, işçinin işdə reaksiya və hərəkətini
aydınlığı ilə öyrənməyi zəruri hesab edir. Həmçinin işçilərin birlikdə öyrənil-
məsini də qeyd edir. Nəticədə isə N.Rubakin yazır: “Bibliopsixologiyanın işi,
vəzifələri-kitab işi işçilərinin hərəkətlərinin məkan, zaman, sosial mühitin
müxtəlif aspektlərində, vəziyyətlərində obyektiv öyrənilməsidir ” [6, 48].
Bibliopsixologiyanın mahiyyəti fərdin ətraf mühitə-obyektiv aləmə və
obyektiv aləmin fərdə olan təsiri prosesində aydınlaşır. Obyektiv olaraq qeyd
etmək olar ki, canlı insan istər oxucu, istər müəllif, istər kitabxanaçı-biblioqraf
və s. istənilən bir şəxs ictimai-sosial mənsubiyyətindən asılı olmayaraq ətrafa
verdiyi reaksiya əsasında, daha dəqiq desək, psixi münasibəti əsasında biblio-
psixoloji dəyəri ortaya çıxartmış olur. Əvvəlcə bu dəyər söz şəklində yəni, şi-
fahi formada ortalığa çıxır. Sonra maddi formalara (əlyazma, nəşr, elektron)
keçir. Bu dəyərlər insanın gündəlik həyatında daima onu müşahidə etməkdə-
dir. Diqqətlə analiz etdikdə isə aydın olur ki, bu dəyərlər sabit formada qal-
mır, daima yeniləşərək dövriyyə edir. Nəticədə isə istifadə edilərək öz dəyəri-
ni itirir. Bu dəyərləri kitabxana işi fəaliyyətinin yaranmasında əsas amil kimi
qiymətləndirmək olar. N.Rubakin bu məsələrin fonunda bibliopsixologiyanın
məzmununa aşağıdakıları daxil edir: 1) Nəşr, əlyazma, şifahi dəyərlərin yaran-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
96
ma prosesi; 2) Onların dövriyyəsi, sosial mühitə ötürülməsi və onlara istiqa-
mətləndirmə və cəlbolunma prosesləri; 3) Onların utilizasiyası prosesləri.
Məntiqlə baxsaq bibliopsixologiyanın həcmi əslində onun mahiyyətini
tamlığı ilə aydınlaşdırır. Özlüyündə hər bir proses ayrılıqda geniş bir mövzu-
dur. Bu üç proseslə birlikdə öz həcmini və çəkisini təyin edən bibliopsixologi-
ya əslində mahiyyətini geniş mənada ifadə edir. Bibliopsixoloji nöqteyi-nəzər-
dən kitab və kitabxana işi məsələləri bir nöqtədə durmayan, daima hərəkətdə
olan, dəyişən bir prosesdir. Bu prosesdə isə həm maddi, həm də mənəvi dəyər-
lər vəhdətdə hərəkət edirlər. Buna nümunə olaraq gündəlik həyatımıza müra-
ciət edək. Götürək istənilən bir N müəllifli kitabı. Bu zaman insan-müəllif fi-
kirləri və düşüncələrini obyektiv aləmdə gördüklərini dərk edib, müəyyən
dünya görüşü prizmasında kağız üzərinə köçürdür. Sonra bu əlyazma nəşr ti-
pinə keçir. Nəşr tipinə keçənə qədər isə nəşriyyat işi işçilərinin birgə fəaliyyəti
əsasında maddiləşərək kitab halına keçir. Sonra isə bu kitab kitabxanalara,
elektron kitabxanalara, kitab bazarına daxil olaraq dövriyyə edir. Müəyyən
zamandan sonra isə bu kitab müxtəlif səbəblərə əsasən dövriyyədən çıxır. Bib-
liopsixoloji yanaşmada isə bu göstərdiyimiz nümunədə hər bir hissə müəyyən
psixi təsirlərlə müşahidə olunur. Bu prosesin daxilində isə bir neçə xüsusiyyəti
N.Rubakin aşağıdakı kimi xarakterizə edir: “İstənilən bir kitabın trayektoriya-
sı kəsik-kəsik olur. Əldən-ələ keçir, şəxsdən şəxsə, sosial mühitə ötürülmə
üçün müəyyən zaman tələb olunacaq. Müxtəlif keçidlərdən sonra hər hansı
psixoloji bir iz qalır. Ötürənin psixologiyası qəbul edənin psixologiyasından
müəyyən qədər fərqlənir. İnsanın insana yanaşma psixologiyası, kollektivin
insana, insanın kollektivə yanaşması özü özlüyündə istənilən kitabın hərəkət
trayektoriyasında bibliopsixoloji sement rolunu oynayır ” [6, 51].
N.Rubakinin qeyd olunan fikirləri müasir dövrdə kitab marketinqi, piyar
texnologiyalarının nəzəri əsasını təşkil edir. Göründüyü kimi, ilk baxışdan adi
səslənən bibliopsixologiya daxilən böyük və mürəkkəb olan sistemli prosesi
özündə cəm edir. Lakin diqqəti N.Rubakinin yuxarıda qeyd etdiyi “ötürən” və
“qəbul edən” ifadələrinə yönəltmək istərdim. Mahiyyətə vardıqca aydın olur
ki, bibliopsixologiya fəlsəfənin dialektika qanunu olan “əksliklərin mübarizəsi
və vəhdəti” qanunu ilə müşahidə olunur. “Əksliklərin vəhdəti və mübarizəsi
qanunu inkişaf prosesinin daxili mənbəyini və hərəkətverici qüvvəsini açır”
[5, 193]. Yəni informasiyalaşmış cəmiyyətdə istənilən informasiya zamanın
müəyyən kəsiyində daima dövrü olaraq bir mənbədən digərinə doğru istiqa-
mətlənməkdədir. Bir mənbə ötürən, digəri isə qəbul edəndir. Eyni zamanda
N.Rubakinin yanaşmasında bunu müəllif və oxucu, danışan və dinləyən, kita-
bı satan və alan və s. formalarda görmək olur. Lakin bu məsələlərin fonunda
N.Rubakin kitabın fiziki mənada ötürülməsi ilə kitabın məzmununun ötürül-
məsi məsələlərini ortaya çıxarır və belə bir fikirlə müraciət edir: “Dinləmək
çox çətin bir əməkdir. Ondan çətini isə oxuma prosesidir. İndi isə bizim qarşı-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
97
mızda sual var: Görəsən, bu cür ötürülmə və keçid proseslərində nəşr, əlyaz-
ma, şifahi sözün məzmunu pozulur, yoxsa pozulmur?” [6, 52].
Təbii ki, bu sualın həlli böyük bir prosesin yekunu deməkdir. Böyük bir
əmək prosesinin psixologiyasını öyrənən bibliopsixogiya elmində N.Rubakin
bu prosesin iştirakçısı olan istənilən bir şəxsi “işçi” tituluna layiq görür. Belə
ki, o, bu məsələ ilə bağlı qeyd edir: “Deməli, nəşr, əlyazma, şifahi sözün öz
trayektoriyası boyunca hərəkəti prosesi zamanında iştirak edən bu və ya digər
şəxsləri biz “kitab işinin işçiləri” adlandıracağıq. Onların sırasına müəllif,
oxucu, yığıcı, redaktorlar, kitab satıcıları və s. daxil etmək olar” [6, 52].
Bu fikirlərdən belə qənaətə gəlsək ki, N.Rubakin kitab işinin işçiləri
sırasına “kitabxanaçı”nı daxil etmirsə, əlbətdə bu qeyri-məntiqli hesab
olunacaq. Çünki bir halda ki, nəşr, əlyazma, şifahi sözün öz trayektoriyası
boyunca hərəkəti zamanı işitrak edən hər bir şəxsi nəzərdə tutursa, aydın
məsələdir ki, bu hərəkət trayektoriyası həm kitabxanadan, həm də orada fəa-
liyyət göstərən kitabxanaçıdan yan keçə bilməz.
Göründüyü kimi, böyük bir əmək prosesi olan kitab və kitabxana işində
iştirak edən istənilən fərdi N.Rubakin diqqətdən kənarda qoymur və məsələyə
obyektiv yanaşır. O, insanı qeyd olunan məsələlərdə ön plana çəkir: “Biblio-
psixoloji nöqteyi nəzərdən istənilən bir dəyərin öz trayektoriyası boyunca
hərəkətində ən vacib məsələ insanın insana olan yanaşma psixologiyasıdır ki,
bu isə böyük əhəmiyyət kəsb edir. Bütün kitab işi(kitabxana işi) bu cür yanaş-
malardan yığılır, cəmlənir, ibarət olur ” [6, 51].
Qeyd edilən fikrə istinadən demək olar ki, kitabxana işi fəaliyyəti zama-
nı insan faktoru bibliopsixoloq üçün ön plana keçir. Bu amil isə bibliopsixolo-
giyanın əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Eyni zamanda etriaf edək
ki, bibliopsixologiyanın dirəklərindən biri olan “kitabxana işi” fəaliyyətində
insan faktoru əsas diqqət edən tələb edən məsələlərdən biridir. Məhz kitabxa-
na işi işçilərinin və rəhbərliyinin cəmiyyətlə qarşılıqlı fəaliyyəti əsasında
kitabxana sosial institut statusuna malik olur. Cəmiyyətin mənəvi dəyərlərini
sivil dərəcəyə çatdırmağa xidmət edən kitabxana işi fəaliyyətində hər bir şəxs
böyük və bütöv bir canlı prosesin vacib bir hissəsidir. Hər bir fərdin-insanın
bu işdə göstərdiyi münasibət bibliopsixologiya üçün əsas tədqiqat obyektidir.
Beləlikə, N.Rubakinin dili ilə desək, bibliopsixologiya həm də özlüyün-
də böyük bir əmək prosesi olan kitabxana işi fəaliyyətinin psixologiyasını öy-
rənən elmdir. Bu baxımdan bibliopsixologiyanı ətraflı araşdırdıqca bir çox
məsələlər üzə çıxır. Ona görə də demək olar ki, kitabxanaşünaslığın müxtəlif
fəaliyyət sahələrində bibliopsixologiyanın tədqiqatlarına xüsusi ehtiyac vardır.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
3
2010
98
ƏDƏBİYYAT
1. Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. Bakı:
Azərnəşr, 2006. 312 s.
2. Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik. Bakı, 2001. 400 s.
3. Xələfov A.A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanala-
rın vəzifələri // Kitabxanaşünaslıq və biblioqrafiya. Bakı, 2005. №2.152 s.
4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya: Dərslik. Bakı, 2009. 620 s.
5. Hacıyev Z. Fəlsəfə: Dərslik. Bakı: Adiloğlu, 2001. 639 s.
6. Рубакин Н.А. Библиологическая психология. Москва: Академичес-
кий Проект. Трикста, 2006. 800 с.
THE BIBLIOPSICHOLOGICAL THEORY
IN NİKOLAY RUBAKİN,S CREATİVİTY AND LIBRARY STUDY
E.L.AZHDAROV
SUMMARY
Nikolay Rubakin's bibliopsihological heritages is the scientific heritage
of all the library society and world culture. The article considers Nikolay
Rubakin's theory from bibliopsihological point of view. The beginning of the
XIX century – the development of library science pushes N.A.Rubakin to deep
analysis of readers psychology, library work and practice. The author makes
an attempt to reflect a part of N.A. Rubakin's rich scientfic heritage.
БИБЛИОПСИХОЛОГИЧЕСКАЯ ТЕОРИЯ В ДЕЯТЕЛЬНОСТИ
НИКОЛАЯ РУБАКИНА И БИБЛИОТЕКОВЕДЕНИЕ
Э.Л.АЖДАРОВ
РЕЗЮМЕ
Библиопсихологическое наследие Николая Рубакина - это научное
наследие всего библиотечного общества и мировой культуры. В статье
рассматривается библиопсихологическая теория Н.Рубакина. Начало
XIX века, развитие библиотековедческой науки подталкивает Н.Рубаки-
на на глубинной анализ психологии читателя, книжного дела и библио-
теческой практики. Была попытка отразить, часть большого научного
наследиия Н.Рубакина.
Dostları ilə paylaş: |