tilistləıin
əksinə olaraq, ölkə daxilində
və həmçinin dünya bazannda
azad rəqabəti irəli sürmüş və o da beynəlxalq ticarəti dəstəkləmişdir.
A.Smit azad ticarətin əsasım qoymuşdur. Bu nəzəriyyə beynəlxalq
ticarətin onun bütün iştirakçıları üçün olan üstünlüklərini nümayiş
etdirir. Mənfi xüsusiyyəti odur ki, bu nəzəriyyə beynəlxalq ticarətdə
başqa ölkələr qarşısmda mütləq üstünlüyü olmayan ölkə üçün yer
qoymur.
Müqayisəli üstünlüklər nəzəriyyəsi. .A.Smitin mütləq
üstünlüklər nəzəriyyəsi məntiqli olsa da kamil deyildir. Bu
nəzəriyyəyə görə aşağıdakı suallar cavabsız qalır; belə ki, əgər hər
hansı bir ölkə heç bir istehsal sahəsində mütləq üstünlüyə malik
deyildirsə, digər ölkələr bu ölkə ilə ticarət edəcəkmi? Yaxud:
İstehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmayan hər
hansı bir ölkə məgər beynəlxalq ticarətdən iqtisadi səmərə əldə edə
bilməzmi? Mütləq üstünlüklərə nəzəriyyəsinin cavab verə bilmədiyi
suallara D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsi cavab
vermişdir. O, özünün (1827) “Siyasi iqtisadın və vergi qoymanın
prinsipləri” kitabında bu nəzəriyyə ilə sübut etmişdir ki, hər hansı bir
ölkə bu və ya digər malın istehsalında istehsal xərcləri baxımından
mütləq üstünlüyə olmadığı halda da ölkələr arasında xarici ticarət
aparıla biləcək. Daha doğrusu hər bir ölkə beynəlxalq ticarətdən
mənfəət əldə edə bilər. D.Rikkardoya görə, nə qədər ki, ölkələr
arasındakı qiymətlərdə fərq olmaqda davam edir, hər bir ölkə nisbi
üstünlüyə malikdir. Yəni bu ölkədə həmişə elə bir əmtəə tapmaq
mümkündür ki, mövcud istehsal xərclərinin nisbətində onun
istehsalı digər ölkədəki istehsaldan daha sərfəli olsun. Məhz həmin
ölkə belə malın istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır. D.Rikardo
öz nəzəriyyəsini İngiltərə və Portuqaliya arasında mahud-şərab
ticarətini misal gətinnəklə izah etmişdir.
D.Rikardonun nəzəriyyəsinin çatışmayan cəhətləri:
1 5 1