217
Təcrübə və eksperimentlər
də belə deməyə əsas verir ki, bir
tərəfdən ən düzgün və dəqiq, digər tərəfdənsə tam təfərrüatı ilə yara-
nan və uzun müddət unudulmayan nitq - məhz yaşanmış və ya şəx-
sən müşahidə olunmuş real gerçəklikləri əks etdirən nitqdir.
Biz sevə-sevə oxuduğumuz ən maraqlı bədii əsərləri belə za-
man keçdikcə tədricən unuduruq. Əsas süjet xətti və personajları ya-
dımızda qalsa da, bir neçə ildən sonra bəzi təfərrüatlar, xırda detallar
yaddaşdan silinir, onları bir başqasına danışmaqda çətinlik çəkirik.
Amma bunun əksinə olaraq, ilkin uşaqlıq və ya gənclik dövründə
şəxsən yaşadığımız və ya şahidi olduğumuz hadisələr yetkin yaşda
belə ən xırda detalları ilə yadımızda qalır. İstənilən vaxt onları yada
salmaqda və ya başqasına danışmaqda heç bir çətinlik çəkmirik.
Nitqin yaranmasında gerçəklik faktorunun qeyd olunan rolu
cinayət-axtarış və istintaq prosesində “yalan detektoru” adlanan
qurğuların köməyi ilə geniş şəkildə tətbiq olunur.
Bu cihazda
gerçəklik-nitq əlaqəsinin iki başlıca cəhətindən istifadə olunur.
Birincisi, real gerçəkliyi əks etdirən nitq mahiyyət etibarı ilə
zaman aşınmasına məruz qalmır. Yəni real gerçəklik faktı və ya
hadisəsi ilə bağlı harada və nə vaxt danışmağımızdan asılı olmayaraq
nitqimizin məzmun və mahiyyətində, demək olar ki, heç bir dəyiş-
kənlik yaranmır. Amma real gerçəklik faktını və ya hadisəsini təhrif
etməklə danışmağa cəhd etsək, yəni yalan söyləsək, qısa zaman ara-
lıqları ilə eyni bir məsələ ilə bağlı yaradılan nitqdə belə əhəmiyyətli
dərəcədə fərqlər meydana çıxacaqdır. Çünki yalan real gerçəklik faktı
və ya hadisəsini əks etdirmədiyinə görə qısa vaxt ərzində qismən və
ya tamamilə unudulur. Ona görə də eyni bir suala müəyyən vaxt
aralıqları ilə verdiyimiz cavablarda əhəmiyyətli dərəcədə fərqlər olur.
İkincisi,real gerçəklik faktı və ya hadisəsi ilə bağlı verilən
düzgün cavab təfəkkür prosesləri baxımından yalnız modullaşmadır.
Yalan cavab isə modullaşma ilə yanaşı, eyni zamanda sinktual
dərketmədir.
Məlum məsələdir ki, beyin aparatının və ümumiyyətlə,
orqanizmin sadəcə modullaşmaya (intellekt obrazlarının nitq forma-
sına transformasiya edilməsinə) sərf etdiyi enerji ilə sinktual dərket-
218
mə və modullaşmaya (yeni intellekt obrazlarının yaradılması və on-
ların nitq formasına transformasiya edilməsinə) sərf etdiyi enerji
arasında böyük fərq vardır. Başqa sözlə desək, orqanizm yaşanmış
gerçəkliyin nəql edilməsinə təxminən 5 kilocoul enerji sərf edirsə,
yalanın uydurulması və nəqlinə bundan 5 dəfə çox, təxminən 15-25
kilocoul enerji sərf edir ki, bu da qan təzyiqinin yüksəlməsi və nəbz
atışlarının sürətlənməsi ilə müşayiət olunur.
Nitqin və ya onu əmələ gətirən formaların yaranmasında real
gerçəkliyin başqa
bir rolu da ondan ibarətdir ki, obyektiv aləmin
daimi inkişafı nəticəsində yaranan və dərk olunan yeni hadisə varlıq,
əşya, əlamət, xüsusiyyət kimi real gerçəklikləri əks etdirmək üçün
onların hər birinə ekvivalent olaraq dildə, nitqdə yeni leksik, yaxud
leksik-qrammatik formalar yaranır. Texnika və texnologiyanın
inkişafı ilə bağlı son 50 ildə əksər dünya dillərində minlərlə yeni söz
yaranmışdır. Bu inkişafla bağlı türk dilində də
tepegöz, yansı, çıktı,
fare kimi artıq mövcud olan leksik vahidlərə yeni sinonim cərgə
təşkil edən
buzdolabı, sutut, tutkal, səs kartı kimi milli leksik baza
əsasında yaranan,
monitor, prosessor, klaviatura, maus, prıntır,
skayner, hoporlör kimi digər dillərdən alınan çoxsaylı yeni
müstəqil
leksik vahidlər əlavə olunmuşdur. Bəzən də real gerçəkliyin dərk
edilməsi nəticəsində yaranan birinci intellekt obrazına ekvivalent
müstəqil ikinci intellekt obrazının olmaması səbəbindən okkazional
nitq ehtiyacının ödənməsi üçün polifunksional leksik-qrammatik for-
malardan istifadə edilmişdir. Dilin sonrakı inkişaf mərhələlərində
qeyd olunan polifunksional leksik-qrammatik formaların bəziləri di-
ferensiallaşaraq sabit leksik forma statusu qazanmışdır. Digər qismi
isə dildə eyni vəziyyətdə qalmaqda davam edir. Bu haqda yuxarıda
formaların analizi bəhsində ətraflı danışılmışdır.
§ 4.3. Nitqin yaranmasında kommunikantın rolu
Dünya dillərinin müasir inkişaf səviyyəsində bütövlükdə dilin
və ya formaların yaranmasında müasir kommunikantın rolu çox
219
məhduddur. Yəni dilin bəzi elementləri,
struktur vahidləri, bu və ya
digər forma (leksik və ya leksik-qrammatik forma) çox nadir hallarda
konkret kommunikant tərəfindən yaradıla bilər və yaradılır.
Real gerçəkliyi əks etdirən nitqi yaradarkən aktiv kommunikant
real fakt və ya hadisələrin mahiyyətini qoruyub saxlayır. Sadəcə ola-
raq, həmin fakt və ya hadisə ilə bağlı nitqi özü dərk etdiyi formada,
öz məqsədinə və nitq ehtiyacına uyğun şəkildə qurur.
Razılaşmaq lazımdır ki, dil obyektiv gerçəkliyin insan şüurun-
dakı inikasını əks edirsə də
1
, istənilən halda bu obyektiv aləmin tam
və real inikası deyil.Çünki
birincisi, gerçəklik şüur tərəfindən qismən
dərk edilir;
ikincisi, dərk edilən gerçəklik nitqdə tam və ya qismən
ifadə oluna bilər;
üçüncüsü gerçəkliyin
nitqdə ifadə olunan qismi
kommunikasiya ehtiyaclarından asılı olaraq məqsədyönlü şəkildə də-
yişdirilə bilər.
Belə bir nümunəyə baxaq: “Axşam tərəfi astronom və onun
nəvəsi həyətdə gəzərkən müəyyən fasilələrlə ulduz yagışı yağdığını
müşahidə etmişlər”. Bu hadisə ilə bağlı nəvə deyir “
Göydən yanan
daş düşür. Gedək evə. Yoxsa daş başımıza düşəcək”.
Göründüyü kimi, hadisə ilə bağlı nəvənin dərk etdiyi şey –
göydən daşın düşməsi, daşın yanması və daşın başlarına düşə biləcə-
yini ehtimal etməsidir. Həmin daşın təbiəti, yağma səbəbi və daha
hansı nəticələrə gətirib çıxara biləcəyi isə onun şüur səviyyəsinin
imkanları xaricindədir və ya nitqin bu anı üçün onu maraqlandırmır.
Yağan bu kosmik yağışın nə olduğunu daha dəqiq dərk edən baba,
şübhəsiz ki, harada və kiminlə danışmasından asılı olaraq bu hadisə
ilə bağlı tamamilə fərqli fikirlər söyləyə bilər. Məsələn,
öz həmkarla-
rına o belə müraciət edir: ”
Möhtərəm həmkarlarım, Günəş qalaktika-
sının, Strosfer qatında gedən diffuz metomarfozaların nəticəsi kimi
meydana gələn və Yer planetinin atmosfer qatına daxil olan meteorit
hissəcikləri ...”. Qonşularına isə belə müraciət edir: “
Gördüyünüz bu
hissəciklər parçalanmış xırda göy cisimlərinin qalıqlarıdır ...”
1
Панфилов В.З.Взаимоотношение языка и мышления.Москва,1971,232 с; Гносео-
логические аспекты философских проблем языкознания. Москва, 1982, 357 с.
220
Deməli, obyektiv aləm və onun gerçəklikləri
insan şüurundan
asılı olmadan mövcud olsa da, onun nitqdəki ifadəsi insanın məqsə-
dindən, konkret nitq şəraitindən və ehtiyaclarından
1
, başqa sözlə
desək, konsituasiyadan asılıdır.
Nitqin qurulması prosesində istifadə olunan leksik, leksik-
qrammatik vahidlər fərddən-fərdə dəyişsə belə, yenə onlar real ger-
çəklik faktoru ilə bağlıdır. Yəni dərk olunmuş gerçəklik nitqdə dərk
olunduğu tərzdə, mövcud nitq ehtiyacına və deməli, nəticə etibarı ilə
real gerçəkliyə uyğun şəkildə əks olunur.
Bununla belə, dildən fərqli olaraq sırf fərdi mahiyyət daşıyan
nitqin yaranmasında kommunikantın rolu olduqca böyükdür. Verilən
nümunədən
də göründüyü kimi, eyni bir gerçəklik faktını təhrif
etməmək şərti ilə təsvir edən müxtəlif nitqlərdə, bir tərəfdən real
gerçəklik faktlarının dərk olunması və nitq ehtiyacı baxımından,
digər tərəfdən isə aktiv kommunikantın şəxsi istək və ya qayəsi nəti-
cəsində müxtəlif fərqlər yarana bilər. Nitqin yaranmasında kommuni-
kant faktoru ilə bağlı onu da qeyd etmək lazımdır ki, aktiv və ya pas-
siv kommunikantın, eləcə də onların istəyinin, münasibətinin nitqdə
əks olunması, əksər halda bir-birindən əsaslı şəkildə fərqlənən nitq
variantlarının yaranması ilə müşayiət olunur.
Başqa bir nümunə verək: kommunikantın real zaman axınına
yanaşma nöqtəsinin dəyişməsi real hadisənin başvermə vaxtının nitq-
də ifadəsinə təsir edir. Məsələn, mən orta məktəbdə oxuyarkən deyir-
dim:
Bir gün mən ali məktəbdə oxuyacağam. İndi isə belə deyirəm:
Bir vaxtlar mən ali məktəbdə oxuyurdum.
Yəni, mən zaman axınına 1970-ci illər nöqtəsindən yanaşdıq-
da 80-ci illər mənim üçün gələcək, 2000-ci illər nöqtəsindən yanaş-
dıqda isə keçmiş zaman olur. Əslində isə, zaman bizim iradəmizdən
və ya varlığımızdan asılı olmayan sonsuz axındır
2
.
1
Əsgərov M.B. Türk dillərində zaman formaları və advеrbial fеl formaları arasında funksional-
sеmantik əlaqələr Bakı,“Elm”, 2003, İkinci nəşr, s.29-30
2
Yenə orada, s. 33.