45
Mədəniyyət.AZ / 9 • 2016
Heykəltəraş 1993-cü ildə İran
Mədəniyyət
Mərkəzinin, 2004-cü ildə isə Azərbaycan Mədəniyyət
İşçiləri Həmkarlar İtiff aqı Respublika Komitəsinin
Fəxri Fərmanı ilə təltif olunub. İnanırıq ki, yorulmaq
bilməyən, əsərləri sərhədlər tanımayan sənətkarımız
daha ali mükafatlara layiq görüləcəkdir. O, Üzeyir
Hacıbəyli yaradıcılığına dəfələrlə müraciət etmişdir.
Bu günlərdə bəstəkarın “O olmasın, bu olsun”
əsərinin personajlarının heykəllərini düzəldərək
Azərbaycan incəsənətinə daha bir töhfə verdi.
Yəqin ki, həmin əsərlər də respublikamızın hansısa
bölgəsinin parklarını, xiyabanlarını bəzəyəcəkdir.
Tale Azad Əliyevi 2-ci dəfə övlad itkisiylə sınadı. Heykəltəraşın
sevimli övladı, istedadlı rəssam Azadə Azad artıq həyatda yox-
dur. Kim bilir, bu sınaq, bu sarsıntı sənətkarın hansı arzularını,
gələcəyin şah əsərlərini yarımçıq qoydu. Atanın
qəlbində isə
rəssam övladının əzəmətli bir heykəli əbədilik ucalıb. Yəqin
ki, Azad müəllim bir zaman gənc övladının abidəsini, yaratdığı
əvəzsiz heykəllər qalereyasında da görmək istəyəcəkdir. Biz
isə yorulmaz sənətkara – Azərbaycan xalqına, eləcə də dünya
mədəniyyətinə qiymətli sənət əsərləri bəxş edən heykəltəraş
Azad Əliyevə üz tutaraq deyirik: “Hörmətli Azad müəllim, Siz xal-
qınıza, vətəninizə, seçdiyiniz sənətə sadiq sənətkarsınız! Biz Sizə
tutduğunuz bu şərəfl i yolda yeni-yeni uğurlar arzulayır, xariqələr
yaradan əllərinizə var olsun deyirik”.
Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin ekspozisiya
və kütləvi işlər şöbəsinin müdiri
46
Mədəniyyət.AZ / 9 • 2016
F
üzuli poeziyası zamanın sınaqlarından qalibiyyətlə keçərək
hər zaman özündən sonrakı nəsilləri heyrətdə qoymağı ba-
carıb. Bir sıra elmlərə – ilahiyyat, fəlsəfə, nücum, tibb, mu-
siqi və sair sahələrə dərindən yiyələnən qüdrətli şair zəngin sənət
gülüstanı yaradaraq bizlərə yadigar qoyub. Xalq ruhunun tərcümanı
olan şairin söz çeşməsi gur və məlahətlidir və bu bulaqdan zaman-
zaman çox sənətkarlar su içmişlər. Füzuli musiqidən bəhrələndiyi
kimi, musiqiçilər də dahi şairin söz xəzinəsindən qidalanaraq sənət
nümunələri yaradıblar. Şairin yaradıcılığı
xüsusən bəstəkarlar üçün
bitib-tükənməz mövzu mənbəyi olub. Dahi bəstəkar Üzeyir Hacıbəyli
ölməz şairin sirli kəlamlarına qəlbən vurğun və vaqif olan, onun
parlaq nümunələrini öz musiqi əsərlərində istedad və zəka qüdrəti
ilə istifadə edən ilk bəstəkardır. Nə idi Üzeyirdə Füzuli yaradıcılığına
sevgi yaradan?.. Hansı qüvvə idi?.. Təbii ki, bu məhəbbət qığılcımla-
rını alovlandıran hələ Şuşada uşaq ikən dinlədiyi muğam məclisləri
deyilmi... Üzeyir bəy Füzuliyə olan sonsuz məhəbbəti sayəsində
onun “Leyli və Məcnun”u əsasında ilk Azərbaycan operasını yazdı.
Bu sənət əsərində iki dahinin – söz və musiqi ustadlarının ecazkar,
misilsiz sənət dünyaları birləşib. Uşaq yaşlarından xalq musiqisinə
bağlı olan bəstəkarın Füzulinin “Leyli və Məcnun” poemasını
seçməsi heç də təsadüfi deyil. Əsərin lirik-faciəvi mahiyyəti həm
də rəngarəng melodiyalar üçün əlverişli imkanlar açıb, çoxbəhrliliyi
çoxahəngli musiqinin bəstələnməsinə səbəb olub. Poemanın gücü
həm də ondadır ki, Üzeyir bəyə operada muğamlardan,
xor parçala-
rından yerli-yerində istifadəyə şərait yaradıb.
Dahi bəstəkarın məqalələrini oxuyarkən “Leyli və Məcnun”u yaz-
mağı ilə bağlı xatirələrinə də rast gəlirik. O yazır:
“Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma
və məzmunca zəngin, rəngarəng muğam və musiqilər
seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq
idi”. Bax belə yaranıb Füzuli şeiri ilə Üzeyir musiqisinin
vəhdəti. Qeyd etmək lazımdır ki, operada poemanın
mətni tam istifadə olunmamış, bəstəkar şairin ayrı-ayrı
qəzəllərindən də bura əlavələr etmişdir. “Çahargah”,
“Şur”, “Simayi Şəms”, “Şahnaz” və s muğamlar
üzərində Məcnunun səmalara ucalaraq səslənən etiraz
səsi... insanın azadlığını, saf məhəbbətini qandallayan
zəmanədən şikayət. Məhz
söz və musiqinin təntənəsi
sayəsində bu əsər illərdir ki, xalqın böyük məhəbbəti ilə
yaşayır, səhnədən-səhnəyə daha da gəncləşir. Xalq şairi
Səməd Vurğunun dediyi kimi: “Füzuli şeirinin əzəmət və
romantikası Üzeyir musiqisinin qanadlarında daha da
ucaldı, əngin üfüqlər açdı”.
Füzuli yaradıcılığının vurğunu olan Üzeyir bəy təkcə
“Leyli və Məcnun”u ərsəyə gətirməklə kifayətlənmədi.
Bəstəkarın 1913-cü ildə Sankt-Peterburqda konser-
vatoriyada oxuyarkən qələmə aldığı
və süjeti Qara-
bağın Şuşa şəhərinin həyatından alınmış “Arşın mal
alan” operettasının ariyaları da məhz dahi şairin
qəzəlləri əsasında bəstələnib. Üzeyir bəyin təranələri
ilə Füzuli məhəbbətindən soraqlı misralar operet-
taya xüsusi məlahət qatır. Əsgərin qəlb çırpıntıları,
Gülçöhrənin məhəbbət nəğmələri – bütün bunlar Fü-
zuli qəzəllərinin qüdrətidir. Bəstəkarı geniş kütlələrə
sevdirən xüsusiyyətlərdən başlıcası da məhz budur:
əsərlərinin xəlqiliyi, milli koloriti,
xalq müdrikli-
yi. Üzeyir bəy həmin nüansları, incəlikləri də məhz
klassiklərdə görürdü. Bütün bunları “O olmasın, bu
olsun” musiqili komediyasında da müşahidə eləmək
mümkündür. Əsərdə Füzuli irsinin gözəl nümunələri
əsasında təkrarolunmaz musiqi parçaları yaradılıb.
Gənc Sərvərin qəlbinin çırpıntılarını “Şikəsteyi-fars“
şöbəsində söyləməsini xatırlayaq:
47
Mədəniyyət.AZ / 9 • 2016
Ey mələksima ki, səndən özgə heyrandır
sana,
Həqq bilir, insan deməz, hər kim ki, insandır
sana.
Verməyən canın sənə bulmaz həyati-
cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Məhəmməd Füzulinin lirika xəzinəsi Üzeyir
Hacıbəyli yaradıcılığı üçün tükənməz çeşmə
olmuşdur. Qeyd etmək yerinə düşər ki, bu
çeşmədən zaman-zaman digər bəstəkarlarımız
da bəhrələnmişlər. M.Maqomayev (“Şah İsma-
yıl” operası), Qara Qarayev (“Leyli və Məcnun”
simfonik poeması), Cahangir Cahangirov (“Fü-
zuli” kantatası) və digərləri bu qəbildəndir.
Azərbaycanın klassik şeiri və musiqisi Füzu-
li-Üzeyir tandemindən vüsət alaraq müasir
musiqimizdə özünün davamlı həyatını yaşa-
maqda davam etməkdədir. Füzuli dühasının
daim rövnəqləndiyi bir sahə də xanəndəlik,
muğam sənətimizdir. O, muğam ifaçıları üçün
həmişə ilham mənbəyi,
ruha qida verən çeşmə
rolunda qalır. Cabbar Qaryağdı, Seyid Şuşinski,
Yaqub Məmmədov və digər görkəmli muğam
ifaçılarımız hər zaman öz sənətlərində Füzuli
qəzəllərindən bəhrələnmişlər.
Lalə Azəri