www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
185
emosional təəssüratdan baĢlayır. Bu zaman Ģəxsiyyət üçün əhəmiyyətli
obyektə baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət
meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb
olur ki, bu da öz növbəsində konkret iĢin baĢa çatdırılmasına iradi cəhdi
aktuallaĢdırır.
Emosional
təəssüratın özünün yaranması stereotiplərin,
ustanovkanın dəyiĢməsi və ya pozulması, baĢqa sözlə gerçəkliyin əks
olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn,
milli futbol komandamızın oyunu qələbə ilə nəticələndikdə yaranan
emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı
hissi yaradır. Yaxud, iĢgüzar partnyorumuzla bağlı yeni əlaqənin
yaranması ilə bağlı emosional təəssürat razılıq hissi keçirməyimizə,
tamas alınmadıqda isə narazılıq hissinin yaranmasına səbəb olur.
Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəliĢliyinə görə
bir-birindən fərqlənən hisslər doğurur. Ġnsanın keçirdiyi bu cür fərqli
hisslər onun iĢ və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik
olur.
Adətən, neytral hisslər olmur və ya belə demək mümkündürsə,
emosional neytrallıq uzun ömürlü olmur. Ġnsan gah bir, gah da digər
tərəfə meyilli olur və nəticədə ya müsbət, ya da mənfi hisslər keçirir.
Modallığından asılı olmayaraq onların təzahürü həmiĢə müəyyən
obyektə yönəlmiĢ olur. Bu zaman həmin obyektin harada olması əsas
deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin
neqativizmi və ya pozitivizmi subyektiv və ya obyektiv səbəblərlə
Ģərtlənir. Bu cür hissi yönəliĢlik və yaxud hissi proyeksiya olduqca
vacibdir. Məhz bunun sayəsində proyeksiya olunmuĢ hissləri Ģəxsi
sərvət meyilləri ilə əlaqələndirmək olar.
Bunu müvafiq misallar əsasında aydınlaĢdıraq. Yerinə
yetirdiyimiz iĢin keyfiyyəti ilə bağlı tənqidi fikirlər çox vaxt bizdə
narazılıq, inciklik və ya pərtlik hissi yaradır. Öz ünvanımıza yönələn
tənqidi dinləməklə biz həmin hissləri keçirməyə baĢlayırıq və onlar
bizdə qalmır, Ģəxsi əhəmiyyət daĢıyan obyektlərin üzərinə keçir. Bu cür
obyekt tənqidin irəli sürüldüyü Ģərait, ola bilsin ki, tənqid edilən adam
və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik
hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.
Bu zaman biz ya özümüzü pis iĢlədiyimizə görə danlayır, ya
rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi pisləyirik,
lakin tənqidin məzmunu haqqında fikirləĢmirik. Ġnsan hissinin bu
fenomeni məiĢət psixologiyası səviyəsində hamıya yaxĢı məlumdur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
186
Təsadüfi deyildir ki, biz kimi isə tənqid etməyə baĢlarkən
«inciməyin, lakin…» ifadəsini iĢlədir və tənqid etdiyimiz adamın
tənqidin məzmununa diqqət verməli olduğunu və onu Ģəxsi səviyyəyə
keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı arzu olaraq qalır, belə ki,
simasız tənqid mümkün deyildir. Bu cür tənqid özünü göstərirsə bu artıq
tənqid deyil, boĢ danıĢıqdır. Belliklə, aydın Ģəkildə təsəvvür etmək
lazımdır ki, «proyeksiya olmamıĢ» hisslər olmur, əgər təzahür edərsə
onlar artıq hisslər deyil, sadəcə olaraq emosional təəssürat – emosiyadır.
Bu cür nəticəyə gəlmək olduqca vacibdir. Beləki, Bu bizim sonrakı
addımı atmağımıza, proyeksə olunmuĢ hisslərin daima bizim sərvət
meyllərimizlə əlaqələnməsinə kömək edir. BaĢqa sözlə, bizdən kimsə
mütəəssir olur, öz hisslərini duyur və Ģəxsi əhəmiyyətli obyektə
proyeksə edirsə, mütləq onları öz Ģəxsi sərvətləri ilə əlaqələndirir.
Burada «əlaqələndirmək» anlayıĢını dəqiqləĢdirmək zəruridir. Beləki, bu
iki aspektdə təzahür edə bilər. Birinci tip xarici (zahiri) əlaqələndirmə
olub, burada əlaqələndirmə hisslərin zahiri proyeksləĢməsində təzahür
edir, insan tərəfindən qiymətləndirilir, lakin həqiqi Ģəxsi sərvət
səviyyəsinə qalxa bilmir. Bu cür hadisə çox vaxt sözdə fəallıq Ģəklində
təzahür edir və «Belə də iĢ olar», «Bu heç bir çərçivəyə sığmır» və s.
ifadələrində özünü göstərir, faktiki olaraq yalançı informasiya xarakteri
daĢıyır. Xarici təzahür edən hisslər və onları müĢayət edən replika
insanın həqiqi niyyəti, məqsəd və dəyərlərinə uyğun gəlmir. Buna görə
də proyeksləĢdirilmiĢ hisslərin xarici və ya yalançı qarĢılaĢdırılması
Ģəxsiyyətin sərvət özəyinin həqiqi qarĢılaĢdırılmasında aydın Ģəkildə
fərqləndirilməlidir. Belə olduqda iĢ və hərəkətlərin həyata keçirilməsi ilə
bağlı olan iradi cəhd aktuallaĢır. Bu da qarĢılıqlı əlaqələndirilmiĢ
elementlər silsiləsində insan davranıĢının istiqamətini izah etməyə
imkan verən son mərhələni təĢkil edir.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar
1.
ġəxsiyyət nəyə deyilir?
2.
ġəxsiyyət, fərd və fərdiyyət anlayıĢlarını səciyyə-
ləndirin.
3.
ġəxsiyyətin psixoloji strukturuna nələr daxildir?
4.
ġəxsiyyət haqqında əsas nəzəriyyələr hansılardır?
Onları səciyyələndirin.
5.
ġəxsiyyətin fəallığını təmin edən amillər hansılar-