MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə69/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   65   66   67   68   69   70   71   72   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

185 


emosional  təəssüratdan  baĢlayır.  Bu  zaman  Ģəxsiyyət  üçün  əhəmiyyətli 

obyektə  baxdıqda (proyeksiya olunduqda) həmin obyekt insanın sərvət 

meylləri ilə emosional təəssüratları arasında əlaqənin yaranmasına səbəb 

olur ki, bu da öz növbəsində konkret iĢin baĢa çatdırılmasına iradi cəhdi 

aktuallaĢdırır.  

 Emosional 

təəssüratın  özünün  yaranması  stereotiplərin, 

ustanovkanın  dəyiĢməsi  və  ya  pozulması,  baĢqa  sözlə  gerçəkliyin  əks 

olunma forması müvafiq hisslərin keçirilməsinə gətirib çıxarır. Məsələn, 

milli  futbol  komandamızın  oyunu  qələbə  ilə  nəticələndikdə    yaranan 

emosional təəssürat bizdə iftixar hissi, uduzduqda isə narazılıq ilə bağlı 

hissi  yaradır.  Yaxud,  iĢgüzar  partnyorumuzla  bağlı  yeni  əlaqənin 

yaranması  ilə  bağlı  emosional  təəssürat  razılıq  hissi  keçirməyimizə, 

tamas  alınmadıqda  isə  narazılıq  hissinin  yaranmasına  səbəb  olur. 

Beləliklə, hər cür emosional təəssürat öz modallığı və yönəliĢliyinə görə 

bir-birindən  fərqlənən  hisslər  doğurur.  Ġnsanın  keçirdiyi  bu  cür  fərqli 

hisslər onun iĢ və fəaliyyətinin «mexanizmi» ilə bilavasitə əlaqəyə malik 

olur. 


Adətən,  neytral  hisslər  olmur  və  ya  belə  demək  mümkündürsə, 

emosional  neytrallıq  uzun  ömürlü  olmur.  Ġnsan  gah  bir,  gah  da  digər 

tərəfə  meyilli  olur  və  nəticədə  ya  müsbət,  ya  da  mənfi  hisslər  keçirir. 

Modallığından  asılı  olmayaraq  onların  təzahürü  həmiĢə  müəyyən 

obyektə  yönəlmiĢ  olur.  Bu  zaman  həmin  obyektin  harada  olması  əsas 

deyildir. Biz heç bir səbəb olmadan sevinmirik. Bizim hissi aləmimizin 

neqativizmi  və  ya  pozitivizmi  subyektiv  və  ya  obyektiv  səbəblərlə 

Ģərtlənir.  Bu  cür  hissi  yönəliĢlik  və  yaxud  hissi  proyeksiya  olduqca 

vacibdir.  Məhz  bunun  sayəsində  proyeksiya  olunmuĢ  hissləri  Ģəxsi 

sərvət meyilləri ilə əlaqələndirmək olar.  

Bunu  müvafiq  misallar  əsasında  aydınlaĢdıraq.  Yerinə 

yetirdiyimiz  iĢin  keyfiyyəti  ilə  bağlı  tənqidi  fikirlər  çox  vaxt  bizdə 

narazılıq,  inciklik  və  ya  pərtlik  hissi  yaradır.  Öz  ünvanımıza  yönələn 

tənqidi  dinləməklə  biz  həmin  hissləri  keçirməyə  baĢlayırıq  və  onlar 

bizdə qalmır, Ģəxsi əhəmiyyət daĢıyan obyektlərin üzərinə keçir. Bu cür 

obyekt  tənqidin irəli sürüldüyü Ģərait, ola bilsin ki, tənqid edilən adam 

və yaxud tənqid edən adam ola bilər. Bütün hallarda narazılıq və inciklik 

hissi tənqidin məzmunundan deyil, yaranma mənbəindən irəli gələ bilər.  

Bu  zaman  biz  ya  özümüzü  pis  iĢlədiyimizə  görə  danlayır,  ya 

rəisin günahkar olduğunu düĢünür, ya yerinə yetirdiyimiz iĢi pisləyirik, 

lakin  tənqidin  məzmunu  haqqında  fikirləĢmirik.  Ġnsan  hissinin  bu 

fenomeni məiĢət psixologiyası səviyəsində hamıya yaxĢı məlumdur. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



186 

Təsadüfi  deyildir  ki,  biz  kimi  isə  tənqid  etməyə  baĢlarkən 

«inciməyin,  lakin…»  ifadəsini  iĢlədir  və  tənqid  etdiyimiz  adamın 

tənqidin  məzmununa  diqqət  verməli  olduğunu  və  onu  Ģəxsi  səviyyəyə 

keçirməməyi qeyd edirik. Lakin bu ya faydalı arzu olaraq qalır, belə ki, 

simasız tənqid mümkün deyildir. Bu cür tənqid özünü göstərirsə bu artıq 

tənqid  deyil,  boĢ  danıĢıqdır.  Belliklə,  aydın  Ģəkildə  təsəvvür  etmək 

lazımdır  ki,  «proyeksiya  olmamıĢ»  hisslər  olmur,  əgər  təzahür  edərsə 

onlar artıq hisslər deyil, sadəcə olaraq emosional təəssürat – emosiyadır. 

Bu  cür  nəticəyə  gəlmək  olduqca  vacibdir.  Beləki,  Bu  bizim  sonrakı 

addımı  atmağımıza,  proyeksə  olunmuĢ  hisslərin  daima  bizim  sərvət 

meyllərimizlə  əlaqələnməsinə  kömək  edir.  BaĢqa  sözlə,  bizdən  kimsə 

mütəəssir  olur,  öz  hisslərini  duyur  və  Ģəxsi  əhəmiyyətli  obyektə 

proyeksə  edirsə,  mütləq  onları  öz  Ģəxsi  sərvətləri  ilə  əlaqələndirir. 

Burada «əlaqələndirmək» anlayıĢını dəqiqləĢdirmək zəruridir. Beləki, bu 

iki  aspektdə  təzahür  edə  bilər.  Birinci  tip  xarici  (zahiri)  əlaqələndirmə 

olub,  burada  əlaqələndirmə  hisslərin  zahiri  proyeksləĢməsində  təzahür 

edir,  insan  tərəfindən  qiymətləndirilir,  lakin  həqiqi  Ģəxsi  sərvət 

səviyyəsinə qalxa bilmir. Bu cür hadisə çox vaxt sözdə fəallıq Ģəklində 

təzahür  edir  və  «Belə  də  iĢ olar»,  «Bu  heç  bir  çərçivəyə  sığmır»  və  s. 

ifadələrində özünü göstərir, faktiki olaraq yalançı informasiya xarakteri 

daĢıyır.  Xarici  təzahür  edən  hisslər  və  onları  müĢayət  edən  replika 

insanın həqiqi niyyəti, məqsəd və dəyərlərinə uyğun gəlmir. Buna görə 

də  proyeksləĢdirilmiĢ  hisslərin  xarici  və  ya  yalançı  qarĢılaĢdırılması 

Ģəxsiyyətin  sərvət  özəyinin  həqiqi  qarĢılaĢdırılmasında  aydın  Ģəkildə 

fərqləndirilməlidir. Belə olduqda iĢ və hərəkətlərin həyata keçirilməsi ilə 

bağlı  olan  iradi  cəhd  aktuallaĢır.  Bu  da  qarĢılıqlı  əlaqələndirilmiĢ 

elementlər  silsiləsində  insan  davranıĢının  istiqamətini  izah  etməyə 

imkan verən son mərhələni təĢkil edir.   

   


Özünü yoxlamaq üçün sual  və tapĢırıqlar 

 

1.

 



ġəxsiyyət nəyə deyilir? 

2.

 



ġəxsiyyət, fərd və fərdiyyət anlayıĢlarını səciyyə-  

                 ləndirin. 

3.

 

ġəxsiyyətin psixoloji strukturuna nələr daxildir? 



4.

 

ġəxsiyyət haqqında əsas nəzəriyyələr hansılardır?  



                 Onları səciyyələndirin. 

5.

 



ġəxsiyyətin fəallığını təmin edən amillər hansılar-  




Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə