MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə72/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   68   69   70   71   72   73   74   75   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



194 

  Kiçik  qrupa  gəldikdə  bu  2-dən  30-40  qədər  insan 

birliyidir.  Kiçik  sosial  qruplarda  insanların  bir-birilə  təması 

daha  yaxın  və  daimi  xarakter  daĢıyır.  Kiçik  sosial  qrupun 

üzvləri  ümumi  bir  iĢlə  məĢğul  olur  və  bir-birilə  birbaĢa 

qarĢılıqlı  əlaqədə  olurlar.  Ġnsan  öz  həyatının  çox  hissəsini  bu 

qrupun  daxilində  keçirir.  Ona  görə  də  bir-birlərini  yaxĢı 

tanıyırlar.  

  Kiçik  qrupların  üzvlərinin  sayı  7  nəfərdən  artıq 

olmadıqda belə qrupları ilkin kiçik qrup adlandırırlar. Məsələn, 

yeni  yaranmıĢ  ailəni  ilkin  qrup  adlandırırlar.  Ġnsan  adətən  bir 

ilkin qrupun iĢtirakçısı olur. Hər hansı mikro sosial qrup onun 

iĢtirakçıları  üçün  ilkin  qrupa  çevrilə  bilər.  Bütün  ilkin  qruplar 

eyni  zamanda  kiçik  qrup  olub  uzun  müddət,  bəzən  insanın 

ömrü  boyu  davam  edən  qruplar  olaraq  qalır.  Ġlkin  qrupun 

iĢtirakçıları daimi təmas nəticəsində bir-birini yaxĢı tanıyır, bir-

birinə bələd olurlar.  

  Ġlkin qrupun iĢtirakçıları arasında məhrəmlik və ümumi  

məxvilik  mövcud  olduğundan,  onların  dünyaya  «özlərinə» 

məxsus  baxıĢları  və  xüsusi  qiymətləndirmə  sistemləri  yaranır. 

QarĢılıqlı maraqların anlaĢılması və eyni qrupa mənsub olmaq 

hissi  ilkin  qrupun  iĢtirakçılarını  daha  həmrəy  hərəkət  etməyə 

məcbur  edir.  Ġlkin  qrupda  sosial  nəzarət  olub,  iĢtirakçılar  öz 

hüquq və vəzifələrini  könülllü anlayır və yerinə yetirirlər.  

  Qeyd  etmək  lazımdır  ki,  ilkin  qruplarda  baxıĢlar, 

təsəvvür  və  motivlər  birgə  yaĢayıĢ  və  fəaliyyət  Ģəraitində 

tədricən  formalaĢır  və  təkrar  nəticəsində  müxtəlif  stereotiplər 

yaranır.  Ġlkin  qrupun  yaĢayıĢ  tərzi,  adət  və  ənənələri  mövcud 

olur  ki,  onlar  tədricən  formalaĢır  və  sosial  ünsiyyət  Ģəklində 

yeni iĢtirakçılara keçir.  

Ġlkin  qruplar  özləri  eyni  zamanda  kiçik  qrup  olmaqla, 

kiçik  qrupda  olan  ilkin  qruplardan  birinə  çevrilə  bilir.  BaĢqa 

sözlə,  bəzən  bir  kiçik  qrupda  bir  neçə  ilkin  qrup  mövcud  ola 

bilir.  


Kiçik  qrupların  növləri.  Sosial  psixologiyada  kiçik 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

195 


qrupların  mövcudluq dərəcəsinə  görə iki növünü:  real  və  şərti 

qrupları qeyd edirlər.  



Şərti  qruplar,  adından  məlum  olduğu  kimi  müəyyən 

Ģərtlər,  adamların  müəyyən  xüsusiyyətlərə  (cins,  yaĢ, 

həmkarlıq  və  s.)  əsasən  müəyyən  qrupa  daxil  edilməsi 

nəticəsində  yaranır.  Məsələn,  Universitetin  tələbələrini  oğlan 

və  qız  olmalarına,  idman  və  musiqi  ilə  maraqlanmalarına, 

yaĢlarına görə qruplaĢdırmagı buna misal göstərmək olar. ġərti 

qrup  bəzən  statik  qrup  da  adlandırılır.  ġərti  qrup  iĢtirakçıları 

eyni  zaman  və  məkan  daxilində  yaĢamaya  və  bir-biri  ilə 

rabitədə,  təmasda  olmaya  da  bilirlər.  Bununla  yanaĢı  olaraq 

Ģərti  qrupların  yaradılmasından  müvafiq  eksperimentlərin 

nəticələrini  təhlil  edərkən  də  istifadə  olunur.  Bu  zaman 

tədqiqatçı  üzərində  tədqiqat  apardığı  yoxlananları  bu  yolla 

qruplaĢdıra  bilir.  Məsələn,  prof.  Ə.Bayramov  müxtəlif 

məktəblərdə 

və 

siniflərdə 



apardığı 

müəyyənedici 

eksperimentlərə  əsasən  aglın  tənqidiliyinin  səviyyəsinə  görə 

Ģagirdləri  4  qrupa  bölmüĢdür:  təhriksiz  olaraq  tənqidi 

düĢünənlər;  qismən  təhriklə  tənqidi  düĢünənlər;  tam  təhriklə 

tənqidi düĢünənlər; heç cür tənqidi düĢünə bilməyənlər.  



Real  qruplara  gəldikdə  bunlara  müəyyən  zaman  və 

məkan  daxilində  real  münasibətlərlə  birləĢmiĢ  insan  birliyini 

aid  edirlər.  Məsələn,  ailə,  bir  sinfin  Ģagirdləri,  məktəbin 

pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri 

ilə təmasda olurlar.  

Sosial  psixologiyada  kiçik  qrupların  məqsəd  və 

xarakterinə  görə  daha iki  növünü qeyd  edirlər:  rəsmi  (formal) 

və qeyri – rəsmi  (qeyri formal).  



Rəsmi  qruplar  rəsmi  sənədlər  əsasında  yaradılmıĢ 

qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla 

müəyyən  olunur  və  tənzim  edilir.  Rəsmi  qruplarda  qrup 

üzvlərinin 

mövqeyi 

və 


davranıĢı 

ciddi 


qaydalarla 

reqlamentləĢdirilir. Bu cür qruplar daima mütəĢəkkil qrup olub, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



196 

onun  üzvlərinin  hüquq  və  vəzifələri  müvafiq  təlimat  və 

sənədlərdə  öz  əksini  tapır.  Özünün  Ģəxsi  töhfəsi  və  özünün 

xidməti  və  ictimai  funksiyalarını  yerinə  yetirməsindəki 

məsuliyyət  dərəcəsindən  asılı  olaraq    rəsmi  qrupun  bütün 

üzvləri  burada  müvafiq  yer,  mövqe  tuturlar.  Bu  cür  rəsmi 

qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını, 

kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.  



Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, 

rəsmi  sənədlər  əsasında  yaradılmayan  insan  birliyidir.  Bu  cür 

qrupun  üzvlərinin  dəqiq  qeyd  edilmiĢ  məqsədi  olmur.  Bu  cür 

qruplar  ünsiyyət  prosesində  təbii  yolla  yaranır.  Burada  qrup 

üzvlərinin  bir-birinə  qarĢı  emosional-psixoloji  münasibətləri 

qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da 

özünün müvafiq  strukturu və qarĢılıqlı münasibət  normalarına 

malik  olur.  Lakin  bu  münasibətlər  ilk  növbədə  yazılmamıĢ 

qaydalar  və  insanların  Ģəxsi  keyfiyyətlərindən  doğan 

münasibətlərdən  ibarət  olur.  Bu  cür  qruplara  öz  maraqlarına 

görə  birləĢən  həyət  kompaniyalarını,  yaxın  iĢ  və  təhsil 

dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də 

bu cür qeyri-rəsmi qruplar  yarana bilir.  Belə ki,  rəsmi qrupun 

üzvləri  bir-birinə  yaxınlıq,  dostluq  münasibətlərinə  görə 

qruplaĢa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi 

bütövlükdə  rəsmi  qrupun  mövqe,  norma  və  məqsədinə  uygun 

gəldikdə 

qrupun 


fəaliyyətinin 

müvəffəqiyyətlə  həyata 

keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik 

qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və 

qeyri-rəsmi  strukturlarının  bir-birinə  uyğun  gəlməsindən  asılı 

olduğunu qeyd edirlər.   

   Referent 

qruplar

Psixoloji  ədəbiyyatda  kiçik 

qrupların  bir  növü  kimi  referent  qrupları  da  qeyd  edirlər 

(latınca referens sözündən götürülmüĢdür). Özünün normaları, 

fikirləri,  qiymətləri  fərdin  davranıĢ  motivlərinə  çevrilən  sosial 

birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci 

ildə Q.Xaymen tərəfindən irəli sürülmüĢ və sonralar R. Merton, 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə