MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə68/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   64   65   66   67   68   69   70   71   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

183 


Özünüqiymətləndirmə  Ģəxsiyyətin  özünü,  öz  imkanlarını,  key-

fiyyətlərini,  qabiliyyətlərini,  özünün  baĢqa  adamlarla  münasibət  

sistemindəki 

yerini 


qiymətləndirməsindən 

ibarətdir. 

Özünüqiymətləndirmə  insanın    özünüdərketməsi  ilə  sıx  bağlıdır.  Bu 

baxımdan 

insanın 

mənlik 


Ģüurunun 

formalaĢmasında 

özünüqiymətləndirmə xüsusi yer tutur.  

Özünüqiymətləndirmə  zamanı  adətən  qiymətin  əxlaqi,  estetik, 

intellektual,  emosional  və  s.  növlərindən  istifadə  olunur.  Lakin  təcrübə 

göstərir  ki,  bütün  hallarda  onların  içərisində  emosional  qiymətlər  əsas 

yer  tutur.  Bütün  hallarda  özünüqiymətləndirmədə  emosional  çalar 

üstünlük təĢkil edir. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və 

qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət verdiyinə görə 

burada  özünüsevmə,  özünəhörmət,  ləyaqət  hissi  özünə  geniĢ  yer  edir. 

Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.  

Psixoloji  tədqiqatlar  özünüqiymətləndirmənin  üç  səviyyəsini 

müəyyənləĢdirməyə 

imkan 


vermiĢdir: 

1) 


Adekvat 

özünüqiymətləndirmə.  Bu  cür  özünüqiymətləndirmə  zamanı  insan 

özünün  bütün  keyfiyyətlərini  olduğu  kimi,  imkanlarına  uyğun  qeyd 

etməklə  özünü  düzgün  qiymətləndirir.  2)  Qeyri  –  real  yüksək 

özünüqiymətləndirmə.  Bu  cür  özünüqiymətləndirmə  zamanı    insan 

özünü  onda  olan  keyfiyyətlərdən,  imkanlardan  yüksək  qiymətləndirir. 

Adətən bu cür özünüqiymətləndirmə ĢiĢirdilmiĢ xarakter daĢıyır, insanın 

özündən  bədgümanlığı  ilə  nəticələnir.  Ona  görə  də  bu  cür  adamlar 

baĢqaları  tərəfindən  rəğbətlə  qarĢılanmırlar.  3)  Qeyri-real  aşağı 

özünüqiymətləndirmə.  Bu  cür  özünüqiymətləndirmə  zamanı  insan 

özünün  keyfiyyətlərini,  imkanlarını  layiq  olduğundan  aĢağı 

qiymətləndirir.  

 Qeyri-real  yüksək  və  qeyri  –  real  aĢağı  özünüqiymətləndirmə 

eyni  dərəcədə  ziyanlıdır.  Məsələn,  öz  imkanlarını  qeyri-real  yüksək 

qiymətləndirən Ģagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi 

yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz 

imkanlarını qeyri-real aĢağı qiymətləndirən Ģagird və ya tələbələrdə isə 

mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar 

mövcud  imkanlarını  təzahür  etdirə  bilmirlər.  Ona  görə  də  ən  cüzi 

nailiyyətlə kifayətlənməli olurlar.  

Özünüqiymətləndirmədə  Ģəxsiyyətin  iddia  səviyyəsi  ilə  də  sıx 

bağlıdır.  Ġddia  səviyyəsi  dedikdə  bu  və  ya  digər  fəaliyyət  zamanı 

Ģəxsiyyətin seçdiyi və qarĢısına qoyduğu məqsəd və vəzifələrin çətinlik 

dərəcəsi  ilə  müəyyən  olunan  xarakteristikası  nəzərdə  tutulur.  BaĢqa 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



184 

sözlə  iddia  səviyyəsi  fərdin  qarĢısına  qoyduğu  məqsədin  çətinlik 

dərəcəsi 

ilə 


müəyyən 

olunan 


Ģəxsiyyətin 

arzuolunan 

özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.  

Ġnsan  sonra  yerinə  yetirəcəyi  iĢin  çətinlik  dərəcəsini  sərbəst 

Ģəkildə  seçərkən  özünüqiymətləndirməyə  cəhd  göstərməsi  iki  cür 

konfliktin  yaranmasına  səbəb  olur:  bir  tərəfdən  maksimum 

müvəffəqiyyət  əldə  etmək  üçün  iddianı  artırmaq  cəhdi,  digər  tərəfdən 

uğursuzluqdan    yaxa  qurtarmaq  üçün  iddia  səviyyəsini  aĢağı  salmaq. 

Müvəffəqiyyət  əldə  edildikdə  adətən  iddia  səviyyəsi  artır,  insan  daha 

çətin  məsələni    həll  etməyə  hazır  olduğunu  təzahür  etdirir,  uğursuzluq 

zamanı isə iddia səviyyəsini  müvafiq Ģəkildə aĢağı salır.  

ġəxsiyyətin  iddia  səviyyəsi  konkret  fəaliyyət  növündə  özünü 

aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.  

Ġmtahana zəif hazırlaĢmıĢ tələbə 5 qiymət almağa cəhd göstərir və 

verilmiĢ 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti 

ala bilmədikdə ruhdan düĢməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq 

görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq 

o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı 

artırmaqla  yaxĢı  qiymət  almaq  üçün  ona  neçə  misal  verilməsini 

istədiyini  təklif  etməklə  onun  iddia  səviyyəsini  müəyyənləĢdirmək 

mümkündür.  

Bu  sadə  model  göstərir  ki,  Ģəxsiyyət  öz  iddialarının  səviyyəsini 

müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalıĢır. Buna 

görə  də  o,  elə  tapĢırıq  və  məqsədlər  seçir  ki,  onlar  nə  həddindən  artıq 

çətin, nə də həddindən artıq asan olsun.  

AparılmıĢ  tədqiqatlar  göstərmiĢdir  ki,  iddia  səviyyəsinin 

formalaĢması  nəinki  müvəffəqiyyət  və  uğursuzluğu  qabaqcadan 

görməklə,  həm  də  hər  Ģeydən  əvvəl,  keçmiĢ  müvəffəqiyyət  və 

uğursuzluqların  ağıllı  surətdə,  bəzən  isə  dumanlı  dərk  olunan  Ģəkildə 

nəzərə  alınması  və  qiymətləndirilməsi  ilə  müəyyən  edilir.  Məktəblinin 

tədris  iĢində,  dərnəkdə  məruzə  üçün  mövzu,  ictimai  tapĢırıq  və  s. 

seçərkən iddia səviyyəsinin formalaĢmasını izləmək olar.  

 

III.5.7.Hisslər, iradə, fəaliyyət 

 Bu  bölməni  təsadüfi  olaraq  «hisslər,  iradə,  fəaliyyət» 

adlandırmamıĢıq.  Burada  iĢlədilən  sözlərin  Ģəxsiyyətin  fəallığında  rolu 

inkaredilməzdir.  Belə  ki,  insan  fəallığı  müvafiq  hissləri  doğuran 





Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə