MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə80/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   76   77   78   79   80   81   82   83   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

217 


baĢ  verir  və  insanların  birgə  fəaliyyətinin  səmərəliliyinə  öz 

təsirini göstərir.  

Sosial  psixoloqlar  (A.V.Petrovski)  qrupların  inkiĢaf 

səviyyəsindən  asılı  olaraq  dörd  növünü:  diffuz,  assosiasiya, 

korporasiya,  kollektiv  qruplar  və  onlarda    qarĢılıqlı 

mynasibətlərin  xarakterini  vermiĢ  və  bunu  aĢağıdakı  Ģəkildə 

səciyyələndirmiĢlər:  

1.  Diffuz  qrupda  Ģəxsiyyətlərarası  münasibətlər 

mövcuddur. lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə 

ifadə olunmur.  

2.  Assosiasiyada  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin  hər  kəs  üçün  Ģəxsiyyət  baxımından  əhəmiyyətli 

olan məzmunu vasitəsi ilə ifadə olunur. 

3.  Korporasiyada  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin 

Ģəxsiyyət  baxımından  əhəmiyyətli,  lakin 

ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə 

olunur.  

4.  Kollektivdə  Ģəxsiyyətlərarası  münasibətlər  qrup 

fəaliyyətinin  Ģəxsiyyət  baxımından  əhəmiyyətli  və  ictimai 

cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.  

                             

III.   6. 5.   Qruplarda Ģəxsiyyətlərarası  seçmə 

   

ġəxsiyyətlərarası  seçmə  və  onun  sosiometrik 

baxımdan  təhlili.  AparılmıĢ  müĢahidələr  və  araĢdırmalar 

göstərir  ki,  eyni  qrupa  daxil  olan  adamlar  bir-birlərinə 

münasibətlərinə  və  qrup  məĢğuliyyətinə  görə  həmin  qrupda 

eyni  mövqe  tuta  bilmirlər.  Qrupun  hər  bir  üzvü  özlərinin 

iĢgüzar və Ģəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları 

yerə,  qrup  üzvlərinin  onlara  bəslədiyi  münasibətə,  daha 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



218 

doğrusu  onu  nə  dərəcədə  qəbul  edib  etməmələrinə  görə 

qrupdakı  Ģəxsiyyətlərarası  münasibətlər  sistemində  müəyyən 

mövqeyə  malik  olurlar.  Qrup  üzvlərinin  biri  yüksək  nüfuza 

malik  olduğu  halda,  digəri  qrup  üzvləri  tərəfindən  qəbul 

edilmir;  biri  ilə  daima  ünsiyyətdə  olmağa  can  atsalar  da, 

digərini  görməyə  gözləri  olmur;  birinə  inanıb  ona  arxalanmaq 

mümkün  olduğu  halda,  digərinə  etibar  etmir,  inanmırlar  və  s. 

Bu  hal  qrup  differensiasiyası  kimi  diqqəti  cəlb  edir.  ġübhəsiz 

qrup  differensiasiyasını  aĢkara  çıxarmaq  onun  gələcək 

fəaliyyətinin  səmərəliliyini  təmin  etmək  nöqteyi-nəzərdən 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  cəhət  uzun  müddət  birgə 

fəaliyyətdə  olan  Ģagird  qruplarında  (siniflərində)  özünü  daha 

qabarıq 


Ģəkildə 

göstərir. 

ġagird 

qruplarında 



qrup 

differensiyasını  aĢkara  çıxarmaq  üçün  ya  uzun  müddətli, 

sistematik  və  ciddi  pedaqoji  müĢahidələr  aparmaq,  ya  da 

müvafiq müəyyənedici eksperimentlərdən istifadə etmək lazım 

gəlir.  

Qrup  psixorlogiyasını  öyrənən  psixoloqlar  qrupdaxili 

differensiasiyanın  iki  baĢlıca  sistemini:  sosiometrik  və 

referentometrik  seçməni fərqləndirmiĢlər. 

Birinci  növbədə  Ģəxsiyyətlərarası  seçməni  sosiometrik 

baxımdan  nəzərdən  keçirək.  Qrupdaxili  münasibətlərin  statik 

mənzərəsini  sosiometriya  adlanan  metodun  köməyi  ilə  əldə 

etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları 

Amerika  psixoloqu  C.Moreno  tərəfindən  irəli  sürülmüĢdür. 

Sosiometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya 

və  antipatiyanı  aĢkara  çıxarmaq  üçün  geniĢ  istifadə  olunur. 

Onun 

köməyi 


ilə 

eyni 


zamanda 

qrup 


liderini 

müəyyənləĢdirmək mümkündür.  

Adətən,  sosiometriya  metodu  aĢağıdakı  Ģəkildə  tətbiq 

olunur:  1.  Qrup  üzvlərinə  sosiometrik  kriteriyanı  (ölçünü) 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

219 


özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə 

bir  mətn  çatdırılır:  «fərz  edin  ki,  sizin  qrupa  (sinfə)  dərs  ili 

ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu 

iki  yerə  ayırırlar.  Ġndi  sən  kiminlə  bir  sinifdə  olmaq  (və  ya 

kiminlə  bir  partada  oturmaq,  kiminlə  birlikdə  imtahanlara 

hazırlaĢmaq)  istərdin?    Əgər  o  olmasa  ikinci  və  üçüncü  kimi 

seçərdin?    2.  Həmin  ölçüdən  asıılı  olaraq  qrup  üzvləri  hər  bir 

seçdikləri  yoldaĢlarının  adlarını  seçdikləri  ardıcıllığa  uyğun  

(1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər. 3. 

Müvafiq  suallara  verilmiĢ  cavablar  statistik  yolla  iĢlənilir, 



sosiometrik  matris,  sosioqramlarda  öz  əksini  tapır.  Matris  və 

sosioqramlar 

qrup 

üzvlərinin 



qarĢılıqlı 

seçmələrini 

aydınlaĢdırmağa imkan verir.  

Sosiometrik matrisa adi idman yarıĢı  yekun cədvəllərinə 

oxĢar  Ģəkildə  tərtib  olunur.  Qrup  üzvlərinin  adları  eyni 

ardıcıllıqla  üfiqi  və  Ģaquli  Ģəkildə  qeyd  olunur.  Əgər  birinci 

adam  birinci  olaraq  üçüncünü  seçmiĢsə  üçüncü  xanədə  1 

rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6- cını seçmiĢsə  

altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı 

seçmiĢsə  öz  sırasının  4-cü  xanəsində  3  rəqəmi  qeyd  olunur. 

Sonrakı adamların (Ģagirdlərin) seçimləri də bu qayda ilə qeyd 

olunur.  Əgər  seçimlər  qarĢılıqlıdırsa  yazılan  rəqəm  dairəyə 

alınır  (məsələn,  ).  Cədvəlin  sonunda  seçilmə  və  qarĢılıqlı 

seçilmənin  miqdarı  göstərilir.  Nəticədə  kimin  daha  çox 

seçildiyi (və ya seçilmədiyi) aydın olur. 

Sosiometrik  seçməni  göstərən  sosioqrama  gəldikdə  bu 

qrafik Ģəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində 

olan  dörd  dairə  çəkilir.  Ən  çox  seçilən  qrup  üzvünün  sıra 

nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər 

2-ci  və  3-cü  dairələrdə,  heç  seçilməyənlər  isə  sonuncu  – 

dördüncü  dairədə  qeyd  olunur.  Seçmənin  xarakteri  xətlərdəki 

oxlarla  qeyd  olunur.  Əgər  qrupda  oğlan  və  qızlar  olursa 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə