109
Erkən orta yüzilliklər qadın geyim dəsti:
Üst çiyin geyimləri.
I. a)
Qaftan-xeyli uzun qollu,
düz biçimli,
geniş ətəkli, oyma yaxalı;
b) Cübbə-cüt yaxalı,
uzun ətəkli, yan tikiş xətti boyunca sıralama düyməli,
uzun qollu;
v) Çuxa-düz biçimli, sinəsi düyməli.
q) Qofta-müxtəlif cür hörülmüş şəbəkəli-naxışlı qoftalar.
Üst bel geyimləri.
1) Uzunluğu baldıra qədər olan qırçınlı tuman;
2) Uzunluğu dizə qədər olan trapesşəkilli müxtəlif cür toxunmuş tumanlar;
3) Şalvar;
4) Çaxçur-enli, şalvar-tumana bənzər olaraq alt bel geyiminin üstündən geyinilən. Kəmər geyim
dəstini tamamlayan element idi.
Qadınlar saçlarını hörür və müxtəlif saç bəzəklərindən istifadə edirdilər.
Beləliklə, erkən orta yüzilliklər qadın baş geyimləri külah, çalma, örpək adlanır, baş geyimləri
başa qızıl ilgəklər vasitəsilə bənd edilir, örpəklər isə çalmırdı.
Beləliklə, demək olar ki, erkən orta yüzilliklər qadın alt geyimləri alt çiyin geyimi və alt bel
geyimi olmaqla iki yerə bölünürdü. Bu qaftanla eyni formada olan, düz biçimli köynək və dizlikdən
ibarət idi.
Yuxarıda deyilənlərə əsasən erkən orta yüzilliklər qadın geyim dəstinin formasını aşağıdakı kimi
təsəvvür etmək olur:
Üst çiyin geyimləri.
I. a) Qaftan-xeyli uzun qollu, düz biçimli, geniş ətəkli, oyma yaxalı;
b) Cübbə-cüt yaxalı, uzun ətəkli, yan tikiş xətti boyunca sıralama düyməli, uzun qollu;
v) Çuxa-düz biçimli, sinəsi düyməli.
q) Qofta-müxtəlif cür hörülmüş şəbəkəli-naxışlı qoftalar.
Üst bel geyimləri.
1) Uzunluğu baldıra qədər olan qırçınlı tuman;
2) Uzunluğu dizə qədər olan trapesşəkilli müxtəlif cür
toxunmuş tumanlar;
3) Şalvar;
4) Çaxçur-enli, şalvar-tumana bənzər olaraq alt bel
geyiminin üstündən geyinilən.
XV-XVI yüzilliklərin qadın geyimlərinin inkişafını ardıcıl
olaraq aşağıdakı kimi xarakterizə etmək olar.
XV yüzilliyin sonu XVI yüzilliyin əvvəli qadın geyim dəsti
boğaz altda düymələnən köynək, yaxası çiyin xəttindən sinə altına
doğru künc kəsilib, yanları bəzədilmiş qaftan, qatlama yaxalıqlı
və ya yaxası açıq çuxa idi. Çuxanın qolu ya dirsəyə qədər, ya da
biləyə qədər olurdu. İmkanlı adamların çuxasının sinə, çiyin və
kürək hissəsi tikmələrlə bəzədilirdi.
Bu dövrdə, ilk dəfə olaraq, qadın çuxalarının yaxasına əlavə
parçadan, çox vaxt isə başqa rəngli parçadan kəsilərək tikilmiş
yaxalıqlardan istifadə edilir. rast gəlirik.
Bütün geyimlərin uzunluğu ayaqları tam örtür, cübbələrin
üstündən kəmər bağlanılırdı. XV yüzilin birinci yarısında qadın
geyimi boğaz altda bir düymə ilə bağlanan dərin kəsikli, car
yaxalı köynək, onun üstündən geyinilən, yaxası çiyin xəttindən
belə doğru künc açılmış çuxa, onun üstündən geyinilən cübbədən
ibarətdir. Cübbənin yaxası ya axıracan düymələnir, ya da açıq
saxlanırdı. Cübbənin çiyindən başlayaraq tikilən paralel bəzəkli ilgəklərlə düymələnməsi çox vaxt
dekorativ forma daşıyır və əsasən yaxa açıq qalırdı. Qolu qondarma qolçaqlı olurdu.
110
1539-1543-cü illərdə artıq çuxanın da yaxası çarpaz düyməli tikilir, geyimlərdə ornamental
parçalardan daha çox istifadə edilirdi.
1540-cı illərdə çuxada çarpaz düymələnməyə az-az rast gəlinirdi. Geyimlərin uzunluğu əvvəlki
dövrə nisbətən qısa tikilir, altından
ayaq geyimi, corab görünürdü.
1570-1579-1584-cü illərdə ornamental parçalardan daha geniş istifadə edilirdi. Geyim nisbətən
qısaldıldığından altından ayaqqabı və şalvarın balağı görünürdü.
Köynək əsasən ağ rəngli materialdan tikilərək, forması əvvəlki dövrlərdəkindən fərqlənmirdi.
Beləliklə, bu dövrdə cübbələrin aşağıdakı formaları istifadə olunurdu:
1) Yaxası bəzəkli;
2) Yaxası saya;
3) Ətəyi dabana qədər;
4) Ətəyi
topuğa qədər;
5) Biləyədək uzun qollu;
6) Dirsəyədək qısa qollu;
7) Uzun dekorativ qollu.
XVII yüzillikdə bədənin təbii
quruluşuna müvafiq olan geyimlərin
biçilməsi ilə əlaqədar yeni geyim
tipləri yaranır. Artıq insan, özünün
düz biçimli geyimi ilə təbiətlə özü
arasında sərhəd yaradaraq, təbiətdən
təcrid olunmur, öz bədəninin təbii
ölçülərini geyimi vasitəsilə nəzərə çarpdırmaqla sanki təbiətin bir parçası olduğunu nümayiş etdirir.
Hörmə-toxunma materiallardan düzəldilərək bədənə kip yapışan geyimlərdən sonra bu ənənə yenidən
dəbə qayıdır. Çox güman ki, bu ənənənin bərpa edilməsində Qərb ölkələri ilə olan iqtisadi
münasibətlər də müəyyən rol oynamışdır.
XVI-XVII yüzilliyə aid olan aşağıdakı geyimləri aşkarlayırıq:
Alt geyimi. Azərbaycan miniatürlərinə əsaslanıb demək olar ki, qadın alt paltarı ağ parçadan
tikilmiş alt köynəyi və alt geyimi-dizlikdən ibarət olmuşdur.
Alt köynəyi. Qadın alt köynəyi əsasən ağ rəngli parçadan tikilərək, uzunluğu dizdən aşağı olurdu.
Köynəyin qolu dirsəkdən bir az aşağı olmaqla qolağzı nisbətən dar tikilirdi. Köynəyin yaxası qaftanın
yaxası kimi "düz yaxa" olub, xeyli açıq olurdu.
Dizlik. Qadınların dizliyi əsasən zolaqlı
parçadan olub, uzunluğu topuğa qədərdir.
Xüsusi alt geyimi kimi, fitə geyinilirdi.
Üst geyimləri. Qadın üst geyim dəsti bir neçə elementdən ibarət olurdu.
Şalvar. XVI yüzillikdə kütləvi surətdə geyilən qadın geyimlərindən biri də balaqları dabana
qədər uzanan şalvarlar idi. Kişilərdə olduğu kimi, qadınların da şalvarları ayaq tərəfindən çox dar,
yuxarısı enli olurdu. Lakin kişi şalvarlarından fərqli olaraq qadın şalvarlarının ayaqları iki-üç barmaq
enində başqa bir qalın parça ilə tikilərdi. Qadın şalvarlarının, həmçinin beldən büzməsi olardı ki, onun
da içindən qəşəng hörmə qaytan keçirib bağlayardılar. Qadının öz zövqünə müvafiq olaraq bu qaytanın
ucundan sallanan qotazlar müxtəlif rəngdə olardı.
Şalvarın uzunluğu ya dizə qədər, ya da dabana qədər uzun olurdu. Şalvar ya saya, ya da güllü
parçadan tikilirdi.
Çuxa. Uzunluğu topuğa qədər olan çuxalar miniatürlərdəki çuxalardan xeyli fərqli olub, beldən
kip olmaqla bədən ölçüsünə, ətəyə doğru isə gen biçilib. Çuxaların ətək və ön kənar xətti boyunca
köbə tikilib. Bəzi tumanının ətəyi səliqə ilə qırçınlanırdı. Qolları düz və uzunluğu biləyə qədər olurdu.
Qol oyuğu çiyin xəttini ortasından başlayırdı. Bu dövrdə bir neçə cür çuxa forması geyinilirdi:
1. XVII yüzilliyin I yarısında uzun və ya qısa qollu üst çuxası geyinilir, uzunqollu alt çuxanın
yaxası kip düymələnirdi.
2. 1636-cı ildə geniş, uzun qollu, boğaz altda bir düymə ilə bağlanan, belə qədər açıq yaxalı
köynək, topuğa qədər şalvar, köynəyin üstündən uzun, dar qollu, yaxası oval kəsilmiş qaftan
geyinilirdi. Qaftanın dar qolunun altından, biləkdə köynəyin gen qolu çıxardılaraq bəzək əmələ gətirir.
Köynək və qaftanın rəngi çox vaxt bir-birinə əks olurdu.