162
jurnallardan, kitablardan, qəzetlərdən, rəsm əsərlərindən, ev-məişət əşyalarından, əlyazmalardan, afişalardan
ibarətdir. Ekspozisiyada 500-ə yaxın eksponat qoyulmuşdur.
Naxçıvan şəhərində də C.Məmmədquluzadənin ev-muzeyi yaradılmışdır (1998).
Muzeyin ünvanı: Bakı şəhəri, Süleyman Tağızadə küç. 56.
Telefon :492 94 09
***
Hüseyn Cavidin ev-muzeyi. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və
qayğısı sayəsində Bakıda yaradılmışdır. 1991-ci ildən fəaliyyətə başlamışdır. 1995-ci ilədək Mədəniyyət
Nazirliyinin tərkibində olmuş, həmin ildə AMEA-nın tabeliyinə verilmişdir. Vaxtilə Hüseyn Cavidin yaşadığı
binada (Bakı, İstiqlaliyyət küçəsi, 8) yerləşir. Muzeyin ekspozisiya və fondlarında görkəmli dramaturq Hüseyn
Cavidin həyat və yaradıcılığını əks etdirən 7000-ə yaxın eksponat mühafizə olunur. Muzey elmi tədqiqat
müəssisəsi kimi fəaliyyət göstərir.
Muzeyin yaradılmasında, eksponatların toplanılmasında, habelə Hüseyn Cavid yaradıcılığının
öyrənilməsində 1991-ci ildən ömrünün sonunadək (2004) muzeyin direktoru kimi çalışan qızı Turan Cavidin
böyük əməyi olmuşdur.
Naxçıvan şəhərində də Hüseyn Cavidin ev-muzeyi yaradılmışdır (1981).
Muzeyin ünvanı: Bakı şəhəri Istiqlaliyyət küç., 8
Telefon :492 06 57
***
Məmməd Səid Ordubadinin ev-muzeyi. Görkəmli ədibin ev-muzeyi 1979 ildə Bakıda yaradılmış, açılışı
1990-cı ildə olmuşdur. Əsas fondunda 1300-dən artıq eksponat var. Eksponatlar 3 bölmədə saxlanılır: xatirə
əşyaları, yazılı xatirələr, təsviri sənət. Muzeydə incəsənət əsərləri də vardır. Muzeyin giriş hissəsində
M.S.Ordubadinin büstü nümayiş etdirilir.
Muzeyin ünvanı: Bakı şəhəri ,Bülbül prospekti, 15
Telefon :493-50-85
***
Bülbülün ev-muzeyi. Azərbaycan professional vokal sənətinin banisi Bülbülün memorial muzeyi 1976-
cı ildə Bakıda yaradılmış, açılışı 1982-ci ildə olmuşdur. Muzeydə 9000-dən çox eksponat saxlanılır. 1982-ci ildə
muzeyin Şuşa şəhərində açılmış filialı 1992-ci ildə erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Həmin filialın maketi Bülbülün Bakıdakı ev-muzeyində saxlanılır.
Muzeyin ünvanı: Bakı şəhəri, Bülbül prospekti,15
Telefon :493-56-97
***
Abdulla Şaiqin mənzil-muzeyi. Ədibin həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji
fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.
Myzey 1990-cu ildə Abdulla Şaiqin oğlu Kamal Talıbzadənin təşəbbüsü ilə, Azərbaycan Nazirlər Sovetinin
qərarı ilə yaranmışdır. Muzey keçmiş Yuxarı dağlıq küçəsində, vaxtilə ədibin və onun ailəsinin yaşadığı
binadakı mənzildə yerləşir. Muzeydə 4000-dən çox eksponat vardır
Muzeyin ünvanı: Bakı şəhəri, A. Şaiq küç., 21.
Telefon: 92 29 61
***
Yusif Məmmədəliyevin memorial muzeyi. 1985-ci ildə yaradılmışdır. AMEA-nın Neft-Kimya
Prosesləri İnstitutunda yerləşir. Muzeydə görkəmli kimyaçı alim, SSRİ EA-nın müxbir üzvü, akademik Yusif
Heydər oğlu Məmmədəliyevin (1905-1961) həyatını və elmi fəaliyyətini əks etdirən fotosənədlər, diplomlar,
müxtəlif rəsmi sənədlər, Y.Məmmədəliyevin elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir.
163
Muzeyin ünvanı: Bakı şəhəri, Xocalı pr., 30
Telefon: (994 12) 4902476
***
Bəhruz Kəngərlinin ev-muzeyi. Muzey Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən
biri, təsviri sənətimizdə realist dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək
məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin ev muzeyi yaradılmışdır. Burada 361 eksponat
qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-ı rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin
fotosurətlərindən, habelə ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət əşyalarından və digər
materiallardan ibarətdir. Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul
olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
***
Cəmşid Naxçıvanskinin ev-muzeyi. Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi,
Azərbaycan atıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə
əlaqədar onun yaşadığı evdə yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən
fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s.,
ümumiyyətlə 5229 eksponat nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan atıcı
diviziyasının tarixinə, keçdiyi döyüş
yoluna həsr olunmuş məqalələr, kitablar və s. xüsusi yer tutur.
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Atatürk küçəsi, 6
***
Murtuza Nağıyevin memorial muzeyi. 1998-ci ildə yaradılmışdır. AMEA-nın Kimya Problemləri
İnstitutunda yerləşir. Muzeydə görkəmli kimyaçı-texnoloq, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza
Fətulla oğlu Nağıyevin (1908-1975) həyat və fəaliyyətini əks etdirən materiallar: alimin fundamental əsərləri,
təltifləri, sənədlər, fotolar, albomlar toplanmışdır. Muzeydə alimin büstü (heykəltəraş A.Mustafayev)
qoyulmuşdur.
Muzeyin ünvanı: Bakı şəhəri H.Cavid pr., 29
Telefon: 4392908, 4387756,
***
Rostropoviçlərin ev-muzeyi. Görkəmli musiqiçilərin ev-muzeyi 1998-ci ildə yaradılmış, açılışı 2002-ci
ildə olmuşdur. Ev-muzey Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşir.
Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o
dövrkü mühit əks etdirilmişdir. Ekspozisiyanın ikinci hissəsində M.L.Rostropoviçin həyat və yaradıcılıq
fəaliyyətinin ən mühüm anları, eyni zamanda onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur.
Muzeydə M.Rostropoviç haqqında
olan filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır.
Muzeyin ünvanı: Bakı şəhəri, L.və M. Rostropovçlər küçəsi, 19
Telefon: (99412) 492 02 65
İstifadə olunmuş ədəbiyyat:
Azərbaycan Milli Ensiklopediyası. 25 ciddə.“Az ərbaycan” cildi.
Bakı, 2007, “ Muzeylər”
məqaləsi, səh.713-723.
Naxçıvan Ensiklopediyası. I-II-ci cildlər, Naxçıvan, 2005
http://www.nakhchivan.az
www.azertag.com