192
Øÿêèë 10.2. Õÿçÿð äÿíèçè ñÿâèééÿñèíèí òÿðÿääöäö
(”Vestnik kaspya”, 1996, №1)
Xəzər dənizinin səviyyəsi il ərzində də dəyişir, buna mövsüm dəyişməsi deyilir, bunun səbəbi il ərzində gəlir
və çıxarın müxtəlif miqdarda paylanmasıdır. Belə ki,
il ərzində aprel, may aylarında, bəzən iyunun ortalarına qə-
dər çay axımlarının və dəniz səthinə düşən atmosfer yığıntılarının çox olmasilə əlaqədar dənizdə səviyyənin
qalxması, iyul, avqust aylarında isə çay axımının azalması və su səthindən buxarlanmanın artması ilə bağlı ola-
raq səviyyənin enməsinə səbəb olur.
Xəzər dənizində qısa müddətli dəyişmələr küləyin təsiri nəticəsində onun sularında yaranan qovulma – gəti-
rilmə dövranı ilə əlaqədar olan səviyyə dəyişmələridir. Küləyin təsiri nəticəsində yaranmış axınlar müvəqqəti
olaraq su kütləsini dənizin bir sahəsindən digərinə qovaraq su səthindəki tarazlığı pozur. Bu hadisə Xəzərin bü-
tün sahil zonasında, ən çox isə dənizin şimal və qərb rayonlarında baş verir. Belə tərəddüdlərin davam etmə
müddəti 3-27 saat, təkrarlanması isə ayda 1-5 dəfədir. Sahil zonada səviyyə 2-3 m-ə qədər qalxa bilir.
Xəzər dənizində ritmik dəyişmələr – qabarma-çəkilmə dalğalarının hündürlüyü çox kiçik olub 2-6 sm təşkil
edir, şimaldan cənuba doğru artır. Bu hadisə dənizdə atmosfer təzyiqinin müxtəlif səbəblərdən kəsgin dəyişmə-
silə əlaqədar 2-5 sm hündürlüyündə seyş dalğaları da yaranır.
Xəzərin səviyyəsinin dəyişmə səbəbləri
R.M.Məmmədov (2001) Xəzər dənizinin səviyyəsinin dəyişməsində kompleks amillərin birgə iştirakının
(geoloji, hidroiqlim,
antropogen, kosmik) olmasını göstərir.
Geotektonik amil
Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq R.M.Məmmədov (2001) Xəzər dənizinin dəyişməsində geolo-
ji amilin rolunun 10-15 % olduğunu göstərərək qeyd edir ki, bu nəticənin də geniş eksperimental müşahidələrlə
təsdiqinə ehtiyac vardır.
Antropogen amil
Dənizə axan çay sularının torpaqların suvarılmasında, kommunal – məişətdə işlədilməsi, çaylar üzərində su
anbarlarının yaradılması Xəzərin səviyyəsinə müəyyən qədər öz təsirini göstərir.
1930-cu illərdən başlayaraq Xəzər dənizi hövzəsi çaylarının üzərində ümumi sahəsi 30 min km
2
və həsmi
200 km
3
-ə yaxın 20-ə qədər (sahəsi 30 km
2
-dən yuxarı) su anbarları yaradılmışdı və onların səthindən 1990-cı
ilə qədər 450 km
3
su buxarlanmışdır, əgər bu kəmiyyəti Xəzər hövzəsinin ümumi su anbarları ilə cəmləşdirsək
700 km
3
-ə yaxın rəqəm alınar, bu su anbarlarının tikilməsi ilə əlaqədar su itgisidir və Xəzər səviyyəsində ildə
təqribən 2,5 sm su qatının azalması deməkdir. (R.Məmmədov, 2001)
193
Øÿêèë 10.6. Õÿçÿð äÿíèçè ñÿâèééÿñèíèí äÿéèøìÿ ãðàôèêè
(1945-1998-úè èëëÿð. Áàêû ôóòøtîêó)
Bəzi tədqiqatçılar Xəzərin səviyyəsinin qalxmasında su üzərində toplanan neft təbəqəsinin də rolu olduğunu
söyləyir. Lakin Xəzər dənizinin ümumi ərazisi ilə müqayisədə neft pərdəsi ilə örtülü su sahəsi cüzi olduğundan
belə təsirin olması şübhə doğurur.
Nəticədə antropogen amilin Xəzər dənizinin səviyyəsinin dəyişməsində rolu 3-5 % təşkil edir. (R. Məmmə-
dov, 2001)
Hidroiqlim amili
Xəzər dənizinin səviyyəsinin dəyişməsində mühüm rol oynayaraq səth axınları, səthə düşən yağıntılar və bu-
xarlanma komponentləri ilə ifadə olunur.
Xəzər dənizinin su balansının gəlir hissəsinin əsas mənbəyi dənizə tökülən çayların axını hesab olunur və
onun beşdə dördünü təşkil edir. Dənizə tökülən səth axınları əsasən Volqa, Kür, Ural, Terek, Sulak, Samur, Ki-
çik Qafqaz və İran sahili çaylarının hesabına formalaşır. Bu çayların ən böyüyü Volqa olub səth çay axınlarının
80 %-ni təşkil edir. Yüzillik müşahidə dövründə Volqa çayının ortaillik axımı 160 km
3
-dən 380 km
3
-ə qədər də-
yişmiş, çoxillik orta axını 255 km
3
təşkil etmişdir. Səviyyənin axırıncı qalxması dövründə (1978-1995) Volqa
çayının ortaillik axını 300 km
3
-ə çatmış, səviyyənin endiyi 1930-1941-ci illərdə isə 200 km
3
olmuşdur. Xəzərə
tökülən ikinci böyük çay Kür sayılır, onun ortaillik axını 16 km
3
olub dənizə tökülən çay axınları cəminin 6 %-
ni təşkil edir.
Atmosfer yağıntılarının çoxillik orta miqdarı 198 mm təşkil edir. Son illər Xəzər dənizi səthinə düşən yağın-
tıların ortaillik miqdarının artması müşahidə olunur. Belə ki, 1978-1992-ci illər səviyyənin qalxdığı dövrdə ya-
ğıntının ortaillik miqdarı 257 mm olmuşdur.
Xəzərə həmişə dənizin dibindən sular axmışdır, lakin onun miqdarı dəqiq müəyyən edilməmişdir. Müxtəlif
tədqiqatçılar onun ildə 2-40 km
3
arasında tərəddüd etdiyini qeyd edirlər. R.M.Məmmədov (2001) dib sularının
təsdiq tapmış qiymətini ildə 4 km
3
olmasını qəbul edir.
Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthindən buxarlanma hesab olunur.
dəniz səthindən il ər-
zində 1 m-ə qədər su buxarlanır, bu Xəzərin il ərzində 375 km
3
su itirməsi deməkdir. Səviyyənin düşdüyü za-
man səthdən buxarlanma da artır, qalxdıqda isə əksinə, azalır.
Su balansının çıxarının digər hissəsi Qara-Boğaz-Qol körfəzinə olan axındır. Səviyyənin yuxarı olduğu
1995-ci ildə dənizdən körfəzə 45, aşağı olduğu 1978-ci ildə isə 5 km
3
su axmışdır. 10.4 saylı cədvəldə Xəzər də-
nizi su balansının çoxillik orta göstəriciləri verilir.
Cədvəl 10.3.