360
18.4.3. Milli parklar
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 №-li sərəncamı ilə Ordubad Milli
Parkı, 2003-cü il 5 iyul tarixli 1298 №-li sərəncamı ilə Şirvan və Ağgöl Milli Parkları, 2004-cü il 9 fevral tarixli
1281 №-li sərəncamı ilə Hirkan Milli Parkı və 2004-cü il 31 avqust tarixli 365№-li smərəncamı ilə Altıağac
Milli Parkı yaradılmışdır.
Şirvan milli parkı
Kür-Araz ovalığında təbii landşaftlar başdan-başa antropogen landşaftlarla əvəz olunması ilə əlaqədar bura-
da ilkin bitki örtüyü və heyvanat aləminin yoxa çıxmasını nəzərə alaraq az-çox təbii halını saxlamış Şirvan qo-
ruğu və Bəndovan yasaqlığında qoruq rejimini gücləndirmək, düzgün təşkil etmək şərtilə ərazidən rekreasiya
məqsədilə istifadə etmək, kiçik zooparklar və botanika bağları salaraq fauna və flora növlərini nümayiş etdirmək
üçün 2003-cü ilin oktyabrında adı çəkilən qoruq və yasaqlıq birləşdirilərək 54374 ha sahədə «Şirvan milli par-
kı» yaradıldı.
Şirvan qoruğu respublikanın böyük qoruqlarından biri idi. Həmin ərazinin bir hissəsində 1961-ci ildə ilk dəfə
Bəndovan yasaqlığı yaradıldı. O vaxt burada cəmi 77 baş ceyran var idi. 8 ildən sonra 1969-cu ildə ceyranların
sayı 400-ə çatdırıldıqda 17745 ha ərazidə Şirvan dövlət qoruğu təşkil olundu., 1982-ci ildə qoruğun sahəsi
25761 ha-ya çatdırıldı.
Şirvan milli parkının ərazisində relyefin, bitki örtüyü və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii
landşaft sahəsinin mövcudluğuna imkan yaradır. Ərazidə düzən və xırda təpəli yovşanlı yarımsəhra və düzən və
xırda təpəli şoranotlu yarımsəhra landşaft tipləri üstünlük təşkil edir. Bu ladşaft tipləri ceyranlar üçün çox sərfəli
sahələr hesab edilir. Az sahə tutan dənizkənarı qum bitkiliyi sahəsi isə ceyranlar üçün aşağı keyfiyyətli yerlər
sayılır.
Şirvan milli parkı yarımsəhra zonasında yerləşdiyi üçün bulaq və çay yoxdur. Lakin mövcud su mənbələri –
parkı şərqdən əhatə edən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru və digər kollektorlar, Çala gölü ceyranla-
rın və digər heyvanat aləminin suya olan tələbatını tamamilə ödəyir. Milli park sərhədində Xəzər suyunun duz-
luluğu 12 promilə çatır, temperaturu qışda 6
0
, yayda 26
0
arasında dəyişir. Kollektorların və Çala gölünün suyu
qışda donmur, bu isə ceyranlar və quşlar üçün çox əlverişlidir.
Şirvan milli parkının ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşanlı-şoranotlu yarım-
səhra, qismən səhra, çəmən-çala, dəniz sahili-qumlu, su-bataqlıq bitki qruplaşmaları yayılmışdır. (Ağaquliyev
2000)
Şirvan milli parkı yarımsəhra zonasında yerləşsə də heyvanat aləmi ilə zəngindir. Məməlilərdən ceyran,
qunduz, qaban, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq, qamışlıq pişiyi və s., sürünənlərdən tısbağa
növləri, zolaqlı kərtənkələ, su koramalı; suda-quruda yaşayanlardan- qurbağa növlərinə rast gəlinir. Çalagöldə
və kanallarda 12 növ balıq yaşayır.
Milli park ərazisində – göldə, Xəzərin sahillərində, 3500 hektardan artıq su-bataqlıq sahəsində 65 növdən ar-
tıq quş növünə rast gəlinir. Burada turac, ördək və qaz növləri, qaşqaldaq məskunlaşmışdır. Adı qırmızı kitaba
düşən çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, coltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısılda-
yan və kiçik qu kimi oturaq və köçəri quşlar qorunur.
Milli parkda qorunan əsas məməli heyvan ceyran sayılır, onun çəkisi 35 kq-a qədər, bədəninin uzunluğu 95-
115, hündürlüyü 60-75sm-ə çatır. Olduqca çevik heyvan olub, saatda 50-60 km sürətlə qaça bilir.
Şirvan qoruğunda ceyranların sayı artmışdır. 1990-cı ildə Bəndovan yasaqlığı ilə birlikdə Şirvan qoruğunda
ceyranların sayı 10900-ə çatmışdır.
İndiyə qədər Şirvan qoruğunda heyvanat aləminin qorunmasında bir sıra maneələr və nöqsanlar mövcud ol-
muşdur. Qoruqda Kəlbəcər, Qusar və Salyan rayonlarının onlarla mal-qara fermaları yerləşdirilirdi. Qoyun sürü-
ləri ceyranların təbii yemini yeyir, ferma itləri onların təbii sakitlik rejimini pozur, ferma işçiləri brokonyerlik
edirdilər. 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gərgin fəaliyyəti nəticəsində fermalar qoruq
ərazisindən çıxarılmışdır. Lakin milli parkın yasaqlıq ərazisində Xəzər dənizinin sahilində 3 balıq vətəgəsi yerlə-
şir. Geniş ərazidə neft sənaye obyektləri mövcuddur. Qoruğun xüsusiyyətlərinə uyğun elmi-tədqiqat işləri lazımi sə-
viyyədə aparılmamışdır.
Hazırda Şirvan milli parkının fəaliyyətini canlandırmaq məqsədilə Nazirlik bir sıra əsaslı tədbirlərin yerinə
yetirilməsini planlaşdırır.
Ağgöl milli parkı
Ağgöl milli parkı 2003-cü ilin oktyabrında Ağgöl dövlət qoruğunun (5182 ha) və Ağgöl yasaqlığının (3690
ha) əsasında yaradılmışdır. Mövcud qoruğun və yasıqlığın ətrafındakı sahələr də əlavə olunaraq milli parkın sa-
həsi 18000 ha-ra çatdırılmışdır. Onun 2,1 min ha-nı su akvatoriyası, çox hissəsini qamış cəngəlliyi tutur, yerdə
qalan sahə isə şoranotlu yarımsəhradan ibarətdir, cəmi 20 ha sahəni isə adalar tutur.
361
Ağgöl respublikanın iri göllərindən biri sayılır. Gölə axıdılan suyun miqdarından asılı olaraq sahəsi
tez-tez dəyişir,
maksimum dərinliyi 1,5-2 m, orta dərinliyi 0,6 m-dir. Yayın sonuna qədər gölün suyu xeyli aşağı enir. Gölə cənubdan
bir kollektor qovuşur, şərqdən isə o digər kollektor vasitəsilə Sarısu gölü ilə birləşir.
Ağgöl milli parkının bitki ortüyündə əsasən cənub qamışı üstünlük təşkil edən su-bataqlıq bitki növlərindən
ibarətdir, onlardan sünbüllü su lələyi, su qaymaqçiçəyi, qamış və s.-ni göstərmək olar. Adalarda əsasən yulğun
kolları bitir, şorəngələrə və dənli bitkilərə də təsadüf olunur.
Milli parkın quru hissəsində şorlaşmış torpaqlarda çəmən-halofit bitkisi geniş yayılmışdır, burada birillik şo-
ran otlarından duzlaq coğanı, çərən, qışotu,sirkan, həmçinin qamış bitir. Təpəcikli şoranlı sahələrdə yarımsəhra
halofit bitkiləri yayılmışdır, burada efemerlərlə yanaşı Xəzər şahsevdisi, sarıbaş, qaraşoran üstünlük təşkil edir.
Quru şoran və şorəkət torpaqlarda yarımsəhra kserofit-halofit bitkiləri yayılmışdır, yovşan, xostək, qismən də
qırtıc və şorangə üstünlüq təşkil edir.
Ağgöl milli parkı respublikamızın düzən rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdı-
ğı su hövzələrindən biridir. Bu göldə və onun ətrafında 140-dan artıq quş növü məskunlaşmışdır, burada 87 quş
növü yumurta qoyub bala verir. Milli parkın ərazisində boz, qızıl, qaşqa, qırmızıdöş və başqa qaz növləri, haray-
çı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr,
enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərzindim-
dik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldağ, əyridimdik, böyük və kiçik qarabatdağlar,
qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (ba-
taqlıq, çəmən və tarla), ağquyruq, qartallar, dəniz və çay yırtıcı quşlar (bildirçinqapan və s.) da vardır. Quşlardan
turac, sultan toyuğu, qızılqaz, çay qaranquşu, dəniz qartalı, mərmər cürə, vəhşi qaz, bəzgək, qara leylək, çəhrayı
qutan, ərsindimdik və s.-nin adları «Qırmızı kitab»a düşmüşdür.
Ağgölün ətrafında məməli hyevanlardan qaban, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s.
olur. Suda-quruda yaşayanlardan yaşıl qurbağa, göl qurbağası, Suriya sarımsaq qurbağası, sürünənlərdən-Xəzər
və bataqlıq tısbağası, adi və su koramallarını göstərmək olar. Ağgöl və onu əhatə edən sularda 20-yə yaxın balıq
növü vardır, onlardan yastıqarın, xəşəm, çəki, tingə, qırmızıpullu, durna balığı, naxa, sıf və b. göstərmək olar.
Milli park yaradılarkən heyvanat aləmini daha da zənginləşdirmək üçün bir sıra tədbirlərin gücləndirilməsi
nəzərdə tutulur: Milli parkın ərazisində ovçuluğa yol verməmək, müşahidə vışkalarının tikilməsi, yırtıcı heyvan-
ların sayını normada saxlamaq, sərt qış aylarında quşları dənli yemlə təmin etmək və s.
Hirkan milli parkı
Hirkan qoruğu üçüncü dövrün relikt hirkan florasını və burada məskunlaşan faunanı qorumaq məqsədilə
1936-cı ildə yaradılmışdır. Qoruq Lənkəran və Astara rayonları ərazisində şərqdə Xəzər dənizi yaxınlığında
22m-dən başlayıb, qərbdə 980m-ə qədərki yüksəklikləri əhatə edir. Qoruq 2 hissədən ibarətdir: dağ yamacların-
dakı meşəliklər (2815ha)və Lənkəran ovalığındakı «Moskva meşəsi» sahəsi (91ha). Qoruğun düzən və dağətəyi
hissəsində şabalıdyarpaq palıd, dəmirağac və vələsin üstünlük təşkil etdiyi meşəliklər yayılmışdır, onlara ipək
akasiyası, Xəzər lələyi, Hirkan ənciri, qafqaz xurması, azatağac, yalanqoz və s. qarışır, yüksəkliyə qalxdıqca bu
meşələr tədricən fıstıq ağacları ilə əvəz olunur.
Qoruq ərazisində fıstıq meşələri meşə ilə örtülü sahənin 52%-ni, şabalıdyarpaq palıd, 25%-ni, vələs isə 14%-
ni təşkil edir. Dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, xəzər lələyi, ipəkakasiyası, Qafqaz
xurması, ürəkyarpaq qızılağac, Hirkan bigəvəri Azərbaycanın Qırmızı kitabına salınmışdır.
Rütubətli şəraitdə palıd, fıstıq və vələs meşələri altında qonur dağ-meşə torpaqlarının podzollaşmış yarımtipi inki-
şaf etmişdir. Dəniz səviyyəsindən 100-600 (700)m yüksəklikdə dəmirağac və palıd meşələri altında sarı dağ-meşə
torpaqları yayılmışdır. Ərazidə bu torpaqların tipik və podzollaşmış yarımtipləri mövcuddur.
Hirkan qoruğunda vaxtilə çoxlu pələngə, bəbirə, Qafqaz maralına, cüyürə, tülküyə, yüzlərlə quş növlərinə
rast gəlinirdi. Hazırda isə onların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmişdir. Respublikanın Qırmızı kitabı-
na adı düşən Talış qırqovulu, Hirkan arıquşu qorunur. Adları qırmızı kitaba yazılan toğlugötürən, qıvrımlələk,
qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac kimi quşlara da təsadüf olunur.
2004-cü ildə Hirkan qoruğu ərazisində 21min ha sahədə Hirkan milli parkı yaradıldı.
Ordubad milii parkı
Ordubad yasaqlığı 1969-cu ildə Ordubad və Culfa rayonları ərazisində yaradılmışdır. O, aşağı, orta və yuxarı
dağlıq qurşaqların landşaft sahələrini əhatə edir. Qoruğun yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli
heyvanları (qayakeçisi) və quşları (turac, qırqovul və kəklik) qoruyub artırmaqdır. Sahəsi 40min ha-dır.
Yasaqlıq Zəngəzur dağlarının cənub-qərb yamacında yerləşir. 1000-3900m hündürlükləri əhatə edir. Bitki
örtüyü subnival, qaya, alp, subalp və dağ kserofit bitkilərindən ibarətdir. Burada ibtidai, çimli və torflu dağ-çə-
mən, bozqırlaşmış dağ-qəhvəyi torpaqlar yayılmışdır. 2004-cü ildə Ordubad yasaqlığı ərazisinin bir hissəsində
12 min ha sahədə Ordubad Milli Parkı yaradıldı.
Altıağac Milli Parkı