inaııırdılar. Belə xanlardan biri də Naxçıvan xanlığı idi.
Kalbalı xanın Rusiyanın səmimiyyətinə inanması ona baha
başa gəldi. Elə 1796-cı ildə Rusiya hakim orqanları ilə
əlaqə saxlaması, Ağa Məhəmməd xan kimi zülmkarın
qəzəbinə səbəb oldu. Kalbalı xan Tehran həbsxanasmda
çox qalmadı. Ağa Məhəmmədin ölümündən (1797) sonra,
İran taxtında onu əvəz edən Fətəli şah Kalbalı xana
"Azadlıq” bağışlasa da, ona Naxçıvan yaxm lığm da-
İrəvanda yaşamağa icazə verdi. Naxçıvan xanlığını artıq
Abbasqulu xan idarə edirdi.
Gözlərini itirsə də, ruhdan düşməyən Kalbalı xan
siyasətdən kənarda qalmadı. İrəvanlı Məhəmməd xanm
qətiyyətsiz və həm də, çox cavan olmasmdan istifadə
edən Kalbalı xan çox tezliklə, onun etimadım qazandı və
xanlığm etibarlı adamma çevrildi. Kalbalı xan naxçıvan-
lılar arasmda böyük hörmətə malik idi. Ona görə, Kalbalı
xanın İrəvanda olması xəbərini eşidən saray əyanlarınm
əksəriyyəti öz ailəsi ilə birlikdə ora köçdülər. Abbasqulu
xan bu axmın qarşısmı ala bilmirdi. Nəticədə, özü də
hakimiyyətdən uzaqlaşdırıldı. İran himayəsindən məh-
rum olan Abbasqulu xan da İrəvana getməyi qərara aldı.
Kalbalı xan onu qəbul edərək, Naxçıvandan gələn digər
feodallarla da danışıqlar apardı. Naxçıvanlılarm və
A bbasqulu xamn İrəvana gəlmələri, Kalbalı xanm siyasi
aləmdə mövqeyini daha da möhkəmləndirdi.
1802-ci ildə P.D Sisyanov Cənubi Qafqazdakı rus
qoşunlarm a baş komandan təyin edildi.
Bundan sonra, Fətəli şah Azərbaycana göndərdiyi
sərkərdə Pirqulu xanı geri çağırdı. Yerli əhalinin rəğbətini
qazanm aq məqsədilə, Fətəli şah Kalbalı xam Naxçıvanın
hakimi kimi tanıdı. Və hər il İran xəzinəsinə müəyyən
məbləğdə xərac vermək şərti ilə Naxçıvana xan kimi
getməsinə razılıq verdi.
Düzdür, nə bu tədbirlə, ya da ki, başqa işləriylə
Fətəli şah nə yerli əhalinin, nə də Kalbalı xanm hörmətini
qazana bilmədi. P. Zubov yazırdı: "-Hakimiyyət başmda
olan Qacar sülaləsinə nifrət bəsləyən Naxçıvan xanı
nəinki xərac verməkdən imtina etdi, hətta Fətəli şahı İran
hakimi kimi tanımadı". Kalbalı xanın Naxçıvana
qayıtması ilə Sisyanovun Tiflisə gəlməsi eyni vaxta, 1803-
cü ilin fevral ayına təsadüf edir. Sisyanov Kalbalı xanın
Naxçıvan və İrəvanda böyük hörməti olduğunu bilirdi.
Sisyanov bundan istifadə etmək fikri ilə uzun müddət
erməni katalikosu Danilin Tehranda saxlandığım bilərək,
Cənubi Qafqaz ermənilərinin hörmətini qazanmaq üçün,
Kalbalı xan vasitəsilə Danili İrəvana qaytarmaq fıkrinə
düşdü.
1803-cü il fevralın 6-da Sisyanov Kalbalı xana
yazırdı:
-"Ali məqamımzdan xahiş edirəm ki, sizdən asılı
olan bütün imkanlardan istifadə edərək, Ümumrusiya
əlahəzrət imperatoru və ali sultanın razılığına əsasən,
Ararat patriarxı Danil Katalikosun öz vəzifəsinə qay-
tarılmasına köməklik göstərəsiniz. Mənə gəlib çatan
xəbərə görə, inamram ki, sizin katalikos Danilin geri
qaytarılması üçün imkanlarımz var".
Kalbalı xanm cavab məktubu yoxdur. Kalbalı
xanm Arxiyepiskop Ohanesə yazdığı məktubdan nəticə
çıxarmaq olar.
O,
yazırdı: "Mən iranlılardan o qədər incimişəm ki,
onlar Allah olsalar belə, mən onlara boyun əymərəm.
Əgər mən dəqiq bilsəm ki, ruslar Gürcüstanı tərk
etməyəcəklər, necə ki, qraf Zubov qayıtdı və bunun
nəticəsində bizim evlər dağıldı. O zaman mən ruslara
xidmət edərəm. Mənim haqqım da Sisyanova pis
cəhətdən məlumat verilmişdi. Əgər mənə yazıldığı kimi,
ruslar Gürcüstanda möhkəmlənsələr, mən də dövləti-
mizin xidmətində olaram. Mən aym 28-də İrana şahm
yanma gedəcəm və bu səfərdə əsas məqsədim patriarx
Danili Naxçıvana gətirməkdir, siz buna əmin ola
bilərsiz". (Qeyd: Kalbalı xan Rusiya dövlətinə pis mü-
nasibət bəsləmirdi. Sadəlöhvlüklə bu dövlətin köməyinə
bel bağlayırdı.)
Çox güman ki, Kalbalı xan İrana getmiş və
katalikos Danilin geri qaytarılmasma nail olmuşdur.
Lakin, İrəvanlı Məhəmməd xan Danili İrəvana burax-
mamışdı. Bu zaman xanın özü tərəfmdən təyin edilən
David adlı erməni katalikosu buram idarə edirdi. İrəvan
xanı Məhəmməd xanm bu hərəkəti Sisyanovu çox narazı
saldı. Məhz buna görə, Sisyanov 1804-cü il maym 5-də
Kalbalı xana məktub göndərərək, Məhəmməd xanın
ünvam na hədələyici sözlər yazıb, bunu ona çatdırmağı
Kalbalı xandan tələb etdi.
Tələblər bunlar idi:
1. H ər şeydən əvvəl Davidlə aparılan damşıqlar
kəsilməli, patriarx Danil öz yerinə bərpa olunmalıdır.
2. Qala (İrəvan) rus qoşunları tərəfindən tutulan-
dan sonra xana qalada, yaxud qaladan kənarda yaşa-
mağa sərbəstlik veriləcəkdir.
3. Xan rus imperatorunu özünə başçı kimi qəbul
etməli, sədaqətli olacağma and içməlidir. '
4. Xan Rusiyaya 80 min manat həcmində xərac
verməli, 1-ci yarısı novruzdan 1 gün keçdikdən sonra, 2-
ci yarısı iyul ayından sonra ödənilməlidir. Bunun
müqabilində xan öz əvvəlki hüququnda qalacaq. İmpe-
rator xanlıq hüququ barədə şəhadətnamə verəcək, onun
təhlükəsizliyinin təmin edəcək. Eyni zamanda, Xan
ailəsinin İrandan gətirilməsi üçün bütün tədbirlər
görüləcək.
Sisyanov Kalbalı xandan istifadə edərək, Məhəm-
məd xana təsir göstərməyə çalışırdı. İrəvan xanlığmı ələ
keçirmək məqsədini güdərək, Eçməidzinə daha etibarlı
Danili katalikos qoymaq istəyirdi. Bununla da, rus
komandanlığı Cənubi Qafqazda xristianlarm, xüsusilə
də, hələ o vaxt, dünyanm hər yerinə yayılmış ermənilərin
hüsn-rəğbətini qazanmağa can atırdı. Lakin, o zaman bu
fikri o, həyata keçirə bilmədi.
Rus komandanlığı hərbi-strateji cəhətdən əlverişli