Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox


inaııırdılar.  Belə  xanlardan  biri  də  Naxçıvan  xanlığı  idi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

inaııırdılar.  Belə  xanlardan  biri  də  Naxçıvan  xanlığı  idi. 

Kalbalı xanın Rusiyanın səmimiyyətinə inanması  ona  baha 

başa  gəldi.  Elə  1796-cı  ildə  Rusiya  hakim  orqanları  ilə 

əlaqə  saxlaması,  Ağa  Məhəmməd  xan  kimi  zülmkarın 

qəzəbinə  səbəb  oldu.  Kalbalı  xan  Tehran  həbsxanasmda 

çox  qalmadı.  Ağa Məhəmmədin  ölümündən  (1797)  sonra, 

İran  taxtında  onu  əvəz  edən  Fətəli  şah  Kalbalı  xana 

"Azadlıq”  bağışlasa  da,  ona  Naxçıvan  yaxm lığm da- 

İrəvanda  yaşamağa  icazə  verdi.  Naxçıvan  xanlığını  artıq 

Abbasqulu xan idarə edirdi.

Gözlərini  itirsə  də,  ruhdan  düşməyən  Kalbalı  xan 

siyasətdən  kənarda  qalmadı.  İrəvanlı  Məhəmməd  xanm 

qətiyyətsiz  və  həm  də,  çox  cavan  olmasmdan  istifadə 

edən Kalbalı xan çox tezliklə, onun etimadım qazandı və 

xanlığm etibarlı  adamma çevrildi.  Kalbalı xan naxçıvan- 

lılar arasmda böyük hörmətə malik idi. Ona görə, Kalbalı 

xanın  İrəvanda  olması  xəbərini  eşidən  saray  əyanlarınm 

əksəriyyəti  öz  ailəsi  ilə  birlikdə  ora  köçdülər.  Abbasqulu 

xan  bu  axmın  qarşısmı  ala  bilmirdi.  Nəticədə,  özü  də 

hakimiyyətdən  uzaqlaşdırıldı.  İran  himayəsindən  məh- 

rum  olan Abbasqulu xan da İrəvana getməyi qərara aldı. 

Kalbalı  xan  onu  qəbul  edərək,  Naxçıvandan  gələn  digər 

feodallarla  da  danışıqlar  apardı.  Naxçıvanlılarm  və 

A bbasqulu  xamn  İrəvana  gəlmələri,  Kalbalı xanm  siyasi 

aləmdə mövqeyini  daha da möhkəmləndirdi.

1802-ci  ildə  P.D  Sisyanov  Cənubi  Qafqazdakı  rus 

qoşunlarm a baş komandan təyin edildi.

Bundan  sonra,  Fətəli  şah Azərbaycana  göndərdiyi 

sərkərdə Pirqulu xanı geri çağırdı. Yerli əhalinin rəğbətini 

qazanm aq məqsədilə,  Fətəli şah Kalbalı xam Naxçıvanın 

hakimi  kimi  tanıdı.  Və  hər  il  İran  xəzinəsinə  müəyyən 

məbləğdə  xərac  vermək  şərti  ilə  Naxçıvana  xan  kimi 

getməsinə razılıq  verdi.

Düzdür,  nə  bu  tədbirlə,  ya  da  ki,  başqa  işləriylə 

Fətəli şah nə yerli əhalinin, nə də Kalbalı xanm hörmətini 

qazana bilmədi.  P.  Zubov yazırdı:  "-Hakimiyyət başmda 

olan  Qacar  sülaləsinə  nifrət  bəsləyən  Naxçıvan  xanı 

nəinki xərac verməkdən imtina etdi, hətta Fətəli şahı İran 

hakimi  kimi  tanımadı".  Kalbalı  xanın  Naxçıvana 

qayıtması ilə Sisyanovun Tiflisə gəlməsi eyni vaxta,  1803- 

cü  ilin  fevral  ayına  təsadüf edir.  Sisyanov  Kalbalı  xanın 

Naxçıvan  və  İrəvanda  böyük  hörməti  olduğunu  bilirdi. 

Sisyanov  bundan  istifadə  etmək  fikri  ilə  uzun  müddət 

erməni katalikosu Danilin Tehranda saxlandığım bilərək, 

Cənubi  Qafqaz ermənilərinin  hörmətini  qazanmaq  üçün, 

Kalbalı  xan  vasitəsilə  Danili  İrəvana  qaytarmaq  fıkrinə 

düşdü.


1803-cü  il  fevralın  6-da  Sisyanov  Kalbalı  xana 

yazırdı:


-"Ali  məqamımzdan  xahiş  edirəm  ki,  sizdən  asılı 

olan  bütün  imkanlardan  istifadə  edərək,  Ümumrusiya 

əlahəzrət  imperatoru  və  ali  sultanın  razılığına  əsasən, 

Ararat  patriarxı  Danil  Katalikosun  öz  vəzifəsinə  qay- 

tarılmasına  köməklik  göstərəsiniz.  Mənə  gəlib  çatan



xəbərə  görə,  inamram  ki,  sizin  katalikos  Danilin  geri 

qaytarılması üçün imkanlarımz var".

Kalbalı  xanm  cavab  məktubu  yoxdur.  Kalbalı 

xanm  Arxiyepiskop  Ohanesə  yazdığı  məktubdan  nəticə 

çıxarmaq olar.

O, 


yazırdı:  "Mən iranlılardan o qədər incimişəm ki, 

onlar  Allah  olsalar  belə,  mən  onlara  boyun  əymərəm. 

Əgər  mən  dəqiq  bilsəm  ki,  ruslar  Gürcüstanı  tərk 

etməyəcəklər,  necə  ki,  qraf  Zubov  qayıtdı  və  bunun 

nəticəsində  bizim  evlər  dağıldı.  O  zaman  mən  ruslara 

xidmət  edərəm.  Mənim  haqqım da  Sisyanova  pis 

cəhətdən  məlumat  verilmişdi.  Əgər  mənə  yazıldığı  kimi, 

ruslar  Gürcüstanda  möhkəmlənsələr,  mən  də  dövləti- 

mizin  xidmətində  olaram.  Mən  aym  28-də  İrana  şahm 

yanma  gedəcəm  və  bu  səfərdə  əsas  məqsədim  patriarx 

Danili  Naxçıvana  gətirməkdir,  siz  buna  əmin  ola 

bilərsiz".  (Qeyd:  Kalbalı  xan  Rusiya  dövlətinə  pis  mü- 

nasibət  bəsləmirdi.  Sadəlöhvlüklə  bu  dövlətin  köməyinə 

bel  bağlayırdı.)

Çox  güman  ki,  Kalbalı  xan  İrana  getmiş  və 

katalikos  Danilin  geri  qaytarılmasma  nail  olmuşdur. 

Lakin,  İrəvanlı  Məhəmməd  xan  Danili  İrəvana  burax- 

mamışdı.  Bu  zaman  xanın  özü  tərəfmdən  təyin  edilən 

David  adlı  erməni  katalikosu buram idarə edirdi.  İrəvan 

xanı Məhəmməd xanm bu hərəkəti Sisyanovu çox narazı 

saldı.  Məhz  buna  görə,  Sisyanov  1804-cü  il  maym  5-də 

Kalbalı  xana  məktub  göndərərək,  Məhəmməd  xanın

ünvam na  hədələyici  sözlər  yazıb,  bunu  ona  çatdırmağı 

Kalbalı xandan tələb  etdi.

Tələblər bunlar idi:

1.  H ər  şeydən  əvvəl  Davidlə  aparılan  damşıqlar 

kəsilməli,  patriarx Danil öz yerinə bərpa olunmalıdır.

2.  Qala  (İrəvan)  rus  qoşunları  tərəfindən  tutulan- 

dan  sonra  xana  qalada,  yaxud  qaladan  kənarda  yaşa- 

mağa sərbəstlik veriləcəkdir.

3.  Xan  rus  imperatorunu  özünə  başçı  kimi  qəbul 

etməli,  sədaqətli  olacağma and içməlidir.  '

4.  Xan  Rusiyaya  80  min  manat  həcmində  xərac 

verməli,  1-ci  yarısı  novruzdan  1  gün  keçdikdən  sonra,  2- 

ci  yarısı  iyul  ayından  sonra  ödənilməlidir.  Bunun 

müqabilində  xan  öz  əvvəlki  hüququnda  qalacaq.  İmpe- 

rator  xanlıq  hüququ  barədə  şəhadətnamə  verəcək,  onun 

təhlükəsizliyinin  təmin  edəcək.  Eyni  zamanda,  Xan 

ailəsinin  İrandan  gətirilməsi  üçün  bütün  tədbirlər 

görüləcək.

Sisyanov  Kalbalı  xandan  istifadə  edərək,  Məhəm- 

məd  xana  təsir  göstərməyə  çalışırdı.  İrəvan  xanlığmı  ələ 

keçirmək  məqsədini  güdərək,  Eçməidzinə  daha  etibarlı 

Danili  katalikos  qoymaq  istəyirdi.  Bununla  da,  rus 

komandanlığı  Cənubi  Qafqazda  xristianlarm,  xüsusilə 

də,  hələ o vaxt,  dünyanm  hər yerinə yayılmış  ermənilərin 

hüsn-rəğbətini qazanmağa can atırdı.  Lakin,  o zaman bu 

fikri o,  həyata keçirə bilmədi.

Rus  komandanlığı  hərbi-strateji  cəhətdən  əlverişli



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə