Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

olan  İrəvan  xanlığım  fəth  etmək  üçün  tədbirlər  hazır- 

ladığı  zaman,  ingilis-fransız  diplomatiyası  tərəfindən 

qızışdırılan şah hakimiyyəti  1804-cü ilin may  aym da R us 

komandanlığmdan  tələb  etdi  ki,  qoşunlarm ı  Cənubi 

Qafqazdan çıxarsm.  Bu o vaxtlar idi ki,  Sisyanov Naxçı- 

vanda  Kalbalı  xanla  danışıqlar  aparırdı.  Rusiya  İranm  

notasmı  rədd  etdiyinə  görə,  1804-cü  il  iyunun  10-da 

İranla  Rusiya  arasmda  diplomatik  münasibətlər  kəsildi 

və  beləliklə  də,  bu  iki  dövlət  arasmda,  tarixdə  məşhur 

olan birinci Rusiya-İran müharibəsi başlandı.

XIX 

əsrin  əvvəllərindən  Qafqazı  ələ  keçirməyi 



qarşısma  məqsəd  qoyan  Çar  Rusiyası  1803-cü  ildə  Car- 

Balakən  camaatım  qəddarlıqla  özünə  tabe  etdikdən 

sonra,  1804-cü  ilin  yanvarmda  daha  qəddarlıqla  Gəncə 

xanlığmı da işğal etdi.

Rus qoşunlarmm Azərbaycan ərazisindəki təcavüz- 

dən təşvişə düşən İran hökuməti, çar qoşunlarmm Cənubi 

Qafqazdan  geri  çağırılmasım  tələb  etdi.  Alınan  rədd 

cavabı  İran-Rusiya  arasmda  müharibənin  başlanması 

üçün  bəhanə  oldu.  Müharibənin  ilk  günlərindən  qalibiy- 

yətlə  irəliləyən  rus  qoşunlarmm  müvəffəqiyyətinə,  Car- 

Balakəndə,  Gəncə  xanlığmda  qəddarlıqlarma  Azərbay- 

canm   xanları  biganə  qala  bilməzdilər.  Gəncə  xanlığmm 

aqibətindən  qorxuya  düşən  Qarabağ,  Şəki  və  Şamaxı 

xanları  rus  qoşunlarmdan  ehtiyat  edərək,  "müqavilə" 

əsasm da  Ç ar  Rusiyasmm  himayəsini  qəbul  etməyə 

m əcbur  oldular.

Hələ  İranla  müharibə  başlamazdan  əvvəl,  yerli 

vəziyyətlə tanış  olan rus  ordusunun Qafqaz qoşunlarınm 

ali  baş  kom andanı  knyaz  P.D.Sisyanov  yazmışdı: 

"Azərbaycan  xanlarınm  böyük  bir  hissəsi  açıqdan-açığa 

İran  şahımn  özbaşmalığma görə ona nifrət edir".

Fətəli  şah  Azərbaycan  xanlığmı  özünə  tabe  etmək 

fikrinə  düşmüşdü.  Şah  Cənubi  Azərbaycanda  çox 

asanlıqla  qələbə  çalacağına  ümid  edirdi.  Lakin,  o 

yanılırdı.  Əvvəlki  illərdən  fərqli  olaraq,  Cənubi  Azər- 

baycanm  bir  çox  xanları  ümumi  düşmənə • qarşı  birgə 

müqavimət  göstərməyi  qərara  aldılar.  Vəziyyətin  belə 

şəkil  alacağmdan  xəbər  tutan  Sisyanov  dərhal,  rus 

komandanlığmm  qərargahma  xəbər  -  məlumat  verdi: 

"Təbriz  xanı  Əhməd  xan  və  bundan  əlavə Azərbaycanm 

və  İranm  daha  10  xanı  Baba  şahdan  üz  çevirmişdir. 

Yaranmış  vəziyyət  onu  xeyli  narahat  etmişdir.  Əgər  şah 

Azərbaycana  gəlsə...  Azərbaycan  xanları  sözləşiblər  ki, 

müqavimət  göstərib,  onu  məğlub  etsinlər  və  İran 

qoşunlarmm  Aflantu  (Qaflanku)  dağı  istiqamətindəki 

hərəkətinin qarşısım alsmlar".

İran  əleyhinə  açıq  siyasət  yeridən  Cənubi  Azər- 

baycan xanlannm  biri, Xoy xanlığmm  hakimi  Cəfərqulu 

xan idi.

Cəfərqulu xan Qafqazdakı  Rusiya  qoşunlarm m   ali 

baş  komandanı  ilə  məktublaşırdı.  Şah  Cəfərqulu  xam 

cəzalandırmaq  üçün  imkan  axtarırdı.  Cəfərqulu  xan 

Xoydan  gedən  zaman  şah  ordusu  Xoydan  Cəfərqulu



xanın  oğlunu,  arvadmı,  qardaşmı  girov  kimi  özbrilə 

apardılar.  Bu  hadisədən  sonra  Cəfərqulu  xan  şaha  tabe 

olmaqdan  tamamilə  imtina etdi.  İrəvana  gedib,  Məhəm- 

məd xanın yanında sığınacaq  tapdı.

Tarixi  ədəbiyyatda  belə  bir  məlumat  var  ki,  guya 

vəziyyəti bilən  Kalbalı xan Cəfərqulu  xana m əktub  yazır 

ki,  İrana  Fətəli  şahm  yanma  gedib  onun  əyalını  geri 

qaytaracaq.  Xoy  xanlığmm  qaytarılmasmı  xahiş  edəcək. 

Yalnız  bir  şərtlə  ki...  ruslardan  əl  çəksin.  Cəfərqulu  xan 

Rusiyaya meyl etdiyindən bu işə razılıq verməmişdi.

Çox  güman  ki,  Kalbalı  xamn  bu  fıkri  İran  şahına 

çatdırılmışdı.  Təsadüfı  deyil  ki,  1804-cü  ildə  Fətəli  şah 

15.000 nəfərlik  ordu  ilə  İrəvan  qalasmı  alıb,  Məhəmməd 

xam  əsir  edərək,  Tehrana  göndərdikdən  sonra  İrəvan 

xanlığınm idarəsini Kalbalı xana tapşırdı.

Kalbalı  xanm  İran  şahı  tərəfmdən  dəstəklənməsi 

Qafqazdakı  rus  komandanlığına  çatdınlmışdı.  Kalbalı 

xana onsuz da inanmayan knyaz Sisyanov, bu hadisədən 

sonra  Naxçıvan  xanına  etibarmı  tamamilə  itirdi.İran 

dövləti ilə yaxınlığma görə, Sisyanov Kalbalı xam özünün 

ən  qəddar  düşməni  hesab  edirdi.  Abbasqulu  xan  bu 

vəziyyətdən  istifadə  etdi.  O,  Naxçıvandan  uzaqlaşdırıl- 

dıqdan  sonra  Sisyanovun  yanında  sığınacaq  tapmışdı. 

Sisyanova  arxalanaraq,  Təbrizdən,  Ordubaddan,  Naxçı- 

vandan gələn tacirləri soyub-talayırdı. Lakin o, Naxçıvan 

taxtm ı  unutmurdu.

Kalbalı  xan  Lütfəli  Sultana əmr edir:

"Silah  gərək  anbarlarda  deyil,  əllərdə  olsun!  Hər 

bir  süvari  qeydiyyatdan  keçirilsin.  Süvarilər  dağınıq 

halda  deyil,  cəm  şəkildə xidmətə göndərilsin!  Komandir- 

ləri  Nəzərəli  xan  olsun!"

Qeyd  edək  ki,  Kalbalı  xan  özündən  qüvvətli  olan 

düşmənlərini bir-birinə qarşı qoymaq,  bəzi hallarda müx- 

təlif tarixi  şəraitlə  əlaqədar  öz  mənafeyi  naminə  onlarm 

birisindən  digərinə  qarşı  istifadə  etmək  siyasəti  baxı- 

mından da mahir diplomat idi.

1805-ci  ildə  Sisyanov  İrəvan  qalasmı  tərk  etməyə 

məcbur  olduqdan  sonra,  Fətəli  şah  bütün  Azərbaycanm 

idarəsini  oğlu  Abbas  Mirzəyə  tapşırmışdı.  Abbas  Mirzə 

isə,  öz  növbəsində  Kalbalı  xanın  yüksək  qabiliyyətinə 

bələd  idi,  ona  görə  onu  yenidən  Naxçıvana  hakim  təyin 

etdi.  Lakin  bu  hadisədən  iki  il  keçməmiş  Abbas  Mirzə 

Kalbalı  xanı  hansısa  səbəblərə  görəsə  (çox  ehtimal  ki, 

Kalbalı xan nominal hökmdarlığa yenidən nail olduqdan 

sonra  tam müstəqillik qazansın  deyə gizli  surətdə Rusiya 

ilə  əlaqədar  olduğuna  görə  Abbas  Mirzənin  etimadmı 

itirmişdi)  ondan  narazı  qalmış,  onu  Tehrana  çağırıb, 

həbs  etdirmişdi.  Kalbalı  xanın  həbsi  onun  nə  siyasi  fəa- 

liyyətinə,  nə  də  Naxçıvan  xanhğınm  nominal  müstəqil- 

liyinə  son  qoymamışdı.  Kalbalı  xanın  5  illik  həbsi  döv- 

ründə  xanlıq  onun  qohumları  tərəfindən  yarımmüstəqil 

formada  fəaliyyət  göstərmişdir.  Bu  müddətdə  Kalbalı 

xanın  öz  şəxsi  taleyinə  gəldikdə  isə,  o,  yenidən  Abbas 

Mirzənin  nüfuzunu  qazanıb  3  dəfə  Naxçıvana  hakim




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə