Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

təyin  edilmişdir.  Rus  hakim  dairələrində  deyilən  kimi, 

Abbasqulu  xan  Baba  xana  münasibətini  göstərərək, 

ruslarm  qılığına  girmək  istəyirdi.  O,  m əktublarınm  

birində  yazırdı:  "Cəfərqulu  xanla  müqayisədə  mənim 

Baba  xanla  münasibətim  daha  pisdir".  Başqa  bir 

məktubunda:  "Yazdığımza  görə,  Naxçıvanda  ərzaq  və 

yem  tapm aq  çətindir.  Lakin,  Əlahəzrətin  nəzərinə 

çatdırıram ki, Rusiya ordusunu lazım olan ləvazimatlarla 

yanaşı  10  il  müddətində  hər  cür  ərzaqla  təchiz  edə 

bilərəm.  Xahiş  edirəm  ki,  Naxçıvan  xanlığma  sahib 

olmaq üçün,  lütfən mənə  fərman verəsiniz".

Sisyanov  bilirdi  ki,  Abbasqulu  xan  yalnız  Naxçı- 

vanda  hakimiyyəti  ələ  keçirmək  üçün  lazım  idi.  Abbas- 

qulu xan üçün fərqi yox idi ki, onu hakimiyyətə ruslar ya 

ki,  İran  komandanlağı  gətirsin.  Abbasqulu  xan  Sis- 

yanovla  yazışdığı  zaman,  eyni  zamanda Təbriz  xanlığım 

işğal  edib,  Təbrizi  özünə  iqamətgah  seçən  İran  tacının 

Vəliəhdi Abbas  Mirzə ilə də məktublaşırdı.

Sisyanov  Naxçıvan  üzərində  müvəffəqiyyətli  yürüş 

üçün hazırlıq aparırdı.  Knyaz Sisyanov Abbasqulu xanm 

adamlarına məktub hazırlayaraq, Naxçıvana göndərdi.

"İran  rəislərinin  etibarsız  olduqlarma,  hətta  eyni 

dindən olmanıza baxmayaraq, sizə əzab- əziyyət verdiyini 

xatırlatmağa  ehtiyac  yoxdur.  Baba  xanm  xəyanətini, 

İrəvanlı  Məhəmməd  xanın  başma  gətirdiyi  əhvalatdan 

gördünüz.  O, məni satıb iranlılara üz çevirdi. Nəticədə, əli 

xanlıqdan  da  çıxdı.  Həbs  edildi,  qarət  olundu.  Bax,

budur  iranlılarla  şərikli  siyasətinin nəticəsi".

D aha sonra Sisyanovun məktubunda deyilir:

"Rusiya  qanunu  və  müqəddəs  Rusiya  dövlətinin 

sərbəstliyi  ondan  ibarətdir  ki,  hər  bir  hökumətin  sərbəst 

həyatı  saxlamlsın,  qorunsun  və  müdafiə  edilsin.  Məslə- 

hətim  sizə  budur:-"Abbasqulu  xana  birləşin,  onunla 

birlikdə  mənim  vasitəmlə  özünüzə  insanpərvər  dövlətin 

simasmda  himayədar  tapın.  Kalbalı  xana  etibar  yoxdu. 

O,  sizin çörəyinizi əlinizdən alır, doğma torpaqlardan sizi 

köçürür.  Mən  müqəddəslərə  and  içirəm'  ki,  sizin 

həyatmızın  təhlükəsizliyini  qoruyacaq,  eviniz,  əmlakmız 

özünüzdə  qalacaq.  Heç  kim  sizin  dininizə,  adətinizə 

toxunmayacaq".

İran-Rusiya  döyüşləri  vaxtı  Fətəli  şah  tərəfindən 

orduya 50 min adam səfərbər edilmiş və onlarm arasında 

kəngərlilər  də  olmuşdur.  Qeyd  olunmalıdır  ki,  o  zaman 

Kalbalı  bəy,  kəngərlinin  digər  oğlu  Nəzərəli  bəy  də 

şahzadə  Abbas  Mirzənin  məiyyətində  hərbi  xidmətdə 

olmuşdur.  Bütün  Kəngərli  komandirlərinə,  sultanlarına, 

kəndxudalarma, 

ağsaqqallarma  ünvanlanmış 

şah 

fərmanmda  Kəngərli  tayfasma  ehtiram  göstərilməsi  və 



tayfa  başçısı-Naxçıvan  əyalətinin  hakimi  Kalbalı  xan 

Kəngərliyə  hörmət  edilməsi  xüsusunda  ciddi  əmr 

olunmuşdu.  Amma,  bu  sənəddə  Kəngərli  tayfasma  bir 

qədər  tənqidi  yanaşılmış  və  yazılmışdır  ki:  "Bu  tayfa 

İrandan daha çox öz ölkəsinə bağlıdır".  Sənədin  sonunda 

Fətəli  şahm  möhürü  vardır.  Həmçinin,  orada  səhihdir




(düzgündür-M.Ə),  "müqərrər  şod"  yəni,  qərara  alındı 

dərkənarı  var.  Bu  vacib  sənədin  əlahəzrət  şahın  mütaliə- 

sindən keçdiyi bilinir.

Sisyanov  Naxçıvan  bölgəsindən  üzaqlaşdıqdan 

sonra,  Kalbalı  xan  birinci  Rusiya-İran  müharibəsi 

zamanı  bir-birinin  ardınca  qələbə  qazanan  Rusiya 

dövlətinə üz çevirməyi daha üstün tutdu və xanlığm əmin- 

amanlığını  qorumaq  məqsədilə,  Cənubi  Qafqazda  olan 

rus ordusunun komandalığı ilə yazışmağa başladı.

Çar  Rusiyasmın  sədaqətli  oğlu  Pavel  Dmitriyeviç 

Sisyanovun Azərbayçan fəthini igidliyi ilə nümunə olacaq 

və  intiqam  hissiylə  alışıb  yanan,  Bakı  xanı  Hüseynqulu 

xan  heç  Sisyanovun  özünün  belə  gözləmədiyi  andı 

yarımçıq  qoydu.  Təbii  ki,  bununla  Azərbaycanı  işğal 

edən  Rusiya  imperiyasınm  şahmat  taxtasmda  MAT 

vəziyyəti  yaranmadı.  Sadəcə  olaraq,  fıqurlardan  ən  fəalı 

aradan götürülmüşdü. Yenidən bu taxtada şah, vəzir, top 

ola  biləcək  ardıcıllar  var  idi.  Kiçik  bir  fasilədən  sonra 

yenə  hər  şey  davam  etdi.  Çünki,  imperiya  öz  dişlərini 

Azərbaycana  çox əsaslı  şəkildə yeritmişdi.  Min  Sisyanov 

qurban  versə  də,  oyuna  başlamışdı.  Rusiya  onu  axıra 

çatdırmalı idi.

Azərbaycan...  Azərbaycan isə daxili çəkişmələrdən 

daha  da  artıq  parçalanmış  xanlıqlarmı  bir-bir  Rusiyaya 

peşkəş  vermişdi  və  verirdi.  Bütöv  bir  məmləkət  olmadı- 

ğından  hər  bir  xanlıq  "öz  çəpərim",  "öz  xanlığım"-dedi- 

yindən batan,  gözü çıxardılan qardaşına əl uzadıb kömək

edən yox idi.  Məslək, əqidə birliyi, Vətən hissi - böyüklük 

yox  idi.  Rusiya  bir  tərəfdən  Azərbaycana  Gəncə  dağı 

çəkirdi,  almmaz  Qarabağın  hökmdarı  İbrahim  xanı 

aldadıb  özünə  nökər  edirdi.  Azərbaycanm  şimal  qapısı 

Dərbəndi  tuturdu,  döyünən  ürəyi  Bakı  xanlığım  fəth 

edirdi...  O  biri  tərəfdən  İran  sərbazları  Naxçıvan  və 

İrəvan torpaqlarm da meydan sulayırdı.  Bədbəxt və yazıq 

millət  xilasma  birləşib  özünü  təsdiq  etmək,  hər  iki  tərəfə 

ciddi  müqavimət  göstərib  bütöv  Azərbaycan  olmağı 

bacarmadığından  ondan  hiyləgərcəsinə,  qəddarcasma 

istifadə  edən,  əzən,  məqsədli  şəkildə  məhv edən  bu və ya 

digər  tərəfın  mərhəmət  və  sığınacağına  can  atırdı.  Bunu 

xilas  olmaq  kimi  dəyərləndirdi.  Azərbaycan  hissə-hissə 

işğal  olmaqda  idi.  Və  bu meydanda  kim-kimi  sualı  daha 

önəmli  idi.  Acınacaqlısı  isə  odur  ki,  tərəflər  içində 

Azərbaycan yox idi. Azərbaycan torpağında Rusiya-İran 

qarşıdurması gedirdi.  Qənimət isə Azərbaycan idi.

Təbii  ki,  Azərbaycan  xanlıqlarmın  taleyi  Sisya- 

novun  ölümü  ilə  sona  yetmədi.  Yəni,  Çar  Rusiyasının 

dəliqanlı və fanat sərkərdəsi-türklərə, müsəlmanlara qarşı 

xüsusi  nifrəti  ilə  seçilən  xaçpərəstin  ölümü  Azərbaycanm 

Çar Rusiyası tərəfindən  işğalına son  qoya bilməzdi.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə