Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/38
Yekun variant
ŞD2 kondensat çəni ərazisində işlər
ŞD2 Kondensat çəni ərazisi mövcud Səngəçal terminalı sərhədləri daxilində yerləşir. ŞD2
Kondensat çəni ərazisi daxilində və ona bitişik hasilat suyunun saxlandığı hövzələrdən
tarixi
sızma ilə bağlı çirklənmə yerli şəkildə mövcud ola bilər. Bu ərazidə qrunt suları adətən
mövcud deyil, lakin belə tarixi sızma nəticəsində su başmış torpaqlara rast gəlinə bilər.
2012 və 2013-cü illərdə təklif edilmiş ŞD2 kondensat çəni ərazisi daxilində torpaq nümunələri
torpağın kateqoriya 1 kimi götürülə biləcəyini göstərdi.
Bununla belə, mövcud Səngəçal
terminalı sərhədləri daxilində 2-ci kateqoriya torpaq, qrunt suları, hövzədə olan səth suyu və
ya digər materiallar aşkar edilərsə, onlar BP-nin mövcud tullantıların idarə edilməsi
prosedurlarına uyğun təsnif və idarə ediləcək.
Səngəçal terminalının ərazisindən kənarda kateqoriya 2 torpaq/su aşkar edilərsə (aşkar
edilmiş torpağın/suyun təhlilini almaqla), aşağıdakı iş təcrübəsi qəbul ediləcək:
Torpaq,
səth suları, qrunt suları və ya digər materiallar
müqayisə edilən ekoloji
keyfiyyətə malik sahəyə köçürüləcək;
Torpağın, səth sularının, qrunt suların və ya digər materialların oxşar ekoloji keyfiyyətə
və ya funksiyaya malik mühitə köçürülməsi ətraf mühiti daha da korlamayacaq və
çirkləndiricilərin təbii parçalanmasına yardım edəcək qaydada aparılacaq; və
Kateqoriya 2 torpaq/suya rast gəlindikdə aşağıdakı təfərrüatlar qeydə alınacaq: aşkar
edilmiş çirkləndiricilər; ətraf mühitin daha da korlanmasının qarşısını almaq
üçün qəbul
edilmiş emal üsulları; və aşkar edilmiş çirkləndirici materialın miqdarı və yeri.
Səngəçal terminalı daxilində kateqoriya 2 torpağına/suyuna rast gəlinərsə, onlardan Səngəçal
terminalından kənarda aşkar edilmiş materiallarla eyni qaydada istifadə ediləcək və ya tullantı
kimi təsnif edilərək, BP-nin AGT Regionu üzrə mövcud idarəetmə planlarına və
prosedurlarına uyğun idarə ediləcək.
ŞD2 magistral boru kəmərinin qurudakı dəhlizi daxilində çirklənmə ərazilərinin məhdud olması
gözlənilir. Daha geniş bataqlıq sahəsi daxilində keçmişdən üçüncü tərəflərin çirkləndirdiyi
məlum sahələr mövcuddur və gələcəkdə də belə çirklənmənin əlavə lokallaşdırılmış
parçalarının aşkar ediləcəyi istisna edilə bilməz. Bununla belə, çirklənmənin yayılmasının
mümkünlüyünü minimuma qədər azaltmaq üçün yuxarıda qeyd edilmiş üsullar və tikintinin
idarə edilməsi üzrə qabaqcıl üsullar qəbul ediləcək.
Hadisənin miqyasının xülasəsi Cədvəl 10.24-də verilmişdir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/39
Yekun variant
Cədvəl 10.24 Hadisənin miqyası
Parametr
Quruda boru kəmərinin quraşdırılması
ŞD2 kondensat çəni sahəsində işlər
Dərəcə/miqyas
1 1
Tezlik
3 3
Müddət
3 3
İntensivlik
1 1
Hadisənin
miqyası:
8 8
10.6.2.2 Reseptorun
həssaslığı
Müvafiq reseptorlara Səngəçal terminalı və sahildəki ŞD2 magistral boru kəməri dəhlizi
yaxınlığındakı torpaq və səth suları daxil olacaq. Bu günə qədər aparılmış monitorinqdə (Fəsil
6 Bölmə 6.4.4-ə istinad edin) səthdən 20 metr dərinlikdə qrunt suları daşıyan layların
olmadığını təsdiq edilmişdir.
Fəsil 6-da hesabat verildiyi kimi, sahildəki ŞD2 magistral boru kəməri dəhlizində və onun
yaxınlığında torpağın keyfiyyətinin tədqiqi (2006, 2008 və 2010-cu illərdə)
ciddi çirklənmənin
odluğunu göstərmir. Torpaq və su nümunələrinin təhlili müvafiq standartların və ya limit
kəmiyyətlərinin keçilmədiyini göstərdi (Əlavə 10G-ya istinad edin) (təbii şəkildə rast gəlinən və
regional göstəricilərlə uyğun olması hesab olunan yüksək arsen və dəmir səviyyələri istisna
olmaqla).
Neft karbohidrogen konsentrasiyaları aşağı olub, ŞD2 magistral boru kəmərinin qurudakı
dəhlizində ancaq bir nümunədə aşkar edilmiş və cəmi 100 mq/kq-dan artıq olmuşdur. Bu
sahə daxilində karbohidrogen yüksək molekulyar çəkiyə malikdir (keçmiş çirklənmələrin hava
təsirinə məruz qalmasını göstərir) və yüksək səviyyədə lokallaşmışdır. Buna görə də
paylanma potensialının kiçik olacağı hesab edilir.
Terminalda cənubdakı bataqlıq sahələrdə 2011 və 2012-ci illərdə aparılmış tədqiqatlarda
lokallaşdırılmış karbohidrogen sahələri müşahidə edilmişdir. Bunların hamısı üçüncü tərəf
mənbələrindən neftin dağılması ilə bağlıdır. Digər lokallaşdırılmış dağıntılar üçüncü tərəf boru
kəmərlərinin yaxınlığında müşahidə edilmişdir, lakin davamlı sızmalara təsadüf edilməmişdir.
ŞD2 kondensat çəni ərazisində torpaq və suya dair mövcud olan analitik məlumatlar mümkün
narahatlıq yaradan konsentrasiyaların aşağı olduğunu göstərir (torpaqda neft
karbohidrogenlərinin konsentrasiyası <40mq/kq təşkil edir). Arsen və dəmirin artmış
konsentrasiyaları qeydə alınmışdır, lakin onların təbii şəkildə baş verdiyi təxmin olunur.
Torpaqda və ya qrunt sularında çirklənmənin artmış konsentrasiyası yerli şəkildə istisna edilə
bilməz, lakin onun yayılma ərazisi və paylanması bu ərazidə mövcud olan aşağı keçiriciliyə
malik geoloji şəraitlərlə məhdudlaşır. Hər hansı belə çirklənmənin yayılması riski yuxarıdakı
10.6.2.1 Bölməsində təqdim edilmiş tədbirlərlə azaldılacaq.
Cədvəl 10.25-də torpaq və səth sularının “Orta reseptor həssaslığı”nı əks etdirən 4 qiymətinin
təyin olunması əsaslandırılır.
Quruda boru kəmərinin quraşdırılması
ŞD2 kondensat çəni sahəsində işlər