Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/38 

Yekun variant 



 

ŞD2 kondensat çəni ərazisində işlər 

 

ŞD2 Kondensat çəni  ərazisi mövcud Səngəçal terminalı  sərhədləri daxilində yerləşir.  ŞD2 



Kondensat çəni ərazisi daxilində və ona bitişik hasilat suyunun saxlandığı hövzələrdən tarixi 

sızma ilə bağlı çirklənmə yerli şəkildə mövcud ola bilər. Bu ərazidə qrunt suları adətən 

mövcud deyil, lakin belə tarixi sızma nəticəsində su başmış torpaqlara rast gəlinə bilər.  

 

2012 və 2013-cü illərdə təklif edilmiş ŞD2 kondensat çəni ərazisi daxilində torpaq nümunələri 



torpağın kateqoriya 1 kimi götürülə biləcəyini göstərdi. Bununla belə, mövcud Səngəçal 

terminalı sərhədləri daxilində 2-ci kateqoriya torpaq, qrunt suları, hövzədə olan səth suyu və 

ya digər materiallar aşkar edilərsə, onlar BP-nin mövcud tullantıların idarə edilməsi 

prosedurlarına uyğun təsnif və idarə ediləcək.  

 

Səngəçal terminalının  ərazisindən kənarda kateqoriya 2 torpaq/su aşkar edilərsə (aşkar 



edilmiş torpağın/suyun təhlilini almaqla), aşağıdakı iş təcrübəsi qəbul ediləcək: 

 

 Torpaq, 



səth suları, qrunt suları  və ya digər materiallar müqayisə edilən ekoloji 

keyfiyyətə malik sahəyə köçürüləcək; 

 Torpağın, səth sularının, qrunt suların və ya digər materialların oxşar ekoloji keyfiyyətə 

və ya funksiyaya malik mühitə köçürülməsi  ətraf mühiti daha da korlamayacaq və 

çirkləndiricilərin təbii parçalanmasına yardım edəcək qaydada aparılacaq; və 

 

Kateqoriya 2 torpaq/suya rast gəlindikdə  aşağıdakı  təfərrüatlar qeydə alınacaq: aşkar 



edilmiş çirkləndiricilər; ətraf mühitin daha da korlanmasının qarşısını almaq üçün qəbul 

edilmiş emal üsulları; və aşkar edilmiş çirkləndirici materialın miqdarı və yeri. 

 

Səngəçal terminalı daxilində kateqoriya 2 torpağına/suyuna rast gəlinərsə, onlardan Səngəçal 



terminalından kənarda aşkar edilmiş materiallarla eyni qaydada istifadə ediləcək və ya tullantı 

kimi təsnif edilərək, BP-nin AGT Regionu üzrə mövcud idarəetmə planlarına və 

prosedurlarına uyğun idarə ediləcək. 

 

ŞD2 magistral boru kəmərinin qurudakı dəhlizi daxilində çirklənmə ərazilərinin məhdud olması 



gözlənilir. Daha geniş bataqlıq sahəsi daxilində keçmişdən üçüncü tərəflərin çirkləndirdiyi 

məlum sahələr mövcuddur və  gələcəkdə  də belə çirklənmənin  əlavə lokallaşdırılmış 

parçalarının aşkar ediləcəyi istisna edilə bilməz. Bununla belə, çirklənmənin yayılmasının 

mümkünlüyünü minimuma qədər azaltmaq üçün yuxarıda qeyd edilmiş üsullar və tikintinin 

idarə edilməsi üzrə qabaqcıl üsullar qəbul ediləcək. 

 

Hadisənin miqyasının xülasəsi Cədvəl 10.24-də verilmişdir. 



 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/39 

Yekun variant 



Cədvəl 10.24 Hadisənin miqyası 

 

Parametr 



Quruda boru kəmərinin quraşdırılması 

ŞD2 kondensat çəni sahəsində işlər 

Dərəcə/miqyas 

1 1 


Tezlik 

3 3 


Müddət 

3 3 


İntensivlik 

1 1 


Hadisənin 

miqyası: 

8 8 

 

 

 

 

 

10.6.2.2 Reseptorun 

həssaslığı 

 

Müvafiq reseptorlara Səngəçal terminalı  və sahildəki  ŞD2 magistral boru kəməri dəhlizi 



yaxınlığındakı torpaq və səth suları daxil olacaq. Bu günə qədər aparılmış monitorinqdə (Fəsil 

6 Bölmə 6.4.4-ə istinad edin) səthdən 20 metr dərinlikdə qrunt suları daşıyan layların 

olmadığını təsdiq edilmişdir. 

 

Fəsil 6-da hesabat verildiyi kimi, sahildəki  ŞD2 magistral boru kəməri dəhlizində  və onun 



yaxınlığında torpağın keyfiyyətinin tədqiqi (2006, 2008 və 2010-cu illərdə) ciddi çirklənmənin 

odluğunu göstərmir. Torpaq və su nümunələrinin təhlili müvafiq standartların və ya limit 

kəmiyyətlərinin keçilmədiyini göstərdi (Əlavə 10G-ya istinad edin) (təbii şəkildə rast gəlinən və 

regional göstəricilərlə uyğun olması hesab olunan yüksək arsen və dəmir səviyyələri istisna 

olmaqla). 

 

Neft karbohidrogen konsentrasiyaları  aşağı olub, ŞD2 magistral boru kəmərinin qurudakı 



dəhlizində ancaq bir nümunədə  aşkar edilmiş  və  cəmi 100 mq/kq-dan artıq olmuşdur. Bu 

sahə daxilində karbohidrogen yüksək molekulyar çəkiyə malikdir (keçmiş çirklənmələrin hava 

təsirinə  məruz qalmasını göstərir) və yüksək səviyyədə lokallaşmışdır. Buna görə  də 

paylanma potensialının kiçik olacağı hesab edilir. 

 

Terminalda cənubdakı bataqlıq sahələrdə 2011 və 2012-ci illərdə aparılmış  tədqiqatlarda 



lokallaşdırılmış karbohidrogen sahələri müşahidə edilmişdir. Bunların hamısı üçüncü tərəf 

mənbələrindən neftin dağılması ilə bağlıdır. Digər lokallaşdırılmış dağıntılar üçüncü tərəf boru 

kəmərlərinin yaxınlığında müşahidə edilmişdir, lakin davamlı sızmalara təsadüf edilməmişdir.  

 

ŞD2 kondensat çəni ərazisində torpaq və suya dair mövcud olan analitik məlumatlar mümkün 



narahatlıq yaradan konsentrasiyaların aşağı olduğunu göstərir (torpaqda neft 

karbohidrogenlərinin konsentrasiyası <40mq/kq təşkil edir). Arsen və  dəmirin artmış 

konsentrasiyaları qeydə alınmışdır, lakin onların təbii  şəkildə baş verdiyi təxmin olunur. 

Torpaqda və ya qrunt sularında çirklənmənin artmış konsentrasiyası yerli şəkildə istisna edilə 

bilməz, lakin onun yayılma  ərazisi və paylanması bu ərazidə mövcud olan aşağı keçiriciliyə 

malik geoloji şəraitlərlə  məhdudlaşır. Hər hansı belə çirklənmənin yayılması riski yuxarıdakı 

10.6.2.1 Bölməsində təqdim edilmiş tədbirlərlə azaldılacaq. 

 

Cədvəl 10.25-də torpaq və səth sularının “Orta reseptor həssaslığı”nı əks etdirən 4 qiymətinin 



təyin olunması əsaslandırılır. 

 

Quruda boru kəmərinin quraşdırılması 



ŞD2 kondensat çəni sahəsində işlər


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə