Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/36 

Yekun variant 



Cədvəl 10.22 Bioloji/ekoloji reseptorların həssaslığı 

 

Parametr 



İzahat 

Dərəcə 

Mövcudluq 

2004-2005 və 2008-2011-ci illərdə aparılmış son tədqiqatlar zamanı boru kəməri 

çəkiləcək  ərazilərdə nadir və ya mühafizə olunan bitki növləri və ya balalayan 

quş növləri aşkar edilməmişdir (Fəsil 6 Cədvəl 6.1-ə istinad edin). Tədqiqatlar 

zamanı qorunma statusuna malik bir sıra heyvan növləri qeydə alınmışdır ki, 

buraya IUCN Qırmızı Kitabında həssas növ kimi göstərilmiş  və  həmçinin 

Azərbaycan Qırmızı Kitabına daxil edilmiş Aralıq dənizi tısbağası daxildir.  



Xarici təsirlərə 



dözümlülük 

Boru kəmərinin çəkilməsi işlərinin təsirinə məruz qalan sahələr müvəqqəti olaraq 

torpağın üst qatının və bitki örtüyünün çıxarılması kimi işlərin təsirinə  məruz 

qalacaq.  

 

Tədqiqatlar göstərdi ki, işlərin təsirinə  məruz qalmış sahələr Terminalın 



yaxınlığında qeydə alınmış torpaqda yuva quran quşlar və heyvan növləri üçün 

kritiki deyil. Təsirə  məruz qalmış sahələr bərpa ediləcək və stabilləşəcək və 

məskunlaşma sahələrinin ekoloji funksionallığı saxlanacaq. 

 



 

 



 

10.5.2.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.23-də Quruda boru kəmərinin quraşdırılması  işləri ilə  əlaqədar qurudakı 



ekologiyaya təsirlərin xülasəsi verilir. 

 

Cədvəl 10.23 Təsirin dərəcəsi 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin dərəcəsi 

Quruda boru kəmərinin 

quraşdırılması 

Orta 


Orta (Bioloji / Ekoloji 

reseptorlar) 



Orta mənfi 

 

Aşağıdakı quru ekologiyası ilə əlaqədar monitorinq və hesabatvermə tələbləri BP ŞD2 tikinti 



fazasının ƏMSSİES-nin bir hissəsini təşkil edəcək: 

 

 



Ətraf mühitin və canlılar aləminin idarə edilməsi planı  və  bərpa və landşaftın idarə 

edilməsi planı hazırlanaraq tətbiq ediləcək və bu planda ŞD2 Layihəsi zamanı yerli 

canlılar aləminə və məskunlaşma sahəsinə dəyən təsirlərin minimuma endirilməsi üçün 

görüləcək tədbirlər verilir. 

 

Hesab olunur ki, təsirlər, yuxarıdakı Bölmə 10.5.1-də göstərildiyi kimi, mövcud nəzarət 



tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki baxımdan mümkün və  zəruri olduğu qədər 

minimuma endirilir və əlavə heç bir təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.6 Quru mühitinə (torpaq, qrunt suları və səth suları) təsirlər 

 

Bu Bölmə quruda boru kəmərinin çəkilməsi fəaliyyətləri və  ŞD2 Kondensat çəni ilə bağlı 



işlərin yerinə yetirilməsi zamanı torpaqda, qrunt sularında və ya səth sularında baş vermiş 

çirklənmənin səfərbərliyi ilə quru mühitinə dəyəcək mümkün təsirləri təqdim edir. 

 

10.6.1 Təsirin azaldılması 

 

ŞD2 tikintisi, quraşdırılması və NİS fəaliyyətləri zamanı çirklənmənin səfərbərliyini minimuma 



endirəcək mövcud idarə tədbirlərinə aşağıdakılar daxil olacaq: 

 

 



Səngəçal terminalının yaxınlığında yerləşən alt torpaq qatından ibarət torpaq 

qalaqlarının eroziyasının və yaxınlıqdakı açıq su hövzələri və drenajlarda çöküntü 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/37 

Yekun variant 

yaranmasının qarşısını almaq üçün onlar müvafiq qaydada formaya salınacaq və 

bərkidiləcək; 

 

Səngəçal terminalının yaxınlığında yerləşən mümkün çirklənmə  mənbələrinin (məs. 



saxlama sahələri), axıntı yerlərinin (məs. drenaj) və reseptorların (məs. bataqlıqlar, 

bulaqlar və  Xəzər dənizi) göstərilməsi üçün sahənin drenaj və çirklənmə  təhlükəsi 

xəritələri hazırlanacaq; 

 

Səngəçal terminalı yaxınlığında tullantı sementin/betonun saxlanması üçün ayrılmış 



sahələr su hövzələrindən kənarda təşkil ediləcək və beton/sement bərkidikdən sonra 

tullantı kimi toplanacaq; 

 Vizual 

qiymətləndirmə əsasında çirklənməsi ehtimal edilən qazılmış torpağın, səthi və 

ya qrunt sularının analitik sınağı məqsədilə hər 500m

3

 sahədən 1 nümunə götürüləcək 



və material təkrar istifadə və kənarlaşdırma üçün qruplaşdırılacaq. Torpağın və suyun 

sınaqdan keçiriləcək parametrləri və torpaqdan istifadə zamanı  məqbulluq meyarı 

Əlavə 10G-də müəyyən edilmişdir; və 

 

Səngəçal terminalının yaxınlığında tozun idarə edilməsi və yatırılması  tədbirləri tətbiq 



ediləcək. 

 

10.6.2 

Quruda boru kəmərinin quraşdırılması  və kondensat çəni ilə bağlı 

işlər 

 

10.6.2.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Sahildəki boru kəmərinin quraşdırılma prosesinə, yuxarıdakı Bölmə 10.5.2.1-də təsvir edildiyi 



kimi, açıq kəsmə ilə xəndək qazılması, keçidlərdə isə burma ilə qazma daxil olacaqdır. ŞD2 

kondensat çəni  ərazisi mövcud Səngəçal Terminalı daxilində yerləşir (Şəkil 6.1-ə istinad 

edin). Burada aparılacaq işlərə dirəklərin torpağa yeridilməsi, bünövrənin qoyulması, yeni 

kondensat saxlayıcı  çənlərin və  təcrid sahəsi konstruksiyasının quraşdırılması  və  əlaqədar 

torpaq işləri daxil olacaq.  

 

Qiymətləndirmə 

 

Quruda boru kəmərinin quraşdırılması 

 

Terminala gedən boru kəməri marşrutunun əksəriyyətində boru kəməri torpaq səthindən 2.5m 



dərinliyində basdırılacaq. Qazılmış  xəndəkdən çıxarılan bütün torpaq kənara yığılaraq 

saxlanacaq və sonra boru kəməri boyunca xəndəklərin doldurulması və bərpası üçün istifadə 

edilərək sahənin ekoloji xassəsinin əvvəlki kimi saxlanmasına yardım edəcək. 

 

Səth sularının axınına nəzarət etmək üçün müvəqqəti berma və sədlər tikiləcək və qazılmış 



xəndəklərin suyu boşaldılacaq.  

 

Qurudakı boru kəmərləri Bakı-Salyan  şosesini, dəmir yolunu və müxtəlif üçüncü tərəflərin 



boru kəmərləri/xidmət xətləri ilə  kəsişməlidir. 60-dan çox mövcud kommunal xətt və boru 

kəməri aşkar edilmiş  və qruplara birləşdirilmişdir. Hazırda burğu ilə qazılacaq sahələrin 

mövcud xidmət və ya boru kəmərindən təxminən 1.5 metr dərinə qazılması planlaşdırılır. Hər 

bir bölmədə burğu və qoruyucu kəmər avadanlığının endirilməsi və qəbulu üçün yer səthindən 

3-5 metr dərinlikdə çalalar qazmaq lazım gələcək. Çalalardan çıxarılan bütün torpaq kənara 

yığılaraq saxlanacaq və sonra marşrutun bərpası üçün istifadə edilərək sahənin ekoloji 

xassəsinin əvvəlki kimi saxlanmasına yardım edəcək. 

 

Bu günə qədər aparılmış monitorinq (Fəsil 6 Bölmə 6.4.3-ə istinad edin) ŞD2 boru kəmərinin 



dəhlizində hər hansı nəzərəçarpacaq və ya geniş yayılmış çirklənmə göstərmədi, çirklənmiş 

torpağın və zibillərin lokallaşdırılmış sahələrdə olması mümkündür və onlar yalnız fiziki 

narahatlıqla müşayiət edilir. Terminaldan cənubdakı bataqlıq sahədə üçüncü tərəf mənşəli 

olan lokallaşdırılmış çirklənmə aşkar edilmişdir. Quruda ŞD magistral boru kəməri dəhlizinin 

marşrutu bataqlığın şərq kənarı və suyu qurudulmuş xəndəklər boyunca keçəcək. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə