Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/42 

Yekun variant 

 

Cədvəl 10.27-də “Orta vəziyyət miqyası”nı  əks etdirən torpağa paya yeridilməsinə 6 və 



quruda boru kəmərinin quraşdırılmasına isə 8 qiymətinin təyin olunması əsaslandırılır.  

 

Cədvəl 10.27 Hadisənin miqyası 

 

Parametr 

Dirək yeritmə 

Quruda boru kəmərinin quraşdırılması 

Dərəcə/miqyas 

1 1 


Tezlik 

3 1 


Müddət 

1 3 


İntensivlik 

1 2 


Hadisənin miqyası: 

6 7 

 

 

 



10.7.2.2 Reseptorun 

həssaslığı 

 

2011-ci il ilkin arxeoloji tədqiqat zamanı ŞD2 Genişlənmə sahəsində aşağı, orta və ya yuxarı 



terras sahələrində arxeoloji sahələr aşkar edilməmişdi.  Ən yaxın arxeoloji sahələr yuxarı 

terras sahəsinin  şimal-qərbində yerləşən Səngəçal 10, 12 və 13 sahələridir (saxsı 

qırıntılarından ibarətdir). Bununla belə, yuxarı terrasın  şimal-şərq küncündə  əsasən Orta 

Əsrlər saxsı qırıntılarından ibarət bir neçə izolə edilmiş tapıntılar aşkar edilmişdir. Buna əlavə 

olaraq, aşağı terras sahəsindən izolə edilmiş Orta əsrlərə aid saxsı  qırıntılarından ibarət 

gözlənilməz tapıntılar çıxarılmışdır. Bu izolə edilmiş tapıntıların aşkar edilməsi bu ərazilərdə 

Orta əsrlərdə insan fəaliyyətinin olduğunun əlamətidir. Bununla belə, bu ərazilərdə həm ilkin 

tədqiqat zamanı, həm də  Eİİ prosesində müşahidə qrupunun arxeoloji monitorinqi ərzində 

aşkar edildiyi kimi, hər hansı arxeoloji sahələrin aşkar olunması ehtimalı aşağıdır. 

 

ŞD2 qurudakı boru kəməri dəhlizində 2011-ci ildə həyata keçirilmiş ilkin arxeoloji tədqiqatlar 



zamanı müxtəlif səviyyəli tədqiqatlar aparılmışdı. Təklif edilən marşrutun üçüncü tərəfə aid 

boru kəməri dəhlizindən  şimala olan hissəsi tədqiq edilmiş  və heç bir arxeoloji sahə  aşkar 

edilməmişdi. Bu sahədə,  əsasən, Orta əsrlərə aid saxsı  qırıntılarından ibarət bir sıra izolə 

edilmiş tapıntılar aşkar edilmiºdir. ªD2 boru kəməri dəhlizinin üçüncü tərəf boru kəməri dəhlizi 

ilə Bakı-Salyan  şosesi arasından keçən hissəsi güclü bitki örtüyü və durğun su əraziləri ilə 

əlaqədar olaraq ciddi şəkildə tədqiq edilməmişdir. 

 

Əldə olan məlumatlara  əsasən,  ŞD2 boru kəməri dəhlizinin quruda olan hissəsinin arxeoloji 



potensialı  aşağı - orta səviyyəli hesab olunur. Hər hansı iri, geniş yaşayış  məskənlərinin 

mövcud olduğuna dair dəlillər yoxdur və bu baxımdan, bu sahədə  mədəni irs abidələrinin 

olması potensialı  aşağı hesab olunur. Bununla belə,  ŞD2 boru kəmərinin sahildə yerləşən 

dəhlizi Səngəçal karvansarasından Qaraçı karvansarasına (Səngəçal terminalından şimalda) 

qədər gedən qədim ticarət yolundan keçir. Buna görə də iki Karvansara arasında ŞD2 boru 

kəməri dəhlizinin tədqiq edilməmiş hissələrində kiçik düşərgə sahələrinə rast gəlinmə 

potensialı mövcuddur. Təklif edilən  ŞD2 boru kəmərinin sahildəki dəhlizi boyu Orta əsrlər 

dövrünə aid artıq aşkar edilmiş ayrı-ayrı tapıntılar bu ərazidə keçmişdə insanların 

məskunlaşdığını göstərir. 

 

Cədvəl 10.28-də  mədəni irsin “Orta reseptor həssaslığı”nı  əks etdirən 3 qiymətinin təyin 



olunması əsaslandırılır. 

 

Torpağa paya yeridilməsi 



Quruda boru kəmərinin quraşdırılması 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/43 

Yekun variant 



Cədvəl 10.28 Reseptorların həssaslığı 

 

Parametr 



İzahat 

Dərəcə 

Mövcudluq 

ŞD2 Genişlənmə  ərazisində  və  ŞD2 magistral boru kəməri dəhlizi daxilində 

dövlət tərəfindən qorunan abidələr və ya arxeoloji sahələr yoxdur. 

 

ŞD2 magistral boru kəməri dəhlizinin sahildə olan hissəsi boyu böyük, geniş 



yayılmış arxeoloji sahənin mövcud olduğuna dair dəlil yoxdur, lakin kiçik arxeoloji 

sahələrin olmasının mümkünlüyü qalmaqdadır. 



Xarici təsirlərə 

dözümlülük 

ŞD2 Genişlənmə ərazisinin yuxarı, orta və ya aşağı terrasları daxilində hər hansı 

arxeoloji sahələr olarsa, torpağa paya yeridilməsi işləri bu sahələrə  mənfi təsir 

göstərə bilər.  

 



 

 

 



10.7.2.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.29-da ŞD2 Genişləndirmə sahəsi daxilində payaların yeridilməsi işlərindən mədəni 



irsə təsirlərin xülasəsi verilir. 

 

Cədvəl 10.29 Təsirin dərəcəsi 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin dərəcəsi 

ŞD2 Genişləndirmə sahəsi 

daxilində payaların yeridilməsi 

Orta Orta  Orta mənfi 

Quruda boru kəmərinin 

quraşdırılması 

 

Aşağıdakı  mədəni irslə  əlaqədar monitorinq və hesabat vermə  tələbləri BP ŞD2 Tikinti 



fazasının ƏMSSİES-nin bir hissəsini təşkil edəcək: 

 

 “Arxeoloji 



və mədəni irsin idarə edilməsi planı” hazırlanacaq, burada ŞD2 Layihəsinin 

mədəni irsə olan mümkün təsiri baxımından necə idarə ediləcəyinin təfərrüatları  əks 

olunacaq; və 

 Tikinti 

işlərinin sonunda “Arxeoloji və mədəni irslə bağlı işlərin yekunu barədə hesabat” 

hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə  və Arxeologiya və Etnoqrafiya 

İnstitutuna təqdim edəcək. 

 

Hesab olunur ki, təsirlər yuxarıdakı mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə 



praktiki baxımdan mümkün və  zəruri olduğu qədər minimuma endirilir (buraya həmçinin 

müşahidə qrupunun istifadəsi və  qəfil tapıntılar proseduru daxildir) və  əlavə heç bir 

təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.8  Dəniz mühitinə təsirlər (Su sütunu və dəniz dibi) 

 

Dəniz mühitinə mümkün təsirlər tikinti-quraşdırma sahələrində soyuducu suyun boşaldılması, 



ŞD2 magistral və MEQ idxal boru kəmərlərindən və Sualtı  İnfrastrukturdan NİS-dən  əvvəl 

atılan axıntılar, sementin atılması, digər gəmilərdən atqılar, torpağa paya yeritmə və gəmilərin 

hərəkətindən yaranan səs-küy və vibrasiya nəticəsində baş verə bilər. 

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə