Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/40 

Yekun variant 



Cədvəl 10.25 Reseptorların həssaslığı (Torpaq və səth suları) 

 

Parametr 



İzahat 

Dərəcə 

Mövcudluq 

Boru kəməri dəhlizi orta dəyərlidir, çünki o, yerli şəkildə mal-qara otarılması üçün 

istifadə olunur  

 

Səth suyu hövzələri ictimai su təchizatı  məqsədilə istifadə edilmir. Mövsümi 



olaraq çobanlar tərəfindən heyvanları suvarmaq üçün istifadə edilir. 



Xarici təsirlərə 



dözümlülük 

Torpaq və  səth sularının keyfiyyəti  ŞD2 magistral boru kəməri dəhlizi və 

kondensat çəni  ərazisi daxilində aparılan işlərin təsirinə  məruz qalmayacaq. 

Üçüncü tərəf boru kəməri dəhlizi və terminaldan cənubdakı bataqlıq sahədə 

lokallaşdırılmış çirklənmə aşkar edilmişdir. 

 



 

 



10.6.2.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.26-da sahildəki boru kəmərinin quraşdırılması və ŞD2 kondensat çəni ərazisində 



işlərin torpağa və səth sularına təsirinin xülasəsi verilir. 

 

Cədvəl 10.26 Təsirin dərəcəsi 

 

Hadisə 



Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin dərəcəsi 

Quruda boru kəmərinin 

quraşdırılması 

Orta Orta  Orta mənfi 

ŞD2 Kondensat çəni ərazisində 

işlər 


 

Aşağıdakı çirklənmənin yayılması ilə əlaqədar monitorinq və hesabat vermə tələbləri BP ŞD2 

Tikinti fazasının ƏMSSİES-n bir hissəsini təşkil edəcək: 

 

 Terminalın tikintisi və sahildə boru kəmərinin quraşdırılması üçün çirklənmənin 



qarşısını alma planı hazırlanacaq və tətbiq ediləcək; 

 

Əlavə 10G-də göstərilmiş parametrlər üçün bataqlıq sahədə rübdə bir dəfə  səth 



sularının nümunələri götürüləcək; və  

 Rast 


gəlinmiş növ 2 torpaq/suya dair qeydlər (buraya analitik nəticələr,  şəkillər, rast 

gəlinən yerlərin koordinatları, görülən tədbirlər və materialların miqdarı daxil olacaq) 

saxlanacaq və sahildə boru kəmərinin tikintisi başa çatdıqda ETSN-nə hesabat 

veriləcək. 

 

Hesab olunur ki, təsirlər yuxarıdakı Bölmə 10.6.1-də göstərildiyi kimi mövcud idarəetmə 



tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki baxımdan mümkün və  zəruri olduğu qədər 

minimuma endirilir və əlavə heç bir təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.7 Quru və sahilyanı mühitə təsirlər (mədəni irs) 

 

Bu Bölmədə  ŞD2 Genişləndirmə sahəsi daxilində payaların torpağa yeridilməsi və quruda 



boru kəmərinin çəkilməsi fəaliyyətləri ilə bağlı mədəni irsə dəyən təsirlər təqdim edilir. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/41 

Yekun variant 



10.7.1 Təsirin azaldılması 

 

Mədəni irslə bağlı mövcud olan idarəetmə vasitələrinə aşağıdakılar daxildir 



 

 Arxeologiya 

və Etnoqrafiya İnstitutunun nümayəndələri (AEİ) tərəfindən təşkil edilmiş 

müşahidə qrupu hər hansı arxeoloji vacibliyi olan istənilən artefaktları aşkar edəcək və 

onlara Səngəçal terminalı yaxınlığında tikinti və istismaravermə fəaliyyətləri üçün qəfil 

tapıntıların aşkar edilməsi proseduru tətbiq ediləcək; 

 Müşahidə Qrupu Arxeoloqları  aşkar edilmiş  hər hansı tapıntılara dair dərhal hesabat 

verəcək və  tələb olunan hər hansı düzəliş  tədbiri Mədəniyyət və Turizm Nazirliyi və 

Arxeologiya və Etnoqrafiya İnstitutu ilə  əməkdaşlıqla arxeologiya mütəxəssisi ilə 

razılaşdırılacaq; və 

 Qazma 

işləri zamanı arxeoloji ehtiyatlar aşkar edildikdə arxeoloji müşahidə qrupu onu 

qiymətləndirəcək və qazma işlərinə ediləcək hər hansı  dəyişikliklər və idarə vasitələri 

barədə, həmçinin sahənin daha ətraflı arxeoloji qiymətləndirilməsini aparmaq lazım 

olub-olmayacağı barədə qərar qəbul etmək üçün sahədə işlərin dayandırılması zərurəti 

barədə qərar qəbul edəcək. 

 

10.7.2 

ŞD2 genişləndirmə sahəsi daxilində torpağa payaların yeridilməsi və 

quruda boru kəmərinin çəkilməsi 

 

10.7.2.1 Hadisənin miqyası 



 

Təsviri 

 

Torpağa payaların yeridilməsi 



 

Fəsil 5 Bölmə 5.5.2.2-də müzakirə edildiyi kimi, ŞD2 Genişlənmə  ərazisi boyu özüllərin 

əksəriyyətinin dəstəklənməsi üçün aşağı, orta və yuxarı terraslarda torpağa payalar 

yeridiləcək. Diametri 450-900 mm, uzunluğu 10-15m arasında olan təxminən 6750 payanın 

torpağa yeridilməsi planlaşdırılır.  

 

Quruda boru kəmərinin quraşdırılması 

 

Sahildəki boru kəmərinin quraşdırılmasına yuxarıdakı Bölmə 10.5.2.1-də  təsvir edildiyi kimi 



açıq kəsmə ilə xəndək qazılması, keçidlərdə isə burma ilə qazma daxildir.  

 

Qiymətləndirmə 

 

Torpağa payaların yeridilməsi  

 

ŞD2 Genişlənmə  ərazisinə  ən yaxın mədəni irs abidəsi orta əsrlərə aid karvansaradır, 

bununla belə, paya yeridilməsi aparılacaq sahələr karvansaradan ən azı 1350 metr məsafədə 

yerləşəcək. Paya yeritmə  işlərindən yaranan vibrasiyanın mənbədən  ən çoxu 50 metr 

məsafəyə yayılacağı gözlənildiyi üçün Karvansaranın paya yeritmə  əməliyyatlarının təsirinə 

məruz qalacağı ehtimal edilmir. 

 

Quruda boru kəmərinin quraşdırılması 

 

Terminala gedən marşrutun  əksəriyyətində boru kəməri torpaq səthindən 2,5 metr dərinə 



basdırılacaq. Boru kəmərinin quruda quraşdırılması 4,4 km dəhliz boyu 80 metr enində təcrid 

sahəsi daxilində yerinə yetiriləcək. Nəticədə, təxminən 35,2 hektar ərazidə torpaq pozulacaq.  

 

Bunda əlavə, boru kəməri kəsişmələrində burğu üsulu ilə qazmadan istifadə etmək və burğu 



üsulu ilə qazılacaq hissələrin mövcud xidmət qurğularından və ya boru kəmərindən təxminən 

1,5 metr dərində qazılması planlaşdırılır. Hər bir hissədə burğu və qoruyucu kəmər 

avadanlığının endirilməsi və  qəbulu üçün yer səthindən 3-5m dərin çalalar qazmaq lazım 

gələcək.  




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə