Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/30
Yekun variant
Cədvəl 10.16 Təsirin dərəcəsi
Hadisə
Hadisənin
miqyası
Reseptorun həssaslığı
Təsirin dərəcəsi
Terminala aid tikinti maşın və
mexanizmləri
Yüksək
Orta (insanlar)
Çox mənfi
Orta (Bioloji / Ekoloji)
Quruda və sahil yaxınlığında boru
çəkilməsi
Orta
Orta (insanlar)
Orta mənfi
Orta (Bioloji / Ekoloji)
ŞD2 magistral və MEQ boru
kəmərlərinin istismar sınağından
əvvəl və qurudulması zamanı
Orta
Orta (insanlar)
Orta mənfi
Orta (Bioloji / Ekoloji)
Terminalda istismar sınaqları: Aşağı
Orta (insanlar)
Cüzi mənfi
Orta (Bioloji / Ekoloji)
Aşağıdakı tikinti səs-küyü ilə əlaqədar monitorinq və hesabat tələbləri BP ŞD2 Tikinti
fazasının ƏMSSİES-n bir hissəsini təşkil edəcək:
Səs-küyün monitorinqi proqramı Səngəçal terminalının yaxınlığında tikinti işlərindən
əvvəl və işlər zamanı “Narahatlığın idarə edilməsi planı”nın bir hissəsi kimi
hazırlanacaq; və
Səngəçal terminalının yaxınlığında tətbiq edilmiş səs-küyün monitorinqi proqramının
nəticələri tikinti podratçısının idarə etdiyi yaxınlıqdakı icmalarla əlaqə prosesinin bir
hissəsi kimi bu icmalara veriləcək.
10.4.2.4 Təsirin azaldılması üzrə əlavə tədbirlər
Yuxarıdakı qiymətləndirmə səs-küy modelləşdirilməsi vasitəsilə göstərdi ki, tikinti maşın və
mexanizmlərindən yaranan səs-küy insan və bioloji/ekoloji reseptorlara çox mənfi təsir
göstərə bilər. Qiymətləndirmə hazırda mövcud olan tikinti maşınlarının sayı və növü
ehtimallarına və fazalara bölünmə təfərrüatlarına əsaslanaraq hazırlanmış ağlabatan ən pis
ssenari əsasında hazırlanmışdı. Təsirin azaldılması, artıq Bölmə 10.4.1-də təsvir edildiyi kimi,
səs-küy səviyyələrini minimuma endirməyi qəbul etmişdi.
Terminalda tikinti maşın və mexanizmlərindən yaranan səs-küyü daha da azaltmaq üçün
“İcmalarla əlaqə və narahatlıqların idarə edilməsi və monitorinqi proqramı”na aşağıdakı
tələblər daxil ediləcək:
Səngəçal terminalının yaxınlığında tikinti işinə başlamazdan əvvəl təklif edilən bütün
maşın və mexanizmlərin təfərrüatlı qiymətləndirilməsi aparılacaq və tikinti proqramı
xüsusi olaraq ən yüksək səs-küy yarada biləcək işləri və onların müddətini müəyyən
edəcək;
Tikinti
və quraşdırma işləri üzrə əsas podratçılar razılaşdırılmış tezliklə
proqnozlaşdırma fəaliyyətinin təfərrüatını verən iş planlarını hazırlayacaq. Səs-küylü
fəaliyyətlər aşkar edildikdə podratçı (müvafiq İcmaların Cəlb Olunması və Maneələrin
İdarə Olunması və Monitorinqi Planında şərtləndirilmiş prosedurlara uyğun olaraq)
təsirə məruz qalan icmalarla əlaqə saxlayaraq onları artmış səs-küy müddətlərinə və
gözlənilən fəaliyyətin müddətinə dair xəbərdar edəcək; və
Səngəçal terminalının yaxınlığındakı tikinti fəaliyyətləri zamanı icma reseptorlarında
səs-küyün monitorinqi aparılacaq. Qeydə alınmış səs-küy səviyyələri müvafiq səs-küy
limitlərini (65dB Əzimkənd, Massiv 3, Ümid və 70dB Səngəçal) keçərsə, aşağıdakı
tədbirlər görüləcək:
o
Mümkün olan hallarda uyğunsuzluğun səbəbi təyin ediləcək;
o
Tədqiqatdan dərhal sonra aparılan hər hansı tədbir qeydə alınacaq;
o
Növbəti tədbirlər üçün lazımi tövsiyələr verilərsə, onlara aşağıdakılar daxil ola
bilər:
Sonrakı tədqiqatlar uyğunsuzluğun səbəbini müəyyən etməlidir;
Səs-küyə nəzarət tövsiyələrinə, məsələn, aşağıdakılar daxildir:
- Avadanlığın texniki qulluğuna verilən tələblər;
- Alternativ
avadanlığın seçilməsi; və
- Avadanlığın yoxlanması.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/31
Yekun variant
Təsirin azaldılması üzrə bu əlavə tədbirlərinin tətbiq edilməsi ilə terminala aid tikinti maşın və
mexanizmlərindən yaranan təsir “Orta mənfi təsir”ə qədər azalacaq.
10.4.3 Tikinti-quraşdırma sahəsində səs-küy
10.4.3.1 Hadisənin miqyası
Təsviri
ŞD2 dayaq bloklarının, üst tikililərin və yanalma körpüsünün tikintisi zamanı seçilmiş tikinti
meydançalarında səs-küy maşın və mexanizmlərdən yaranacaq. İşlərin əksəriyyəti, məsələn,
poladkəsmə, poladyayma və profilləndirmə kimi işlər emalatxanalarda aparılacaq.
Meydançalarda materialların daşınması üçün mobil avadanlıqdan istifadə ediləcək. Mobil
avadanlıqdan ehtimal edilən istifadə bu meydançalarda AÇG və ŞD dayaq bloku və üst
tikililərinin tikintisi zamanı istifadə edilmiş əvvəlki qeydlər əsasında hazırlanmışdır.
Sahildə platformanın əsas generatorlarının və üst tikililərin texnoloji təchizatlar istismara
verilməsi də yuxarıdakı Bölmə 10.3.3.1-də təsvir edildiyi kimi üst tikililərin hazırlandığı
meydançada aparılacaq.
Qiymətləndirmə
Tikinti-quraşdırma sahəsində maşınlar
Qurudakı tikinti işlərindən yaranan səs-küyün yaxınlıqdakı reseptorlara təsirlərinin potensial
miqyasını müəyyən etmək üçün modelləşdirmə əsasında
səs-küyün qiymətləndirilməsi
aparılmışdır (Əlavə 10B-ya istinad edin).
Tikinti dövrü ərzində texnika və istismar müddətlərinə münasibətdə ən pis variant üzrə
məntiqəuyğun fərziyyələrdən istifadə etməklə, tikinti işləri nəticəsində yaranan potensial səs-
küy təsirləri mənbədən artan məsafələr üzrə proqnozlaşdırılmış və ətraf mühitdə səs-küy
səviyyələri ilə bağlı müvafiq olaraq 55dB L
Aeq
və 45dB L
Aeq
gündüz və gecə limiti kəmiyyətləri
ilə müqayisə ediləcək.
Tikinti-quraşdırma sahələrinin hər birinin ətrafındakı binaların və perimetr boyu hasarların
tikintisindən yaranan səs-küyün ilkin nəzərdən keçirilməsi zamanı konservativ olaraq 5dBA
səs zəiflətmə təmin etdiyi fərz edilmişdir. Tikinti meydançalarında hazırda aparılan
əməliyyatlar nəzərə alınmamışdır.
Modelləşdirmə göstərmişdir ki, səs-küy mənbəyindən 150m məsafədə gündüz vaxtı üçün 55
dB həddi, 450m məsafədə isə gecə vaxtı üçün 45 dB L
Aeq
həddi təmin olunacaq. Sözügedən
hədlər insanların, adətən, mövcud olduğu yaşayış binalarına şamil olunur. Modelləşdirməyə
əsasən, tikinti meydançalarındakı səs-küy mənbələrindən 450m, yaxud daha çox məsafədə
səs-küyün artıq olmayacağı proqnozlaşdırılmışdır.
Platformanın əsas generatorlarının və üst tikililərin texnoloji təchizatlarının istismara
verilməsi
Meydançalardakı platforma generatorlarının yaratdığı səs-küyün yaxınlıqdakı hər hansı
reseptora təsirlərinin ehtimal olunan miqyasını müəyyən etmək üçün səs-küyün
modelləşdirilməsi aparılmışdır (Əlavə 10C-yə istinad edin). Ən pis varianta əsasən təsirlər
dörd generatorun 8 saat ərzində eyni zamanda işləməsi nəzərdən keçirilmiş və generatorların
gövdəsinə aid ilkin yoxlama, habelə platformadakı generatorlarla əlaqədar akustik nəzarət
vasitələrinə görə 15dB L
Aeq
məqbul hesab edilmişdir. Modelləşdirmə göstərmişdir ki, üç
generatordan 1750m və ya daha artıq məsafədə ən ciddi limitə (gecə vaxtı üçün 45 dB L
Aeq
)
əməl ediləcək.
Hadisənin miqyasının xülasəsi Cədvəl 10.17-də verilmişdir.