Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/24
Yekun variant
Münasib olan bütün hallarda enerji mənbəyi kimi mobil generatorlar əvəzinə elektrik
şəbəkəsindən istifadə etmək lazımdır;
Səngəçal terminalında çalışan işçilər səs-küyü azaltma tədbirləri ilə bağlı təlim
keçəcək;
Münasib olan hallarda Səngəçal terminalının yaxınlığında sərt və ya bərk tərkibli
materialların qazılması üçün
hidravlik, kimyəvi və ya elektrik enerjisi ilə hərəkətə
gətirilən burğu və ya brusterlərdən istifadə ediləcək;
Səngəçal terminalının yaxınlığında uzun müddət istifadə ediləcək iri maşınların
seçilməsi zamanı mümkün olan hallarda Avropa İttifaqının 2000/14/EC və 2005/88/EC
səs-küy direktivlərinə cavab verən mexanizmlərə üstünlük veriləcək;
Mümkün
və məqsədəuyğun olan hallarda tikinti meydançalarında polad konstruksiyalar
istehsalat emalatxanalarında yığılacaq;
Məqsədəuyğun olan hallarda tikinti meydançalarında çınqıl püskürtmə ilə təmizləmə
işləri emalatxanalarda və ya bağlı sahələrdə aparılacaq;
Tikinti
meydançalarında istismar sınaqlarını başa çatdırmaq üçün bütün platforma
generatorları minimum vaxt müddəti ərzində istifadə ediləcək;
Platformanın əsas generatorlarına müvafiq səs-küyün azaldılması tədbirləri tətbiq
olunur və generatorlar platformadakı işçilərin sağlamlığını və texniki təhlükəsizliyini
qorumaq üçün qapalı generator bölməsində/səsazaldıcı örtülü məkanda saxlanılır
6
;
Terminalın tikintisi və istismar sınaqları zamanı və sahildə ŞD2 magistral boru
kəmərinin tikintisi işlərindən əvvəl və işlər zamanı səs-küyə nəzarət proqramı
hazırlanacaq və nəticələr xarici şəkildə təqdim ediləcək;
Səngəçal terminalının ətrafında yerləşən yerli icmalarla (yəni Səngəçal, Əzimkənd,
Massiv 3 və Ümid) əlaqə və yerli icmaların şikayətlərinə cavab verilməsi mexanizmi
kimi, Yerli İcmalarla Əlaqə və Narahatlığın İdarə edilməsi və Monitorinqi Planı tətbiq
olunacaq və dəstəklənəcək; və
Mümkün olan bütün hallarda Səngəçal terminalının yaxınlığında planlaşdırılmış ciddi
səs hasil edən fəaliyyətlər barədə icma üzvlərinə qabaqcadan xəbər veriləcək;
qaçılmaz səs-küylü əməliyyatlar adi iş saatlarında həyata keçiriləcək.
10.4.2 Tikinti
və istismar sınağı işlərindən emissiyalar (Terminal, quruda
çəkilən borular və boru kəmərinin istismar sınağından əvvəlki işlər)
10.4.2.1 Hadisənin miqyası
Təsviri
Yuxarıdakı 10.3.2 Bəndində təsvir edildiyi kimi tikinti maşın və mexanizmləri Səngəçal
Terminalının yaxınlığında terminalın tikintisi işləri, sahildəki və sahilyanı boru kəmərinin
quraşdırılması, ŞD2 və MEQ boru kəmərlərinin istismar sınaqları (o cümlədən suyun
boşaldılması və qurudulması) zamanı istifadə ediləcəklər. Bu fəaliyyətlərin hər birində istifadə
edilməsi gözlənilən sahədə və sahədən kənarda istifadə ediləcək tikinti maşın və
mexanizmlərinin ehtimal edilən sayı və növü haqqında ətraflı məlumat Əlavə 5F-də təqdim
edilmişdir. Bundan əlavə, “Terminalın tikintisi proqramı”nın 2-ci Fazası (Tikinti işləri) zamanı
ŞD2 Genişləndirmə sahəsində torpağa 7000-ə qədər paya yeridiləcək (390 gün ərzində
gündə təxminən 18 paya yeridiləcək.
ŞD2 qurudakı qurğularının istismar sınaqlarına ŞD2 elektrik enerjisi generatorunun, qaz ixracı
kompressorlarının və dizel yanacağı ilə işləyən qurğuların (yəni yanğınsöndürmə suyu
nasoslarının və ehtiyat hava kompressorlarının) sınağı daxil olacaq.
6
Tədbirlərə alışma havasının giriş novlarında və hava sorucu novlarda akustik ləngimə və müvafiq səsboğucunun
qaz turbinin hava qəbulu ventilinə quraşdırılması daxildir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/25
Yekun variant
Qiymətləndirmə
Terminalın tikintisinə aid maşın və mexanizmlər
Modelləşdirmə terminalın yaxınlığındakı həssas reseptorlarda (yəni yaşayış məntəqələrində)
sahədə işləyən maşın və mexanizmlərlə bağlı səs-küyün artmasını hesablamaq üçün
hazırlanmışdı (modelləşdirmənin tam qiymətləndirilməsi üçün Əlavə 10B-ə istinad edin).
Qiymətləndirmə BS5228:2009 standartında verilmiş göstərişlərə əsasən yerinə yetirilmişdir
7
.
Təklif edilən sahə maşın və mexanizmləri üçün də mənbə səs-küyünün səviyyələri
BS5228:2009 standartından götürülmüşdür.
Sahədəki mexanizmlərin (o cümlədən torpağa paya yeritmə qurğularının) ehtimal edilən növü
və sayı, Fəsil 5 Şəkil 5.9-da göstərildiyi kimi, ehtimal edilmiş fazalar və hər faza üçün ayrılmış
saylar əsasında hesablanmışdı. Realistik ssenari əldə etmək üçün mexanizmlərin 50 %-nin
fəaliyyətinin sərhədində yerləşdiyi (yəni qiymətləndirilən reseptora ən yaxın) və gündə 6 saat
işlədiyi (iş gününün 50%) ehtimal edilir.
Səs-küy səviyyələri tikinti müddəti ərzində proqnozlaşdırılmış və nəticələr BS5228:2009
standartının ABC üsulundan istifadə edilməklə reseptorlarda normal
səs-küy səviyyəsindən
yüksək səviyyəyə yol verilən artımlar əsasında əldə edilmiş səs-küy limitləri ilə müqayisə
edilmişdir (Fəsil 6 Bölmə 6.4.6-ya istinad edin).
Modelləşdirmənin nəticələri göstərdi ki:
Tikinti
proqramının həyata keçirildiyi müddət ərzində səs-küy səviyyələrinin Ümid,
Əzimkənd və Massiv 3 qəsəbəsində müvafiq 65dBL
Aeq
həddindən aşağı olması
gözlənilir; və
Tikinti
proqramının böyük hissəsi üçün səs-küy səviyyələrinin Səngəçalda müvafiq
70dBL
Aeq
həddindən aşağı olması gözlənilir. Ən qızğın fəaliyyət ərzində (2016-cı ilin 2-
ci rübü) həddin 1dB(A) cüzi aşılacağı proqnozlaşdırılsa da, bu, hiss olunmayacaq və
vacib hesab edilməyəcək.
Şəkil 10.6-da tikinti müddəti ərzində terminalın yaxınlığında dörd reseptorda
proqnozlaşdırılmış səs-küy səviyyələri göstərilmişdir.
7
Britaniya Standartları İnstitutu (BSi), (2009): 'BS5228 - Tikinti və açıq sahələrdə səs-küy və vibrasiyaya nəzarət',
BSi, London