üzvləri və Heydər Əliyev Fondu bu işdə britaniyalı mütəxəssislərə
böyük kömək göstərmişdir.
Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o,
kraliça II Elizavetin və Kuba lideri Fidel Kastronun fiqurlarının
da müəllifidir) demişdir: "Mən heykəl-fiqur üzərində işə
başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək
üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv
materialını öyrəndim, minlərlə fotoşəklə baxdım. Mən onu şəxsən
tanıyan adamlarla görüşdüm". Heykəltəraş bildirmişdir ki, Heydər
Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm
Prezident, həm də adi insan kimi təsvir etməyə çalışmışdır. Fiqur
üzərində iş ümumən yarım ilədək çəkmişdir. Ümummilli liderin
heykəl-fiquru bütün boyu hündürlüyündə hazırlanmışdır. Onun
əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var.
Heydər Əliyevin müdrik baxışları uzaqlara dikilmiş, üzündə
yüngül təbəssüm, qamətində arxayınlıq və əminlik hiss edilir.
Qoluna ulu öndərin sağlığında gəzdirdiyi saat taxılmışdır.
Mərasimdə Milli Məclisin Böyük Britaniyada səfərdə olan bir
qrup deputatı, Türkiyənin bu ölkədəki səfiri Mehmed Albuğan
iştirak edirdilər.
1835-ci ildə fransalı xanım Mari Tüssonun şəxsi mum fiqurlar
kolleksiyası əsasında yaradılmış Londonun bu məşhur muzeyi
Britaniya paytaxtının görməli yerlərindən biri sayılır. Muzeyə və
onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq
və Şanxaydakı şöbələrinə hər il on milyonlarla tamaşaçı gəlir.
Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2.
2008
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 85 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin
banisi Heydər Əliyevin 85 illiyi tamam olur.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq
bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində
Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən
çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və
mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən
respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi
proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal
dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat
sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və
milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar
atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən
sürətli inkişaf strategiyası təşkil etmişdir.
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji
proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və
sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata
keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində
baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın
quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev
tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından
biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik
etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir.
Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında
etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin
aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən
kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün
başlanmasını bildirirdi. O, kommunist partiyası sıralarından
çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma
apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan
etmişdi.
Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışları,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul
etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində
üçrəngli bayrağımızı ucaltması suverenliyin qazanılması
istiqamətində atılmış ilk addımlardandır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra,
xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin
iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda
xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun
təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi
təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni
vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi
pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və
cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü
xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə
Milli Qurtuluş günü kimi yazmışdır.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması,
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət
quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas
qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş
cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin
olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı
proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin
xidmətləridir.
1994-cü ildə Heydər
Əliyevin neft strategiyasının
reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin
həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu
müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin
möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu
olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda
Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri
xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin
parlaq təcəssümüdür.
Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının
həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır.
Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş
problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində
strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və
nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir.
İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun
sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü
minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün
bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan
dövlətinin rəmzi kimi səslənir.
2003-cü il dekabrın 12-də əbədiyyətə qovuşmuş Heydər
Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız
gəlmişdi. Vida mərasimində ardı-arası kəsilməyən həmin insan
seli isə on il əvvəl - 1993-cü ildə Vətən darda ikən millətin nicat
yolunu Heydər Əliyevin simasında görənlərin birliyindən
yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə
Dostları ilə paylaş: |