26
Bank aqrobiznes vә yerli istehsal sahәlәrindә fәaliyyәt göstәrәn müştәrilәrin Bankın
“Әtraf Mühit, Sağlamlıq vә Tәhlükәsizlik” tәlәblәrini
başa düşdüyündәn әmin olmaq,
vә elәcә dә onların layihәlәrinin bizim Әtraf Mühit vә Sosial Mәsәlәlәr üzrә
Tәlәblәrimizә uyğun olaraq işlәyib hazırladıqlarından әmin olmaq üçün onlardan hәr
hansı biri ilә işlәyәcәk.
Gender
Son dövrlәrdә tәsdiq olunan Strateji Gender Tәşәbbüsü (SGT) ilә bağlı olaraq, AYİB
Azәrbaycandakı әlaqәdar sektor vә sahәlәrdә layihәlәr işlәyib hazırlamağa vә hәyata
keçirmәyә cәhd edәcәk. Strateji Gender Tәşәbbüsünün (SGT) gender bәrabәrsizliyi
qiymәtlәndirmәsinә әsasәn, Azәrbaycan gender bәrabәrsizliyinin böyük sәviyyәdә
olduğu ölkәlәr arasındadır. Bank iş yerlәrindә bәrabәr imkanları dәstәklәmәk, karyera
yüksәldilmәsini tәşviq etmәk vә qadınların da kişilәr kimi Bankın investisiyalarından
eyni dәrәcәdә faydalandıqlarından әmin olmaq üçün öz müştәrilәri ilә işlәmәyә cәhd
edәcәk. Bank, hәmçinin xidmәtlәrin hәm kişilәrin, hәm dә qadınların tәlәblәrinә
cavab verәcәk şәkildә işlәnib hazırlanmasından vә hәyata keçirilmәsindәn әmin
olmaq üçün müәyyәn fәaliyyәt hәyata keçirәcәk.
Bank hal-hazırda Azәrbaycanın maliyyә sektorunda gender bәrabәrliyini tәşviq etmәk
üçün layihә hәyata keçirir. Layihә AYİB-ә tәrәfdaş banklarda vә qeyri-bank
mikromaliyyә institutlarında qadın müştәrilәrin sayının artırılması mәqsәdi ilә qadın
kredit mәmurlarının sayının artırılmasına vә kredit mәmurlarına gender treninqlәrinin
keçirilmәsinin tәmin olunmasına әsaslanır. Bank maliyyә institutları sektorunda qadın
sahibkarların maliyyәyә çıxışını asanlaşdırmaq vә onların biznes fәaliyyәtini
dәstәklәmәk istiqamәtindә mümkün yolları müәyyәnlәşdirmәk mәqsәdilә öz
müştәrilәri ilә işlәmәyә davam edәcәk.
Gender bәrabәrliyinin qiymәtlәndirilmәsi üçün Әlavә 7-yә bax.
4. MALİYYӘYӘ ÇIXIŞ
4.1 Özәl kapital mәnbәlәri
Azәrbaycanın maliyyә sistemindә әsasәn banklar dominantlıq edir, banklar ölkәnin
maliyyә sektorunun aktivlәrinin 90 faizinә sahiblik edirlәr. Bank sistemi ümumi
sektorun aktivlәrinin 3.%-ә sahiblik edәn böyük dövlәt bankı olan Azәrbaycan
Beynәlxalq Bankından vә 43 daha kiçik özәl bankdan tәşkil olunub. Son dövrlәr
әrzindә Bank aktivlәri yüksәk dәrәcәdә artmışdır. Bununla belә, ölkәdә bankçılıq
aşağı sәviyyәdә qalmaqda davam edir vә ÜDM-in sadәcә 34 %-i tәşkil edir.
Bankların kredit portfellәri nisbәtәn yaxşı diversifikasiya edilmişdir, ailә tәsәrrüfatları
(33 faiz), ticarәt vә xidmәtlәr (21 faiz), sәnaye (11 faiz) vә daşınmaz әmlak (10%)
әsas kreditorlar hesab olunur. Mәrkәzlәşdirilmiş kredit bürosunun olmaması
sәbәbindәn, elәcә dә bankların böyük korporativ kreditlәşmәyә vә yaxud da dövlәt
tәrәfindәn hәyata keçirilәn maliyyә layihәlәrinә maraq göstәrmәlәri sәbәbindәn kiçik
vә orta müәssisәlәrin bank kreditlәrinә zәif çıxışı var.
Maliyyә sahәsindә kiçik bizneslәrin tәlәblәrini tәmin etmәk mәqsәdilә son illәr
әrzindә mikromaliyyә fәaliyyәti inkişaf etdirilmişdir. Qiymәtlәndirmәlәr göstәrir ki,
mikromaliyyә borc alanlarının sayı 2006-cı ildәki 100000 sәviyyәsindәn 2012-ci ildә
27
400000 (ölkә әhalisinin 4 %-i) sәviyyәsinә yüksәlmişdir. Belә olsa da, mikromaliyyә
institutlarının kredit portfeli ÜDM-in 1 %-i nisbәtindәdir. Bazar birlikdә demәk olar
ki, bazarın yarısını tәşkil edәn iki dominant tәdarükçü – Accessbank vә FINCA әlindә
cәmlәnmişdir. Son zamanlar mikromaliyyә bazarı sahәyә zәif nәzarәt edilmәsi, vaxtı
ötmüş nizamlayıcı rejim, informasiyanın bölüşdürülmәsindәki çәtinliklәr, әhalinin
maliyyә barәdә mәlumatlılıq sәviyyәsinin aşağı olması kimi bir sıra çәtinliklәrlә
üzlәşmişdir ki, bu çәtinliklәr gәlәcәkdә hәmin sahәnin inkişafına maneә törәdә
bilәrlәr. Dövlәt bu problemlәri aradan qaldırmaq üçün İqtisadi Mәsәlәlәr üzrә İsveç
Dövlәt Katibliyi (SECO) vә Dünya Bankı ilә әmәkdaşlıq edir, lakin bir çox mәsәlәlәr
hәlә dә hәll edilmәlidir.
Son illәr әrzindә qeyri-bank maliyyә sektoru inkişaf etmişdir, lakin onun maliyyә
vasitәçiliyi çox mәhduddur. Sığorta sektorunun aktivlәri ÜDM-in 1 faizini tәşkil edir.
Sığortaçıların verdiyi ümumi sığorta mükafatları 2012-ci ildә 61 faiz artaraq ÜDM-in
0,63 faizini tәşkil etmişdir. Bunun da içәrisindә әsas yeri qeyri-hәyat sığortası tutur
(90 faiz). Son dövrlәr hökumәt bu sahәyә icbari sığorta tәtbiq etmәklә dәstәk
göstәrmişdir. İcbari sığorta sisteminin stabillәşdirilmәsi vә tәkmillәşdirilmәsi
mәqsәdilә, elәcә dә qanunla müәyyәn edilmiş vәzifәlәrin hәyata keçirilmәsi
mәqsәdilә 2011-ci ilin noyabr ayında hakimiyyәt strukturları İcbari Sığorta Bürosunu
yaratmışdır. Bu islahatların sığorta bazarının ölçüsünü genişlәndirmәsi vә müәyyәn
vaxt әrzindә yerli kapital bazarında aktivlәri artırması gözlәnilir. Müsbәt inkişaf xarici
marağı hazırda iki böyük vә bir neçә kiçik xarici sığortaçıların iştirak etdiyi sığorta
bazarına cәlb etmişdir.
Qeyri-bank maliyyә sektorunun digәr seqmentlәri hәtta daha aşağı sәviyyәdә inkişaf
etmişdir. Ölkәdә özәl pensiya fondları fәaliyyәt göstәrmir vә lizinq sektoru hәm
bazara daxil olma, hәm dә nizamlayıcı çәrçivә baxımından öz inkişafının lap ilkin
mәrhәlәsindәdir. Kommersiya özәl aktiv sektoru hәlә dә yaradılma mәrhәlәsindәdir
vә bu günә qәdәr ölkәyә mühüm beynәlxalq özәl aktiv fondlarının marağı cәlb
olunmamışdır.
Azәrbaycanda kapital bazarı yeni yaranma mәrhәlәsindәdir. Bakı Fond Birjasının
dövriyyәsi 2012-ci ildә 7% artaraq 9 milyard AZN (ÜDM-in 17%-i) tәşkil etmişdir.
Fәaliyyәtin böyük әksәriyyәtinin hökumәt istiqrazları seqmentindә (90%) cәmlәşdiyi
halda, bir il әvvәl korporativ seqmentin dövriyyәsi demәk olar ki, yarıbayarı
azalmışdır. İlkin korporativ istiqraz bazarında 81, ilkin sәhm yerdәyişmәlәrindә isә
548 sövdәlәşmә olmuşdur. Ümumi korporativ borc vә aktiv kapitalı 2012-ci ildә 550
mln. AZN vә yaxud ÜDM-in 1 %-i qәdәr artmışdır. Qiymәtli kağızlar bazarı üçün
әsas institusional vә qanunverici çәrçivәnin 2000-ci ilin әvvәllәrindәn etibarәn
olmasına baxmayaraq, özәl sektordan kapitalın sәfәrbәr edilmәsinә az tәlәbat var vә
bu sahәdә hәlә dә az iş görülür.
Fithc, Moody’s, Standard& Poor's kimi tәşkilatların hesabatlarında Azәrbaycana
müvafiq olaraq әn aşağı investisiya dәrәcәlәri verilmişdir: BBB-, Baa3 and BBB-.
4.2. Digәr beynәlxalq maliyyә institutları (BMİ) ilә әmәkdaşlıq vә çoxtәrәfli
inkişaf banklarının maliyyәlәşmәsı
Bank siyasi dialoqun effektivliyinin artırılması mәqsәdilә Dünya Bankı, Beynәlxalq
Maliyyә Korporasiyası vә Asiya İnkişaf Bankı ilә әlaqәlәrini önә çәkәrәk bu