26
çaxmaqdaşı əvvəlcədən qəlpələnərək hazırlanır və vurma səthi yaradılırdı.
Мustye dövründən fərqli olaraq Üst Paleolit lövhələrinin qoparılması üçün zərb
alətindən və nukleusla zərb alətinin arasına qoyulan
xüsusi alətdən istifadə
olunurdu. Araya qoyulan vasitəçi alətlər sığın, maral və cüyür buynuzundan
hazırlanırdı. Lövhələrin hazırlanması olduqca mürəkkəb bir proses idi. Burada
vasitəçi alətin qalınlığı, onun nukleusun kənarından hansı məsafədə qoyulması,
zərbə bucağı və zərbənin gücü xüsusi əhəmiyyətə malik idi. Qəlpələr
qoparıldıqdan sonra daşın nüvəsi prizmatik nukleus şəklində qalırdı. Bıçaqşəkilli
lövhələrin uzunluğu 5-10 sm, eni 2-3 sm olurdu. Prizmatik nukleuslardan
qoparılan lövhələr əmək alətlərinin çeşidini artırmağa imkan verirdi. Onlardan
müxtəlif növlü qaşovlar, kəsicilər, itiuclular, dəlici və kəsici alətlər hazırlanırdı.
Lövhələrin hazırlanma texnikasında
dəyişiklik olduğu kimi, onların sonradan
işlənməsində də dəyişiklik baş vermişdi. Bu dövrdə əmək alətlərinin
hazırlanmasında basma retuş adlanan yeni texnikadan istifadə edilmişdir. Əmək
alətlərinin istifadə olunma məqsədindən asılı olaraq onun ucu, yaxud yanları
daşdan, ya da sümükdən hazırlanmış sıxac vasitəsi ilə düzəldilirdi. Sıxac vasitəsi
ilə lövhələrin ucundan, yaxud kənarlarından pulcuqlar qoparılır, ona lazım olan
forma verilir, onların kənarı itilənir və daha möhkəm olurdu.
Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında yeni materialdan
istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular,
qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş
yayılmışdı.
Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı
yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq
demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan
və qazma
tipli evlərdən də istifadə edilmişdir.
Üst Paleolit dövründə müəyyən arxeoloji komplekslərlə fərqlənən
arxeoloji mədəniyyətlər yaranır. Lakin Azərbaycanda Üst Paleolit düşərgələri az
öyrənildiyindən onları müəyyən ərazilər üzrə qruplaşdırmaq və vahid arxeoloji
mədəniyyətdə birləşdirmək mümkün deyil.
Arxeoloji araşdırmalar bu dövrdə ağıllı insanın formalaşması prosesinin
başa çatdığını göstərir. Ovçuluğun geniş inkişafı kişilər və qadınlar arasında
əmək bölgüsünün yaranmasına səbəb olur. Kişilər ovla məşğul olur, qadınlar isə
ocağı qoruyur, yığıcılıqla, paltar tikməklə, uşaqların tərbiyəsi, təsərrüfatın
idarəsi
ilə məşğul olurdular. Bu dövrdə mühüm əhəmiyyəti olan cəhətlərdən biri də
qəbilə daxilində nikahın istisna olunması və ekzoqamiyanın yaranmasıdır. Qrup
nikahın xarakterik olduğu cəmiyyətdə qohumluq qadın xətti ilə aparıldığından
qadınların cəmiyyətdə rolu artmış, qəbilə icması yaranmışdı. Qəbilələr arası
nikah münasibətlərinin inkişafı müxtəlif qəbilələrin birləşməsinə, yeni ictimai
təşkilatın-tayfanın yaranmasına səbəb olurdu. Tayfa bir neçə qohum qəbiləni
birləşdirirdi. Tayfa ekzoqamiyanın nəticəsində yaransa da, lakin onun əhəmiyyəti
yalnız qohumluq əlaqələri ilə məhdudlaşmırdı. Tayfanın
öz ərazisi və ov yeri
28
Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Мezolit dövrü ilə
əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların
istiləşməsi iqlimin
dəyişməsinə, insanların məişətində və təsərrüfatında müəyyən dəyişikliklərin
yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi
Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir.
Azərbaycanda Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında
öyrənilmişdir. Bakı şəhərindən 60 km aralıda yerləşən Böyükdaş, Kiçikdaş və
Cingirdaş dağlarının ətəklərinə iri əhəngdaşı parçaları səpələnmişdir. Dağdan
qoparaq aşağıya doğru sürüşən daş yığınlarının arasında bəzən qayaaltı
sığınacaqlara rastlanır. Dağın ətəyinə səpələnmiş bu əhəngdaşı parçalarının
üzərində və sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş
dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur
ki, buradakı təsvirlər Neolit və Мezolit dövrünün
sonuna aid maddi-mədəniyyət
qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin ən qədimləri daş üzərində
qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə
təsvir olunan siluet insan təsvirləri və vəhşi öküzlərin kontur qravüralarından
ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla
bağlı ideoloji təsəvvürlərinin əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə qədim
insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur.
Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı aşkar olunan
qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12
insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən
aşkar olunan qədim
insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu
babaları olduğunu göstərmişdir.
Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı və əhəngdaşıından hazırlanmış
əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir. Əmək alətləri həmçinin
çaxmaqdaşı və sümükdən hazırlanmışdır. Qobustanın Мezolit düşərgələrindən
çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların
həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan,
vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar.
Damcılı mağarasından aşkar olunan, Мezolit
dövrünə aid edilən əmək
alətləri çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi
formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s.
vardır.
Мezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə
mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün
mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının
tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucunun əsası
ağacdan, ya da sümükdən hazırlanır, onlarda daş lövhəcikləri
keçirmək üçün
oyuqlar açılırdı. İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi.
Мikrolitlərin meydana çıxması Мezolit dövrü üçün xarakterikdir. Onların
ölçüləri 1-2 sm olurdu. Мikrolitlər çaxmaqdaşından, yaxud yaxşı qəlpələnən