135
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
Dərs 16/ Mövzu 15, 16
:
ÖRTÜLÜTOXUMLULAR ŞÖBƏSİ.
İKİLƏPƏLİLƏR SİNFİNİN FƏSİLƏLƏRİ
Müəllim 15 və 16-cı paraqrafları ayrı-ayrılıqda, yaxud təqdim olunan dərs nümunəsi üzrə
keçə bilər. Təqdim olunan dərs nümunəsi dərslikdə təqdim olunan iki paraqrafın (15, 16)
materialını əhatə edir və 45 dəqiqə üçün planlaşdırılır. Müəllim bu dərsi təqdim olunmuş
nümunə üzrə keçərsə, illik planlaşdırmada nəzərdə tutulmuş saat bölgüsündə 1 tədris saatı
artıq qalmış olur. Bu saatdan daha səmərəli istifadə etmək məqsədilə “Örtülütoxumluların
fəsilələri”nə aid bütün paraqrafları (15-18) keçdikdən sonra ümumiləşdirici dərs təşkil
etmək olar. Müəllimin seçimindən asılı olaraq dərs viktorina, oyun, qısamüddətli layihə və s.
formalarda aparıla bilər.
DƏRSİN GEDİŞİ
MOTİVASİYA
Lövhədə şəkillər (yaxud çiçək
modelləri) nümayiş etdirilir.
Müəllim sinfə müraciət edir:
– Burada nə əks olunub? Bu
çiçəklərin quruluşunda fərqli
cəhətlərini qeyd edin
(Şagirdlər ləçək, dişicik və erkəkciklərin sayını, bitişməsini qeyd edirlər).
– Sizcə, göstərilən düsturlar hansı çiçəyə aiddir?
K
5
L
5
E∞D
1
, K
4
L
4
E
4+2
D
1
, K
(5)
L
5
E
(9)+1
D
1,
K
(5)
L
(5)
E
5
D
1
Keçən dərsdə qazanılan biliklərə əsaslanaraq şagirdlər çiçəyin şəkli və quruluşu arasında
uyğunluğu müəyyən edirlər. Müəllim:
– Bildiyiniz kimi, bitkilərin bu və ya digər fəsiləyə aid edilməsi üçün istifadə olunan
əlamətlərindən biri onun çiçəyinin quruluş xüsusiyyətləridir. İkiləpəli bitkilərin təsnifatı
üçün daha hansı əlamətlərdən istifadə etmək olar? (Digər vegetativ və generativ
orqanların quruluşu, həyat forması, yaşadığı mühit və s. görə).
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh
edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
Təlim NƏTİCƏLƏRİ
Xaççiçəklilər, gülçiçəklilər, badımcançiçəklilər və
paxlalılar fəsilələrinə aid
bitkilərin xüsusiyyətləri
haqqında mülahizələrini şərh edir.
Xaççiçəklilər, gülçiçəklilər, badımcançiçəklilər və
paxlalılar fəsilələrinə aid olan bitkiləri fərqləndirir.
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, kiçik qruplarda iş
İstifadə olunan
İŞ ÜSULLARI
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə
İNTEQRASİYA
Coğ.-2.1.7
RESURSLAR
Dərslik, şəkillər, çiçək və meyvə modelləri (natural
meyvələr), kompüter, proyektor,
elektron təqdimatlar,
yapışqan, iş vərəqləri.
136
Tədqiqat sualı:
İkiləpəlilər sinfinin fəsilələrinin nümayəndələri hansı əlamətlərə malikdir?
TƏDQİQATIN APARILMASI
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri fəsilələr üzrə 4, ya 8 kiçik qrupa bölür.
Qrupların sayı 8 olduğu halda eyni mətn üzərində 2 qrup işləyir. Hər qrup tapşırıqdan asılı
olaraq dərslikdəki mətni oxuyur və müvafiq hissəsi üzrə iş aparır. Müəllim mövzu ilə bağlı
ayrı mətnlər və şəkillər də hazırlaya bilər. Bütün qruplar tapşırığı eyni plan üzrə yerinə
yetirir. Qruplarda iş 10 dəqiqə davam edir.
Tapşırıq:
Mətni oxuyun. Məlumatı cədvəlin müvafiq xanalarında yerləşdirin.
Fəsilənin adı
Həyat
forması
Çiçək
düsturu
Meyvəsi Nümayəndələri
Əhəmiyyəti
Xaççiçəklilər
Gülçiçəklilər
Paxlalılar
Badımcançiçəklilər
Müəllim göstərilmiş cədvəli A3, yaxud A2 formatda hazırlayır və tədqiqatın əvvəlində
lövhədən asır. Hər bir qrupa (əgər qrupların sayı 8-dirsə, onda iki qrupa) bir fəsilə üzrə iş
tapşırılır. Digər şagirdlər isə 4 hissəyə bölünür və qruplara paylanır.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ.
Qruplar öz işlərini təqdim edirlər. Hər qrupun tamamlanmış cədvəl
hissəsi ümumi cədvələ
yapışdırılır. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri müzakirə edirlər.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim şagirdlərə məlumatı ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır. Örtülütoxumlu
bitkilərin fəsilələrə bölünməsi bir çox əlamətlərin cəmindən asılıdır. Əsas əlamətlər çiçəyin
və meyvənin quruluş xüsusiyyətləridir. Tozlanma həşərat və külək vasitəsilə,
öz-özünə gedə
bilər. Fəsilələrin nümayəndələri arasında həm yabanı, həm də mədəni formalara rast gəlinir.
Təbiətdə və insanın həyatında böyük rol oynayır. Öyrənilən fəsilələrin nümayəndələri
arasında dərman bitkiləri, meyvə və tərəvəz,
dekorativ, zəhərli bitkilər var.
Müəllim aşağıdakı ünvandan videomaterialları nümayiş etdirə bilər:
http://www.youtube.com/watch?v=GiCGVUSFMw8
YARADICI TƏTBİQETMƏ
Bu mərhələdə dərslikdəki 15 və 16-cı paraqraflarının “Öyrəndiklərinizi tətbiq edin” və
“Öyrəndiklərinizi yoxlayın” bölmələrində yerləşdirilmiş tapşırıqlardan istifadə etmək
mümkündür.
1. Xaççiçəklilərə və gülçiçəklilərə xas əlamətlərin nömrələrini cədvəlin uyğun xanasında
qeyd edin:
1. Çiçəkyanlığı dörd kasa yarpağından və dörd ləçəkdən ibarətdir; 2. Çiçəkdə dişiciklərin
sayı bir və ya çoxlu ola bilər; 3. Çiçəkdə çoxlu erkəkcik olur; 4. Meyvəsi buynuzmeyvə
və ya buynuzcuqdur; 5. Çiçək tacı 5 eyni formalı sərbəst
ləçəkdən ibarətdir
;
6. Bə-
zilərinin meyvəsi çəyirdəkmeyvədir; 7. Kasacıq 5 sərbəst kasayarpağından ibarətdir
;
8.
Çiçək düsturu K
4
L
4
E
4+2
D
1
; 9.Çiçək K
5
L
5
E∞D∞ və ya K
5
L
5
E∞D
1
Xaççiçəklilər Gülçiçəklilər
1, 4, 8
2, 3, 5, 6, 7,9
2. Hər bir sətirdə “artıq” bitkini müəyyən edin. Seçiminizi əsaslandırın.
А.
gül kələm, kartof, qırmızı turp, ağ turp