Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
135
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
 
 
Dərs 16/  Mövzu 15, 16:
 ÖRTÜLÜTOXUMLULAR ŞÖBƏSİ. 
İKİLƏPƏLİLƏR SİNFİNİN FƏSİLƏLƏRİ 
Müəllim 15 və 16-cı paraqrafları ayrı-ayrılıqda, yaxud təqdim olunan dərs nümunəsi üzrə 
keçə bilər. Təqdim olunan dərs nümunəsi dərslikdə  təqdim olunan iki paraqrafın (15, 16) 
materialını  əhatə edir və 45 dəqiqə üçün planlaşdırılır. Müəllim bu dərsi təqdim olunmuş 
nümunə üzrə keçərsə, illik planlaşdırmada nəzərdə tutulmuş saat bölgüsündə 1 tədris saatı 
artıq qalmış olur. Bu saatdan daha səmərəli istifadə etmək məqsədilə “Örtülütoxumluların 
fəsilələri”nə aid bütün paraqrafları (15-18) keçdikdən sonra ümumiləşdirici dərs təşkil 
etmək olar. Müəllimin seçimindən asılı olaraq dərs viktorina, oyun, qısamüddətli layihə və s. 
formalarda aparıla bilər.  
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA 
Lövhədə  şəkillər (yaxud çiçək 
modelləri) nümayiş etdirilir.   
    Müəllim sinfə müraciət edir: 
– Burada nə  əks olunub? Bu 
çiçəklərin quruluşunda fərqli 
cəhətlərini qeyd edin 
(Şagirdlər ləçək, dişicik və erkəkciklərin sayını, bitişməsini qeyd edirlər). 
– Sizcə, göstərilən düsturlar hansı çiçəyə aiddir?
 
 
K
5
L
5
E∞D
1
, K
4
L
4
E
4+2
D
1
, K
(5)
L
5
E
(9)+1
D
1, 
K
(5)
L
(5)
E
5
D
1
 
Keçən dərsdə qazanılan biliklərə  əsaslanaraq  şagirdlər çiçəyin  şəkli və quruluşu arasında 
uyğunluğu müəyyən edirlər. Müəllim: 
– Bildiyiniz kimi, bitkilərin bu və ya digər fəsiləyə aid edilməsi üçün istifadə olunan 
əlamətlərindən biri onun çiçəyinin quruluş xüsusiyyətləridir.  İkiləpəli bitkilərin təsnifatı 
üçün daha hansı  əlamətlərdən istifadə etmək olar? (Digər vegetativ və generativ 
orqanların quruluşu, həyat forması, yaşadığı mühit və s. görə). 
     
Alt  
STANDARTLAR 
 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini  şərh 
edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim NƏTİCƏLƏRİ 
 Xaççiçəklilər, gülçiçəklilər, badımcançiçəklilər və 
paxlalılar fəsilələrinə aid bitkilərin xüsusiyyətləri 
haqqında  mülahizələrini şərh edir. 
 Xaççiçəklilər, gülçiçəklilər, badımcançiçəklilər və 
paxlalılar fəsilələrinə aid olan bitkiləri fərqləndirir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI
 
Bütün siniflə iş, kiçik qruplarda iş 
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI
 
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə 
 
 
İNTEQRASİYA 
Coğ.-2.1.7 
 
 
RESURSLAR 
Dərslik,  şəkillər, çiçək və meyvə modelləri (natural 
meyvələr), kompüter, proyektor, elektron təqdimatlar
yapışqan, iş vərəqləri.   


 
 
136
Tədqiqat sualı: 
İkiləpəlilər sinfinin fəsilələrinin nümayəndələri hansı əlamətlərə malikdir?  
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün  şagirdləri fəsilələr üzrə 4, ya 8 kiçik qrupa bölür.  
Qrupların sayı 8 olduğu halda eyni mətn üzərində 2 qrup işləyir. Hər qrup tapşırıqdan asılı 
olaraq dərslikdəki mətni oxuyur və  müvafiq hissəsi üzrə iş aparır. Müəllim mövzu ilə bağlı 
ayrı  mətnlər və  şəkillər də hazırlaya bilər. Bütün qruplar tapşırığı eyni plan üzrə yerinə 
yetirir. Qruplarda iş 10 dəqiqə davam edir. 
Tapşırıq: 
Mətni oxuyun. Məlumatı cədvəlin müvafiq xanalarında yerləşdirin. 
Fəsilənin adı 
Həyat 
forması 
Çiçək 
düsturu 
Meyvəsi Nümayəndələri 
Əhəmiyyəti 
Xaççiçəklilər  
 
   
 
Gülçiçəklilər  
 
   
 
Paxlalılar     
 
 
Badımcançiçəklilər  
 
 
 
 
Müəllim göstərilmiş  cədvəli A3, yaxud A2 formatda hazırlayır və  tədqiqatın  əvvəlində 
lövhədən asır. Hər bir qrupa (əgər qrupların sayı 8-dirsə, onda iki qrupa) bir fəsilə üzrə  iş 
tapşırılır. Digər şagirdlər isə 4 hissəyə bölünür və qruplara paylanır.  
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ.  
Qruplar öz işlərini təqdim edirlər. Hər qrupun tamamlanmış  cədvəl hissəsi ümumi cədvələ 
yapışdırılır. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri müzakirə edirlər. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim şagirdlərə məlumatı  ümumiləşdirir və onlarla birlikdə nəticə çıxarır. Örtülütoxumlu 
bitkilərin fəsilələrə bölünməsi bir çox əlamətlərin cəmindən asılıdır. Əsas əlamətlər çiçəyin 
və meyvənin quruluş xüsusiyyətləridir. Tozlanma həşərat və külək vasitəsilə, öz-özünə gedə 
bilər. Fəsilələrin nümayəndələri arasında həm yabanı, həm də mədəni formalara rast gəlinir. 
Təbiətdə  və insanın həyatında böyük rol oynayır. Öyrənilən fəsilələrin nümayəndələri 
arasında dərman bitkiləri, meyvə və tərəvəz, dekorativ, zəhərli bitkilər var.   
Müəllim aşağıdakı ünvandan videomaterialları nümayiş etdirə bilər:  
http://www.youtube.com/watch?v=GiCGVUSFMw8 
YARADICI TƏTBİQETMƏ   
Bu mərhələdə  dərslikdəki 15 və 16-cı paraqraflarının “Öyrəndiklərinizi tətbiq edin” və 
“Öyrəndiklərinizi yoxlayın” bölmələrində yerləşdirilmiş tapşırıqlardan istifadə etmək 
mümkündür.  
1. Xaççiçəklilərə  və gülçiçəklilərə xas əlamətlərin nömrələrini cədvəlin uyğun xanasında 
qeyd edin: 
1. Çiçəkyanlığı dörd kasa yarpağından və dörd ləçəkdən ibarətdir; 2. Çiçəkdə dişiciklərin 
sayı bir və ya çoxlu ola bilər; 3. Çiçəkdə çoxlu erkəkcik olur; 4. Meyvəsi buynuzmeyvə 
və ya buynuzcuqdur;   5. Çiçək tacı 5 eyni formalı  sərbəst ləçəkdən ibarətdir

 6. Bə-
zilərinin meyvəsi çəyirdəkmeyvədir; 7. Kasacıq 5 sərbəst kasayarpağından ibarətdir

8. 
Çiçək düsturu K
4
L
4
E
4+2
D
1
;  9.Çiçək K
5
L
5
E∞D∞   və ya K
5
L
5
E∞D
1
  
Xaççiçəklilər Gülçiçəklilər 
1, 4, 8  
2, 3, 5, 6, 7,9  
 
2. Hər bir sətirdə “artıq” bitkini müəyyən edin. Seçiminizi əsaslandırın. 
А. gül kələm, kartof, qırmızı turp, ağ turp 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə