Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
132
 Müəllim dərsi suallarla başlaya bilər:  
  İnsanın təbiətə düşünülməmiş müdaxiləsi nəyə gətirib çıxarır? (Bir çox bitki, heyvan  
növlərinin sayı kəskin azalır). 
  İnsan nəsli kəsilməkdə olan növləri necə qoruyub sayını artırmağa çalışır? 
(Qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır)  
  Nəsli kəsilməkdə olan və ya nadir bitki, heyvan növləri haqqında məlumatı harada 
tapmaq olar? (Qırmızı kitab)
 
 
Sonra  şagirdlərlə birlikdə  dərslikdəki mətni müzakirə etmək olar. Əvvəlki biliklərinə 
əsaslanaraq,  şagirdlər Azərbaycan Respublikası  ərazisində geniş yayılmış  və xüsusi 
mühafizəyə ehtiyacı olan heyvanları qeyd edir, sual ətrafında müzakirələr aparırlar. 
 “Hansı heyvanların sayı getdikcə azalır? Bu nə ilə  əlaqədardır?” suallarının 
müzakirəsi zamanı müəllim istiqamətləndirici suallar verir: 
  Hansı balıqların sayı azalır? Bu nə ilə  əlaqədar ola bilər? (nərəkimilərin; neft məh-
sulları ilə Xəzərin suyunun çirkləndirilməsi, icazəsiz balıq ovlanması və s.) 
  Quşların, məməlilərin sayı niyə azalır?  (meşələrin qırılması, su sahələrinin 
qurudulması,  əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, mal-qara 
otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti) və s. 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra paraqrafın nəzəri materialı ilə tanışlıq 
müxtəlif üsullarla aparıla bilər. Dərslikdə verilmiş  mətnlə yanaşı,  əlavə  məlumat 
mənbələrdən (xəritə, “Qırmızı kitab”, ensiklopediya, müvafiq məqalə və internet saytları və 
s.) istifadə etmək tövsiyə olunur.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündəki tapşırıqları kiçik qruplarda işləmək 
məqsədəuyğundur.  Şagirdlər quşlar və  məməlilər haqqında aldıqları biliklərdən istifadə 
edərkən krossvordda verilən heyvanları  səciyyələndirən fikirlər yazırlar. Hər qrup öz 
variantını təqdim edir. Anlayışın tamlığı, forması, elmiliyi qiymətləndirilir. Şagirdin yaradıcı 
təfəkkürünün inkişafı üçün heyvanların təsviri zamanı müvafiq atalar sözlərindən, şerlərdən, 
nağıllardan, yumoristik analoqlardan istifadə oluna bilər.  
“Öyrəndiklərinizi yoxlayın”. Təqdim olunan dərs sonuncu olduğu üçün Azərbaycan 
Respublikasının qoruqlarından biri haqqında təqdimat tapşırığı  yay tətilinə verilə bilər və 
yaxud “Dəyirmi stol”da  müzakirə mövzusu ola bilər.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yerli şəraitdə 
heyvanların 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini 
çətinliklə şərh edir. 
 
Yerli şəraitdə  hey-
vanların qorunma-
sına dair müşahidə-
lər əsasında mülahi-
zələrini müəllimin 
köməyi ilə şərh 
edir. 
Yerli şəraitdə  
heyvanların 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini 
qismən şərh edir. 
 
Yerli şəraitdə  
heyvanların 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini 
dolğun şərh edir. 
 
Respublika 
faunasının qorunma 
yollarını  fərqləndi-
rən zaman çətinlik 
çəkir. 
Respublika fauna-
sının qorunma yol-
larını  qismən 
fərqləndir. 
Respublika 
faunasının qorunma 
yollarını fərqləndirən 
zaman kiçik qeyri-
dəqiqliyə yol verir. 
Respublika 
faunasının qorunma 
yollarını düzgün 
fərqləndirir. 


 
 
133
VIII FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Düzgün ifadələri qeyd edin. 
□  Dişi quşlarda, adətən, bir yumurtalıq fəaliyyət göstərir. 
□  Yumurtanın inkişafı üçün 36
0
 С  temperatur kifayətdir.  
□  Cücəbalalar ətcəbalalardan daha az inkişaf etmiş olur.   
□  Rüşeym inkişaf edən zaman yumurta ağında olan maddələrlə qidalanır. 
□  Ciyələrin hesabına rüşeym diski həmişə yuxarıda yerləşir. 
□  Quşların hamısı yuva qurur. 
 
2. Düzgün cavab variantını seçin. 
 
Quşlarda ikiqat tənəffüs prosesi daim/yalnız uçuş zamanı baş verir. 
 
Büzdüm vəzisi su/səhra quşlarında yaxşı inkişaf etmişdir. 
 
Məməlilərin ətrafları gövdə hissəsinin altında/yanlarında yerləşir.  
 
Çinədan tənəffüs/həzm sisteminə aiddir. 
 
Məməlilərin döş boşluğunu çanaq/qarın boşluğundan ayıran xüsusi əzələ 
diafraqma adlanır.  
 
3. Həzm sisteminin orqanlarını düzgün ardıcıllıqla yerləşdirin: 
А. Qida borusu;  В. Udlaq;  С. Nazik bağırsaq;  D. Anal dəlik;  E. Mədə; F. Yoğun 
bağırsaq;  G. Ağız boşluğu 
1 2 3 4 5 6 7 
 
 
 
 
 
 
 
 
4. Düzgün cavabı seçin: 
Hansı məməli heyvanlar yumurta qoyur? 
 А. pinqvin;  В. ördəkburun;   С. dəvəquşu;   D. kenquru;    Е. köstəbək  
Hansı heyvanın eşitmə orqanı üç hissədən ibarətdir? 
А. qonur ayı   В. pinqvin   С. timsah   D. qurbağa   Е. xanı balığı  
 
5. Üç yarımsu həyatı keçirən məməli heyvanı seçin: 
1. ördəkburun;  2. qunduz;  3. delfin;   4. balina;   5. suiti;      6. morj 
 
6. Bir çox gecə quşları, bütün maneələri keçərək, tam qaranlıqda uça bilirlər. Onlara 
kömək edən nədir?
 
 
 
 
 
 
 


 
 
134
 
7. Şəkildə quşların hansı orqan sistemləri göstərilmişdir?  Quşların quruluşunun 
hansı xüsusiyyətləri uçmağa uyğunlaşma ilə əlaqədardır? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
8. Heyvanları siniflərinə görə yerləşdirin: 
 
Məməlilər Sürünənlər Suda-quruda 
yaşayanlar 
Quşlar 
 
 
 
 
 
 
 
 
1. Köstəbək;  2. Balina; 3. Gürzə; 4. Kərtənkələ;  5. Timsah;  6. Şanapipik; 7. Suiti;                     
8. Qurbağa; 9. Pinqvin; 10. Ördəkburun; 11. Kenquru; 12. Salamandra; 13. Quru 
qurbağası; 14. Yarasa; 15. Qartal  
 
9. Yasaqlığın qoruqla oxşar və fərqli cəhətləri hansılardır? 
 
10. Təbiətdə  və insan həyatında məməlilər hansı rol oynayır? 
Müsbət təsiri Mənfi təsiri 
 
 
 
  



1. 
 
 
2. 
 
 
3. 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə