Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 
 
119
Elektron resurs: 
http://biolicey2vrn.ucoz.ru/index/sezonnye_javlenija_v_zhizni_ptic/0-180 
 
 
 
Dərs 59 / Mövzu
 QUŞLARIN MÜŞAHİDƏ EDİLMƏSİ.  
                               EKSKURSİYA
 
Müəllimin fəaliyyəti 
Şagirdin fəaliyyəti  
1. Müəllimin ekskursiyaya hazırlığı:  
а) ekskursiya yerinin təyin olunması, 
b) ekskursiyanın marşrutunun işlənməsi, 
c) tədqiqat obyektlərinin təyin olunması, 
d) şagirdlərin müstəqil tədqiqat işi üçün 
tapşırıqların hazırlanması,                                
e) lazımi avadanlığın hazırlanması. 
1. Şagirdin ekskursiyaya hazırlığı: 
а) ekskursiya zamanı davranış qaydalarının 
müəyyən edilməsi;  
b) müşahidə planı ilə tanışlıq; 
c) Ekskursiya üçün binokl, qələm, bloknot 
və fotoaparatın hazırlanması. 
2. Ekskursiya günü şagirdlərə davranış 
qaydalarını xatırlatmaq, onları 3-4 qrupa 
bölmək. Cədvəl formasında olan yazılı 
hesabat planını müzakirə etmək.  
2. Müşahidə gündəliyində müvafiq 
qeydlərin edilməsi – gün, saat, toplantı yeri 
və s;  
Şagirdlərin qruplara bölünməsi və hər 
qrupun liderinin seçilməsi; 
3. Ekskursiyanı keçirmək, tapşırığın yerinə 
yetirilməsinə nəzarət etmək, izahat və 
əlavələr etmək.  
 
3. Müşahidə planı üzrə tapşırığın yerinə 
yetirilməsi: 
а) Rast gəldikləri quşları diqqətlə müşahidə 
etmək; 
b) Müəllimdən tanımadıqları quşların 
adlarını soruşmaq; 
Quşların çoxalma 
prosesini təsvir edir, 
balalarını inkişaf 
tiplərinə görə 
çətinliklə 
fərqləndirir. 
Quşların çoxalma 
prosesini təsvir 
edir , balalarını 
inkişaf tiplərinə 
görə qismən 
fərqləndirir. 
Quşların çoxalma 
prosesini təsvir edir, 
balalarını inkişaf tip-
lərinə görə fərqlən-
dirərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Quşların çoxalma 
prosesini təsvir edir, 
balalarını inkişaf 
tiplərinə görə 
düzgün  fərqləndirir. 
 
Mövsümi hadisə-
lərin quşların həyat 
tərzinə təsirini 
müəllimin köməyi 
ilə izah edir. 
Mövsümi hadisə-
lərin quşların hə-
yat tərzinə təsirini 
çətinliklə izah 
edir.  
Mövsümi hadisələrin 
quşların həyat 
tərzinə təsirini 
qismən izah edir. 
Mövsümi hadisə-
lərin quşların həyat 
tərzinə təsirini 
dolğun izah edir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair 
hesablamalar aparır və nəticələri ümumiləşdirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Ərazidə  məskunlaşan quşların müxtəlifliyi haqqında 
mülahizələrini şərh edir.  
  Quşların fəaliyyəti nəticəsində baş verən dəyişikliklərə dair 
hesablamalar aparır və nəticələri ümumiləşdirir. 
 
 


 
 
120
с) Quşların xarici quruluşuna baxmaq, 
ölçülərini, rənglərini, hərəkətlərini qeyd 
etmək; 
d) Cədvəldə lazımi qeydləri etmək. 
4. Tapşırığın nəticələrinin müzakirəsi. 4. 
Toplanmış materialın təqdim olunması, 
yekunlaşdırma.  
5. Ekskursiyanın yekunu: 
Tədqiqat nəticələrinin təhvil verilməsi 
tarixinin (1-2 həftə), təqdimat formasının 
(kataloq, buklet, divar qəzeti, elektron 
təqdimat), qiymətləndirmə meyarlarının 
(təqdimat, nəticələrin tam əhatə olunması, 
cəlbedici olması) elan edilməsi. 
5. Ekskursiyanın yekunu: 
Hər qrup tərəfindən doğma diyarın 
quşlarının növ tərkibi haqqında ümumi 
cədvəlin tərtib edilməsi, müşahidə olunan 
quşların şəkli. 
Müşahidə planı. Müşahidə etdiyiniz quşların xüsusiyyətlərini plan üzrə qeyd edin. 
Quşun adı 
  
 
  
Ölçüləri (göyərçinlə 
müqayisədə) 
  
 
  
Rəngi:                                            
– başının 
– belinin 
– qanadlarının 
– quyruğunun 
  
 
  
Bədənə nisbətən quyruğun 
uzunluğu 
  
 
  
Xarici quruluş xüsusiyyətləri 
  
 
  
Yerimə forması (tullanır, 
addımlayır, qaçır) 
  
 
  
Nə ilə qidalanır 
  
 
  
Hansı səslər çıxarır 
  
 
  
Quşların əhəmiyyəti haqqında  mövzunu ümumiləşdirmək üçün şagirdlərə müxtəlif məsələlər 
təklif etmək olar. Məsələn:  
“Hesablanmışdır ki, bir cüt ağacdələn gün ərzində balalarına 900-ə yaxın tırtıl gətirir. Balalar 
üç həftədən sonra yuvadan uçub gedir. Bir cüt ağacdələn balalarına qulluq etdiyi dövr 
ərzində  orta hesabla nə qədər həşərat sürfəsi məhv edə bilər?”  
Həlli:3 ×7=21 gün. 900 ×21= 18900 tırtıl. 
 
Dərs 60/ Mövzu 50:
 QUŞLARIN EKOLOJİ QRUPLARI. QUŞLARIN 
ƏHƏMİYYƏTİ 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara 
təsirini izah edir.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Quşların ekoloji qrupları haqqında mülahizələrini şərh edir. 
  Cansız və canlı təbiətin quşların həyat tərzinə təsirini izah edir.  
  Yerli şəraitdə quşların qorunmasına dair müşahidələr əsasında 
mülahizələrini şərh edir. 
 
 


 
 
121
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə bilər. 
Müəllim dərsi quşlar haqqında rəvayətlərlə da başlaya bilər.  
  Çinlilər onu firavanlıq, qədim yunanlar müdriklik rəmzi sayırdılar.  İslamdanəvvəlki 
dövrdə isə belə hesab edirdilər ki, əgər bu quş kiminsə evinin üstünə oturarsa, oranın 
sakinlərini bir bədbəxtlik gözləyir. Bu hansı quşdur? Onun hansı xüsusiyyətləri belə 
rəvayətlərin yaranmasına səbəb olmuşdur? (bayquş
  Rəvayətə görə, qədim zamanlarda bir qadın  ərinin ölümünə  səbəb olmuşdu. Allahlar 
onu cəzalandırmaq üçün yuvası və ailəsi olmayan quşa çevirmişlər. O vaxtdan etibarən 
bu quş  ağlayır və onun qəmli səsi  ətrafı bürüyür. Bu hansı quşdur? Onun hansı 
xüsusiyyətləri belə əfsanələrin yaranmasına səbəb olmuşdur? (Qu quşu)  
 Həyati biliklərinə və şəkillərə əsaslanaraq şagirdlər dimdik və ayaqlarının xüsusiyyətləri-
nə görə quşların nə ilə qidalandıqlarını və harada yaşamaqları haqqında nəticə çıxarırlar. Mü-
əllim belə  nəticəyə necə  gəldiklərini izah etmələrini xahiş edir, lazımı düzəliş  və  əlavələr 
edir. Müəllim  şagirdlərin fikrini elə yönəltməlidir ki, onlar düzgün nəticələr çıxarsınlar: 
“canlı orqanizmləri, o cümlədən quşları, müxtəlif  əlamətlərinə görə  təsnif etmək olar
məsələn, qidalanma xarakterinə, yaxud yaşayış yerinə görə”. Belə bir sxem təklif olunur:   
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr” üsulu ilə aparıla bilər. 
Bu halda şagirdlər quşların qidalanması  və ekoloji qrupları haqqında mətni təhlil edir, 
təqdimatlar hazırlayırlar. Qrupların sayı  şagirdlərin sayından və hazırlıqlarından asılıdır. 
Şagirdlərə  dərsliklə yanaşı  əlavə  mətnlərin və  şəkillərin paylanması tövsiyə olunur. 
Tədqiqatın nəticələri belə cədvəllər formasında tərtib oluna bilər.  
 
Qidalanma tipi 
Quşların əlamətləri Quş növləri 
Həşəratla qidalanan quşlar  İti dimdik, iti caynaq və uzun 
barmaqlar 
Şanapipik, qaranquş 
 
 
QUŞLAR 
Qidalanma tipi 
Yaşadığı mühit 
Bitkiyeyən, yırtıcı, hərşeyyeyən 
Meşə quşları, açıqlıq sahə quşları, 
sahil və bataqlıq, su quşları 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə