Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

 
 
110
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda müzakirələr” 
üsulları ilə aparıla bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı suallar əsasında 
təşkil etmək olar:  
  Sürünənlər hansı iqlim zonalarında və hansı şəraitdə yaşayır? 
  Sürünənlər hansı üsulla hərəkət edir? Onların hərəkəti suda-quruda yaşayanların 
hərəkətindən  nə ilə fərqlənir? 
  Sürünənlərin dərisinin  hansı səciyyəvi xüsusiyyəti var? Suda-quruda yaşayanların 
dərisindən nə ilə fərqlənir? 
  Dəri dartılmırsa, sürünənlərin böyüməsi necə baş verir? Sürünənlərin həzm 
sisteminin (qan-damar, tənəffüs və s.) quruluşu necədir? Suda-quruda 
yaşayanlardan nə ilə fərqlənir?   
  Sürünənlərin çoxalması  və inkişafı necə gedir? Suda-quruda yaşayanlardan nə ilə 
fərqlənir?   
  Regenerasiya nədir? 
Görülən işin nəticələri ümumiləşdirilmiş cədvəldə qeyd olunur: 
Sistematik qrupun adı   
 
Yaşayış mühiti  
 
Bədənin forması və hissələri  
Dəri  
Hərəkət orqanları (ətraflar)  
Skelet  
Əzələlər  
Həzm sistemi 
 
Tənəffüs sistemi 
 
Qan-damar sistemi 
 
İfrazat sistemi 
 
Sinir sistemi 
 
Hiss orqanları 
 
Çoxalması və inkişafı 
 
Səciyyəvi xüsusiyyətləri Məsələn, caynaqların olması, quruda yaşamaları və s. 
Nümayəndələri  
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda dərs üçün faydalı materiallar 
yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin”. Şagirdlər dərsdə mənimsənilən və cədvəldə qeyd olunan 
məlumatlardan faydalanaraq suda-quruda yaşayanlar və sürünənlər üçün səciyyəvi və ümumi 
əlamətləri seçirlər. 
 “Öyrəndiklərinizi yoxlayın”. Yerinə yetirilən tapşırıqların növbəti dərsdə müzakirəsi tövsiyə 
olunur. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Sürünənlərin  
quruluşu haqqında  
mülahizələrini yalnız 
müəllimin köməyi 
ilə  şərh edir. 
Sürünənlərin  
quruluşu haqqında  
mülahizələrini 
çətinliklə şərh edir. 
 
Sürünənlərin  
quruluşu haqqında  
mülahizələrini şərh 
edərkən kiçik qeyri- 
dəqiqliyə yol verir. 
Sürünənlərin  
quruluşu haqqında  
mülahizələrini geniş 
şərh edir. 


 
 
111
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/318 
http://tana.ucoz.ru/load/183 
http://www.youtube.com/watch?v=UNFpdi0rgGk 
http://biolgra.ucoz.ru/index/presmykajushhiesja/0-56 
http://biolgra.ucoz.ru/index/presmykajushhiesja/0-287 
 
Dərs 55/ Mövzu 47:
 
SÜRÜNƏNLƏRİN MÜXTƏLİFLİYİ VƏ  
                                 ƏHƏMİYYƏTİ 
 
 
 
 Dərsin  əvvəlində verilmiş  mətn və sual ətrafında müzakirə  təşkil etmək 
məqsədəuyğundur. Bu zaman BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki 
biliklərini aşkarlamaq və sürünənlər haqqında öyrənmək istədikləri sualları 
müəyyənləşdirmək olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıl-
dığı qeyd oluna bilər. 
 Praktik  iş  şəkillər  əsasında aparılır. Keçən dərsdə artıq müəyyən olunmuş 
xüsusiyyətlər xatırlanır, yeniləri  əlavə olunur (Timsahın dördkameralı ürəyi, 
ilanlarda ayaqların olmaması, tısbağaların çanağı və s.) . 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək 
olar. Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər.  
Suda-quruda 
yaşayanlarda və 
sürünənlərdə gedən 
həyati prosesləri 
müəllimin köməyi 
ilə fərqləndirir. 
Suda-quruda 
yaşayanlarda və 
sürünənlərdə gedən 
həyati prosesləri 
çətinliklə 
fərqləndirir. 
Suda-quruda 
yaşayanlarda və 
sürünənlərdə gedən 
həyati prosesləri 
qismən fərqləndirir. 
Suda-quruda 
yaşayanlarda və 
sürünənlərdə gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 
Alt 
STANDARTLAR 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Sürünənlərin  dəstələrinə aid heyvanları  fərqləndirir. 
  Yerli  şəraitdə sürünənlərin qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
 
 


 
 
112
Formadan və üsuldan asılı olmayaraq, müəllimin aşağıdakı məsələlərə xüsusi diqqət 
yetirməsi tövsiyə olunur:  
  Müasir sürünənlərin müxtəlifliyi, əsas dəstələri; 
  Kərtənkələlər və ilanlar pulcuqlular dəstəsinə aiddir, bədənin forması, 
qidalanma üsulu, hərəkətinə görə fərqlər. Pulcuqluların təbiətdə əhəmiyyəti; 
  Tısbağalar, quruluş xüsusiyyətləri, suda və quruda yaşayan formaların 
mühitə uyğunlaşmaları; 
  Timsahlar, daxili quruluşunun xüsusiyyətləri, su mühitinə uyğunlaşma 
əlamətləri; 
  Müasir sürünənlərin təbiətdə və insanın həyatında əhəmiyyəti; 
  “Qırmızı kitab”a düşən sürünənlərin adı  (dəftərdə qeyd olunur). 
 Tədqiqat zamanı ümumiləşdirici cədvəl tərtib etmək mümkündür. 
 
Əlamətlər Pulcuqlular Tısbağalar Timsahlar 
Yaşayış mühiti 
 
 
 
 
 
 
Bədən örtüyü 
 
 
 
 
 
Ətrafların tipi 
 
 
 
 
 
 
Qidalanma üsulu 
 
 
 
 
 
 
Ürəyinin quruluşu 
 
 
 
 
 
 
Əhəmiyyəti 
 
 
 
 
 
 
 
Qədim sürünənlər haqqında məlumat şəkil, video və digər əyani vəsaitlərin nümayişi 
ilə müşayiət olunur. 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda
 müvafiq 
elektron materiallar yerləşdirilmişdir.  
“Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi yoxlayın” bölümlərdəki tapşırıq-
larda dərsdə  mənimsənilən biliklər ümumiləşdirilir, nəzərdə tutulan bacarıqlar 
formalaşır. 
Qiymətləndirmə meyarları: fərqləndirmə, şərhetmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=H_hkW0szn_4 
http://www.youtube.com/user/DiscoveryDinosaurs 
http://www.youtube.com/watch?v=cubdagTiRHE 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Sürünənlərin  dəstə-
lərinə aid heyvanları  
fərqləndirməkdə 
çətinlik çəkir.  
Sürünənlərin  dəstə-
lərinə aid heyvanları  
müəllimin köməyi ilə 
fərqləndirir. 
Sürünənlərin  
dəstələrinə aid 
heyvanları  qismən 
fərqləndirir. 
Sürünənlərin  
dəstələrinə aid 
heyvanları  düzgün 
fərqləndirir. 
Yerli şəraitdə 
sürünənlərin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini  
çətinliklə şərh edir. 
Yerli şəraitdə 
sürünənlərin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini 
qismən şərh edir. 
Yerli şəraitdə 
sürünənlərin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini, 
əsasən, şərh edir. 
Yerli şəraitdə 
sürünənlərin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini şərh 
edir. 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə